Biologiya yun



Yüklə 0,68 Mb.
səhifə13/56
tarix27.12.2023
ölçüsü0,68 Mb.
#162837
1   ...   9   10   11   12   13   14   15   16   ...   56
Biologiya yun

Şəkil 7.
RNT. Ribonuklein turşusu da polimerdir, lain tək zəncirdən ibarətdir. DNT-dən fərqli olaraq, RNT-də tiaminin yerinə, ona quruluşca yaxın olan urasil (U), de-zoksiriboza yerinə isə riboza durur (şək. 8).
RNT-nin müxtəlif növləri var və bunlar bir-birlərindən strukturuna, ölçüsünə və funksiyasına görə fərqlənir. RNT-nin bütün növləri (virus RNT-sindən başqa) DNT molekulunda, molekulun hissələrinin kopyası kimi sintez olunurlar.
Məlumat və ya matrisa RNT (m-RNT) zülalın quruluşu haqqında DNT mo-lekulundakı məlumatı, zülal sintez olunan yerə - ribosama çatdırır. Bu zaman əv-vəlcə daha uzun – ilkin transkript yaranır, sonra o daha qısa RNT-yə çevrilir. Bu çevrilmə bir neçə ardıcıl mərhələdən ibarət olub, prosessinq adlanır. m-RNT-si bü-tün hüceyrə RNT-nin yalnız 5%-ni təşkil edir.
Nəqliyyat RNT-si (n-RNT) – amin turşularını ribosama çatdırır. n-RNT hüceyrə RNT-nin yalnız 10%-ni təşkil edir. Bu RNT-lər heç bir hissəciklə birləş-mir. Genetik məlumatın realizə olunması zamanı hər bir n-RNT-si müəyyən bir amin turşusunu özünə birləşdirir və daşıyır (ribosoma). 20-dən artıq müxtəlif n-RNT var. Azot əsaslarının ardıcıllığı n-RNT-nin ilkin strukturunu əmələ gətirir. İkincili quruluş “yonca yarpağına” bənzəyir.
Şəkil 8. Nəqliyyat RNT-sinin strukturu

Ribosom RNT-si (r-RNT) – ribosomların tərkibində olub, zülal sintezində iştirak edir. O, bütün hüceyrə RNT-sinin 85%-ni təşkil edir. Ribosomun kiçik sub-hissəciyində “yüngül” r-RNT, böyük subhissəciyində isə “ağır” r-RNT yerləşir.



  1. FƏSİL

Həyatın hüceyrə və molekulyar səviyyələri. Hüceyrə teoriyası. Hüceyrə biologiyası.
İlk dəfə bioloqlar tam orqanizmi öyrənməyə başladılar (bitki və heyvan). Be-lə orqanizm o dövrdə həyatın və bioloji aktivliyin əsas vahidi hesab olunurdu.
R.Huk (1665) ilk mikroskopu yaratdı və onun vasitəsilə mantar kəsiyə baxdı. Bu zaman çoxlu “dəliklər” və ya hüceyrələr (lat. Cellula – hüceyrə). Bota-niklər M.Malpigi (1671) və H.Qrıfu (1671) bitki toxumasında hüceyrəvi quruluşu müşahidə etdilər və bununla da R.Hukun kəşfini təsdiqlədilər. 1680-ci il-də hollan-diya optiki A.Levenhuk ilk dəfə heyvan hüceyrəsini (eritrositləri) və birhüceyrəli orqanizmləri gördü. Bu və digər kəşflər botanik M.Şleyden və zooloq T.Şvanın hüceyrə nəzəriyyəsinin kəşf etməsinə təkan oldu. Onlar bitki və heyvan orqanizm-lərinin prinsipial olaraq, oxşar olduqlarını göstərdilər; onların yaratdıqları nəzəriy-yəyə görə, bütün hüceyrələr başlanğıc (əvvəlki ana) hüceyrədən əmələ gəlirlər; bü-tün hüceyrələr kimyəvi tərkiblərinə maddələr mübadiləsinə görə oxşardırlar; tam orqanizmin aktivliyi, ayrı-ayrı hüceyrələrin qarşılıqlı təsirinə və aktivliyinə əsasla-nır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə