Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
133 
yaradıcılıq örnəyinə dönmüşdü.  Şagirdlər nə pioner qalstuku, 
nə də komsomol nişanı taxırdı.  
       4.  Bu  dövrdə  bəzi  şagirdlərə ayrı-ayrılıqda həm 
vətənsevərlik təbliğ edir, müxtəlif ədəbiyyatları oxutdururdum, 
həm də  əlimdə olan Güney Azərbaycanla bağlı  və orda ərəb 
əlifbası ilə çap olunan kitabları oxuya bilmələri üçün əski 
Azərbaycan əlifbasını öyrədirdim. Sonralar bu hal kütləviləşdi 
və hardasa 150-200 şagirdə  əski  əlifba ilə yazıb-oxumağı 
öyrətdim.  
        5. 1987-ci ildə Moskvada Heydər Əliyevə qarşı aqressiya 
başlayanda bir türkə olan hücumlara qarşı dostlarımızla birlikdə 
çox geniş kompaniya apardıq və bir çox tədbirlər həyata 
keçirdik.1988-ci ildə isə  həm Moskvada və  həm də 
Azərbaycanda Heydər  Əliyevə qarşı kompaniya başlayanda 
yenə dostlarımızla buna qarşı  çıxdıq, çoxlu teleqram və 
məktublar təşkil elədik. Mən o zaman Moskvaya Heydər 
Əliyevə həm dəstək məqsədi ilə, həm də 65 yaşı münasibəti ilə 
anam başda olmaqla (anam 11 uşaq anası olduğu üçün 
Qəhrəman Ana adını almışdı) bir neçə  Qəhrəman Ananın 
adından təbrik teleqramı vurdum. 
         6.  1988-ci  ildə Naxçıvanda (bəlkə  də Azərbaycanda) ilk 
dəfə  məktəbin direktorunun məktəb kollektivi tərəfindən 
seçilməsinə nail olduq. Məncə bu ilk və son oldu.  
        7.  Əvvəlcə Afiyəddin Cəlilov, sonra isə Heydər  Əliyev 
Naxçıvan Ali Məclisinin sədri seçiləndən sonra mənə bir neçə 
vəzifə  təklif elədi. Mən bütün bu təkliflərdən imtina elədim. 
Düzdü bu təkliflərdən imtina etməyimin başqa səbəbləri də 
vardı, amma əsas səbəblərdən biri də məktəbi və şagirdləri çox 
sevməyim idi.  
        8. Güney Azərbaycana gedişlər başlayandan sonra Deputat 
səlahiyyətimdən və proseslərdəki rolumdan istifadə edərək 25 
müəllimin Güney Azərbaycana getməsini təmin elədim. 
Böyük Azərbaycan yolçusu 
 
 
134
        9.  Ata  yurdum  bir  dəhliz və iki otaqdan ibarət balaca bir 
ev idi. Evimizə daimi çoxlu qonaq gəlib-getdiyindən bəzən bu 
qonaqları yerləşdirməkdə  çətinlik çəkirdik. Məhz buna görə 
1991-ci ildə həyətimizdə yeni bir ev tikməyə başladım. Bir çox 
imkanlı  və  vəzifəli adam evin tikintisinə kömək etmək istədi. 
Evi halal qazancım ilə tikmək istədiyimi bildirib heç birinə 
razılıq vermədim. Demək olar ki, evin tikintisində usta qisminə 
xərcim çıxmadı. Bacıoğlum  Ədalət Bağırov tikinti işinə, 
dostlarım Vəli Həmzəyev elektrik işinə  və beton üçün 
qəliblərin qurulmasına,  İlqar  Əliyev  dülgər işinə, Allahverdi 
Fətəliyev suvaq işlərinə,  əvvəllər  şagirdim olanlardan Azər 
Rzayev, Rəşid  Əliyev,  Əbülfəz  Ələkbərov və  b.  da  müəyyən 
işlərdə mənə çox kömək etdilər. Amma hələ də evi tamamlaya 
bilməmişəm. 
       10.  Həbsdən çıxdıqdan sonra yenə  həmin məktəbdə  işimə 
bərpa olundum (dərs ilinin ortası olmasına baxmayaraq 
müəllim yoldaşlarım Cəlil Fətullayev, Səməd Bağırov, Rima 
xanım və  hətta tarix müəllimi Mehbalı Muradov mənim dərs 
yükü ala bilməyim üçün ərizə yazaraq öz dərslərinin bir 
qismindən imtina etdilər) və 2008-ci ildə-Bakıya köçənədək 
həmin məktəbdə işlədim. 
       11.  Məktəbdə  işlədiyim bütün dövrdə, xüsusi ilə  hərəkat 
başlayandan sonra həm məktəbin kollektivi, həm də rəhbərliyi 
tərəfindən hər zaman hörmətlə yanaşı xüsusi diqqət və qayğı 
görmüşəm. 
       12. 2003-cü ildə heç istəmədiyim bir olay oldu. Sentyabrın 
2-si səhər dərsə yenicə başlamışdıq. Məktəbin direktoru Yaqub 
Həsənovla gözlənilmədən mübahisə yarandı  və çox pis 
qalmaqala çevrildi. Yaqub müəllimin  şikayəti üzərinə  məni 
işdən azad elədilər və cinayət işi açdılar. Məhkəmə prosesində 
mənə 3 il 6 ay sınaq dövrü olmaqla şərti məhkumluq cəzası 
verilməsi, işimə bərpa olunmağım və boş qalan aylarımın əmək 
haqqının ödənilməsi haqqında qərar verildi. Düzdür sonradan 


Böyük Azərbaycan yolçusu 
 
 
135 
biz Yaqub müəllimlə barışdıq, amma mən bir daha Yaqub 
müəllimdən onu incidəcək bütün söz və davranışlarıma görə 
üzürxahlıq edirəm. 
        13. Elə bu dövrdə qarşıma qoyduğum bir çox məsələlərin 
həlli üçün Bakıya köçməyi qərara aldım. Amma məhkum 
olunduğum üçün bu qərarımı bir müddət təxirə salmalı oldum 
və məhkumluğum bitdikdən bir müddət sonra 2008-ci ildə Bakı 
şəhərinə köçdüm. 
 
MİLLİ AZADLIQ HƏRƏKATI DÖVRÜ 
 
        1.  Azərbaycan tarixinin ən  şərəfli səhifələrindən biri də 
1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı-Xalq Hərəkatı 
dövrüdür. Bu proses birdən birə  və  təsadüfən yaranmadı. Bu 
dünyada və SSRİ-nin özündə gedən bir çox bizdən kənar 
proseslərlə yanaşı  həm də yuxarıda da qeyd etdiyim kimi 
minlərlə insanların birləşdiyi gizli təşkilatların fəaliyyətinin 
məntiqi nəticəsi idi. 
        2.  Səhv etmirəmsə 1987-ci ilin dekabr ayında erməni 
akademik Ağanbekiyanın çıxışı ilə bağlı biz bir vərəqə 
(intibahnamə) hazırlayıb,  əhalini etiraz etməyə çağırmağı 
planlaşdırdıq. Bu fikir yenə səhv etməsəm fevralın əvvəllərində 
həyata keçdi. Fevralın axırlarına yaxın Naxçıvan  şəhərində 
150-200 nəfər olmaqla camaat univermaq ətrafına yığışıb 
ümumi narazılıq elədi. Səhv etmirəmsə bizim birinci ciddi 
çıxışımız 1988-ci il fevralın 28-də  Qızlar bulağının yanında 
oldu. Düzü təşkilini biz eləsək də normal idarə edə bilmədik. 
Biri çağırdı Ali Sovetə tərəf, biri çağırdı Koroğlunun heykəlinə 
tərəf və s. Amma bundan sonrakı mitinqlərin təşkilatçılığı ilə 
yanaşı idarəetməsini də ciddi şəkildə planlaşdırmağa başladıq. 
Və beləliklə hərəkatı tamamı ilə öz nəzarətimizə götürdük. 
       3.  İlk  əvvəllər yalnız bizim Gizli təşkilatın üzvləri yığışıb 
müzakirə edirdik, amma sonradan digər gizli təşkilatın uşaqları 
Böyük Azərbaycan yolçusu 
 
 
136
o, cümlədən proseslərdə  fəallığı ilə seçilib üzə  çıxan 
dostlarımız da bu müzakirələrə  və idarəetməyə qoşuldu.  İlk 
belə ciddi yığıncaq səhv etməsəm 1988-ci ildə Naxçıvan 
şəhərinin yaxınlığında Canəmbər çeşməsində oldu və biz orada 
həm təşkilatı təsis etdik və həm də 9 nəfərdən -Arif Rəhimoğlu, 
Asif Kələntərli, Sərdar Cəlaloğlu, Sülhəddin Əkbər, Əli Şamil, 
İbrahim  İbrahimli, Kazım Teymurlu, Əsgər Qəliloğlu və 
Fəxrəddin Şeyx Ələsgərsoydan ibarət İdarə Heyyəti seçdik. 
      4.  Proseslər get-gedə  dərinləşirdi. Naxçıvanda gizli 
təşkilatların olması həm proseslərin düzgün idarə olunmasında, 
həm də aparılan antitəbliğat və  təxribatların qarşısının 
alınmasıda çox böyük rol oynadı. Bunun da əsas səbəbi bir-
birini tanıyan və bir-birinə inanan insanları parçalamağın və 
onlar arasında intriqa salmağın mümkün olmaması idi. 
      5.1989-cu  ilin  yazında Nehrəm kəndində, Nəsirin meşəsi 
deyilən yerdə  səhv etməsəm 12 nəfərlə  yığıncaq keçirib 
Nehrəm Xalq Cəbhəsini təsis etdik və  mən sədr seçildim. 
Sonraki dövürdə Xalq Cəbhəsi Nehrəmdə çox genişləndi və 
1000 nəfər ətrafında üzvü oldu.  
      6.  1989-ci  ilin  avqust-iyul  aylarında Babək rayon 
Zeynəddin kəndində AXC Babək rayon şöbəsinin təsis 
yığıncağını keçirdik. İbrahim İbrahimlini sədr seçdik. 
      7.  1989-cu  il  noyabrın 11-də  Əbülfəz Elçibəyin də  iştirak 
etdiyi Naxçıvan Mədəniyyət sarayında  keçirilən konfransda 
AXC Naxçıvan MR şöbəsi İdarə Heyyətinə seçilən 11 nəfərdən 
(demək olar ki,əksəriyyəti bizim gizli təşkilatın üzvləri idi) biri 
də mən idim. 
        8. Həm Azərbaycan tarixində, həm də Xalq Hərəkatının ən 
əsas olaylarından biri Sərhəd hərəkatı idi. Bu hərəkat bizim 
Gizli Təşkilatın illərlə arzuladığı bir proses idi ki, ilk fürsətdə 
biz bu imkandan çox ustalıqla yararlandıq və uğurlu nəticə əldə 
etdik.  İndi bu hərəkatı  hərə bir ada bağlamağa çalışır. Mən 
qətiyyətlə deyirəm ki, bu heç kimin adı ilə bağlı deyil və bu 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə