296
Allah-təala Qiyamət günün onu elə bir amanda saxlayar ki, bunun
ləzzətini hiss edər.
◘Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun
mürüvvət və comərdliyi naqis hesab edilər. Qiyamət günü isə şəfaətə
nail olmaz.
◘Ey Əli! Ən üstün cihad odur ki, insan səhər tezdən durarkən heç
kəsə zülm və sitəm etmək fikrində olmasın.
◘Ey Əli! Kimin ki dilindən camaat qorxur, həmin adam
Cəhənnəmlikdir.
◘Ey Əli! İnsanların ən pisi odur ki, camaat ona ağzının pisliyinə və
acıdilliyinə görə hörmət edir.
◘Ey Əli! İnsanların ən pisi odur ki, axirəti dünyasına satır, ondan da
pisi odur ki, öz axirətini başqasının dünyasına satır.
◘Ey Əli! Hər kəs üzrxahlıq edən bir kəsin üzrünü yalan və düz
danışmasından asılı olmayaraq qəbul etməzsə, mənim şəfaətimə nail
olmaz.
◘Ey Əli! Allah-təala insanların arasını islah etməkdən ötrü yalan
danışığı sevir, lakin insanlar arasında fitnə-fəsad törənməsinə səbəb
olan doğru danışığı və düz sözü əsla sevmir.
◘Ey Əli! Hər kəs şərabı, hətta Allahdan başqasına görə də tərk etsə,
Allah onu Cənnət şərbətləri ilə doyuzdurar.
–Allahdan başqasına görə?
–Bəli! And olsun Allaha ki, əgər şərabı hətta, sağlamlığını
qorumaqdan ötrü də tərk etsə, Allah onun bu işinə xüsusi dəyər verər.
◘Ey Əli! Şərabxor, eynilə bütpərəst kimidir.
◘Ey Əli! Allah şərab içən adamın namazını qırx gün müddətində
qəbul etməz və əgər həmin qırx gün müddətində ölsə, kafir hökmündə
olar.
◘Ey Əli! Hər bir məstedici haramdır. Bütün məstedicilərdən hətta bir
qurtumluq da olsa istifadə etmək haramdır.
◘Ey Əli! Bütün günahlar bir evdə cəm olunub, həmin bu evin də açarı
şərabxorluqdur.
◘Ey Əli! Şərabxorun elə bir anı olur ki, Allahı tanımır.
◘Ey Əli! Dünya və axirətindən bəhrələnə bilməyən adamla oturub-
durmaq sənə heç bir fayda verməz. Sənə hörmət etməyən kəsə sən də
hörmət etmə.
◘Ey Əli! Allah-təala Behişti söyüş söyən, nə deyib nə eşidəcəyinin
fərqinə varmayan hər kobud danışana haram etmişdir.
◘Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir.
◘Ey Əli! Zarafat etməkdən çəkin, çünki o, insanın əzəmət və
nuraniliyini aradan aparar.
297
◘Ey Əli! Bədxasiyyətli olmaqdan başqa bütün günahlardan ötrü tövbə
var. Çünki bəd xasiyyətə malik olan insan bir günahdan qurtaran kimi,
digərinə mübtəla olur.
◘Ey Əli! Bir kəsə ürək sıxıntısı və məlal üz versə, rahatlıq onun
yanından köçər.
◘Ey Əli! Allah-təala Behişti iki cür–qızıl və gümüş kərpicdən
divarlarını yaqutdan, tavanını zəbərcəddən, qumunu mirvaridən,
torpağını müşk və zəfərandan yaratmışdır. Allah-təala Behişti yaradan
zaman ona belə buyurdu: “Danış.” Behişt dedi: “Əbədi olan Allahdan
başqa məbud yoxdur. Həqiqi xoşbəxt odur ki, mənə daxil olar.” Allah-
təala buyurdu: “And olsun öz izzət və cəlalıma, heç bir şərabxoru
(məqsəd şəraba qurşanıb onu tərk etməyəndir), sözgəzdirəni, qeyrətsizi,
(ədalətsiz) darğanı, arvadsifəti (zənən adlı kişini), kəfən (yaxud qəbir)
oğrusunu, bac alanı, qohumları ilə əlaqəni kəsəni, “cəbərk”
məzhəbində
olanları Behiştə daxil etmərəm.”
◘Ey Əli! Şərəf və şəxsiyyətin afəti yersiz fəxr etməkdir.
◘Ey Əli! Hər kəs Mütəal Allahdan qorxsa, hər şey ondan qorxar, hər
kəs də Allahdan qorxmazsa, Allah onu hər şeydən qorxudar.
◘Ey Əli! Büluğ həddinə çatdıqdan sonra yetimlik yoxdur.
◘Ey Əli! Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et. Xəstəni
yoluxmaqdan ötrü bir millik yol get. Cənazəni müşayət etməkdən ötrü
iki millik yol get. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get. Mömin
qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get. Çətinliyə düşənin
əlindən tutmaq üçün beş millik yol get. Zülm görmüş insana kömək
etməkdən ötrü altı millik yol get. Sənə çoxlu istiğfar etməyi tapşırıram.
◘Ey Əli! Hər kəs fəhlənin muzdunu verməsə, qətl hadisəsi yerinə
yetirsə, yaxud onda iştirak etsə, yaxud bu işdə iştirak edəni qorusa,
onun tərəfini saxlasa, onu gizlətsə, ona Allahın lənəti gələr.
◘Ey Əli! Mömin o kəsdir ki, müsəlmanlar öz mallarını və canlarını
onun tərəfindən amanda hiss etsinlər, mömin o kəsdir ki, başqa
müsəlmanlar onun əlindən və dilindən salamat qalsınlar. Əsl mühacir
odur ki, günahlardan hicrət edib uzaqlaşsın.
◘Ey Əli! İman əldə etməkdən ötrü ən güclü vasitə Allaha xatir
dostluq və Ona xatir düşmənçilikdir.
◘Ey Əli! Mütəal Allah İslamın vasitəsi ilə cahiliyyətin lovğalıq və
təkəbbürünü, onların öz ata-babaları ilə fəxr etməyini aradan apardı. Bil
ki, insanların hamısı həzrət Adəmdən (ə) vücuda gəlmişdir. Həzrət
Adəm (ə) isə torpaqdan. Allah yanında insanların ən üstünü ən təqvalı
olanıdır.
298
◘Ey Əli! Ölü heyvandan, itdən, şərabdan qazanılan pul, zinakar
qadının mehriyyəsi, qəzavət işlərində verilən (yaxud, alınan) rüşvət,
falçı və gələcəkdən xəbər verənlərə verilən pul – bunların hamısı haram
pullardır.
◘Ey Əli! Elə ki, bir bəndə ölür, camaat deyir: “Görəsən, özündən
sonra nə qoyub getdi?“ Lakin, mələklərsə deyir: “Görəsən, özündən
əvvəl nə göndərib?”
◘Ey Əli! Dünya möminin zindanı, kafirinsə behiştidir.
◘Ey Əli! Qəfil ölüm mömin üçün rahatlıq, kafir üçünsə həsrət və
təəssüfdür.
◘Ey Əli! Mütəal Allah dünyaya belə vəhy etdi: “Mənə xidmət edənə
xidmət et, sənə xidmət edəni isə məşəqqətə sal!”
◘Ey Əli! Allah yanında dünyanın ağcaqanadın qanadı qədər də olsa,
dəyəri olsaydı ondan kafirlərə bir qurtum su da verməzdi.
◘Ey Əli! Keçmişdə yaşamış və gələcəkdə yaşayacaq elə bir insan
olmayacaq ki, Qiyamət günü belə desin: “Kaş dünya malından mənə
yalnız zəruri ehtiyaclarımı ödəyəcək qədər verilərdi.”
◘Ey Əli! İnsanların ən pisi odur ki, ilahi qəza-qədərə etiraz etsin və
bu barədə Allahı müttəhim etsin.
◘Ey Əli! Mömin xəstə olarkən etdiyi nalələrə “Sübhanallah”,
fəryadlarına isə “La ilahə illəllah” savabı yazılar. Xəstəlik yatağında
uzanmağı ibadət, o tərəf-bu tərəfə dönməyi cihad hesab olunar. Sağalıb
camaat arasında gəzərkən isə bütün günahlardan təmizlənmiş halda
olar.
◘Ey Əli! Əgər mənə (heç bir dəyəri olmayan) qoyun ayağını
(bişirməkdən ötrü) hədiyyə etsələr qəbul edərəm və əgər, məni qoyun
ayağından hazırlanmış xörəyə dəvət etsələr, həmin dəvəti qəbul
edərəm.
◘Ey Əli! İslam çılpaqdır, onun libası isə həya və utanmaqdır. Zinəti
vəfa, comərdliyi saleh əməl, sütunu təqvadır. Hər bir şeyin əsası və
təməli vardır. İslamın da əsası və təməli biz əhli-beytlə birgə olmaqdır.
◘Ey Əli! Bədxasiyyətlik eyib və namübarəklikdir. Qadına itaət etmək
peşmançılığa səbəb olar.
◘Ey Əli! Hər kəs mənə yalan bir şey nisbət versə, bilsin ki, yeri
cəhənnəmdir.
◘Ey Əli! Misvak etmək sünnədir. Misvak ağızı təmizləyir, gözün
nurunu artırır, Rəhman Allahı sevindirir, dişləri ağardır, dişin sarılığını
və çürüklərini aradan aparır, dişin ətini möhkəmləndirir, iştahanı artırır,
bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşı işlərin savabını ikiqat
edir və mələklərin məhəbbətinə səbəb olur.
Dostları ilə paylaş: |