Бисмиллаһир-рәһманир-рәһим


KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ



Yüklə 1,72 Mb.
səhifə27/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   21   22   23   24   25   26   27   28   29

KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ


Məsələ 317: Kişilərə məxsus olan əqd və toy mərasimlərində, yaxud digər bayram şənliklərində əl çalmaq ləhv yönünə malik olmazsa, işkalı yoxdur.

İmam: İstifta.

Bəhcət: Bayram məclislərində və çıxış xütbələrində fərdləri təşxis etmək məqsədilə əl çalmaq əgər ləhv həddində olmazsa, eybi yoxdur. "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 30.

Təbrizi və Sistani: Əl çalmaq öz-özlüyündə haram deyildir, amma öz ardınca başqa bir harama səbəb olarsa, bu hal istisnadır.

Təbrizi: "Siratun-nəcat", Sual: 1020.

Sistani: İstifta.

Xamenei: Əgər əl çalmaq adi qaydada olarsa, eybi yoxdur: İstifta.

Fazil: Əl çalmağın öz-özlüyündə işkalı yoxdur, la­kin möminlər məscidlərdə, hüseyniyyələrdə və sair mü­qəd­dəs məkanlarda bu işi tərk etməlidirlər. Həmçinin İmamların mövlud məclislərində əgər çalmaq hörmətin aradan getməsinə səbəb olarsa, gərək bu işdən çəkinsinlər və möminlərə vacibdir ki, müsəlmanların arasında mövcud olan həmişəki şüardan – salavatdan istifadə etsinlər. İstifta.

Məkarim: Hər bir halda əl çalmağın işkalı yoxdur, lakin məscid və hüseyniyyələrdə tərk olunmalıdır.



İstifta.
* NƏTİCƏDƏ: Əgər əl çalmaq ləhvi yönə malik olarsa işkallıdır və əgər adi qaydada, misal üçün bir şəxsin təşviq edilməsi üçün olduqda, işkalı yoxdur.

Məsələ (Sual) 318: Əgər kişilərə məxsus olan əqd və toy məclislərində uşaqlar rəqs etsələr və başqa kişilər də əl çalsalar, caizdirmi?

Cavab: Uşaqların təklifi yoxdur və əl çalmaq da əgər ləhvi yönə malik olmazsa, işkalı yoxdur.

İmam, Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.

Bəhcət: Uşaqların təklifi yoxdur və əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir.

Təbrizi və Sistani: Əgər haram bir işə səbəb olmazsa, işkalı yoxdur.

Təbrizi: "Siratun-nəcat", 1020-ci sualdan istifadə etməklə.

Sistani: İstifta.

Məkarim: Amma böyüklər uşaqları rəqsə vadar etməsinlər. İstifta.

Məsələ 319: Gəlinin, yaxud digər naməhrəm qadın­ların kişi məclisinə gəlməsi caiz deyildir, yalnız kifayət qədər hicabı olduğu hal istisnadır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta.

Sistani: Eyni halda, günaha düşmək qorxusu ilə gərək olmasın. İstifta.



* NƏTİCƏDƏ: Deməli, üzü və əlləri də əgər zinətlidirsə, naməhrəmdən örtməlidirlər, lakin yaxşı olar ki, kişi məclisinə daxil olmaqdan çəkinsinlər.

Məsələ 320: Əgər bəy, qadınların məclisinə getdiyi hal­da zinətlənmiş naməhrəmə baxacağını bilirsə, qa­dın­ların məclisinə getməməlidir, hətta bu baxış ləzzət və reybə qəsdilə yanaşı olmasa belə.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

* NƏTİCƏDƏ: Bəyin qadın məclisinə, hətta əgər bir an­lığa olsa belə, misal üçün, şəkil çəkdirmək, yaxud üzük sal­maq və s. üçün getməsi, zinətlənmiş naməhrəmə baxı­şı lazım tutursa, haramdır, amma əgər qadınlar tama­milə özlərini örtsələr və bəy də onlara baxmasa, işka­lı yoxdur.

Məsələ 321: Kifayət qədər örtüyü olmasa, yaxud üzü və əlləri zinətli olduğu halda gəlinə baxmaq naməhrəm kişilər üçün caiz deyildir.



İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", 31-ci məsələdən istifadə etməklə.

İmam: "Təhrir", "nikah", məsələ: 18.

Bəhcət: "Tovzihul-məsail", 1931-ci məsələdən istifadə etməklə və İstifta.

Təbrizi və Xamenei: İstifta.

Sistani: Əgər qadınlar hicaba riayət edirlərsə və əgər onları hicaba riayətə əmr etdikdə etina edirlərsə, o məclisə getmək caiz deyil, əks halda işkalı yoxdur, bu şərtlə ki, baxış ləzzət və reybə qəsdilə olmasın.



"Minhacus-salihin", "nikah", 14 və 26-cı məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", 2442 və 2443-cü məsələlər.
* NƏTİCƏDƏ: Gəlinə baxmaq hətta ləzzət və reybə qəsdilə olmazsa, caiz deyildir. Hətta əgər təbrik, yaxud sağollaşmaq üçün olsa da belə.

Məsələ 322: Əqd və toy mərasimində qadın və kişinin bir-birinə qarışması əgər naməhrəmin gəlinə və ya başqa qadınlara baxmasına səbəb olarsa və onlar da kifayət qədər hicablı olmazsa, yaxud zinətlənmiş olarsa, haramdır və ondan çəkinmək lazımdır.



İmam, Təbrizi, Xamenei, Məkarim: İstifta.

Bəhcət və Sistani:

Bəhcət: Üstəlik qadınla naməhrəm kişinin bir-birinə qarışması hər bir halda haramdır. İstifta.

Sistani: Həmçinin əgər harama düşməkdən qorxu olarsa, bu cür qarışıqlıq caiz deyildir. İstifta.

ÜMUMİ MƏSƏLƏLƏR


Məsələ 323: Üzü qırxmaq, yaxud maşınla vurmaq, əgər qırxmaq sayılırsa, ehtiyat-vacibə görə caiz deyildir, bu hökmdə bütün kişilər eyni hökmdədir, Allahın hökmü camaatın məsxərə etməsi, yaxud məclisə hakim olan fəzanın səbəbilə dəyişdirilmir. Deməli, həddi-büluğa təzə çatan şəxs, yaxud üzü qırxmadığı halda camaatın onu məsxərə edəcəkləri şəxs, yaxud toy gecəsində olan kişi və sair kimi hallarda üzünü qırxarsa, yaxud qırxmaq sayılacaq dərəcədə üzünü maşınla götürərsə, ehtiyat-vacibə görə caiz deyildir.

İmam: "Tovzihul-məsail", "müxtəlif məsələlər", səh.26; "İstiftaat", 2-ci cild, səh.21 və 30.

Təbrizi: "Tovzihul-məsail", 2833-cü məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 955, 956 və 957-ci suallardan istifadə etməklə.

Bəhcət: Üzün tükünü qırxmaq caiz deyildir. "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.

Sistani: Üzü qırxmaq ehtiyat-vacibə görə haramdır, amma əgər üzün qırxılmaması şəxs üçün ağır çətinlik törədə­cəksə, məsələn, onun şiddətli məsxərəyə və isteh­za­ya tutulacağına səbəb olarsa, bu halda üzü qırxmağın işka­lı yoxdur. "Məkasibi mühərrəmə", məsələ: 46.

Məkarim: Üzü qırxmaq və s. kimi şeylər ehtiyatın xilafınadır, əgər yeniyetmənin üzündə kifayət qədər tük bitməyibsə, onu qırxmağın eybi yoxdur. İstifta.

Məsələ 324: Üzün bir hissəsini qırxmağın hökmü onun hamısını qırxmağın hökmündədir.

İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 84.

Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.

Xamenei: İstifta.

Təbrizi: Ehtiyat-vacibə görə, gərək çənə və onun ətrafını da qırxmasınlar və dibdən vurmasınlar, belə ki, ona "saqqalı vardır"-deyilə bilsin, üzün qalan hissəsini qırxmasının eybi yoxdur. İstifta.

Fazil: Saqqalın ətraflarını ülgüclə və yaxud onun kimi şeylərlə təmizləməyin işkalı yoxdur. İstifta.

Məkarim: Lakin professor və s. kimi şəxslərin (çənə və onun ətrafında) qoyduğu saqqalın işkalı yoxdur.


* NƏTİCƏDƏ: Kişilər ehtiyat-vacibə görə öz saqqallarının bir hissəsini qırxa bilməzlər, amma saq­qa­lı səliqəyə salmaq üçün qırxılan miqdar istis­nadır.

Məsələ (Sual) 325: Boğazın altında və yanaqlarda olan tükləri qırxmaq caizdirmi?

Cavab: Əgər saqqalı qırxılmaq aid edilməyəcək miqdarda olarsa, əksinə, onun səliqəyə salınması hesab olunarsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei: İstifta.

Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.

Fazil: "Camiul-məsail", 2-ci cild, 755-ci sualdan istifadə etməklə.

Məkarim: Bu hissələrin qırxılmasının işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 326: Saqqalın həddi nə qədərdir ki, ondan qısa olmamalıdır?

Cavab: Camaat arasında "saqqalı vardır"-deyiləcək miqdarda saxlamaq kifayətdir.



İmam, Bəhcət, Təbrizi, Fazil və Məkarim: İstifta.

Məsələ 327: Bığları qırxmağın işkalı yoxdur.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 82-ci sualdan istifadə etməklə.

Məsələ (Sual) 328: Müsəlmanın saqqalını qırxmaq işi haram sayılırmı?

Bəhcət: Haramdır və onun müqabilində pul almaq caiz deyil.

Sistani: Saqqal qırxmağın ehtiyat-vacibə görə caiz olmadığı hallarda, ehtiyat-vacibə görə onun müqabilində muzd almaq caiz deyildir.



"Minhacus-salihin", "Məkasibi mühərrəmə", məsələ: 46.

Fazil və Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.

Məsələ (Sual) 329: Mənim işim toz-torpaqla yanaşıdır və üzümü qırxmağa məcburam, çünki əgər üzümü qırxmasam, toz-torpaq onun üstünə hopacaqdır. Mənim işim haramdırmı?

Cavab: Saqqalı qırxmaq əhvətə görə haramdır və qeyd olunan dəlil üz qırxmaq üçün əsas deyildir. Siz bu hökmdə başqaları ilə fərqlənmirsiniz.



İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 87.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 959.

Bəhcət: Üzü qırxmaq haramdır və qeyd olunan dəlil üzü qırxmağın halal olmasına bir əsas deyildir. İstifta.

Sistani: Əgər həddindən artıq çətinlik yaradırsa, üz qırxmağın işkalı yoxdur. İstifta.

Məkarim: Əgər zərurət tələb edərsə, üz qırxmaq caizdir. İstifta.

Məsələ (Sual) 330: Tükün daha inkişaf etməsi üçün onu qırxmaq olarmı?

Bəhcət: Caiz deyildir.

Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.

Məsələ 331: Əqd və toy məclislərində bir növ oyun vardır ki, çubuqbazlıq (çubuq oyunu) adlanır. İki nəfər bir-birinin qarşısında oturur və bacardığı qədər başqasının ayağına vurur, bəzi hallarda ayağın sınması ilə nəticələnir. Bu oyunun hökmü nədir?

Bəhcət: Bu iş haramdır, qisasa, yaxud diyəyə səbəb olur. İstifta.

Məkarim: Hər növ təhlükəli iş şərən haramdır. İstifta.

Məsələ (Sual) 332: Kart, nərd taxtası və s. kimi qumar alətləri ilə oynamaq əgər udub-uduzmaq məqsədi ilə olmazsa və yalnız oyun olarsa, nə hökmü vardır?

Cavab: Caiz deyildir.



İmam: "Tovzihul-məsail", "müxtəlif məsələlər", səh.27.

Təbrizi: "Siratun-nəcat", Sual: 1029.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 951-ci sualdan istifadə etməklə.

Məsələ (Sual) 333: İslam nəzərindən bəyin qalstuk taxmasının hökmü nədir?

Behcət: Kafirlərin paltarına özünə oxşatmaq caiz deyil. İstifta.

Xamenei: Ümumi şəkildə qalstuk və yaxud qeyri-müsəlmanlara məxsus olan başqa paltarları geymək, belə ki, onun geyilməsi azğın mədəniyyətin yayılmasına səbəb olarsa, caiz deyildir. İstifta.

Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarı sayılır. Buna görə də yaxşı olar ki, müsəlmanlar ondan uzaqlaşsınlar. Hətta əgər onların mədəniyyətləri müsəlmanların arasında yayılması ilə həmin yöndən xaric olsa da. "Camiul-məsail", 253 2237-ci suallar.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə