Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   2   3   4   5   6   7   8   9   10   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
20 
ANTROPOLOGĠYA  [alm.  Anthropologie;  fr.  Anthropogie; 
ing. Anthropology; yun. Anthropos – insan, logos – elm; osm. tr. 
beşeriyet;  ər.  خٍٔؤغٔإ]  –  canlı  varlıq  olaraq  insanı  və  onun  tarixin 
müxtəlif  ictimai  iqtisadi  formasiyalarında  inkişaf  tarixini 
araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir. 
Konkret  həyatı  və  həqiqətdəki  yeri  baxımından  insanın  özü  və 
özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir. 
ANTĠK e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiy-
yətində,  e.  ə.  II  əsrdən  başlayaraq  eramızın  VI  əsrinin  əvvəllə-
rinədək  Qədim  Roma  quldarlıq  cəmiyyətində  inkişaf  etdirilmiş 
fəlsəfi təlimlərin məcmusu. "Antik fəlsəfə" anlayışı altında Qədim 
Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, 
bu  səbəbdən  bu  ölkələrin  fəlsəfəsi  aid  olduqları  bölgələrinin  adı 
ilə  deyil  məhz  bu  terminlə  ifadə  edilirdi.  Fəlsəfədə  antik  dövr 
təxmini  olaraq  er.əv.  VII  və  b.er.  VI  əsrlərini  əhatə  edir.  Termin 
olaraq isə  yunancaya məxsusdur, lakin avropada isə adətə bu söz 
ancient olaraq məlumdur.  
ANTĠLOGĠZM  [yun.  Anti  -  əksinə,  logos  –  zəka]  məntiqin 
düsturu  olub  qəti  sillogizmin  mühakimələrinin  onun  nəticəsinin 
inkarı  ilə  bir  araya  gəlməməsini  ifadə  edir.  Anti  şəkilçisi 
dilimizdə mövcud olan ön çəkilçilərdən hesab olunur. Azərbaycan 
dilində na, bi, la, anti, a və s. Kəliçilər mövcuddur ki, bunlar da 
əsasən ya ərəb-fars mənşəli, yaxud da Avropalı mənşəli şəkilçilər 
olaraq məlumdur. Anti şəkilçisi sözlərin qarşısında gəldikdə sözə 
adətən əks anlam verir.  
ANTĠNOMĠYA  [yun.  Antinomia  –  qanunda  ziddiyyət]  – 
mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsas-


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
21 
landırılmış hökmün meydana gəlməsi. Misal üçün, Semantik anti-
nomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir. 
ANTĠSĠPASĠYA  [lat.  Anticipo  –  qabaqcadan  duyuram,  ürə-
yimə damır] – qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaran-
mış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.  
ANTĠTEZĠS   [yun.]  fəlsəfi  məntiqdə  inkişaf  prosesində  əsas 
müddəanın  inkarı;  tezisə  qarşı  qoyulan  müddəa.  Antitezis  Hegel 
triadasının  ünsürlərindən  biridir.  Bax:  triada  –  tezis,  antitezis, 
sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşı-
sına irəli sürülən fikir, iddiadır.  
ANTROPOGENEZ  [yun.  Anthoropos]  –  insanın  ictimai 
varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunan-
cada anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir.  
ANTROPOLOGIZM  [ing.  Antropologism;  yun.  Anthoropos 
–  insan  logos  –  təlim,  söz]  materializmdə  insanın  təbiətin  ən 
yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması; 
bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək 
elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri də açıb ortaya 
qoya  bilər,  onlardan  agah  ola  bilərik,  çünki  insanın  cismani 
fəaliyyətinin  üzvi  vəhdətində  təbiətin  bütün  məhsuldar  qüvvələri 
iştirak edir. 
ANTROPOMORFĠZM  [yun.  Anthropos  –  insan,  morphe  – 
forma]  –  insana  xas  olan  xassə  və  xususiyyətlərin  xarici  təbiət 
qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara 
[allahlara,  ruhlara  və  s.]  aid  edilməsi.  Termin  olaraq 
antroporfizmə  uyğundur.  Ən  əski  dinlərdən  müasir  səmavi  din-
lərə qədər gəlib çatmışdır.  


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
22 
ANTROPOSOSĠOLOGĠYA  –  antropologiya  elminin  məlu-
matlarını  təhrif  edərək  ayrı-ayrı  adamların  və  onların  qruplarının 
sosial  vəziyyətlərinin  insanın  anatomik-fizioloji  əlamətləri  ilə 
bilavasitə  əlaqəsini  müəyyən  edən  və  bu  əsasda  da  ictimai 
hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.  
ANTROPOSOFĠYA  [yun.  Anthoropos  –  insan,  sophia  – 
müdriklik]  –  mistik  dekadentçilik  təlimi,  teosofiyanın  forma-
larından biri. 
APORĠA [alm. = frAporie; ing. Aporia; yun. Aporia; a = sız, 
poros  =  yol,  körpü,  çıxış;  ər.  حنؤغي  لؤح  متؤل  شُغ].  Bir  məsələdə 
ortaya  çıxan  problemin  həllinin  tapıla  bilməməsi  vəziyyəti,  çıxış 
yolunun  olmaması.  Ümumiyyətlə  natiqin  mövzunun  hansı 
istiqamətindən  getməsi  lazım  gəldiyini,  mövzuya  haradan 
başlanıb  harada  qurtaracağı,  nə  deyiləcəyi  haqqında  yolunu 
itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud 
nə  düşünəcəyini  bilmədiyi  bir  vəziyyətdə  müraciət  etdiyi, 
ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. 
APATĠYA  [yun.  Apatheia]  –  laqeydlik  vəziyyəti,  müəyyən 
hərəkətlərə  meylin,  istəyin  olmaması.  Çox  vaxt  ali  sinir  fəaliy-
yətinin  pozulması  nəticəsində  olur.  Yunan  dilindən  tərcümədə 
ehtirasızlıq,  hissizlik  kimi  tərcümə  olunur.  Apatiya  şəxsdə  hər 
hansı  bir  hadisə  nəticəsində  ortaya  çıxa  bilər,  yaxud  bu  duyğu-
suzluq  vəziyyəti  onda  fitrətən  mövcud  ola  bilər.    Psixologiyada 
çox  işlənən  bir  termin  kimi  apatiya  adətən  sinir  fəaliyyətinin 
pozulması  olaraq xarakterizə edilir.  Stoiklərdə çox rast  gələn bir 
hal  olaraq,  Şərq  dini  fəlsəfi  baxışları,  xüsusilə  mütləq  sükunətin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə