Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə88/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   84   85   86   87   88   89   90   91   ...   97
Alimler EN SON tamversiya GUNEL

Sadıxov Nüsrət

Abdulla oğlu

(1929)

1929-cu ildə Ağdam şəhərində anadan olmuşdur. 1946-cı ildə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1950-ci ildə həmin fakültəni bitirmişdir. İnstitutu bi-tirdikdən sonra Mirbəşir rayonunun Evoğlu kənd orta məktə-bində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1954-cü ildə həmin məktəbdə işləmiş, 1955-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə qayıtmış və 40 nömrəli Fəhlə-gənclər məktəbində riyaziyyat müəllimi işləmişdir. 1957-ci ildə V.İ.Lenin adına APİ-nin riyazi analiz kafedrasında baş laborantlığa qəbul edilmiş və bir il keçdikdən sonra Riyaziy-yatın tədrisi metodikası üzrə aspiranturaya qəbul edilmişdir.

Elmi rəhbəri akademik İ.İ.İbrahimov olmuşdur.1962-ci ildə “Orta məktəbdə ali riyaziyyat elementlərinin tədrisi meto-dikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş-dir. 1963-cü ildən 1966-cı ilə kimi fizika-riyaziyyat fakültəsin-də dekan müavini işləmiş, 1966-cı ildə institutda təşkil olunmuş “Riyaziyyat və onun ibtidai kursunun metodikası” kafedrasının müdiri seçilmişdir. N.Sadıxovun elmi pedaqoji fəaliyyəti, ka-fedra müdiri seçildikdən sonra inkişaf etməyə başlamışdır. Belə ki, indiyə qədər N.Sadıxovun 13 müxtəlif adda kitabı, 80-a ya-xın elmi metodik məqaləsi nəşr edilmişdir. Onun “Limitdən inteqrala”adlı kitabı, ali riyaziyyat elementlərinin orta məktəbdə tədrisi məsələsinə həsr edilmişdir. Həmin kitab orta məktəb riyaziyyat müəllimlərinin və yuxarı sinif müəllimlərinin stolüs-tü kitabına çevrilmişdi.

N.Sadıxovun elmi metodik işləri, həm orta məktəbdə, həm də pedaqoji institutların pedaqoji fakültələrində riyaziyyat və onun tədrisi metodikasına həsr edilmişdir. Onun 1973 və 1976-cı illərdə nəşr edilmiş “Riyaziyyat”-I hissə və “Riyaziy-yat”-II hissə kitablarından Pedaqoji fakültənin riyaziyyat müəllimləri və tələbələri uzun müddət istifadə etmişlər.

Tələbələrin riyazi hazırlığının yüksək səviyyədə olma-sında, dərin və geniş riyazi biliyə yiyələnməsində N.Sadıxovun kitablarının faydalı funksiyası təcrübədə həmişə özünü göstər-mişdir. N.Sadıxovun “Çoxüzlülərin səth və həcmlərinin hesab-lanması”, “Riyaziyyatın tədrisi metodikası”, “Riyaziyyatın ibti-dai kursunun elmi əsasları” və s. adlı kitabları respublikanın orta məktəblərində və pedaqoji institutlarının pedaqoji fakültə-lərində riyaziyyatın tədrisi keyfiyyətinin artırılmasına müsbət təsir göstərmişdir.

O, II və III siniflərinin riyaziyyat dərsliklərini rus dilin-dən azərbaycan dilinə tərcümə etmişdir. N.Sadıxov dəfələrlə respublika və ümumittifaq elmi-metodik konfranslarda iştirak etmişdir. 1974-cü ildən SSRİ Maarif Nazirliyinin nəznində təş-kil olunmuş Elmi-metodik şuranın üzvü olmuşdur. 1976-cı ildə N.Sadıxovun elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq AAK ona professor adını vermişdir.

Azərbaycan SSR Ali Sovetinin reyasət heyəti tərəfindən 2 dəfə fəxri fərmanla tərtif edilmişdir.1970-ci ildə “Lenin” yubiley medalı ilə təltif edilmişdir. Əmək veteranıdır. 1986-cı ildən hər il V.İ.Lenin adına APİ-də keçirilən ümumittifaq olim-piadasının təşkilat komitəsinin üzvü olmuşdur.






Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə