Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə23/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

VƏHHABİLİK (6)

ƏQİDƏLƏR (5)




1. Peyğəmbərlərin və övliyaların qəbirlərinə ehtiram qoymaq caizdirmi?

2. İlahi övliyaların qəbri üzərində bina tikməyin hökmü necədir?

3. Vəhhabilərin ilahi övliyaların qəbri barədəki əməl və nəzərləri nədən ibarətdir?


5. BÖYÜK ŞƏXSİYYƏTLƏRİN QƏBİRLƏRİNƏ EHTİRAM QOYMAQ


Müsəlmanlar İslamın zühur etdiyi ilk əvvəllərdən hazırkı əsrə qədər, din böyüklərindən hər hansı biri dünyadan gedərsə, sağlığında malik olduğu ehtiram və məhəbbətin şiddətindən, ölümündən sonra da onun qəbrinə xüsusi əhəmiyyət verir, məhəbbət və ehtiramlarını bildirmək üçün qəbr sahibinin ziyarətinə gedirlər; bə᾿zən qəbrin yaxınlığında dua və ibadətlə məşğul olur, ziyarətçilərin asayiş və rahatlığı üçün orada bina tikir və bə᾿zən qəbir sahibinin malik olduğu hörmət və müqəddəsliyə görə onun qəbrinə ehtiram əlaməti olaraq, məqbərə də düzəldirlər.

Bu kimi əməllər təqribən İslamın bütün dövrlərində mövcud olmuş və islam cəmiyyətində bir növ sünnət, (adət-ən᾽ənə) formasını almışdır. Amma vəhhabi məzhəbi bütün bu əməllərə bütpərəstlik və şirk damğası vuraraq bu işlərlə kəskin mübarizə aparırdı. Buna görə də bu və gələn dərsdə vəhhabilərin bu barədə irəli sürdükləri nəzəriyyəni araşıdaracığıq.



a). Ziyarət;

Vəhhabilərin nəzərində peyğəmbərlərin, ilahi övliyaların, hətta Peyğəmbəri-Əkrəmin (s) qəbrini ziyarət etmək mütləq şəkildə şirk və haram kimi cilvələndirilir. İbni Teymiyyə deyir: «İslam dininin əsaslarından biri də budur ki, Peyğəmbər qəbirlər barəsində heç bir göstəriş verməyib, peyğəmbərlərin və salehlərin qəbirləri kənarında bir şey düzəltməyi öz ümməti üçün qanun bilməyib. Bu, müşriklərin adət-ən᾽ənəsidir ki, Allah onların barəsində belə buyurub:

«Kafirlər dedilər: Öz mə᾽budlarınıza pərəstiş etməkdən əl çəkməyin, Vəd, Sər᾿, Yəğus, Yəuq və Nəsr᾿ (bütlərin adlarıdır) pərəstiş etməkdən əl çəkməyin».[Nuh-23]

İbni Abbas demişdir: «Bu beş nəfər Nuh qövmündə olan beş saleh şəxsiyyət idi ki, öldükdən sonra camaat onların qəbirlərinin üzərində heykəl düzəldərək pərəstiş etdilər.»1


TƏNQİD VƏ ARAŞDIRMALAR


İbni Teymiyyənin bu sözlərindən belə başa düşülür ki, Peyğəmbərin (s) və ilahi övliyaların qəbirlərini ziyarət etmək Nuh qövmünün müşriklərinin əməli kimidir. Belə ki, onlar öz qövmünün böyük və saleh şəxsiyyətlərini pərəstiş edib və ibadət üçün heykəl düzəldirdilər. Buna görə də İbni Teymiyyə bu işlə müxalifətçilik edirdi.

Aydındır ki, müsəlmanlardan hər hansı biri Peyğəmbərin (s) və ya ilahi övliyaların qəbirlərinə sitayiş etmək məqsədi ilə onların şərif qəbirlərinin ziyarətinə getsə, şübhəsiz ki, şirkə düçar olur. Amma sualımız budur ki, müsəlmanlardan hansı biri Peyğəmbərin (s) qəbri önündə səcdə və ibadət edir. Başqa sözlə desək, o şərif qəbri özünə qiblə seçir?

Müsəlmanlar qəbir sahibinə öz ehtiram və məhəbbətlərini bildirmək, nəticədə üzü qibləyə namaz qılıb savabını qəbir sahibinin əzəmətli ruhuna hədiyyə etmirlərmi? Bu əməllə bütpərəstlərin və müşriklərin yerinə yetirdikləri əməl müqayisəolunmaz dərəcədə fərqlidir və azacıq diqqət yetirməklə onu dərk etmək olar.

Bundan əlavə, Rəsuli-Əkrəm (s) qəbirləri ziyarət etməyə dair çoxlu tövsiyələr edərək buyurmuşdur: «Qəbirləri ziyarət edin, çünki onların ziyarət edilməsi sizə axirəti xatırladır».1

O həzrətdən (s) rəvayət olunan başqa bir hədisdə deyilir: «Mən əvvəllər sizi qəbirləri ziyarət etməkdən çəkindirdim, amma bundan sonra ziyarət edin, çünki qəbirlərin ziyarət edilməsi dünyada zahidliyə və axirətin xatırlanmasına səbəb olur».2

Başqa bir yerdə Ayişədən belə nəql olunur: «Rəsuli-Əkrəm (s) qəbirlərin ziyarətinə icazə verdi».3

Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) anasının qəbrinin ziyarətinə gedib orada ağladı, ətrafında olanlar da ağladı. Sonra həzrət buyurdu: «Pərvərdigarımdan anamın qəbrinə ziyarət etmək üçün icazə istədim və O da icazə verdi. Belə isə, siz də qəbirlərin ziyarətinə gedin, çünki bu iş insana ölümü xatırladır».4

Mö᾽minlərin qəbirlərini ziyarət etmək Peyğəmbərin (s) bu qədər diqqət yetirdiyi və tövsiyə etdiyi məsələlərdəndirsə, onda o həzrətin (s) öz qəbrini və sair din başçılarının qəbirlərini ziyarət etmək sözsüz ki, bəyənilən bir işdir. Bundan əlavə, o Həzrətin özü də onun qəbrinin ziyarət edilməsini tövsiyə edərək buyurmuşdur: «Hər kəs mənim qəbrimi ziyarət etsə, mənim şəfaətimə nail olacaqdır.». Bu hədisi hədisşünaslar və məşhur müəlliflərin çoxu öz kitablarında qeyd etmişlər. O cümlədən, Darqutni «Sünən» kitabında, Mavurdi «Əl-əhkamus-sultaniyyə» kitabında, İbni Əsakir «Tarix» kitabında, Süyəki Şafei «Şifaus-siqam» kitabında, İbni Xüzeymə «Səhih» kitabında və s.-ni qeyd etək olar. Peyğəmbər (s) başqa bir hədisdə buyurur: «Hər kəs həcc etdikdən sonra mənim qəbrimi (vəfatımdan sonra) ziyarət etsə, məni sağlığımda ziyarət edən şəxs kimidir.» Şeybani, Əbu Yə᾽la, Bəğli, Beyhəqi, Darqutni, İbni Əsakir və sair alimlərdən bir çoxu bu hədisi rəvayət etmişlər.

Peyğəmbər (s) başqa bir hədisdə buyurur: «Bir kəs Allah evinin ziyarətinə gedib məni ziyarət etməsə, mənim haqqımda zülm etmişdir». Səmhudi, Darqutni, Qəstəlani və başqaları bu hədisi rəvayət etmişlər.

b) Qəbirlərin üzərində bina tikilməsi;

Vəhhabilər tərəfindən şirkin növü sayılan digər bir məsələ ilahi övliyaların qəbirləri üzərində bina tikməkdir. İbni Qəyyim Coziyyə (İbni Teymiyyənin məşhur şagirdi idi) bu xüsusda deyir: «Qəbirlərin üzərində tikilən binaları uçurtmaq vacibdir, dağıdılması mümkün olduğu halda onun bir gün belə saxlanılması caiz deyildir.»1 Sən᾽ani də belə deyir: «Qəbir üzərində tikilən bina büt kimidir. Cahil bütpərəstlərin düzəldərək onu büt və sənəm dedikləri şeyi qəbrə əlaqələri olanlar edir və onun adını qəbir və məşhəd qoyurlar. Büt adını dəyişdirmək, həqiqətdə bir şeyi büt olmaqdan xaric etmir.»2


TƏNQİD VƏ ARAŞDIRMALAR


Vəhhabilərin öz nəzəriyyələrini isbat etmək üçün gətirdikləri ən mühüm sənəd Əbil Həyyac Əsəddən nəql olunan rəvayətdir. O, deyir: «Əli ibni Əbi Talib mənə buyurdu: Mən səni, Peyğəmbərin məni seçdiyi bir iş üçün seçmədimmi? Yə᾽ni, heç bir təsviri qoyma qalsın, hamısını məhv et, heç bir uca qəbri qoyma qalsın, onu yerlə bərabər et».

Bu rəvayətə əsasən vəhhabilər inanırlar ki, qəbri yerlə eyni səviyyədə etmək, onun üzərində düzəldilən binaları dağıtmaq Peyğəmbəri-Əkrəmin göstəriş və tövsiyəsidir.

Bu hədis həm sənəd, həm də dəlalət baxımından münaqişəli və iradlıdır. Sənəd baxımına gəldikdə, bu hədisin rəvayətçiləri silsiləsində Vəki᾽, Süfyan Suri, Cəlil ibni Sabit, Əbi Vail Əsədi kimi şəxslər vardır ki, hədisşünasların nəzərində mö᾽təbər sayılmırlar. O cümlədən, İbni Həcər Əsqəlani «Təhzibut-təhzib» kitabında Əhməd ibni Hənbəldən Vəki᾽nin barəsində belə nəql edir ki, o, beş yüz hədisdə səhv etmişdir. O, həmçinin İbni Mübarəkdən Süfyan barəsində nəql edərək deyir: «Bir gün Süfyan hədis oxuyurdu, bu vaxt onun yanına gəlib gördüm ki, hədisdə müəyyən dəyişikliklər edir (buna tədlis deyilir). Məni görən kimi xəcalət çəkdi». Həmçinin İbni Həcər İbni Əbi Sabit barəsində İbni Həyyandan nəql edir ki, o, müdəllis idi (yə᾽ni, özünün ürəyi istədiyi kimi hədisləri təhrif edirdi). O, Əbu Vail Əsədini də nasibi və Əlinin (ə) yolundan azanlardan hesab edir.3

Amma dəlalət baxımına gəldikdə isə, qeyd etmək lazımdır «səvvəytəuhu» kəlməsi «dağıdıb yerlə yeksan, eyni səviyyədə etmək» - deyildir. Çünki əgər belə olsaydı, əvvəla bu felin vasitəsiz tamamlığı olmalıydı. Məsələn həzrət (ə) belə buyurmalı idi ki: «Heç bir qəbri yerlə yeksan etməmiş qoyma». «Səvvəytəhu» fe᾽linin tamamlığı səth, müstəvi şəkilində etmək, onun iki tərəfini bərabər etmək deməkdir. Bu mə᾽na dəvə beli kimi düzəldilən qəbirlər barəsində səhih ola bilər.

İkincisi, əgər qəbrin yerlə eyni səviyyədə edilməsi nəzərdə tutulursa da, bu, müsəlmanların qəbri yerdən bir qarış qaldırmaq əsasında olan qət᾽i sünnəsi ilə uyğun gəlmir.

Bundan əlavə əgər məqsəd qəbri yerlə eyni səviyyədə düzəltmək olsa, onda ziyarət edənlərin rahatlıq və asayişi üçün düzəldilən binaların dağıdılmasına haradan dəlalət edir?

Digər məsələ budur ki, əgər qəbir üzərində bina tikmək qadağandırsa, onda Peyğəmbərin səhabələri hansı əsasa görə o həzrətin mütəhhər cənazəsini Aiyşənin otağında dəfn etdilər və dəfn mərasimindən sonra nəinki otağı dağıtmadılar, üstəlik onun divarlarını düzəldib tə᾽mir etdilər.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Vəhhabilər hansı ayəyə əsasən qəbirlərin ziyarət olunmasını haram hesab edirlər?

2. Vəhhabilərin ziyarətin haram olması ilə əlaqədar gətirdikləri dəlili araşdırın.

3. Nə üçün vəhhabilər qəbrin yerlə eyni səviyyədə olmasını iddia edirlər?

4. Vəhhabilərin qəbirlərin yerlə eyni səviyyədə olması ilə əlaqədar istinad etdikləri hədisi araşdırın.


İYİRMİ BEŞİNCİ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə