Bizim Dijital Matbaa 160x244 Şablon


Babayev Arif Əliheydər oğlu



Yüklə 3,2 Mb.
səhifə14/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   10   11   12   13   14   15   16   17   ...   97
Alimler EN SON tamversiya GUNEL

Babayev Arif Əliheydər oğlu

(1934)

11 noyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fa-kültəsinə qəbul olunmuşdur. A.Babayev universitetdə oxuduğu müddətdə Lenin təqaüdü almışdır və 1957-ci ildə daxil olduğu fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

O, həmin il Azərbaycan Dövlət Universitetinin “Funksi-yalar nəzəriyyəsi və funksional analiz” kafedrasının aspirantı olmuş və oranı vaxtından əvvəl bitirərək, 1960-cı ildə akademik Ə.Hüseynovun rəhbərliyi ilə “Qeyri-xətti sinqulyar inteqral tən-liklərə dair tədqiqatlar” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1966-cı ildə Tbilisi şəhərində A.M.Razmadze adına Riyaziyyat İnstitutunda “Sinqulyar inteqral tənliklərə dair tədqiqatlar” mövzusunda doktorluk dissertasiyası müdafiə et-mişdir.

A.Ə.Babayev qeyri-hamar qapalı inteqrallama əyrisi üz-rə sinqulyar inteqralı tədqiq etmiş və tədqiqatların xətti və qey-ri-xətti sinqulyar inteqral tənliklərə tətbiqlərini vermişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun öyrənilməsi üçün o, yeni metod vermişdir ki, bu metod əsasında qeyri-xətti sinqulyar inteqral təliklərin lokal nəzəriyyəsi yaradılmışdır. O dövrün görkəmli riyaziyyatçılarından N.İ.Musxelişvili, İ.N.Venkin B.V.Xvedelidze, S.Q.Mixlin, M.A.Krasnoselski, T.Q.Qeqeliya, Ə.İ.Hüseynov, Z.İ.Xəlilov, A.N.Tixonov və baş-qaları A.Ə.Babayevin aldığı nəticələrə yüksək qiymət vermiş-lər.

1990-cı illərdə A.Ə.Babayev və onun tələbələri tərəfindən Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemi həll edilmişdir. A.Ə.Babayev tərəfindən sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayışların qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri verilmişdir.

A.Ə.Babayevin rəhbərliyi altında 5 nəfər doktorluq, 40-dan çox namizədlik dissertasiyası müdafiə olunmuş, onun tələ-bələri V.V.Salayev, R.S.Sadırxanov, B.İ.Musayev, S.K.Abdul­layev, E.Q.Hüseynov, V.S.Quliyev, R.M.Rzayev elmlər doktor­ları olmuşlar.

A.Ə.Babayev əmək fəaliyyətinə Azərbaycan Dövlət Uni-versitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim kimi başlamışdır. O, 1967-ci ildən elm aləmində fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan SSR EA-nın müxbir üzvü kimi şərəfli alimlik adını ləyaqətlə daşıyır.

O, 1968-ci ildən professor sayılmışdır. 1979-1994-cü illərdə Mexanika-riyaziyyat fakültəsində dekan vəzifəsində çalışmışdır. Uzun müddət A.Ə.Babayev elmi dərəcələr verən Elmi Şuranın üzvü, Azərbaycan Respublikasının Prezidenti ya-nında AAK-nın riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri kimi uğurlu və hərtərəfli fəaliyyəti respublikada riyaziy-yatın inkişafına böyük təsir göstərmişdir.

A.Ə.Babayev uzun müddət Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləmişdir. Onun rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral təliklərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həll metodları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi və onun funksional fəzaların daxilolma teorem-lərinə tətbiqləri, qeyri-xətti sinqulyar inteqral tənliklərin tədqiqi sahələrində bir sıra fundamental nəticələr alınmışdır. Professor A.Babayevin tədqiqatları çox genişdir. Onun öz yetişdirmələri ilə birlikdə apardığı elmi işlər daim diqqət mərkəzində olmuş-dur. Ona görə yüksək ixtisaslı kadrların hazırlanmasında A.Ba-bayevin xidmətləri böyükdür. A.Ə.Babayevin əməyi Dövlə-timiz tərəfindən yüksək qiymətləndirilmişdir:

1. 976-cı ildə elmi, pedaqoji və ictimai fəaliyyətinə görə A.Ə.Babayev “Şərəf Nişanı” ordeni ilə təltif olunmuş;

2. 1976-cı ildə AMEA-nın müx­bir üzvü seçilmiş;

3. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş;

4. 1992-ci ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

A.Ə.Babayev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə