Biologiya yun



Yüklə 0,68 Mb.
səhifə16/56
tarix27.12.2023
ölçüsü0,68 Mb.
#162837
1   ...   12   13   14   15   16   17   18   19   ...   56
Biologiya yun

Endositoz və ekzositoz. Endositoz və ekzositoz elə prosesdir ki, maddələr
membran vasitəsilə ya hüceyrəyə (endositoz), ya da hüceyrədən (ekzositoz) nəql olmurlar. Endositoz zamanı plazmatik membran üzərində qabarıqlıqlar və ya çö-kəkliklər əmələ gəlir ki, bunar sonradan qovuqlara və ya vakuollara (faqositoz, pi-nositoz) çevrilib membrandan ayrılırlar (membran daxilinə). Ekzositoz – endosito-za əks prosesdir. Bu zaman müxtəlif maddələr hüceyrədən kənarlanırlar.
Hüceyrə strukturları
1859-cu ildə çexiyalı fizioloq Purkinye hüceyrənin çoxlu möhtəviyyatını adlandırmaqdan ötrü protoplazma terminini işlətdi. Protoplazma nüvə və sitoplaz-madan təşkil olunub. Sitoplazma qatı maye mühit olub, özündə müxtəlif orqanoid-ləri, törəmələri və ehtiyat maddələrini saxlayır.
Sitoplazmanın həll olan hissəsi sitozol adlanır. Sitozol – şəffaf və struktursuz olub, hüceyrə orqanoidləri arasındakı mühiti tutur. Sitoplazmanın 90%-i sudur ki, beləki, bütün əsas biomolekullar məhlul halında (həll olmuş vəziyyətdə) olur.
Sitoplazmada həmçinin, metabolik proseslər, məsələn, qlikoliz, yağ turşula-rının, nukleotidlərin və bəzi amin turşularının sintezi gedir. Canlı sitoplazmanı mü-şahidə etdikdə orqanoidlərin və sitoplazmanın hərəkətini görmək olur ki, bunu sik-loz adlandırırlar.
Nüvə
Sitoplazmada genetik materialın DNT-nin yerləşməsinə görə hüceyrələr iki cür olur: prokariotlar və eukariotlar. Hüceyrə nüvəsi – hüceyrənin məlumat mərkəzidir. Hüceyrə nüvəsinin əsas funksiyaları (rolu):

  1. Məlumatın qorunması;

  2. Məlumatın transkripsiya yolu ilə, yəni məlumat ötürücü RNT-nin sintezi vasitəsilə sitoplazmaya ötürülməsi

  3. Replikasiya zamanı məlumatın qız hüceyrələrə (hüceyrələrin və nüvənin bölünməsi yolu ilə) ötürülməsi;

Nüvə çox zaman hüceyrənin mərkəzində, bitki hüceyrələrində isə bəzən va-koul tərəfindən hüceyrə divarına doğru sıxılmış olur. Nüvə müxtəlif formalarda ola bilər. Nüvənin diametri 0.5 mkm-dən (göbələklərdə) 500 mkm-ə qədər ( bəzi yumurta hüceyrələrdə) ola bilər.
Bəzi hüceyrələr yetişmiş vəziyyətdə nüvədən məhrum olurlar (məsələn, mə-məlilərin eritrosit hüceyrələri).
Hüceyrədə, adətən, bir nüvə olur, bəzən iki nüvəli və çoxnüvəli hüceyrələrə də təsadüf olunur. Məsələn, insanın qaraciyər hüceyrələri və s. Hüceyrə orqanoid-ləri içərisində nüvə ən iri orqanoiddir. Nüvə, nukleoplazmadan, xromosom (xroma-tin), nüvəcik və nüvə pərdəsindən təşkil olunub.
Nüvə pərdəsi iki membrandan təşkil olunub. Nüvə pərdəsi endoplazmatik şə-bəkənin sanki bir hissəsidir (davam kimi). Nüvə pərdəsi bəzən ribosomlara malik olur ki, burada da zülalların sintezi gedir.
Digər membranlardan fərqli olaraq, nüvə membranında məsamələr var ki, bunlar membran nüvə və sitoplazma arasında müxtəlif maddələrin mübadiləsi baş verir. Məsələn, nüvəyə ribosom zülalları, nukleotidlər daxil ola bilər, nüvədən isə sitoplazmaya RNT xaric olur. Nüvə içərisində nüvəcik yerləşir. Diploid orqanizm-lərdə nüvədə 1-7 nüvəcik yerləşə bilər, bəzən nüvəciyə təsadüf olunmur. Nüvəcik-də 80% zülal, 15% RNT olur. Nüvəcikdə RNT-si zülalla kompleks əmələ gətirərək ribosom formalaşdırır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə