Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,5 Mb.
səhifə11/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   ...   8   9   10   11   12   13   14   15   16

605) 20 yaşlı xəstədə boyun körpücüküstü zonaların divararalığı və sağ qalça qasıq limfa düyününün zədələnməsi ilə Hockin limfoması III B mərhələ, qarışıq hüceyrəli variant, pisməqamlı proqnoz. Aparılacaq şüa terapiyasının həcmi necə olmalıdır?
A) Şüa terapiyası kimyaterapiya ilə eyni vaxtda

B) Radikal proqramla bütün qrup limfa düyünlərə

C) Şüa terapiyası məqsədəuyğun deyil

D) Kimyaterapiyadan sonra bütün əvvəlki zədələnmə ocaqlarına

E) Kimyaterapiyadan sonra qalan zədələnmə ocaqlarına və qaraciyərə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
606) 34 yaşlı xəstəyə sağ süd vəzinin yuxarı xarici kvadrantında T1N0M0 mərhələli xərçəng şişi radikal rezeksiya olunub. Sonrakı müalicə hansı variantda düzgün göstərilib?
A) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası

B) Profilaktik kimyaterapiya+ rentgenterapiya

C) Müşahidə

D) Süd vəzisinə şüa terapiyası aparmaq

E) Krioterapiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
607) 38 yaşlı xəstəyə sağ süd vəzisi xərçənginə görə radikal rezeksiya olunub. Şiş yuxarı xarici kvadrantdadır(3, 5 sm) T2N0M0, Sonrakı müalicə taktikası hansı variantda düzgün göstərilmişdir?
A) Profilaktik kimyaterapiya+ rentgenterapiya

B) Müşahidə

C) Krioterapiya

D) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası

E) Sağ süd vəziyə şüa terapiyası aparmaq
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
608) Süd vəzisi xərçənginin klinik təyin olunmayan regionar zona limfa düyünlərinin profilaktik BMD 2 qr şüalanmasında lazım olan doza hansı variantda düzgün göstərilmişdir?
A) 60 qr – dan çox

B) 35 – 36 qr

C) 70 qr – dan çox

D) 44 – 50 qr

E) 30 – 35 qr
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
609) Aşağıdakı hansı variantda süd vəzisi xərçənginin I mərhələsində (şişin xarici lokalizasiyası) aparılan müalicə düzgün göstərilmişdir?
A) Ancaq hormonoterapiya

B) Rentgenterapiya + radikal mastektomiya

C) Kimyaterapiya

D) Radikal rezeksiya + şüa müalicəsi

E) Ancaq şüa müalicəsi
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
610) Aşağıdakılardan hansı şüa terapiyasının ağırlaşmalarına aid deyil?
A) Zəiflik

B) Yuxunun pozulması

C) Metastazların əmələ gəlməsi

D) Ürəkbulanma, qusma

E) Leykopeniya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
611) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası necə adlanır?
A) Eritem dozası

B) Udulma dozası

C) Ekspozisiya dozası

D) Həyəcanlanma dozası

E) Kanserosid doza
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
612) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması - zəifləndirilməsi və ya gücləndirilməsi necə adlanır?
A) Radiorezistentlik

B) Reoksigenasiya

C) Repopulyasiya

D) Radiomodifikasiya

E) Radiohəssaslıq
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
613) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi ilə aparılan şüa müalicəsi necə adlanır?
A) Radionuklid kapsullarla müalicə

B) Palliativ şüa müalicəsi

C) Kontakt şüa müalicəsi

D) Radikal şüa müalicəsi

E) Müştərək şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
614) Operasiya vaxtı normal toxumaların zədələnməsini minimuma endirməklə patoloji prosesi böyük dozada şüalandırılması ilə aparılan şüa müalicəsini necə adlandırmaq olar?
A) Dərin rentgenterapiya

B) Palliativ şüa müalicəsi

C) Kombinəolunmuş şüa müalicəsi

D) İntraoperasion şüa müalicəsi

E) Müştərək şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
615) Əsas məqsədi şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalması ehtimal olunan şiş hüceyrələrinin məhv edilməsi olan şüa müalicəsi necə adlanar?
A) Postoperasion radioterapiya

B) Boşluqdaxili şüa müalicəsi

C) Müştərək şüa terapiyası

D) Dərin rentgenterapiya

E) Palliativ şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
616) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər necə adlanır?
A) Breqq piki

B) Oksigen effekti

C) Müalicəvi şüa patomorfozu

D) Şüa reaksiyası

E) Reverberasiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
617) Aşağıdakı hansı xəstəliyin I - II mərhələsində radikal şüa müalicəsi aparıla bilər?
A) Qaraciyərin xolangiosellülyar xərçəngi

B) Alt dodaq qırmızı haşiyəsinin xərçəngi

C) Qaraciyərin hepatosellülyar xərçəngi

D) Osteogen sarkoma

E) Mədə xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
618) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı patoloji ocaq - 65 - 70 Qr, reqionar limfa düyünləri 35 – 40 Qr şüa müalicəsi almalıdır?
A) Bazalioma

B) Hockin limfoması

C) Vilms şişi

D) Qreyvs xəstəliyi

E) Alt dodaq qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
619) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi konkomitant (konkurrent) aparılması daha effektiv olar?
A) Bazalioma

B) Geyr eritroplaziyası

C) Qreyvs xəstəliyi

D) Peyroni xəstəliyi

E) Burun - udlaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
620) Aşağıda qeyd olunan hansı xəstəliyin müalicəsi zamanı baş beyinin profilaktik şüalandırılması nəzərdə tutulur?
A) Dəri xərçəngi

B) Prostat vəzi xərçəngi

C) Ağciyərin xırda hüceyrəli xərçəngi

D) Düz bağırsaq xərçəngi

E) Qaraciyər xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 487
621) 34 yaşında xəstəyə süd vəzisi xərçənginə görə sektoral rezeksiya+qoltuqaltı limfadenoektomiyadan sonra radioterapiya necə aparılar?
A) Regionar zonalar 45 - 50 Qr dozada

B) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada, sonra şişin yatağı əlavə 10 - 15 Qr 60 Qr-a qədər

C) Aparılmır

D) Şişin yatağı 10 - 15 Qr

E) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287 - 288
622) Low Dose Rate termini hansı müalicə növünə aiddir?
A) Braxiterapiya

B) İMRT


C) Stereotaktik radiocərrahiyyə

D) Stereotaktik radioterapiya

E) İGRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
623) Middle Dose Rate termini hansı müalicə növünə aiddir?
A) İGRT

B) Stereotaktik radioterapiya

C) İMRT

D) Braxiterapiya



E) Stereotaktik radiocərrahiyyə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
624) Aşağıdakı hansı müalicə növü üçün 12 qr/saat doza gücü xarakterikdir?
A) LDR braxiterapiya

B) HDR braxiterapiya

C) İGRT

D) Stereotaktik radiocərrahiyyə



E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
625) Aşağıdakı hansı xəstəliyin I mərhələsində braxiterapiya aparıla bilər?
A) Multiform qlioblastoma

B) Uşaqlıq yolu xərçəngi

C) Eozinofil qranulema

D) Piqment kserodermiyası

E) Peyroni xəstəliyi
Ədəbiyyat: Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, İ. İsayev, 2001. səh 303 - 308
626) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı şüa ezofagiti yaranar?
A) Qida borusu xərçəngi

B) Prostat vəzi xərçəngi

C) Düz bağırsaq xərçəngi

D) Multiform qlioblastoma

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
627) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsinin nəticəsini qiymətləndirmək üçün endoskopik müayinə aparmaq məsləhətdir?
A) Qida borusu xərçəngi

B) Qaraciyər xərçəngi

C) Vilms şişi

D) Dəri xərçəngi

E) Retinoblastoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
628) Süd vəzisinin şüalanması zamanı hansı şüa reaksiyası demək olar ki əksər hallarda rast gəlinir?
A) Laringit

B) Paraproktit

C) Hiperemiya və epidermit

D) Stomatit

E) Faringit
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
629) Lampektomiyadan (sektoral rezeksiyadan) sonra süd vəzisinə hansı dozada şüa müalicəsi aparılır?
A) Süd vəzisinə 30 Qr ; +10 Qr cərrahi çapığa

B) Cərrahi çapığa 40 Qr

C) Süd vəzisinə 50 Qr +10 Qr cərrahi çapığa

D) Cərrahi çapığa 70 Qr

E) Süd vəzisinə 20 Qr
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
630) Aşağıdakı hansı variantda radikal mastektomiyadan sonra aparılan şüa müalicəsi dozası düzgün göstərilmişdir?
A) Cərrahi çapığa 50 Qr

B) Cərrahi çapığa 60 Qr

C) Cərrahi çapığa 30 Qr

D) Cərrahi çapığa 40 Qr

E) Cərrahi çapığa 70 Qr
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
631) Kiçik çanaq nahiyyəsində 4 sahədən aparılan şüa müalicəsi metodikası necə adlanır?
A) BMD

B) BOX


C) HDR

D) SRC


E) PDR
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
632) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı sidik kisəsi və düz bağırsaq boş olmalıdır?
A) Penisin xərçəngi

B) Yoğun bağırsaq xərçəngi

C) Ağciyər xərçəngi

D) Sidik kisəsi xərçəngi

E) Böyrək xərçəngi
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
633) Aşağıdakı hansı xəstəliyə şüa müalicəsi aparılmaz?
A) Osteoxondroma

B) Düz bağırsaq xərçəngi

C) Ağciyər xərçəngi

D) Bazalioma

E) Hockin limfoması
Ədəbiyyat: Давыдов М. И. Энциклопедия клинической онкологии, 2004, С. 326
634) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı yanaşı olaraq dehidratasion terapiya aparılması məsləhət görülür?
A) Dəri xərçəngi

B) Qaraciyər xərçəngi

C) Beyindaxili şiş

D) Bazaliomalar

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
635) Şüa kataraktasının aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsindən sonra yaranması ehtimalı az olar?
A) Maksilyar sinusun xərçəngi

B) Hipofizin makroadenoması

C) Qreyvs xəstəliyi

D) Retinoblastoma

E) Qida borusu xərçəngi
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
636) Udlağın yastı hüceyrəli papilloması zamanı şüa müalicəsinin hansı növündən istifadə edilir?
A) İGRT

B) 3DCRT


C) İMRT

D) LDR braxiterapiya

E) Şüa müalicəsi aparılmır
Ədəbiyyat: Əmirəliyev N. M. ”Qırtlaqın xərçənqi” – Bakı – 2002 – 14 s.
637) Qırtlaq xərçəngi olan xəstədə xondroperixondrit təsdiq edildikdə aparılacaq şüa müalicəsi metodu hansı olmalıdır?
A) İGRT

B) 3DCRT


C) Braxiterapiya

D) Şüa müalicəsi əks - göstərişdir

E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 235
638) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsindən sonra şüa larinqofaringiti yarana bilər?
A) Prostat vəzi xərçəngi

B) Baş beyinin astrositoması

C) Multiform qlioblastoma

D) Bəd xassəli meningeoma

E) Qırtlaq xərçəngi
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
639) Qırtlaq - udlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) Şüa ezofaqiti

B) Şüa dermatiti

C) Arıqlama

D) Şüa larinqiti

E) Mukozit
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
640) «Multilif» kollimatorlu xətli gücləndiricinin köməyi ilə qida borusu xərçəngi olan xəstəyə şüa müalicəsinin hansı növünü aparmaq olar?
A) 3DCRT

B) HDR braxiterapiya

C) MDR braxiterapiya

D) LDR braxiterapiya

E) Lazer terapiyası
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
641) Aşağıdakı hansı orqanın klassik rejimdə qamma şüalanmasının tolerant dozası 80 Qr - dir?
A) Büllür

B) Nazik bağırsaq

C) Sümük toxuması

D) Böyrək

E) Beyin kötüyü
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
642) Aşağıda qeyd olunan kəşflərdən hansı Anri Bekkerel tərəfindən edilmişdir?
A) Braxiterapiya

B) Foton seli

C) X - şüaları

D) Təbii radioaktivlik

E) Atom nüvəsinin parçalanması
Ədəbiyyat: B. Ə. Baxşiyev “ Tibbi radiologiya” Səh. 5
643) Dəri xərçəngi I mərhələdə hansı ölçüdə olur?
A) 6. 0 sm

B) 5. 5 sm

C) 2 sm

D) 4. 5 sm



E) 7. 8 sm
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
644) Aşağıdakılardan hansı dərinin obliqat xərçəngönü xəstəliyidir?
A) Dəri xorası

B) Piqmentli kseroderma

C) Dəri psoriazı

D) Dəri ekzeması

E) Piodermit
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
645) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 1622 ildir?
A) Ra - 226

B) Cs - 137

C) Co - 60

D) J - 131

E) J - 131
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
646) Qırtlaq xərçənginin radikal distansion şüa müalicəsi zamanı CMD hansı dozada aparılır?
A) 70 Qr

B) 30 Qr


C) 40 Qr

D) 50 Qr


E) 20 Qr
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
647) Aşağıdakı hansı xəstəliyin radikal müalicəsi zamanı adətən cərrahi əməliyyat aparılmır?
A) Hockin limfoması

B) Vilms şişi

C) Mədə xərçəngi

D) Qida borusu xərçəngi

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
648) Burun - udlaq xərçəngi olan 20 yaşında bir xəstədə beyin qişalarının zədələnməsi müşahidə olunarsa, aşağıdakılardan hansının aparılması doğru olar?
A) Braxiterapiya

B) Kimyaterapiya simptomatik müalicə ilə yanaşı

C) Elektronlarla şüa müalicəsi

D) 3DCRT


E) Dərin Rentgenterapiya
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
649) Düz bağırsaq xərçənginin şüa müalicəsini neçə sahədən aparmaq düzgün deyil?
A) 1

B) 6


C) 5

D) 4


E) 3
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
650) Mədəaltı vəzi xərçənginin distansiyalı qamma terapiyasını neçə sahədən aparmaq olmaz?
A) 3

B) 5


C) 2

D) 4


E) 1
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
651) Retinoblastomaların distansiyalı qamma terapiyasının birdəfəlik mənbə dozası neçə olur?
A) 3, 6 Qr

B) 4, 2 Qr

C) 1, 8 Qr

D) 4, 0 Qr

E) 5, 2 Qr
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
652) Peritonarxası nahiyədə rast gəlinən şişlərdən hansında ən yüksək radiohəssaslıq müşahidə olunur?
A) Leyomioma

B) Rabdomiosarkoma

C) Limfoma

D) Neyrofibroma

E) Paraqanqlioma
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
653) Aşağıda sadalanan həzm üzvlərindən hansının tolerant dozası ən aşağıdır?
A) Nazik bağırsaq

B) Yoğun bağırsaq

C) Mədə

D) Qida borusu



E) Mədəaltı vəzi
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
654) Cİ sistemində udulma dozasının vahidi hansıdır?
A) Zivert (Z)

B) Rentgen (R)

C) Düzgün cavab yoxdur

D) Qrey (Qr)

E) Anqstrem
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
655) Şüa terapiyası məqsədi ilə hansı aşağıdakı cihazdan istifadə olunmur?
A) Rokus

B) Rentgenterapevtik aparat

C) Xətti gücləndirici

D) Teraqam

E) Lazer cihazı
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
656) Aşağıdakı hansı cihazın köməyi ilə yalnız səthi yerləşmiş hədəflərin şüa müalicəsini aparmaq mümkündür?
A) Rokus - M

B) GammaMedPlus

C) Linac

D) Retgenterapiya

E) Teraqam
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 13
657) Aşağıdakılardan hansı yerli şüa reaksiyalarına aiddir?
A) Şüa faringiti

B) Qusma


C) Ürəkbulanma

D) Temperaturun yüksəlməsi

E) Baş ağrısı
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
658) Aşağıdakılardan hansı sidik kisəsinin xərçəngində əsas kliniki simptomlardır?
A) Qusma

B) Hematuriya, dizuriya, ağrı

C) Qəbizlik

D) Meteorizm

E) Diareya
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
659) Aşağıdakı hansı orqanın xərçənginin müalicəsində boşluqdaxili şüa terapiyası istifadə olunur?
A) Uşaqlıq, sidik kisəsi

B) Qulaq dərisi

C) Alt dodaq

D) Süd vəzisi

E) Qaraciyər
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
660) Aşağıda qeyd olunanlardan hansı yerli şüa reaksiyalarına aiddir?
A) EÇS - in yüksəlməsi

B) Ürəkbulanma

C) Hemoqlobinin azalması

D) Epidermit

E) Leykopeniya
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
661) Aşağıda göstərilən radionuklidlərdən hansı skelet sümüklərinin müayinəsində istifadə olunur?
A) Qızıl

B) Düzgün cavab yoxdur

C) Radium

D) Stronsium, fosfor

E) Yod
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
662) Aşağıda göstərilən toxumalardan hansı radiohəssas toxumalara aiddir?
A) Sinir

B) Qanyaradıcı

C) Sümük

D) Əzələ


E) Piy
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
663) Sitoloji və histoloji müayinə əsasında diaqnozun qoyulması nə adlanır?
A) Morfoloji verifikasiya

B) NMR müayinə

C) İMRT

D) İGRT


E) 3DCRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 99
664) Seminomalar radiohəssaslığına görə necədirlər?
A) Nisbi radiorezistent

B) Radiohəssas

C) Nisbi radiohəssas

D) Düzgün cavab yoxdur

E) Radiorezistent
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 13
665) Aşağıdakı hansı variantda iri fraksiyalarla şüalanmanın dozası düzgün göstərilmişdir?
A) 30 – 40 qr

B) 4 – 5 qr

C) 2 qr

D) 3 qr


E) 61 – 81 qr
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
666) Aşağıdakı hansı müalicə üsulunda cihazın mənbəyi rentgen borudur?
A) Braxiterapiyada

B) Yaxın fokuslu rentgenterapiyada

C) Stereotaktik radiocərrahiyyədə

D) Heç birində

E) Distansion qammaterapiyada
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 22
667) Xəstənin şüa müalicəsi planını aşağıda göstərilmiş hansı mütəxəssislər hazırlayır?
A) Tibb bacısı

B) Həkim


C) Mühəndis – tibbi fizik

D) Texnik

E) Həkim və mühəndis – tibbi fizik
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
668) Aşağıdakı hansı variantda qida borusu xərçənginin radikal şüa müalicəsi aparıldıqda verilən cəmi mənbə dozası düzgün göstərilmişdir?
A) 55 – 55 qr

B) 40 – 45 qr

C) 20 – 25 qr

D) 30 qr


E) 65 – 75 qr
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996. Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
669) 174. Xəstədə beyindaxili şiş – astrositoma vardır, cərrahi müdaxilə ilə şişin hissəvi kəsilib götürülməsi cərrahi əməliyyatı aparılmışdır. Şüa terapiyası hansı dozada aparılacaq?
A) 80 qr

B) 40 qr


C) 10 qr

D) 45 qr


E) 60 qr
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
670) Aşağıda göstərilən hansı alim və ya alimlər Radium (Ra) kimyəvi elementini kəşf etmişlər?
A) Mariya və Pyer Küri

B) Rentgen

C) Bekkerel

D) Rezerford

E) Nils Bor
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
671) Eksudativ radioepidermit dərinin neçənci dərəcəli şüa reaksiyasına aiddir?
A) I

B) Heç birinə

C) IV

D) II


E) III
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1156


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə