Birləşmiş Millətlər Təşkilatının



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Birliyin Fəaliyyətində 

 

 



Şirkətlər mümkün olduqda məcburi  əməyi aradan qaldırmaq üçün 

birlik fəaliyyətlərini genişləndirməyi dəstəkləyə bilər, işçilərə məcburi 

əməkdən xilas olmağa və öz istəkləri ilə seçilmiş  işlər tapmaqda 

yardım edə bilər. 

 

 

Digər  şirkətlərlə, bölmə birlikləri və  işəgötürənlərin təşkilatları ilə bu 



məsələyə  sənaye miqyasında yanaşmaqla ortaq fəaliyyət göstərmək, 

həmkarlar ittifaqları, qanun icraedici orqanlarla, əmək müfəttişlikləri 

və digər təşkilatlarla əlaqələr yaratmaq. 

 

 



Yerli, dövlət və ya milli səviyyədə təmsilçi isə götürənlərin təşkilatında 

iş birliyi və ya məcburi əmək üzrə komitə təsis etmək və ya bunlarda 

iştirak etmək. 

 

 



Milli səviyyədə  məcburi  əməklə mübarizə aparmaq üçün əsas 

tədbirlərin bir hissəsi və qurumsal tərtibat kimi məcburi  əməyə qarşı 

Milli Fəaliyyət Planının inkişafını dəstəkləmək. 

 

 



Şirkətin nüfuz sahəsində  məcburi  əməyin keçmiş qurbanları üçün 

bacarıqların inkişaf etdirilməsi və peşə  təlimi imkanları yaratmaqla 

qarşı alma və yenidən inteqrasiya proqramlarında iştirak etmək. 

 

 



Mümkün olduqda , media kompaniyaları daxil olmaqla milli və 

beynəlxalq proqramlarda iştirak etmək və yerli və milli orqanlarla 

,fəhlə təşkilatları ilə və digər tərəfdaşlarla əməkdaşlıq etmək. 

 

-       - 



23


Uşaq әmәyinin aradan qaldırılmasını 

dәstәklәmәk  

(BMT Qlobal Sazişinin 5-ci Prinsipi) 

 

Uşaq əməyinə nə aiddir  

Beynəlxalq  Əmək Təşkilatı konvensiyaları (Minimum yaş  həddi 

Konvensiyası No 138, Uşaq  Əməyinin Ağır Formaları No 182) milli 

qanunvericilik üçün  işə  qəbul prosesində icbari təhsili tamamlama yaşından 

və ya hər bir halda 15 yaşdan az olmayan minimum yaş  təyin etmək üçün 

çərçivə qoya bilər. Daha az yaşlar müvəqqəti olaraq icazə verilə bilər. –iqtisadi 

və  təhsil imkanları  az inkişaf etmiş ölkələrdə minimum yaş  həddi 14, və 

yüngül işlər üçün isə 12-dir. Bununla yanaşı təhlükəli işlər üçün minimum yaş 

həddi bütün ölkələrdə 18-dir. 

 

Cədvəl 5 

 

İşə qəbul üçün minimum yaş həddi 

 

İnkişaf etmiş ölkələr                              İnkişaf etməkdə olan ölkələr  



 

Adi iş                         15 yaş                                                    14 yaş  

 

Təhlükəli iş              18 yaş                                                     18 yaş 



 

Yüngül iş                 13yaş                                                       12 yaş  

 

 

-       - 



24


Uşaq  əməyi gənclərin məşğulluğu ilə qarışdırılmamalıdır, belə ki, 

gənclər istədikləri işlə  məşğul ola bilərlər, lakin təhlükəli işdən və  uşaq 

əməyinin digər ağır formalarından qorunmalıdırlar. 

Uşaq  əməyi insan hüquqlarını pozan istismar növüdür. Bu beynəlxalq 

vasitələrlə qiymətləndirilib və müəyyənləşdirilib. Bu beynəlxalq ictimaiyyətin 

və demək olar ki bütün ölkələrin uşaq  əməyinin aradan qaldırılması üçün  

bəyan edilmiş siyasətidir. 

Beynəl xalq Əmək Təşkilatı 182 No Konvensiyası hökumətləri 18 

yaşdan az uşaqlar müəyyən olunmuş işlərdə çalışdıqda təcili və təxirəsalınmaz 

tədbirlər görməyə çağırır.Onlar: 

 

 

Ağır məcburi əməyin bütün formaları-uşaq alveri, borc qarşılığı əmək, 



məcburi və icbari əmək və  uşaqların silahlı qarşıdurmada istifadə 

edilməsi. 

 

 

Əxlaqsızlıq ,pornoqrafiya istehsalı  və pornoqrafik  məqsədlərlə  



uşaqların istifadəsi və onlara təklif edilməsi, 

 

 



Qanuna zidd fəaliyyət xüsusilə qeyri-qanuni ticarət və narkotik 

istehsalı məqsədilə uşaqların istifadəsi və onlara təklif edilməsi,  

 

 

Sağlamlıqlarına təhlükəsizliklərinə    və onların təbiəti etibarı ilə 



tərbiyələrinə zərərli təsir göstərən işlər və şərait. 

Şirkətlər uşaq  əməyini ləğv etmək üçün səy göstərməlidirlər.  Uşaq 

əməyinin ağır formalarının ləğvi üçün göstərilən cəhdlər digər uşaq  əməyi 

formalarına bəraət qazandırmaqda istifadə olunmamalıdır. 



Nə üçün şirkətlər uşaq əməyindən narahat 

olmalıdırlar. 

Uşaq  əməyi uşağın fiziki, sosial əqli, psixoloji və ruhi inkişafına xələl 

gətirir. Uşaq  əməyi onları  uşaqlıqdan və böyüklükdən məhrum edir. Onlar 

təhsildən məhrum edilir və ola bilsin ki ailələrindən ayrı salınır.Orta təhsilini 

tamamlamayan uşaqlar çox vaxt savadsız qalır və heç vaxt sənət  əldə etmək 

üçün bacarıqlara yiyələnmir və müasir iqtisadiyyatın inkişafında rol oynamır. 

Nəticə etibarı ilə, uşaq  əməyi səriştəsiz, keyfiyyətsiz fəhlə yetişdirir və  iş 

qüvvəsində bacarıqların inkişafını təhlükə altında qoyur. 

Uşaqlar insan hüquqlarından böyüklərdən heç də az faydalanmır. 

Onların yaşlarından  və  onların hələ böyüməkdə  və bilik və  təcrübə 

qazanmasından qaynaqlanan bəzi hüquqları var. Bu hüquqlar iqtisadi 

istismardan və onların sağlamlığına, təhlükəsizliyinə, tərbiyəsinə  zərərli, 

inkişafına  əngəl törədən təhsildən uzaqlaşdıran səbəblərdən qorumağı  əhatə 

-       - 

25



edir. Uşaq  əməyi məsələsinin mürəkkəbliyi  şirkətlərə bu məsələyə  həssas 

yanaşmağı, işləyən uşaqların daha çox istismara məruz qalmasına səbəb olan 

tədbirlər görməməyi ifadə edir. Bununla belə, 5-ci prinsipdə bildirildiyi kimi, 

bütün  şirkətlərin məqsədi nüfuz sahələrində  uşaq  əməyini aradan qaldırmaq 

olmalıdır. 

Uşaq  əməyi ilə  əlaqənin olması  şirkətin etibarını  zədələyə bilər. Geniş 

təchizat və xidmət dairəsi olan transmilli şirkətlərin biznes ortağı vasitəsi ilə 

olsa belə, titulunu zədələməyə  və  gəlir və hissə  sənədinin dəyərində güclü 

geriləmələrə səbəb ola biləcəyi doğrudur. 

Nəyə görə  şirkətlər uşaq  əməyinə görə narahat 

olmalıdırlar? 

Uşaq əməyi hər bir şirkətdə narahatlıq doğurmalıdır. Bu hal hazırda bir 

çox inkişaf etməkdə olan ölkələrdə ciddi məsələdir. Lakin bu az da olsa inkişaf 

etmiş ölkələrdə məsələn immiqrant cəmiyyətlərdə də gözə çarpır. 

Uşaq əməyinin səbəb və nəticələrini anlamaq, təbliğatı inkişaf etdirmək 

ilkin addımdır. Bu məsələləri müəyyənləşdirmək və biznes daxilində  uşaq 

əməyinin problem olub olmamasını aydınlaşdırmağı ifadə edir. Coğrafi olaraq 

uzaq məsafədə  tədarük dairələrində xüsusi sənaye bölmələrindən satın alan 

şirkətlər daha ehtiyatlı olmalıdırlar. Gərəkli etina ilə davranışın bir hissəsinə  

şirkətin fəaliyyət göstərdiyi sahələrdə  uşaq  əməyinə meyilli sektorlardan 

xəbərdar olmaq üçün Beynəlxalq  Əmək Təşkilatı  və başqa araşdırmaları 

nəzərdən keçirmək daxil olmalıdır. 

-       - 

26



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə