Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Hamiləlik zamanı həqiqi konyuqata nəyə əsasən təyin olunur?



Yüklə 2,08 Mb.
səhifə6/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   2   3   4   5   6   7   8   9   ...   21

261) Hamiləlik zamanı həqiqi konyuqata nəyə əsasən təyin olunur?
A) Köndələn ölçüyə görə

B) Diaqonal konyuqataya görə

C) Xarici konyuqataya görə

D) Düz ölçüyə görə

E) Anatomik konyuqataya görə

Xarici konyuqatadan (simfizin yuxarı kənarı ilə Mixayles rombunun yuxarı kənarı arasında olan məsafədən ) 9 sm çıxaraq həqiqi konyuqata, yəni kiçik çanağın girəcəyinin düz ölçüsü təyin edilir. 20-9=11 sm


Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
262) Uşaqlıq borusunun uzunluğu neçə sm olur?
A) 10-12 sm

B) 7-12 sm

C) 20-25 sm

D) 5-10 sm

E) 5-8 sm
Uşaqlıq borusu kəndir şəkilli olub, uşaqlığın yan kənarından başlayır, enli bağın üstü ilə çanağın yan divarına doğru gedir. 10-12 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
263) Normada uşaqlığın vəziyyəti necədir?
A) Önə əyilmiş- bükülmüş

B) Sağa əyilmiş

C) Orta xətt ətrafında fırlanmış

D) Sola əyilmiş

E) Arxaya əyilmiş- bükülmüş
Normada uşaqlıq hamar əzələvi üzv olub, kiçik çanağın mərkəzində cismi önə, uşaqlıq boynu arxaya olmaqla yerləşir. Onun bu vəziyyətinə cinsiyyət üzvlərinin bağ aparatı səbəb olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
264) Uşaqlıq boynunun xarici dəliyi hara baxır?
A) Uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə

B) Uşaqlıq yolunun orta hissəsinə

C) Uşaqlıq yolu girəcəyinə

D) Anal dəlikdən arxaya

E) Uşaqlıq yolunun aşağı 1/3 hissəsinə
Uşaqlıq boynu uşaqlığın aşağı nazik hissəsi olub uşaqlıq yoluna baxır. Silindrik formada olub xarici dəliyə doğru daralır.Daxilində kanal yerləşir. Uşaqlıq boynunun xarici dəliyi uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə açılır. Daxili dəlik isə uşaqlıq boynu önü nahiyəyə baxır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 18
265) Kişi cinsiyyət hormonu hansıdır?
A) İnsulin

B) Testosteron

C) Oksitosin

D) Progesteron

E) Follikulin
Qadın orqanizmində testosteronun çox olması hirsudizmə (tüklənməyə) səbəb olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
266) Diaqonal konyuqata necə təyin olunur?
A) Çanaqölçən və xarici müayinə ilə

B) Xarici müayinə ilə

C) Çanaq ölçən ilə

D) Santimetr lenti ilə

E) Daxili müayinə ilə
Simfizin aşağı kənarından oma qabarına qədər olan məsafədir.
Ədəbiyyat: 26H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 49
267) Hipofizin ön payının hormonuna hansı aid deyil?
A) Tireotrop

B) Prolaktin

C) Estradiol

D) Somatotrop

E) Follikul stimuləedici
Aybaşı tsiklində yumurtalıqda follikulun inkişafı hipofizin FSH təsiri nəticəsində baş verir. Hipofizin ön payının hormonuna estradiol aid deyil.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 30
268) Aşağıdakılardan hansı kiçik çanaq toxumasına aid deyil?
A) Uşaqlıq ətrafı

B) Uşaqlıq yolu ətrafı

C) Sidiklik ətrafı

D) Oma-uşaqlıq bağı

E) Düz bağırsaq ətrafı
Uşaqlığın arxa səthindən uşaqlıq cisminin boynuna keçən yerdən başlayıb arxaya gedir, düz bağırsağı 2 tərəfdən əhatə edir və omanın ön səthinə bağlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 23
269) Uşaqlıq siklinə nə aid deyil?
A) Regenerasiya

B) Proliferasiya

C) Deskvamasiya fazası

D) Sekresiya fazası

E) Sarı cismin inkişafı
Yumurtalıq tsiklinin III fazası olub, partlamış follikulun yerində əmələ gəlir və progesteron hormonu ifraz edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 33
270) Çanaq sümüyünə hansı bitişmə aid deyil?
A) Bud- çanaq- bitişməsi

B) Qasıq bitişməsi

C) Sağ oma-qalça bitişməsi

D) Oma-büzdüm bitişməsi

E) Sol oma-qalça bitişməsi
Bud sümüyünün başı sirkə kasasına oturur və hərəkətlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 37
271) Çanağın keçirici oxu haradan keçir?
A) Diaqonal konyuqatanın ortasından

B) Kiçik çanağın düz ölçülərinin ortasından

C) Kiçik çanağın çəp ölçülərinin ortasından

D) Böyük çanağın ölçülərinin ortasından

E) Böyuk çanağın köndələn ölçülərinin ortasından
Kiçik çanağın düz ölçülərinin ortasından (mərkəzindən) keçən əyri oxdur. Çünki simfiz oma sümüyündən 3 dəfə kiçikdir. Döl başı da bu oxa uyğun irəliləyir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 42
272) Aşağıdakılardan hansı kişi çanağına aiddir?
A) Oma enli, promentorium önə baxır

B) Çanaq dar və hündürdür

C) Oturaq qabarları arası məsafə enlidir

D) Kiçik çanaq boşluğu enlidir

E) Çanaq enli və gödəkdir
Kişilərdə çanaq dar və hündürdür, oturaq qabarları arasındakı məsafə azdır, qasıq bucağı 70-750 -dir, büzdüm önə çox çıxır. Çanaq boşluğu balaca olub çıxacağa doğru dardır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 44
273) Ciftin çəkisi necə qram olur?
A) 700 qr

B) 500 – 600 qr

C) 1000 qr

D) 100 – 200 qr

E) 300 – 400 qr
Normada cift oval ya da dairəvi olur. Doğuşun III dövründə uşaqlıq divarından cift və qişalar ayrılır və xaric olur. O, həm mərkəzdən , həm də kənari ayrılır. Ciftin ayrılma prosesi ciddi nəzarət altında olmalıdır. Ciftin çəkisi 500-600 qr olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41-100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 61
274) Dölün uzunluğunu təyin etmək üçün hansı sxemden istifadə edilir?
A) Alfeld üsulundan

B) Nikolayev üçlüyündən

C) Sovyanov üsulundan

D) Qaaze sxemindən

E) Brekton – Hiks üsulundan
Doğulan dölün boyunun uzunluğu və çəkisini təyin etmək mümkündür. Qaaze sxemi hamiləliyin müddətindən (ayından) asılı olaraq buna imkan verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 57; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 65
275) Aşağıdakılardan hansı kəlləyə aid deyil?
A) Alın

B) Liambdaya bənzər tikiş

C) Oxabənzər tikiş

D) Gicgah

E) Üz
Dölün başının forması və ölçüsü mamalıqda əsas rol oynayır. Dölün başı üz və kəllədən ibarət olur. Üz hamiləliyin axırında tam formalaşmış olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq. Bakı-2007. səh 51; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 66
276) Açılma dövrünü idarə edərkən mama nə etməməlidir?
A) Arterial təzyiqi ölçmək

B) Xarici mamalıq müayinəsi

C) Maşa qoymaq

D) Dölün ürək döyünməsinə qulaq asmaq

E) Daxili müayinə
Doğuşun ağırlaşmalarında bəzən II dövrü qısaltmaq məqsədi ilə çıxacaq və boşluq maşası qoyulur. Bu həkim tərəfindən idarə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 320
277) Apqar şkalası dedikdə nə nəzərdə tutulmur?
A) Pendirvari maddə

B) Ürək döyünməsi

C) Əzələ tonusu

D) Tənəffüs

E) Dərinin rəngi
Döl doğularkən bəzi nahiyələrində pendirvari maddə olur. Əsasən kürəyində və büküşlərdə.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 355
278) Sağrı gəlişlərində doğuş şişi hara düşür?
A) Kürəyə

B) Ön sağrıya

C) Sol ayağa

D) Arxa sağrıya

E) Sağ ayağa
Təmiz sağrı gəlişində ön sağrı irəlidə olduğu üçün doğum şişi onun üzərinə düşür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
279) Dölün anomaliyalarına nə aid deyil?
A) Bitişik əkizlər

B) Ölü döl

C) Qasıq yırtığı

D) Qurd ağız, dovşan dodaq

E) Mikrosefaliya
Dölün ana bətnində ölməsi bir çox səbəblərdən olur.Dölün ürək döyünməsi eşidilmir, tərpənmə hiss edilmir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 200
280) Ciftin vaxtından qabaq tam ayrılmasında nə olmur?
A) Qusma

B) Uşaqlıq daxili təzyiq

C) Nəbz tezləşir, arterial təzyiq aşağı düşür

D) Dölün ürək döyünməsi eşidilmir

E) Qarında güclü ağrı
Qusma mədə-bağırsaq traktından asılı olan şikayətdir. Ciftin vaxtından qabaq tam ayrılmasında kəskin qarın simptomu əmələ gəlir və qadının ölümünə səbəb olur..
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234
281) Prostoqlandinlər miometriumun yığılma qabiliyyətinə necə təsir edir?
A) Əvvəl artırır,sonra azaldır.

B) Artırır

C) Azaldır

D) Cüzi azaldır.

E) Təsir etmir
Hamiləliyin sonunda doğuşa yaxın prostoqlandinlər yüksəlir ki, bu da uşaqlığın əzələ qatının yığılma qabiliyyətini artırır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123-138
282) Göbək ciyəsinin ana ucunun təqribən 10 sm-ə dək uzanması əlaməti hansı üsulla təyin edilir?
A) Şreder

B) Piskaçek

C) Alfeld

D) Kustner - Cukalov

E) Krede - Lazarevic
Göbək ciyəsinin ana ucunun təqribən 10 sm uzanmasına Alfeld əlaməti deyilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh138
283) Doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?
A) 1%

B) 5%


C) 2%

D) 0,5% -ə qədər

E) 0,7%
Doğuş zamanı fizioloji qanitirmə qadının çəkisinin 0,5%-ə qədəri həcmində ola bilər.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107-123
284) Doğuşdan sonra hansı qadınlarda doğum yolları yoxlanılır?

1. Şəkərli diabeti olan qadınlarda

2. İlk doğanlarda

3. Təkrar doğanlarda

4. Ürək qüsuru olan qadınlarda

5. Sadalananların hamısında
A) 4

B) 1,2


C) 5

D) 1,3


E) 3,4
Bütün doğan qadınlarda uşaqlıq boynunda, uşaqlıq yolunda, cırıqlar, sıyrıqlar ola bilər. Onları müəyyən etmək üçün yoxlanılır, bəzən cırıqlar, sıyrıqlar işlənməsə zahılıq xəstəlikləri baş verə bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москвa. 1985 səh 107-123
285) Hamilənin qidasında hansı maddələr üstünlük təşkil etməlidir?

1. Zülallar

2. Vitaminlər

3. Karbohidratlar

4. Yağlar

5. Xörək duzu
A) 1,2

B) 2,5


C) 1,4

D) 3,4


E) 3,5
Hamilənin qidaları asan həzm olan, vitaminlərlə,zülallarla, meyvə-tərəvəzlə zəngin olmalıdır.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
286) Uşaqlığın daxili səthi doğuşdan neçə gün sonra bərpa olunur?
A) 5

B) 3


C) 10

D) 1


E) 2
Normada uşaqlığın daxili səthi, yəni endometrium(cift birləşən yerdən başqa) 10 günə tam bərpa olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 150
287) Uşaqlığın daxili səthi (cift bitişən yerlə birgə) doğuşdan neçə gün sonratam bərpa olunur?
A) 10

B) 7


C) 5

D) 3


E) 20
Normada uşaqlığın daxili səthi, yəni endometrium cift bitişən yerlə birgə 20 günə tam bərpa olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москвa. 1985 səh 150
288) Tək yumurta əkizlərində hansı əlamət eyni olur?

1. Ümumi xovlu və kapsulyar qişa

2. Müxtəlif qan qrupu

3. Eyni cinsli olma

4. Dərinin rəngi

5. Çəki
A) 2,3

B) 4,5


C) 2,5

D) 1,3


E) 1,5
Tək yumurta əkizlərində ümumi xovlu və kapsulyar qişa olur, çox zaman isə eyni cinsli doğulurlar.Cift bir dənə olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 115
289) Çanaq gəlişlərində hamilələr nə vaxt stasionara göndərilməlidir?
A) Döğuşa 3 gün qalmış

B) Doğuşa 2 həftə qalmış

C) Dölyanı maye axdıqda

D) Döğuş sancıları tezləşdikdə

E) Doğum fəaliyyəti başladıqda
Çanaq gəlişlərində hamilələr doğuşa 2 həftə qalmış stasionara göndərilməlidir ki,doğuşun hansı yolla başa catması haqqında qərar verilsin.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985səh172
290) Feldşer-mama məntəqəsinə (FMM) 30 yaşlı 37-38 həftəlik hamilə qadın müraciət etmişdir.Xarici müayinə zamanı çəkisi təqribən 4000 qr olan ,ayaq gəlişli döl müəyyən edilmişdir. Döğuşun normal başa çatdırılması (diri döl vermək şərtilə) üçün mamanın taktikası nədən ibarət olmalıdır?
A) Dölyanı mayeni süni yolla açmalıdır.

B) Keysəriyyə kəsiyinin aparılması üçün təcili stasionara göndərməlidir

C) Sovyanov üsulu ilə doğuşu qəbul etməlidir.

D) Doğuşu stimulə etməlidir.

E) Perineotomiya etməlidir.
Ayaq gəlişində dölün çəkisi 4000 qr-dan çox olarsa diri döl vermək üçün keysəriyyə kəsiyi əməliyyatı aparılmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343; B.И. Бодяжина. Акушерство.«Медицина», Москва. 1985 səh 324
291) Anemiyası olan hamilələrə təyin edilən preparatların tərkibində hansı kimyəvi element üstünlük təşkil edir?
A) Kalsium (Ca)

B) Vitamin D

C) Vitamin A

D) Natrium (Na)

E) Dəmir (Fe)
Anemiyası olan hamilələrə tərkibində dəmirin miqdarı çox olan preparatlar təyin olunur.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 97
292) Feldşer mama məntəqəsinə 27 yaşlı qadın 30-32 həftəlik hamiləliklə uşaqlıq yolundan qanaxma şikayəti ilə müraciət etmişdir.Ağrı yoxdur.Mama hansı patologiyadan şübhələnməlidir?
A) Mərkəzi cift gəlişi

B) Natamam abort

C) Başlanğıc abort

D) Tam abort

E) Ciftin vaxtından qabaq ayrılması
Mərkəzi cift gəlişində ağrısız qanaxma ilə müraciət edən qadınların doğuşu təbii yolla qurtara bilmədiyi üçün onlara keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh 2322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 273
293) Əgər hamilə qadın məsləhəhətxanasına həkimin qəbuluna gəlməyibsə, mama nə vaxt patronaja getməlidir?

1. Həmin gün

2. 1 həftə ərzində

3. 1 ay ərzində

4. Səhəri gün

5. 10 gündən sonra
A) 2,5

B) 4,3


C) 4,5

D) 1,4


E) 2,3
Qadın məsləhətxanasında mama sahə prinsipi üzrə işlədiyi üçün gəlməyən hamilə qadınları həmin gün, yaxud , səhəri gün patronaj edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20
294) Həkim olmayan şəraitdə, zərurət yarandıqda mama hansı əməliyyatı icra edə bilər?
A) Süni abortu

B) Keysəriyyə əməliyyatı aparmaq

C) Mamalıq maşalarını qoymaq

D) Uşaqlığın amputasiyasını

E) Sovyanov üsulu ilə doğuşun qəbulunu
Həkimin sayı azlıq təşkil edən doğum evlərində təmiz sağrı gəlişində doğuşu Sovyanov üsulu ilə idarə edə bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 172
295) Hamilələr vitamin preparatlarını necə qəbul etməlidirlər?
A) Sərbəst

B) Baş tibb bacısının təyinatı ilə

C) Mamanın təyinatı ilə

D) Həkimin təyinatı ilə

E) Tibb bacısının təyinatı ilə
Dölün bətn daxilində normal inkişafı üçün vitamin həkimin təyinatı ilə qəbul edilir.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
296) Hansı qadınlarda cinsiyyət üzvlərinin iltihabı xəstəliklərinin yaranma riski yüksəkdir?
A) Təkrar doğan qadınlarda

B) Hamilə qadınlar

C) Doğmamış qadınlar

D) Çoxlu sayda abort etmiş

E) Yeniyetmələr
Daxili cinsiyyət üzvlərinə çoxlu müdaxilə edilərsə, iltihabi xəstəliklərin yaranma riski yüksəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
297) Uşaqlığın əsas funksiyası hansıdır?
A) İfrazat

B) Endokrin

C) Aybaşı (uşaqdoğma)

D) Müdafiə

E) Sekretor
Cinsi yetişkənlik dövründən sonra uşaqdoğma dövrü olduğu üçün normada hər 28 gündən bir aybaşı baş verir və uşaqlıq əsasən reproduktiv funksiya daşıyır
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
298) Yumurtalığın funksiyası hansıdır?
A) Müdafiə

B) Endokrin-hormonal

C) Ekzokrin

D) Aybaşı

E) İfrazat
Normada hər ay yumurtalıqda follikul yetişir, partlayır, sarı cism əmələ gəlir. Bu zaman hormonlar ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
299) Hamiləliyin kicik müddətinin təyinində aparılan daxili müayinə üsuluna nə aid deyil?.
A) Heqar simptomu

B) Piskaçek əlaməti

C) Sneqiryov əlaməti

D) İmmunoloji müayinə

E) Uşaqlığın böyüklüyü
İmmunoloji müayinə daxili müayinəyə aid deyil.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh67; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 79
300) Aşağıdakılardan hansı qadın cinsiyyət üzvlərinə aid deyil?
A) Prostat vəzi

B) Uşaqlıq yolu

C) Böyük və kiçik cinsiyyət dodaqları

D) Yumurtalıqlar

E) Uşaqlıq
Prostat vəzi kişi cinsiyyət vəzisidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 12
301) Mamalıqda əhəmiyyət daşıyan əmgəklərin sayı neçədir?
A) 3

B) 7


C) 1

D) 4


E) 2
Dölün başının kəllə hissəsi bir neçə sümükdən ibarətdir. Bunlar arasında tikişlər və əmgəklər var. Mamalıqda yalnız 2 əmgək (böyük və kiçik əmgək) əsasdır. Böyük əmgək 4 sümüyün (2 təpə+2 alın), kiçik əmgək 3 sümüyün (2 təpə+1 ənsə) arasında qalan boşluqdur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 67
302) Başın açılmış gəlişlərinə aid deyil?

1. Alın gəlişi

2. Üz gəlişi

3. Ənsə gəlişi ön görkəm

4. Ön təpə gəlişi

5. Ənsə gəlişi arxa görkəm
A) 3,5

B) 1,5


C) 3,4

D) 2,4


E) 1,2
Normada baş bükülü vəziyyətdə olduğu üçün döl ənsə gəlişi ön və arxa görkəmdə doğulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96-98, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 254
303) Ön təpə gəlişində bələdçi (aparıcı) nöqtə hansıdır?
A) Böyük əmgək

B) Kiçik əmgək

C) Alın sümüyü

D) Dilaltı sümük

E) Burnun kökü
Böyük əmgək kiçik əmgəkdən aşağıda yerləşir, aparıcı nöqtə sayılır və baş düz ölçüsü ilə doğulur. (Ənsə qabarından burun kökünə kimi olan məsafədir)
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 252
304) Yetişmiş dölün başının düz ölçüsü neçə sm - dir?
A) 14 sm

B) 9,5 sm

C) 10 sm

D) 12 sm


E) 13 sm
Gəlişlərdən asılı olaraq başın ölçüsü təyin edilir. Belə ki, başın I dərəcəli açılmasında, ön baş gəlişində baş çanağı özünün düz ölçüsü ilə (12 sm) yarıb çıxır. Ona görə də doğum şişi böyük əmgək üzərinə düşür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 252
305) Ön təpə gəişində baş hansı ölçü ilə xaric olur?
A) Böyük çəp ölçü

B) Düz ölçü

C) Şaquli ölçü

D) Kiçik çəp ölçü

E) Orta çəp ölçü
Ön təpə gəlişində baş 12 sm ilə -düz ölçü ilə xaric olur.Düz ölçü ənsə qabarından burun kökünə qədər olan məsafədir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 67, 251
306) Süd vəzisinin böyüməsində hansı hormon rol oynayır?
A) Prolaktin

B) Prostoqlandin

C) Testosteron

D) İnsulin

E) Kortizol
Prolaktin- süd vəzisinin böyüməsini stimullaşdırır və laktasiyanı tənzimləyir.Artıq miqdarda olduqda follikulun böyüməsi və yetişməsini ləngidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 75
307) Doguş vaxtı ciftin bitişməsinə şübhə olduqda mamanin taktikasi?
A) Təcili həkimə müraciət etməli

B) Qarnın aşağısına soyuq qoymalı

C) Abuladze üsülunu tətbiq etməli

D) Cifti əl ilə ayırmalı

E) Uşaqlığı xaricdən massaj etməli
Mama doğuşun III dövründə xarici qanaxma olmadığı üçün həkimə müraciət edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237-280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 127
308) Zahılıq dövrünün gedişində mama nəyə xüsüsi diqqət verməlidir?
A) Kariyesin profilaktikasına

B) Qadının dərisinə

C) Qadının yuxusuna

D) Mastitin profilaktikasına

E) Zahının psixoloji vəziyyətinə
Mama hər əmizdirmədən sonra artıq südün qalmaması üçün anaya məsləhətlər verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 152, 300
309) Uşaqlıq borusunun tamlıgı pozulduqda axan qan haraya toplanır?
A) Duqlas boşluguna

B) Uşaqlıq yoluna

C) Uşaqlıq yolunun ön tağına

D) Qızlıq pərdəsinin arxasına

E) Uşaqlığa
Borunun tamlığı uşaqlıqdan kənar hamiləlikdə pozulur və daxili qanaxma baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 229
310) Yumurta hüceyrə harada böyüyüb inkişaf edir?
A) Eritrositdə

B) Limfositdə

C) Alveolda

D) Follikulda

E) Leykositdə
Hamiləliyin baş verməsi üçün yetişmiş follikul inkişaf edib, partlamalı, yumurta hüceyrə xaric olmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 32
311) Ciftin hissəvi bitişməsinə şübhə olduqda mama hansı əməliyyatı yerinə yetirməyi bacarmalıdır?
A) Oksitosinin venadaxili infuziyası

B) Ciftin əl ilə ayrılması

C) Abuladze üsülu

D) Qarnın aşağısına soyuq qoyulması

E) Uşaqlığın xaricdən massajı
Həkimlərin sayının azlıq təşkil etdiyi doğum evlərində mama, ciftin hissəvi bitişməsində xarici qanaxma olduğu üçün, uşaqlıq boşluğuna əli daxil edib cifti ayırmağı bacarmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 275
312) Feldşer-mama məntəqəsində (FMM) işləyən mama hansı hallarda uşaqlığın cırılma təhlükəsindən şübhələnə bilər?
A) Uşaqlıq üzərində köhnə çapıq toxuması olduqda

B) Dölyanı mayenin çoxluğunda

C) Preeklampsiyada

D) Cift gəlişi olduqda

E) Çoxdöllülükdə
Təkrari hamilələrdə uşaqlıq üzərində köhnə çapıq toxuma olarsa doğuşa 2 həftə qalmış doğuş keysəriyyə kəsiyi ilə başa çatdırılmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 324


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə