F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
17
dur – hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın
səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.
ANALĠZ və SĠNTEZ [alm.=fr. Analyse; ing. Analysis; osm.
tr. tahlil; yun. Analysis – synthesis; ər. ًٍٍذر] Analiz elə bir
prosesin məcmusudur ki, tamı hissələrinə bölüb ayırma, yəni ən
ümumi mənada bütövün fikrən, yaxud faktik olarak tərkib
hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib
bütövü əmələ gətirməsi prosesləri. Yunan mənşəlidir. Yunancada
fəlsəfi aspektdə analiz parçalama, ayırma, sintez isə birləşdirmə,
bütövləşdirmə deməkdir. Sintez isə [yun. synthesis – birləşmə]
həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri
arasındakı qarşılıqlı əlaqə vəvəhdəti daxilində tədqiq etmə üsulu
ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürək-
kəb kimyəvi birləşmələr alma.
ANALĠTĠK [alm. Analityk, fr. Analytique. Ing. Analytic.
Yun. analytike]- 1. Aristoteldə formal məntiqlə eyni mənada
işlədilir. // birinci analitiklər, ikinci analitiklər və s. XX əsr
fəlsəfəsində cərəyandır, mahiyyət etibarı ilə fəlsəfənin ənənəvi
qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun
aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları
birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox
işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
ANALOQ [alm. Analog; fr. Analogue; ing. Analogus; yun.
Analogos – uyğunluq, oxşarlıq, loqosa uyğun olan; osm. tr.
mümasil; ًعبِّ] – idrak nəzəriyyəsi terminidir. Hərfi mənada
bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır.
Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada
Ad
i
l
ə
N
ə
z
ə
rova
18
onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava
yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir
başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti
ilə eyni əlaqədə olmasına deyilir. Aralarında, xüsusilə də
təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər.
ANALOGĠYA [Alm., fr. Analogie; ing. Analogy; yun.
Analogia – uyğunluq; osm. tr. temsil; ər. ًٍثّر] – eyniyyət təşkil
etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə
oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.
ANARXĠZM [yun. Anarchia – rəhbərsizlik, hakimiyyətsizlik]
– hərc-mərclik, başıpozuqluq, kütlənin nəzarətindən kənar,
demokratizm prinsiplərinə uymayan hərəkətlər. Hər cür
hakimiyyətə və dövlətə düşməncəsinə yanaşan, xırda xüsusi
mülkiyyətin mənafeyini və xırda kəndli təsərrüfatını cəmiyyətin
iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi
cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola
bilər.
ANĠMĠZM [alm. Aimismus; fr. Animismè; ing. Animism; lat.
Animismus = anima – ruh; osm. tr. ervahiye; tr. Canlıcılık; ər.
خٍداٚسأ] – ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını
önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur.
Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan
qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi
dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii
həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən
uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
19
bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların
həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.
ANLAM [türk. Alm. Bedeutung, sinn; fr. Sens, signification;
ər. ىٕعِ , osm. tr. mana] – məna, sözün mənası. Bir sözün,
kəlmənin, təyin etdiyi, düşündürdüyü şeydir. Yaxud gerçəkliyin
mənimsənilməsini şüura xas olan və predmetin mənaca məzmu-
nunun açılmasını və yenidən canlandırılmasını ifadə edən
forması. Türkcədir, dilimizdə daha çox bu terminin ərəbcə versi-
yası olan məna sözündən istifadə edirik.
ANLAMA [alm. Verstehen; fr. Verstehen; os. tr. idrak; ər.
نسد] - Anlayış idrakın, dilin tətbiqi ilə bağlı pilləsində aləmin
iniaks formalarından biri, predmet və hadisələri ümumiləş-
dirməyin forması. Anlama və anlamlardan çıxarılan mənalar həm
məcazi, həm də həqiqi ola bilər. Dilçilər bəzən anlamanın tərifini
belər verirlər: ―Ağlımıza gələn ilk mənadır‖. Anlamanın vasitə-
çiliyi sadəcə sözlərlə olmur, hiss üzvləri ilə, əqli qabiliyyətlə də
mümkündür.
ANTAQONĠST [ru. Антогонист; yun. Antagonistes –
düşmən] ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif
tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir.
Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da
liberalizm ilə totalitarizmin münasibəti.
ANTROPOMORFĠZM [alm. Anthropomorprhismus; fr.
Anthropomorphisme; ing. Anthropomorphism; yun. Anthropos –
insan, morphe – forma; osm. tr. müşebbihe; ər. خٙجشِ] – insane
xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi.
Dostları ilə paylaş: |