##book id= 121//book name= Azərbaycan tarixi // ##fk=104//ks=02//fn=121//sumalltest= 0


##num=17// level= 1// sumtest=16 // name= Cənubi Azərbaycan XIX əsrin ortaları – XX əsrin əvvəllərində //



Yüklə 0,51 Mb.
səhifə17/20
tarix20.08.2018
ölçüsü0,51 Mb.
#63764
1   ...   12   13   14   15   16   17   18   19   20

##num=17// level= 1// sumtest=16 // name= Cənubi Azərbaycan XIX əsrin ortaları – XX əsrin əvvəllərində //


1. 1905 - 1911 - ci illər inqilabı dövründə Cənubi Azərbaycanda mətbuatın inkişafında yenilik:

A) Fars dilində mətbuatın nəşri məhdudlaşdırıldı

B) Ana dilində qəzet və jurnalların nəşrinə başlandı

C) Fars dilində nəşr edilən qəzet və jurnallar qadağan edildi

D) ”Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşrinə başlandı

E) ”Təcəddüd” qəzeti Azərbaycan dilində çap edildi

2. “Açıq söz”, “Şərqi - rus”, “Təcəddüd” qəzetlərinin nəşrlərini göstərin:

A) N. Vəzirov, Ş. M. Xiyabani, C. Məmmədquluzadə

B) M. Ə. Rəsulzadə, M. Şaxtaxtinski, Ş. M. Xiyabani

C) M. Ə. Rəsulzadə, C. Məmmədquluzadə, M. Şaxtaxtinski

D) Ş. M. Xiyabani, M. Şaxtaxtinski, Ə. Hüseynzadə

E) Ə. Hüseynzadə, N. Vəzirov, M. Ə. Rəsulzadə

3. 1898 - ci ildə Təbrizdə əhalinin etiraz çıxışlarına səbəb nə olmuşdu?

A) Rusiya tacirlərinə güzəştlərin verilməsi

B) Tütün insiharının ingilis tacirlərinə verilməsi

C) Sənətkarlar və tacirlər üzərinə yeni vergilərin qoyulması

D) İri feodalların və iri ruhanilərin taxıl möhtəkirliyi

E) Heç biri

4. Cənubi Azərbaycana aid deyil:

A) 1900 - cu ildə Təbrizdə taxıl möhtəkirliyinə qarşı üsyanın baş verməsi

B) “Baş pulu”, “sərkəllə” və “qapı pulu” vergilərinin alınması

C) ”Ettehadiyyə” cəmiyyətin təşkil edilməsi

D) ”Tənbəki üsyanı ”nın baş verməsi

E) Xalça istehsalının geniş yayılması

5. Şimali Azərbaycan qəzalarında ilk su elektrik stansiyası inşa edilmişdir:

A) Qalakənddə

B) Hacıkənddə

C) Yelendorofda

D) Şəmkirdə

E) Annenfeldə

6. 1907 - ci il Təbriz silahlı üsyanının nəticəsi:

A) Şəhərdə real hakimiyyətin Əyalət şurasının əlinə keçməsi

B) Şah hakimiyyətinin tamamilə ləğv edilməsi

C) Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulması

D) Cənubi Azərbaycana muxtariyyət verilməsi

E) Rus qoşunlarının tamamilə Irandan çıxarılması

7. Xırdamalik torpaqlarına Cənubi Azərbaycanda daha çox təsadüf edilirdi:

A) Urmiya əyalətində

B) Sərab əyalətində

C) Təbriz bölgəsində

D) Səlmas mahalında

E) Marağada

8. Kəndlilərin müxtəlif zümrələri “mülkədar tabelisi”adlandırılırdı:

A) 1846 - cı ildə verilmiş “Bəylərin və ağaların hüquqları haqqında reskript”də

B) 1843 - cü ildə verilmiş “Ali müsəlman silki haqqında” fərmanda

C) 1840 - cı il inzibati - məhkəmə islahatında

D) 1846 - cı il inzibati - ərazi islahatında

E) 1847 - ci il “Kəndli Əsasnamələri”ndə

9. 1891 - ci ildə şah hökümətinin ingilis kapitalisti Talbota etdiyi güzəştin nəticəsində baş verdi:

A) Tənbəki üsyanı

B) Zeynəb paşanın başçılığı ilə üsyan

C) Fəhlələrin tətili

D) Dekabr silahlı üsyanı

E) Babilər hərəkatı

10. Səttarxanın başçılıq etdiyi fədai dəstəsinə Tehranda basqın etdi:

A) Daşnak Yefremin silahlı dəstəsi

B) Rus kazak dəstəsi

C) İngilis hərbi dəstəsi

D) Polkovnik Lyaxovun silahlı dəstəsi

E) Şah tərəfdarlarından ibarət qaragüzuhcu dəstə

11. 1920-ci il 14 sentyabrda Cənubi Azərbaycanda:

A) Milli hökümət süqut etdi

B) “Tərəddüd” qəzeti nəşrə başladı

C) İngilis ağalığına son qoyuldu

D) ADF təşkil edildi

E) İDP - nin əyalət komitəsi təşkil edildi

12. Cənubi Azərbaycanda 1917 - 1920 - ci illər milli - azadlıq hərəkatı üçün səciyyəvi idi:

A) Azərbaycan adının “Azadıstan” adı ilə dəyişdirilməsi və bunun rəsmi ad kimi qəbul edilməsi

B) “Dil haqqında qanun”un qəbul edilməsi

C) Xalisə - dövlət torpaqlarının kəndlilər arasında bərabər bölüşdürülməsi

D) Tarixə “21 Azər hərəkatı” adı ilə daxil olması

E) ”Azərbaycan” qəzetinin ana dilində çıxmağa başlaması

13. XX yüzilliyin başlanğıcındakı İran inqilabı iştirakçılarının əsas məqsədləri:

1- İranın respublika elan edilməsi

2- Konstitusiya (Məşrutə) qəbul edilməsi

3- Məclis çağırılması

4- Rusiya və İngiltərə ilə diplomatik əlaqələrin kəsilməsi

5- Xarici məmurların tutduqları vəzifələrdən kənar edilməsi və ölkədən qovulması

A) 2, 3, 4

B) 1, 2, 3

C) 2, 3, 5

D) 1, 4, 5

E) 1, 3, 5

14. Birinci Dünya müharibəsi başlandıqdan sonra Cənubi Azərbaycana qoşun yeritmiş dövlətləri göstərin:

1 - Almaniya

2 - Rusiya

3 - Türkiyə

4 - ABŞ

5 - İngiltərə

A) 2, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 4

E) 1, 4, 5

15. XIX əsrin 30 - cu illərində baş vermiş üsyanların xronoloji ardıcıllığı göstərin:

1 - Quba üsyanı

2 - Car - Balakən üsyanı

3 - Şəki üsyanı

4 - Lənkəran üsyanı.

A) 2, 4, 1, 3

B) 1, 2, 3, 4

C) 1, 3, 2, 4

D) 2, 3, 4, 1

E) 3, 1, 4, 2

16. Düzgün xronoloji ardıcıllığı müəyyən edin:

1 - Şimali Azərbaycanda pul vergisinin tətbiq edilməsi

2 - Xəzər vilayəti bəylərinə məxsus torpaqların müsadirə edilməsi haqqında qanun verilməsi

3 - Qazax, Şəmşəddil və Borçalı ağalarının torpaq sahibliyindən mərhum edilməsi

4 - Kəndli əsasnamələrinin verilməsi

5 - Bəy və ağaların hüquqları haqqında reskript verilməsi

A) 3, 2, 5, 4, 1

B) 2, 5, 3, 4, 1

C) 5, 3, 4, 1, 2

D) 1, 3, 4, 5, 2

E) 4, 2, 5, 1, 3

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə