Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Aralığın birinci dərəcəli cırığı zamanı tikiş hara qoyulmalıdır?



Yüklə 2,08 Mb.
səhifə7/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   2   3   4   5   6   7   8   9   10   ...   21

313) Aralığın birinci dərəcəli cırığı zamanı tikiş hara qoyulmalıdır?
A) Uşaqlıq yolunun selikli qişasına

B) Aralığın əzələsinə

C) Aralığın dərisinə

D) Anusun xarici sfinktoruna

E) Uşaqlıq yolunun əzələ qişasına
I dərəcəli cırıqlarda yalnız dərinin tamlığı pozulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 285
314) Kişi sonsuzluğunun təyin edilməsi üçün ən vacib müayinə metodu hansıdır?
A) Prostat vəzin USM

B) Sidiyin ümumi analizi

C) Koaquloqramma

D) Spermanın analizi

E) Sidiyin biokimyəvi analizi
Kişi sonsuzluğunun ən vacib səbəbi keyfiyyətsiz spermadır (spermatozoidlərin sayının, hərəkətliliyinin və spermanın miqdarının az olması)
Ədəbiyyat: В.А.Загребина,А.М.Торçинов «Гинекология» 1991 səh 144
315) Çanaq peritonunun iltihabı necə adlanır?
A) Parametrit

B) Perimetrit

C) Salpingit

D) Paraproktit

E) Pelvioperitonit
Pelvioperitonit kiçik çanaq toxumasının iltihabıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 295
316) Uşaqlıq ətrafı toxumanın iltihabına nə deyilir?
A) Paraproktit

B) Peritonit

C) Endoservisit

D) Vaginit

E) Parametrit
Parametrit uşaqlıq ətrafı toxumanın iltihabıdır. Mikrob toxumaya uşaqlıq boynuun və uşaqlıq yolunun cırılan hissəsindən daxil olur ,çox vaxt birtərəfli olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
317) Alətlərdəki mikroorqanizmlərin tam məhv edilməsi nə zaman mümkündür?
A) Dezinfeksiya zamanı

B) Sterilizasiya zamanı

C) Kalium permanqanat məhlulunda saxladıqda

D) 3% -li xloramində isladıldıqda

E) Sterilizasiyaönü təmizləmə zamanı
Yalnız sterilizasiya zamanı avtoklavda yüksək temperatur və buxar təzyiqi altında bütün mikroorqanizmlər məhv olur.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
318) Stetoskopu dezinfeksiya etmək üçün hansı antiseptikdən istifadə olunur?
A) Furasilin

B) Xloramin

C) 5%-li yod

D) 5%-li kalium permanqanat

E) Kastelyani məhlulu
Stetoskopu dezinfeksiya etmək üçün xloramindən istifadə olunur.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
319) Aşağıdakılardan hansınının daxilə qəbulu bütün hamilələrə məsləhət görülür?
A) Diuretiklər

B) Fol turşusu

C) Antibiotiklər

D) Metasin

E) Qlükokortikoidlər
Dölün inkişafı üçün qadınlar düzgün qidalanmalıdır. Bütün hamilələrə 12 həftəyə kimi fol turşusu məsləhət görülür .
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
320) İstifadə olunan iynə ilə müdaxilə zamanı mamanın əli zədələnərsə ilk növbədə nə etməlidir?
A) Müdaxiləyə davam etməlidir

B) Baş tibb bacısını xəbərdar etməlidir

C) Zədələnmiş nahiyədən qanı sıxmalı və yumalı

D) Dərini yodla işləməlidir

E) Dərhal əlcəkləri çıxarmalıdır
İlk növbədə qanla çirklənmiş əlcəkləri çıxarmaq lazımdır. Yoluxucu xəstəliklərin profilaktikası üçün əsas şərtdir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985
321) Bunlardan hansı mamanın hüququna aid edilmir?
A) Həkimə qədərki təcili yardımın göstərilməsi

B) Preeklampsiya zamanı doğuşda mamalıq yardımını göstərmək

C) Vaxtından qabaq doğuşlarda mamalıq yardımı göstərmək

D) Hamilə qadına həkim nəzarəti olmadan evdə doğmağı məsləhət görmək

E) Doğuşun psixoprofilaktikasının aparılması
Normada bütün hamilə qadınların doğuşu doğum evlərində aparılmalıdır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985
322) Partoqramma nədir?
A) Yenidoğulmuşun ürək ritminin tezliyini əks etdirən qrafik yazıdır

B) Yenidoğulmuşun tənəffüs hərəkətini əks etdirən qrafik yazıdır

C) Doğuş prosesinin yalnız açılma dövrünü əks etdirən qrafik yazıdır

D) Doğuş prosesinin yalnız qovulma dövrünü əks etdirən qrafik yazıdır

E) Doğuş prosesinin bütün dövrlərini əks etdirən qrafik yazıdır
Partoqramma uşaqlıq boynunun açılması,ananın ,dölün vəziyyətini və doğuşun gedişini əks etdirən qrafik yazıdır.
Ədəbiyyat: “ Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat) Əmr № 124-03.12.2007. səh. 21-22
323) Mama doğuşun birinci dövrünü idarə edərkən doğan qadına hansı vəziyyətdə sancı çəkməyi məsləhət görməlidir?
A) Sağ tərəfdə uzanmağı

B) Arxası üstə uzanmağı

C) Vəziyyətin azad seçim hüququ

D) Oturaq vəziyyətə üstünlük

E) Heç bir vəziyyətdə uzanmaq olmaz
124 № -li əmrə əsasən qadın onun üçün rahat olan vəziyyəti seçməli, qadına azad hərəkət hüququ verilməlidir.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 19-20
324) Doğuşun 1-ci dövründə arxası üstə uzanmağa üstünlük verən qadına mama hansı tərəfə çevrilməyi təklif etməlidir?
A) Qadının vəziyyətindən asılı deyil

B) Sol tərəfi üstə

C) Yarı oturaq

D) Ayaq üstə

E) Sağ tərəfi üstə
Ana sol tərəfi üstə uzanarkən aşağı boş venaya olan təzyiq aradan götürülür , bu da aşağı boş venanın sıxılmasının qarşısını alır. “Aşağı boş vena” nın sıxılmasının profilaktikası üçün mama doğuşun 1-ci dövründə arxası üstə uzanmağa üstünlük verən qadına sol tərəfə çevrilməyi təklif etməlidir .
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 20
325) Aşağıdakılardan hansı aşağı boş venanın sıxılmasının (sindrom) əlamətlərinə aid deyil?
A) Dölün ürək döyüntülərinin kəskin azalması

B) A/T enməsi(arterial təzyiq)

C) Baş gicəllənmə

D) Oksigen çatışmazlığı

E) Qusma
Aşağı boş venanın sıxılması (sindrom) zamanı ürəkbulanma, qusma əlamətləri olmur.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 20
326) Partnyorlu doğuşların üstünlüyü nədən ibarətdir?
A) Doğuş prosesinə mane olur

B) Doğuş zamanı fiziki və psixoemosional yardımı təmin edir

C) Etik cəhətdən düzgün deyil

D) Qadının emosional statusunu pisləşdirir

E) Heç bir əhəmiyyəti yoxdur
Aparılmış belə doğuşların nəticəsi göstərir ki, partnyorlu doğuşlar uğurla həyata keçirilir.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 26
327) Yenidoğulmuşun erkən əmizdirilməsinin ana üçün üstün cəhətləri hansılardır?

1. Uşaqlığın fizioloji yığılması baş verir

2. Heç bir əhəmiyyəti yoxdur

3. Qanda oksitosinin miqdarı artır

4. Estrogenlərin miqdarıdəyişmir

5. Progesteronun miqdarı azalır
A) 2,4

B) 1,4


C) 3,5

D) 1,3


E) 2,5
Yenidoğulmuşun erkən əmizdirilməsi uşaqlığın fizioloji yığılmasına və endogen oksitosinin ifrazına təkan verir
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124 -03.12.2007.səh 27
328) Cift xaric olduqdan sonra uşaqlığın yığılması üçün nə etməlk lazımdır?
A) Dəri altına oksitosinin yeridilməsi

B) Qarnın üzərinə buz qoymaq

C) Qarnın üzərinə ağırlıq qoymaq

D) Uşaqlığın yuxarı hissəsindən yüngül massaj etməli

E) Venadaxili qlükoza yeritmək
Uşaqlığın yığılması üçün uşaqlığın yuxarı hissəsindən yüngül massaj edilməlidir.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124 -03.12.2007.səh 27
329) Bunlardan hansı daha rasional hesab edilir?
A) Gecə 8 saat intervalla 3-4 saatdan bir əmizdirmə

B) 3-4 saatdan bir əmizdirmə

C) Yenidoğulmuşun sərbəst əmizdirilməsi

D) 5-6 saatdan bir əmizdirmə

E) Gecə 6 saat intervalla 4-5 saatdan bir əmizdirmə
Qidalanma uşağın tələbatından asılı olduğu üçün sərbəst əmizdirilməyə üstünlük verilir
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat).Əmr № 124-03.12.2007. səh 50
330) Yenidogulmuşun döşlə ilk qidalanmasını nə vaxt başlamaq olar?
A) Doğuşdan təxminən 30-60 dəqiqə sonra

B) 2 sutka sonra

C) 6 saatdan sonra

D) 3-4 saat sonra

E) 1 sutka sonra
Uşaq qidalanmağa hazırlığın ilkin əlamətlərini biruzə verdikdə (spontan tənəffüs, əmmə hərəkəti,döşü axtarma),onda döşlə ilk qidalanmanı başlamaq olar. Bu doğuşdan təxminən 30-60 dəqiqə sonra olur.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 40
331) Bunlardan hansı döşlə əmizdirmə zamanı ortaya çıxan problemlərə aid edilə bilməz?
A) Süd vəzisinin forması

B) Süd vəzisinin şişməsi

C) Döş giləsinin iltihabı

D) Mastit

E) Döş giləsinin çatı
Yeni doğulmuşun ana südü ilə qidalandırılması onun döş vəzisinin formasından asılı olmur.
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 51
332) Doğum evlərində kimlər işləyə bilməz?
A) Keysəriyyə əməliyyatı olunanlar

B) Xolesistiti olanlar

C) Vərəm xəstəliyi olan qadınlar

D) Xroniki pielonefriti olanlar

E) Uşaqlıqda qızılca keçirənlər
İşə qəbul edilərkən, tibbi müayinə zamanı ağciyərlərində vərəm ocaqları aşkar edilmiş şəxslər doğum evlərində işləyə bilməzlər.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985
333) Ciftin vaxtından qabaq ayrılması üçün nə xarakterik sayılır?
A) Doğum fəaliyyətinin zəifliyi

B) Hamiləliyin axırıncı 2-3 ayında qan axmanın olması

C) Daxili müayinədə ciftin tam əllənməsi

D) Doğuş zamanı, sancılar vaxtı və fasilədə su kisəsinin tarım gərilməsi

E) Su kisəsinin vaxtından qabaq açılması
Doğuş zamanı qadında doğum sancılarının olması, doğuşun başlanması, yəni uşaqlıq boynunun açılması baş verir. Daxili müayinədə su kisəsinin həm sancılar vaxtı və onların arasındakı fasilələrdə gərilməsi ciftin vaxtından qabaq ayrılması üçün xarakterik əlamət sayılır .
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 238
334) Normal aybaşı tsiklində nə baş verir?
A) Mayalanmamış yumurta hüceyrə qarın boşluğuna düşür.

B) Mayalanmamış yumurta hüceyrə uşaqlıq borusuna yapışır.

C) Yumurta hüceyrə yumurtalıqdan çıxmır.

D) Mayalanmamış yumurta hüceyrə məhv olur.

E) Mayalanmamış yumurta hüceyrə uşaqlığa yapışır.
Aybaşı zamanı bütün orqanizmdə dəyişiklik gedir, mayalanmamış yumurta hüceyrə məhv olur. Döş vəzisi böyüyür, gərginləşir, ağrılı olur. Qadının yumurtalığında və uşaqlığında tsiklik dəyişiklik gedir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
335) Aybaşı tsiklinin tənzimlənməsində hansı daxili sekresiya vəzisi əsas rol oynayır?
A) Qalxanabənzər vəzi

B) Mədəaltı vəzi

C) Qalxanabənzər ətraf vəzi

D) Hipofiz vəzisi

E) Böyrəküstü vəzi
Aybaşı tsikli əsasən hipotalamus – hipofizar sistemlə tənzimlənir. Əsasən hipofiz vəzisinin hormonları (FSH, LH, LTH) yumurtalıq tsiklinin fazalarının uyğun hormonlarını tənzimləyir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 3; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
336) Follikul yetişdikdən sonra nə baş verir?
A) İmplantasiya

B) Hamiləlik

C) Mayalanma

D) Ovulyasiya

E) Aybaşı
Yumurtalıqda follikul FSH təsiri nəticəsində yetişir, sonra partlayır. Yəni ovulyasiya fazası olur ki, bu vaxt yumurta hüceyrə xaric olur və mayalanma ehtimalı çoxalır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
337) Normal doğuş neçənci həftədə baş verir?
A) 42-43

B) 37-41


C) 28- 32

D) 11- 12

E) 32-34
Uşaqlıqda döl tam yetişdikdən sonra xarici mühitdə yaşamaq üçün doğulur. Bu 38-ci həftədən 40-41-ci həftəyə kimi baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107
338) Uşaqlıq boynunun açılmasına nə kömək edir?
A) Dölyanı mayenin axması

B) Orqanizmdə hormonların toplanması

C) Ciftin vaxtından qabaq ayrılması

D) Ardıcıl doğum sancıları və su kisəsi

E) Uşaqlıq əzələsinin gərilməsi
Doğuşun baş verməsi -uşaqlıq boynunun açılmasına doğum sancıları və su kisəsi kömək edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh127
339) Boru hamiləliyinin pozulması zamanı qadının şikayəti?
A) Qarının aşağısında ağrı, baş gicəllənməsi

B) Ürəkbulanma

C) Qusma

D) Tez-tez sidik ifrazı

E) Bel nahiyəsində ağrı
Qarının sol və ya sağ tərəfində ,qasıq nahiyəsində ,hamiləliyin 4-5 həftəsində qəfıl “xəncər batma” xarakterli ağrının olması və daxili qanaxmadan asılı olaraq baş gicəllənmə və bayılma halları olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 229
340) Uşaqlıq qanaxması zamanı mamanın əsas işi nədən ibarətdir?
A) USM aparılması

B) Kateterin yeridilməsi

C) Uşaqlıq boynunun biopsiyası

D) Sedativ dərmanların verilməsi

E) Uşaqlıq boşluğunu qaşımaq üçün alətlərin hazırlanması
Mama əsasən alətlərin sterilizasiyasına və onların düzülməsinə diqqət etməlidir. Bu zaman aseptika və antiseptikaya ciddi riayət edilməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
341) Abortdan sonra hansı ağırlaşmanın yaranma ehtimalı yüksəkdir?
A) Bağırsağın mikro florasının pozulması

B) Sinir sisteminin pozulması

C) Uşaqlıqda iltihabı proses

D) Sidik ifrazının tezləşməsi

E) Uşaqlıq yolunun sallanması
Abort zamanı aseptika və antiseptikaya ciddi riayət etmədikdə uşaqlığa qalxan infeksiyanın düşməsi uşaqlığın selikli qişasının iltihabına səbəb ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
342) Uşaqlıq yolunun sallanması zamanı qadın əsasən nədən şikayətlənir?
A) Ürək bulanma, qusmadan

B) Meteorizmdən

C) Sidiyini saxlaya bilməməkdən

D) Epiqastral nahiyədə ağrıdan

E) Uşaqlıq yolundan qanaxmadan
Ağır doğuşlarda, uşaqlıq yolunun və uşaqlığın tam, natamam sallanmalarında sidiyin saxlanmaması, tez-tez sidik ifrazı baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 24
343) Mama qəbul otağında hamilə qadında........... olduqda təcili həkimi çağırmalıdır.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Qıcolmalar

B) Baş gicəllənmə

C) Hipotenziya

D) Baş ağrısı

E) Sidik ifrazının artması
\Hamiləliyin ikinci yarısının toksikozunun ən ağır forması : eklampsiyada qadının və dölün həyatı üçün təhlükə yarandığı üçün mama təcili həkimi çağırmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 195
344) Aralığın üçüncü dərəcəli cırılmasında nə baş verir?
A) Dərialtı əzələlər zədələnir

B) Uşaqlıq yolunun əzələləri zədələnir

C) Dərialtı toxuma zədələnir

D) Anusun xarici sfinktoru zədələnir

E) Aralığın dərisinin tamlığı pozulur
Aralığın üçüncü dərəcəli cırılmasında düz bağirsağın xarici sfinktoru zədələnir
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242
345) Qadının hamiləliyinin öz arzusı iləsüni pozulması hansı müddətdəmümkündür?
A) 39-40 həftə

B) 13-16 həftə

C) 12 həftəyə qədər

D) 20-25 həftə

E) 21-30 həftə
Hamiləliyin ilk aylarında süni pozulması qadının arzusu ilə 12 həftəyə qədər aparıla bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
346) Xəstəxanadaxili infeksiyanın törədicisi hansıdır?
A) Viruslar

B) Qonokoklar

C) Bağırsaq çöpləri

D) Stafilokoklar

E) Streptokoklar
Doğum evlərində infeksiyanın yayılmasının qarşısını almaq üçün aseptika və antiseptikaya ciddi riayət olunur. Hər həftə, hər ay, genişləndirilmiş təmizlik işi aparılır. Xəstə zahıları sağlam qadınlardan ayırıb bokslarda yerləşdirirlər. Xəstəxana daxili infeksiyanın törədicisi bağırsaq çöpləridir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 291
347) Sterilizasiyadan əvvəl tibbi alətlərin işlənməsinin son mərhələsi hansıdır?
A) Yuyucu məhlula salınır

B) Avtoklavda saxlanılır

C) Axar su altında yuyulur

D) Distilə edilmiş su ilə yaxalanıb,yaxşı qurudulur

E) Qablaşdırılır
Axar su altında yuyulur

Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 83 cədvəl 2


348) Doğuşdan sonra aşağı ətrafların varikoz genişlənməsində nə etmək olmaz?
A) Həmin ayağa inyeksiya etmək olmaz

B) Ayağa Vişnevski məlhəmi çəkilir.

C) Qarının aşağısına buz qoyulur

D) İltihabi prosesi aradan qaldırmaq üçün zəli ilə müalicə

E) Ayağa sakitlik, yuxarı vəziyyət verilir
Hamilə qadınlarda aşağı ətrafların və cinsiyyət üzvlərinin varikoz genişlənmələrində doğuşdan sonra həmin ayağa yuxarı vəziyyət verilir və inyeksiya etmək olmaz.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 236
349) Doğuşdan sonrakı zahılıq dövrünün septiki xəstəliklərinə aşağıdakılardan nə aid deyil?
A) Çəki normal qalır

B) Dəri sarıya çalır, bəzən qansızmalar

C) Yüksək temperatur

D) Nəbzin tezləşməsi, titrəmə

E) Baş ağrıları, yuxusuzluq, sayıqlama
Septiki xəstəliklərdə xəstənin vəziyyətindən asılı olaraq çəki azalır, xəstə arıqlayır. Ancaq nəbz tezləşir, hərarət yüksəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 291
350) Qasıq sümüklərinin aralanmasında mamanın taktikasına nə aid deyil?
A) Qasıq nahiyəsinə soyuq qoymaq

B) Zahını çarpayıda yumaq

C) Bintlə çanağı möhkəm sıxmaq

D) Zahını gəzdirmək

E) Xüsusi korsetdən istifadə etmək
Çətin doğuşlarda bəzən qasıq sümüklərinin aralanması qeyd oluna bilər. Ona görə də doğuşun gedişini əvvəlcədən qiymətləndirmək lazımdır. Belə qadınlarda ördək yerişi qeyd olunur.Zahını tez gəzdirmək olmaz. Bütün müdaxilələr çarpayıda aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 290
351) Vaxtı ötmüş hamiləlikdə qadını əməliyyata hazırlayarkən nə etmək olmaz?
A) Doğuşu təbii yolla başa çatdırmaq

B) Alətlərin sterilizasiyası

C) Əllərin dezinfeksiyası

D) Hamilənin əməliyyata hazırlanması

E) Tikiş və yumşaq materiallarının sterilizasiyası
Vaxtı ötmüş hamiləlikdə ana və döl üçün təhlükə olarsa, diri döl vermək məqsədi ilə cərrahi əməliyyat aparılır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 228.
352) Aralığın cırılma ehtimalı hansı halda mümkün deyil?
A) Köhnə çapıq toxuma olarsa

B) Aralıq alçaq olarsa

C) Açılış gəlişlərində iri baş olarsa

D) Hündür aralıq olarsa

E) Mamalıq masaları qoyularkən
Doğuş zamanı aralığın vəziyyətindən asılı olaraq irəliləyən başın vaxtından qabaq açılması çox zaman onun cırılmasına səbəb olur. Ona görə də hündür aralıqda perineotomiya əməliyyatı aparılır. Aralıq alçaq olarsa buna ehtiyac olmur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 281
353) Doğuşdan sonra uşaqlıq əzələsinin tonusunun itməsi ilə baş verən qanaxmada nə etmək olmaz?
A) Qarının ön divarından uşaqlıq masaj edilir

B) Sidik kisəsinin boşaldılması

C) Qarın aortasının sıxılması

D) Cifti əllə ayırmaq

E) Uşaqlıq boşluğunun əllə yoxlanması
Ciftin əllə ayrılması yalnız son dövrün qanaxmalarında baş verir. Onun hissəvi yalançı bitişməsində aseptika və antiseptika qaydalarına riayət edilərək cift əllə ayrılır.Hipotonik qanaxmalarda uşaqlığın yığılmasinı təmin etmək lazımdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 332; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 279
354) Doğuşu idarə edərkən mamanın əsas vəzifəsi nədən ibarətdir?
A) Yarıb çıxan başı tutub dartmaq

B) Cifti əllə ayırmaq

C) Başın vaxtından qabaq açılmasının qarşısını almaq

D) Qadına güc verməyi təklif etmək

E) Dölün boynundan tutaraq doğuzdurmaq
Dölün başı doğularkən mama ona güc verməməyi məsləhət görür. Məqsəd başın vaxtından qabaq açılmasının qarşısını almaq və kiçik çəp ölçü ilə doğulmasını təmin etməkdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 132
355) Müayinə otağında nə olmamalıdır?
A) Doğan qadın üçün təmiz fərdi dəstlər

B) Mamalıq masaları

C) Təzyiqi ölçmək üçün cihaz

D) Steril pambıq və tənzif kürəciklər

E) Mamalıq stetoskopu
Mamalıq masaları doğuşun gedişindən asılı olaraq doğuş otaqlarında istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 320
356) Hamilə qadının xarici müayinə üsuluna hansı aid deyil?
A) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin təyini

B) Ürək vurğusuna qulaq asmaq

C) Dölün vəziyyəti müəyyənləşdirmək

D) Dölün mövqeyinin təyini

E) Boyu ölçmək
Doğmağa gələn qadınlarda xarici müayinə apararkən onun boyu bizim üçün önəm daşımır. Ancaq Leopoldun xarici müayinə üsulları tətbiq olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73-79; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 83
357) Hansı hamilə və ya doğan qadını xərəkdə aparmaq məsləhət görülmür?
A) Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması olan qadın

B) Hamiləliyi və doğuşu normal keçən qadın

C) Ağır preeklampsiyalı qadın

D) Uşaqlığın cırılma təhlükəsi olan qadın

E) Mərkəzi cift gəlişi olan qadın
Hamiləliyi normal keçən və doğmağa gələn qadınlar özləri sərbəst olaraq doğum otağına gəlir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107.
358) Hamiləliyin patologiyası şöbəsində hansı qadınları yerləşdirmək olmaz?
A) Vaxtı ötmüş hamilələr

B) Anamnezində mamalıq patologiyası olan qadınlar

C) 3 aylığına kimi hamiləliyi pozulmuş qadınlar

D) Hamilənin fərdi olaraq doğuşa hazırlanması

E) Ekstragenital patologiyası olan
3 aylığına qədər hamiləliyi pozulmuş qadınlar ginekologiya şöbəsinə yerləşdirilir. Qanaxmanı dayandırmaq məqsədilə uşaqlıq boşluğu qaşınır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107
359) Prosedur otağında nə etmək olmaz?
A) Venadaxili infuziya

B) Qanköçürmə

C) Təmizləyici imalə

D) Venadan müayinə üçün qanın götürülməsi

E) Dəri altı inyeksiya
Prosedur otağında heç vaxt sanitar təmizləmə işi aparılmır.Lazım gələrsə qəbul otağında aparılır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123
360) Aşağıdakılardan hansı doğum şöbəsində istifadə edilmir?
A) Venaseksiya və epidural anesteziya üçün dəst

B) Qanaxma zamanı təcili yardım üçün dərmanlar

C) Qan götürmək üçün 5-6 birdəfəlik şpris, iynələr

D) 70%-li və ya 96%-li etil spirti

E) Qan köçürmə zamanı işlədilən steril sistemlər
Anestioloji və reanimasion şöbədə xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq venaseksiya, körpücükaltı venanın punksiyası, peridural anesteziya üçün steril dəstlər ayrıca saxlanılır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə