Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə86/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   82   83   84   85   86   87   88   89   ...   97
Alimler EN SON tamversiya GUNEL

Rzayev Ramin

Rza oğlu (1961)

19 sentyabr 1961-ci ildə Sumqayıt şəhərində anadan ol-muşdur. 1978-1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alıb.O, “Kompleks müstəvinin kontinumlarında funksiyaların polinomlarla approksimasiyası” mövzusunda namizədlik disser-tasiyası və “Qeyri-müəyyənlik şəraitində adaptive qərarlarının qəbul edilməsinə dəstək verən üsullar və vasitələr”mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır.

Onun əsas elmi nailiyyətləri:


  1. Zəif strukturlaşmış zaman sıraların yeni qeyri-səlis proqnozlaşdırma modeli işlənilmişdir və digər məlum olan uy-ğun modellərlə müqayisədə statistik ölçmə meyarlarına əsasən (MSE – orta kvadratik səhv və MAPE – orta mütləq faiz səhvi) onun üstünlüyü isbat edilmişdir;

  2. Zəif strukturlaşmış zaman sıraların qeyri-səlis model-ləşdirilməsinə və proqnozlaşdırılmasına dair prinsipial yeni faz-zifikasiya və defazzifikasiya üsullarının işlənməsi;

  3. Telekommunikasiya şəbəkəsinin rabitə xidmətlərinin keyfiyyətininqiymətləndirməsi və idarəedilməsi üçün modullu intellektual sisteminin işlənməsi;

  4. Qeyri-səlis təhlilinin müxtəlif üsullarının istifadəsi ilə kommersiya banklarının maliyyə dayanıqlığının lərkompleksli qiymətləndirilməsi və monitorinqi məqsədilə intellektual infor-masiya sistemi işlənilmişdir.

R.R.Paşayev çap olunmuş 132-dən çox elmi əsərlərin müəllifidir. Onlardan 62-si xaricdə nüfuzlu jurnallarda çap olunmuşdur. Eyni zamanda müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, onların materiallarında 33 məruzə və tezisləri çap olunmuşdur. Onun rəhbərliyi altında 5 nəfər namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə doktoru elmi dərəcəsi almışdır. R.Rzayev hal-hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitunda baş elmi işçi vəzifəsində işləyir. O, eyni vaxtda 1986-cı ildən başlayaraq pedaqoji fəaliyyətlə də məşğul olur. Onun bu sahədə 30 ildən çox pedaqoji iş stajı vardır. O, müxtəlif illərdə ali məktəblərin tələbələrinə Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyazi analiz Tətbiqi riyaziyyat və s. fənlərindən mühazirələr oxumuşdur. Azərbaycan Texniki Universitetinin “Komputer sistemləri və şəbəkələri” kafedrasın-da 0.5 stat dosent, BDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasında saat hesabı dərs aparır.

R.R.Rzayev 2015-ci ildə Azərbaycan Milli Elmlər Aka-demiyasının Fəxri fərmanı ilə təltif edilmişdir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə