Birinci fəsil Şəhzadə və dilənçinin doğulması



Yüklə 18,19 Kb.
səhifə2/3
tarix23.05.2022
ölçüsü18,19 Kb.
#87712
1   2   3
Sənəd

Üçüncü fəsil
Tomun Şahzadəyə rast gəlməsi
Tom yuxudan ayıldı və ac da evdən çıxdı. Yuxusunun xəyalı ilə Sitini ətrafına fikir vermədən dolaşırdı. Nəhayət Temil Bar darvazasının yanına çatdı. İndiyə qədər bu qədər uzağa gəlib çatmamışdı. Burda insana kədərverici evlər var idi. Sonra Tom gəlib Çerinq kəndinə çatdı, tənbəl- tənbəl yeriyib Vestminster sarayina catdi. Darvazanın yanında heykəl kimi əsgərlər dayanmışdı. Bir dəstə kəndli və şəhər əhli uzaqdan kral ailəsindən birini görmək üçün baxirdi. Tomda onların arasına qarışaraq yavaşca gözətçilərin yanına keçdi. Məhəccərin arasından gördüyü mənzərədən həyacanlandı. Hasarın o tayında daş qaşla bəzədilmiş gözəl paltarlar geyinən oğlan dayanmışdı. Basinda gözəl daşlarla bəzədilmiş papaq , yaninda isə xidmətçilər var idi. Tom onun şəhzadə olduğunu anlayır. Onun arzusu yerinə yetmisdi, daha da yaxindan onu görmək üçün darvazanin məhəccərinə sıxılır, elə bu zaman əsgərlərdən biri onu kobudcasına kənara çəkib London tənbəllərinin arasina tulladı və qışqırdı. Şəhzadə bunu görüb qəzəbləndi:
- Hansı cəsarətlə kralın təbəələrinə kobud edirsən ? Darvazanı aç , burax gelsin!
İkiüzlü camaat isə bu hərəkəti alqışladı.Eduard Tomu öz kabinetinə gətirdi , xidmətçilər onun əmrilə yemək gətirdilər . Eduard xidmətçiləri çıxartdı və Toma kim olduğu ilə əlaqəli suallar verdi. Tom ailəsi haqqında və Törtökuntülülər məhəlləsi haqqında , gününün necə kecdiyini, orda keçirilən teatr tamaşasından , palçıqda oynamasindan, keçdi- keçdi oynundan danışır. Eduard isə öz bacısı on dörd yaşlı Yelizaveta , əminsi qızı Cen Qrey haqqında danışır. Tomun danisdiqlarina həsədlə dinləyir və ona paltarlarını dəyişməyi təklif edir. Onlar paltarlarını dəyişirlər , güzgüyə baxanda bir- birlərinə çox bənzədiylərin görüb təəccüblənirlər. Eduard bu zaman Tomun əlindəki yaranı görür,qəzəblənir, böyük əhəmiyyəti olan bir şeyi götürüb gizlədir və gözətçiyə dərsini vermek üçün həmin paltarda kabinetdən çıxır. Gedib gözətçiyə qapını açmağı əmr edir. Gözətçi qapini açır , şəhzadə çıxan zaman gözətçi bərk şapalaq vurdu . Şahzadə palçığın içinə yıxıldı, camaat güldü. Eduard çox qəzəbləndı və gözətçiyə müqəddəs Uels şəhzadəsinə toxunduğuna gorə öldurüləcəyini deyir. Əsgər onun bu sözlərinə gülüb , burdan rədd olmasını deyir. Camaat səhzadənin başına yığılaraq onu qovmağa baslayirlar.
Dördüncü fəsil
Şahzadənin uğursuzluğu başlanır.
Camaat biraz şəhzadəni qovduqdan sonra onu rahat buraxdılar. Şəhzadə yol boyu gedib bir kilsəyə çatdı, bu kilsəni tanidi, atası kilsəni kimsəsiz uşaqlara bağışlamışdı. Kilsəyə girdi, usaqlarin oynadigin gördü. Usaqlar şəhzadəni görüb basina yigisdi, Şəhzadə onlara boyuklərini Uels şahzadəsinin hüzuruna çagirmasini dedi. Usaqlar bu dediyinə güldülər. Eduard buna hirsləndi , onunla tənə ilə danisana təpik vurdu. Bu uşaqları qəzəbləndirdi, itlərini Eduardin üstünə cumdurdular. Şəhzadə qaçıb kilsədən cixib küçəylə getdi. Yolda Tomun atası şəhzadəni görüb onu Tom bilib , boş-bos gəzməsinə qəzəbləndi. Eduard isə onu gördüyünə sevindi və Con Kentiyə onu saraya qaytarmasini istədi. Kenti isə onun dəli olduğunu düşündü. Şəhzadəyə onu evdə döyəceyini deyib apardı.

Yüklə 18,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə