Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
149 
alçaq dağları bu yaratmışdı. Təcridxanada saxlanılanlara qarşı 
hər cür pis hərəkəti eləyirdi.  
         Burda  da  bərk xəstələndim. Yenə  əvvəl  əhəmiyyət 
vermədilər, amma sonra təcili yardım çağırdılar. Həkim 
nehrəmli  Əkrəm Məmmədovun müayinəsi və dava-dərmanı 
sayəsində bir neçə gündən sonra vəziyyətim düzəldi.  
         6.  Məhkəmədən qabaq hakim Ramiz Süleymanovla 
təkbətək görüşdük. Mənə vəziyyəti çox səmimi şəkildə açıqladı 
və  mən bizə qarşı münasibəti və mövcud vəziyyəti dəqiq 
bilənədən sonra bu saxta ittihamla məhkum olunmağıma etiraz 
etmədim. Mənə 18 ay həbs cəzası verildi. 
         7. Əvvəldən hakimlə görüşdə hər şeydən xəbərim olduğu 
üçün məhkəmə  mənə çox da maraqlı deyildi. Müəllim 
yoldaşlarımdan Naibə  Əliyeva, Yusif  Rzayev, Mehbalı 
Muradov və b. məhkəmədə  iştirak edirdi. Hökm oxunandan 
sonra zaldan çıxarkən anamın və  qızımın xəstəliyinə görə 
narahat olduğum üçün hamısı ilə sağollaşıb başımı  aşağı salıb 
çıxırdım ki, birdən anamın “başını dik tut. Pis şey üstə 
tutulmamısan ki, el üstündə, haqq üstündə tutulmusan, qoy sənə 
şər atanlar, səni tutanlar başını aşağı salsın. Sən başını dik tut, 
heç nədən də narahat olma” sözlərini eşitdim. Həmin an özümü 
ağlamaqdan zorla saxladım. Həbsdən gələndə isə təxminən 10 
gün görməyə gələnlərə görə evdən bayıra çıxa bilmədim.   
          8.  Mənə verilən həbs müddətini 10 saylı ümumi rejimli 
İslah  Əmək Müəssisəsində keçirdim. Nehrəmli  İlham 
Tarquliyevin burda işləməsi mənim kəndlə, ailəmlə  əlaqə 
saxlamağımda mənə çox kömək elədi. Burda bir çox 
qüvvədən,- Surət Hüseynovun dəstəsindən, OMON-çulardan, 
mütəllibovçulardan, müsavatçılardan, cəbhəçilərdən və s. 
adamlar var idi ki, bunların içərisində  ən kasıb və  acınacaqlı 
vəziyyətdə  cəbhəçilər idi. Mən həbsdən çıxdıqdan sonra bu 
vəziyyəti Əbülfəz bəyə danışanda doldu və ... 
Böyük Azərbaycan yolçusu 
 
 
150
         9.  Həbsxanada yadımda qalanlardan biri rəis Bəhramın 
mənim haqqımda dediyi sözlərdi. Mən rəisin yanına adam 
göndərdim ki, məni üçdə birlə buraxsınlar. Həbsxananın rəsi 
həmin adama demişdi ki,  ”mən onu (yəni məni) ağıllı bir adam 
bilirdim. Yəni o başa düşmür ki, onun rəisi mən deyiləm?”. 
        10.  Həyatımın bir hissəsinin fəaliyyətsiz keçməsinə
özümün və ailəmin çoxdan-çox əzab çəkməsinə  və bir çox 
mənfiliklərinə baxmayaraq həbs olunmağıma heç də peşiman 
deyiləm. Bir şey sevindirici idi ki, mən və bir çox dostlarım 
həbs olunmağımızla da millətimizə və dövlətçiliyimizə xidmət 
etmiş olduq. Həbsxanada çox şeyi təkrar-təkrar düşündüm və 
analiz etdim. 
        11.  Naxçıvanda təcridxanada olanda demək olar ki, hər 
gün öz evimizdən yemək gəlirdi. Amma Bakıya köçürüləndən 
sonra vəziyyət dəyişdi. Yenə  əziyyətimi bacılarım çəkdi. Hər 
ay bir dəfə bacım Zeynəb və  oğlu Müzəffər (atası  rəhmətə 
gedəndən bir müddət sonra doğulduğu üçün atasının adını 
qoydular, amma hamı onu Qaqaş deyə çağırır), arada isə bacım 
Zeynəbin qızı Sahilə qohumlarla gəlirdi. Həbsdə olduğum 
müddət  yanıma çox adam gəldi. Bacım Güşvər və yoldaşı 
Bağır (ALLAH rəhmət eləsin), qardaşım  Əlinin oğlu Abasət
xalam oğlu Adil, dayım oğlu David, nehrəmli Bağır Hüseynov, 
Əli Rzayev, Məhəbbətin yoldaşı Sahib, AXCP Mərkəzi 
qərargahından və  s.  Amma    Arif    Rəhimoğlunun Bakı 
Gömrüyündə işləyən  qaynı Nailin (ALLAH rəhmət eləsin) və 
Türkiyədə  Mərmərə Universitetində oxuyan keçmiş  şagirdim 
Şahin Rzayevin məni ziyarət etməsi mənə  ən çox təsir edən 
hadisələrdən idi. 
         12.  1997-ci  il  dekabr  ayının 30-u həbs müddətimin 
bitməsinə 1 gün qalmış (31 bayram olduğu üçün məni buraxa 
bilməzdilər, həbsdə artıq saxlamaq isə qanuna zidd olduğundan 
30-da buraxmağa məcbur oldular) həbs müddətim bitdiyi üçün 
sərbəstliyə  buraxıldım. Həbsxanadan çıxan kimi Əbülfəz bəyə 


Böyük Azərbaycan yolçusu 
 
 
151 
zəng vurdum. İndicə  çıxdıqlarını dedilər. Birbaşa  AXCP 
mərkəzi qərərgahına gəldim. Əbülfəz bəylə görüşdükdən sonra 
elə həmin gün də Nehrəmə gəldim. 
         Sonralar AXCP-nin tərkibində  “Məhbuslara yardım” adlı 
bir struktur qurmaq istədim. Əbülfəz bəy özü də bu strukturun 
yaradılmasında maraqlı olduğundan AXCP-nin ağır topu 
sayılacaq bir çox nüfuzlu və aparıcı adamlarla görüşüb 
danışdım. Bütün çətinliklərə baxmayaraq (həmin müddət xalam 
oğlu Adil gildə qalırdım)  Əsasnaməyə  qədər hər  şeyi 
hazırladıq, amma bəzi özünü bilməzlər buna imkan vermədi.  
 
 
                                     III  BAKI  DÖVRÜ 
 
          1. Bu mənim Bakıda üçüncü yaşayış dövrüm idi: 
- Birinci yaşayış dövrüm tələbəlik dövrüm idi ki, yuxarıda 
sizinlə bölüşdüm. 
-  İkinci yaşayış dövrüm məcburu gətirilmə dövrü-həbs dövrü 
idi ki, bu haqda da sizə bilgi verdim. 
 Üçüncü  yaşayış dövrümün də bugünə  qədər olan hissəsinə 
baxanda  əvvəlkilərdən maraqsız deyil. Belə ki, Bakıya 
köçəndən sonra təxminən 2 ay işsiz qaldım. Bu müddətdə bir 
çox dost dediyimiz adamların nə  qədər etibarsız olduğunu 
gördüm. Bu müddətdə  həmin adamların heç biri nəinki iş 
tapmağıma və ya işə düzəlməyimə kömək eləmədi, hələ əksinə 
bəziləri həqiqətən qaçıb gizləndi. Hətta telefonlara belə cavab 
vermədilər. Mən elə bilirdim həmin bədbəxtlər mənə qarşı belə 
edirlər, sən demə bizim başqa dostlarımıza qarşı da belə 
münasibət göstəriblər. Aydın oldu ki, bu yazıqların bəzisi 
qazandıqlarını itirəcəyindən qorxub bizdən qaçır, bəzisi bizim 
hesabımıza qalxdığı yüksəklikdən bizə yuxarıdan aşağı 
baxdığından bizi görmək istəmir (və ya görə bilmir), bəzisi də 
onun özünün olduğu kimi bizim də  qoltuq ağacı olacağımızı 
Böyük Azərbaycan yolçusu 
 
 
152
düşünüb bizdən qaçırmış. Nə isə... Zamanı  gələndə  və ya 
xatirələrimi geniş yazanda bunları bir-bir daha ətraflı qeyd 
edəcəyəm. 
           2. Bakıda işsiz olduğumdan bir müddət Məhəbbət gildə 
(onlar da uşaqlarının xəstəliyi ilə bağlı Bakıda idilər və kirayə 
ev tutmuşdular) qaldım. Sonra bir müddət cəbhəçi dostlarımdan 
olan Babəkli Mirməhəmməd Seyidovla şəlalə-fantan tikintisi 
ilə məşğul oldum. 
           3. Dərslər başlayanda Şəmsi bəy Qocayevin vasitəsi ilə 
Yasamal rayonu 20 saylı məktəb-liseydə dərs deməyə başladım 
(məktəbin direktoru Əkbər Qocayevi rəhmətlə anıram, qəbri 
nurla dolsun) və bugün də  həmin məktəbdə saat hesabı  dərs 
deyirəm. 
        4.  2009-cu  ildə  Mənə “Nehrəm” Xeyriyyə  Cəmiyyətinin 
sədrliyi təklif olundu. Bir müddət müzakirədən sonra razılıq 
verdim və 2009-cu ilin iyun ayında cəmiyyətin sədri seçildim. 
Cəmiyyət 2004-cü ildə qurulub. Mən sədr seçiləndə heç bir 
vəsaiti yox idi. Az bir  müddətdə vəzifəsindən, mövqeyindən və 
yaşından asılı olmayaraq tanınan bütün nehrəmlilərlə  əlaqə 
yaradıb fikirlərimi onlara çatdırdım və onların təklifləri ilə 
maraqlandım. Sağ olsunlar ki, həm məni düzgün başa düşdülər 
və həm də etibar etdilər. Çox qısa bir müddətdə vəsait toplandı 
və biz də müəyyən işlər gördük. Bu dövrlə bağlı bir olayın 
xüsusi ilə tarixə düşməsini istəyirəm. Bu hadisə çox maraqlı və 
düşündürücüdür. 2010-cu ilin Ramazan ayı (iyul-avqust ayları) 
idi. Ramazan ayı münasibəti ilə Nehrəm kəndində yardım 
paylanırdı.  Ailə başçısını itirmiş, iki azyaşlı  uşağı olan çox 
kasıb bir evə  həm  ərzaq bağlaması, həm də pul yardımı 
verilməsini dedim. Yardımı verərkən təxminən 12 yaşlı  oğlu 
qəti şəkildə anasını yardımı almağa qoymadı.  Axırı mən özüm 
uşağa yaxınlaşdım və  səbəbini soruşdum. Aldığım cavab çox 
sarsıdıcı idi. Uşaq qəti  şəkildə deyirdi ki, ”adama müftə  şey 
verməzlər. ALLAH bilir nə  məqsədiniuz var. Mən bilirəm ki, 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə