Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə22/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   18   19   20   21   22   23   24   25   ...   213

 

59

 



yönəltmək daha sərfəli olardı. Bu əmtəə üzrə ixtisaslaşma mübadilə vasitəsilə xarici bazarda 

digər  əmtəələri  də  əldə  etməyə  imkan  verir.  Məsələn,  Azərbaycanda  limonun  becərilməsi 

kiviyə nisbətən xeyli ucuz başa gəldiyindən bu əmtəə üzrə ixtisaslaşma və mübadilə yolu ilə 

kiviyə olan ehtiyacın ödənilməsi daha sərfəli olardı.  

Müqayisəli  üstünlüklər  nəzəriyyəsi  sübut  edir  ki,  müəyyən  əmtəənin  istehsalı  üzrə 

ixtisaslaşma bir ölkənin digər ölkə qarşısında mütləq üstünlüyə malik olması ilə yanaşı, bu 

üstünlük  olmadıqda  da  sərfəlidir.  Məsələ  burasındadır  ki,  əgər  ölkədə  heç  bir  məhsulun 

istehsalı üçün çəkilən xərc beynəlxalq səviyyədən aşağı deyilsə, onda elə bir məhsul var ki, 

ona çəkilən xərclər bu orta səviyyəyə daha  yaxındır. Onda ölkənin bu əmtəə istehsalı üzrə 

ixtisaslaşması daha mənfəətli olardı. Digər tərəfdən, əgər ölkə bir neçə məhsul istehsalı üzrə 

üstünlüyə  malikdirsə,  onda  o,  ən  maksimal  üstünlüyə  malik  olduğu  əmtəə  üzrə 

ixtisaslaşmalıdır. 

Klassik məktəbin digər bir nümayəndəsi Con Stüart Mill isə öz əsərlərində aşağıdakı 

iki əsas məsələni sübut edib: 

1)

 

beynəlxalq  istehsal  ixtisaslaşması  istiqamətində  edilən  təbii  səylər  son  nəticədə  bu 



ixtisaslaşmadan əldə edilən mənfəətlərin tarazlaşdırılmasına gətirib çıxarır; 

2)

 



tam  və  ya  qismən  ixtisaslaşma  şərtləri  istehsaldan  əldə  edilən  gəlirlərin  qeyri-

bərabərliyi ilə müəyyən olunur. 

Klassik  iqtisadçıların  ideyaları  sonradan  XX  əsrin  iqtisadçılarının  əsərlərində  öz 

inkişafını tapmışdır. Klassik iqtisadçılar ölkənin hansı əmtəə istehsalı üzrə ixtisaslaşmasının 

məqsədəuyğun  olduğunu  müəyyən  etməyə  çalışdıqları  zaman  əmək  dəyəri  nəzəriyyəsinə 

əsaslanırdılar.  XIX  əsrin  ikinci  yarısından  etibarən  isə  istehsal  amilləri  nəzəriyyəsi  geniş 

surətdə  inkişaf  etməyə  başladı.  Bu  nəzəriyyəyə  görə,  əmtəənin  istehsalı,  onun  dəyərinin 

formalaşdırılması zamanı üç faktor – torpaq, əmək və kapital iştirak edir. Bu nəzəriyyələr, 

həmçinin  mütləq  və  müqayisəli  üstünlüklər  nəzəriyyələri  barədə  sonrakı  mövzuda  geniş 

surətdə məlumat veriləcəkdir. 

BƏB-in modernləşdirilməsi istiqamətində müasir Qərb nəzəriyyələrinə gəldikdə isə, 

onları şərti olaraq iki qrupa bölmək olar: 

1)

 

―qarşılıqlı asılılıq‖ konsepsiyasının müxtəlif variantları; 



2)

 

BƏB-in mövcud modelinin yenidən qurulması üçün konkret tövsiyələr və planlar. 




 

60

 



1970-ci  illərin  ortalarından  yayılmağa  başlamış  qarşılıqlı  asılılıq  konsepsiyaları 

ideyaları ―yeni BƏB nəzəriyyəsi‖nin əsasını təşkil edir. Bu ideyalar bir sıra sənayecə inkişaf 

etmiş ölkələrin və beynəlxalq təşkilatların rəsmi doktrinalarında öz əksini tapmışdır. 

―Qarşılıqlı  asılılıq‖  konsepsiyasının  nümayəndələrindən  biri,  holland  iqtisadçısı 

K.Nuvenhuze öz ideyalarının əsaslandırılması üçün ilk növbədə bütün ölkələr üçün ümumi 

olan ekoloji faktorlara müraciət edir. Bu faktorlara o, aşağıdakıları aid edir: 

1)

 

ətraf mühitin qeyri-sabitliyi



2)

 

təbii resursların məhdudluğu və bərpa olunmaması. 



Onun fikrincə, inkişaf etmiş ölkələrin (İEÖ) inkişaf etməkdə olan ölkələrdən (İEOÖ) 

xammal asılılığı və əksinə İEOÖ-in İEÖ-dən texnologiya asılılığı mövcud olan bir şəraitdə 

bu  ölkələr  bir-birlərindən  qarşılıqlı  surətdə  asılıdırlar  və  bir-birlərinə  ―qarşılıqlı  təzyiq‖ 

edirlər. K.Nuvenhuzeyə görə, məhz bu situasiyadan çıxış edərək BƏB-i qurmaq lazımdır.  

Digər  Qərb  iqtisadçısı  R.Kuper  (Harvard  məktəbi)  də  qarşılıqlı  asılılıq  probleminə 

müraciət  edərək  onu  bir  neçə  aspektdə  nəzərdən  keçirir.  Onun  fikrincə  qarşılıqlı  asılılığın 

dörd növü mövcuddur: 

1)

 



struktur  asılılığı;  bu  zaman  ölkələr  bir-birlərindən  o  qədər  asıldırlar  ki,  bir  ölkənin 

iqtisadiyyatında  baş  verən  dəyişikliyin  təsiri  özünü  dərhal  digər  ölkədəki  mövcud 

situasiyada göstərir; 

2)

 



iqtisadi siyasət üzrə müəyyən edilmiş məqsədlərin qarşılıqlı asılılığı; 

3)

 



iqtisadi inkişafın xarici faktorlarının qarşılıqlı asılılığı; 

4)

 



siyasi qarşılıqlı asılılıq. 

Qarşılıqlı  asılılıq  konsepsiyaları  ümumi  xarakter  daşımaqla,  digər  iqtisadi 

nəzəriyyələr  qrupu  –  mövcud  BƏB-in  modernləşdirilməsi nəzəriyyələri  üçün  çıxış nöqtəsi 

rolunu oynayırlar. BƏB-in modernləşdirilməsinin əsas ideyası inkişaf etməkdə olan ölkələrə 

proteksionizm siyasətindən imtina edilməsinin və iqtisadiyyata geniş surətdə xarici kapitalı 

cəlb edilməsinin tövsiyə olunmasından ibarətdir. 

Bir  çox  İEOÖ  bu  tövsiyəyə  əməl  edərək  çoxsaylı  birgə  müəssisələr  təsis  etməklə, 

azad  sahibkarlıq  zonaları  və  s.  təşkil  etməklə  ―açıq  qapı‖,  ―açıq  iqtisadiyyat‖  siyasəti 

yeritməyə  başladılar.  Bu  siyasətdən  ən  çox  mənfəət  götürənlər  Şərqi  Asiya  və  Latın 

Amerikasının  ―Yeni  Sənaye  Ölkələri‖  adlandırılan  dövlətləri  oldu.  Lakin  maraqlıdır  ki, 

onlar  bu  siyasəti  həyata  keçirərkən  heç  də  tamamilə  proteksionizm  siyasətindən  imtina 

etmirlər və ehtiyac olduqca ondan istifadə edirlər. 




 

61

 



Qərb  iqtisadçılarının  nöqteyi-nəzərindən  ―yeni‖  və  ―modernləşdirilmiş‖  BƏB 

ideyalarının praktiki əhəmiyyəti nədən ibarətdir? 

Əsas fikir İEOÖ-in sahəvi ixtisaslaşmasının yeni istiqamətinin bərqərar edilməsindən 

ibarətdir.  Bu  ölkələrə  ilk  növbədə  İEÖ-in  ehtiyaclarının  ödəmək  üçün  əməktutumlu, 

materialtutumlu,  standart  məhsulların  istehsalı  və  ixracı  üzrə  istiqamət  götürməyi  təklif 

edilir.  Öz  növbəsində,  onların  fikrincə,  sənayecə  inkişaf  etmiş  ölkələr  öz  maraqlarını 

yüksəkixtisaslı  iş  qüvvəsinin  payının  yuxarı  olduğu  və  intensiv  elmi-texniki  prosesin  baş 

verdiyi iqtisadiyyat sahələrində cəmləşdirməlidirlər. 

Bu fikirlər ardıcıl olaraq praktikada reallaşdırılır.  Belə ki, İEOÖ-də xarici kapitalın 

birbaşa  investisiyalarının  ümumi  həcmində  emaledici  sənaye  sahələrinə  yönəldilmiş 

kapitalın  payı  artır,  ―çirkli‖  istehsalın  İEOÖ-ə  köçürülməsi  prosesi  baş  verir.  Bu  zaman 

sahəvi ixtisaslaşma üçmərhələli sxem üzrə həyata keçirilir: 

1)

 

―yeni sənaye ölkələri‖ əsasən nisbətən ixtisaslı əmək və müasir texnologiyalar tələb 



edən əmtəələr istehsal edirlər

2)

 



İEOÖ-lərin  bir  qədər  az  inkişaf  etmişləri  əməktutumlu  məhsulların  istehsalına, 

xammal  ixracına  vurğu  edirlər;  daha  az  inkişaf  etmiş  ölkələr  isə  ümumiyyətlə  bu 

sxemdən kənarda qalırlar; 

3)

 



sənayecə  inkişaf  etmiş  ölkələr  səylərini  kapitaltutumlu,  yüksək  texnologiyaya 

əsaslanan məhsulların istehsalında təmərgüzləşdirirlər. 



BƏB-in  müasir  konsepsiyalarının,  onun  modernləşdirilməsi  üzrə  təklif  olunan 

planların təhlili, həmçinin bu konsepsiyaların praktikada reallaşdırılması göstərir ki, dünya 

istehsal  qüvvələrinin  inkişafının  hazırkı  mərhələsində  İEÖ  və  İEOÖ  arasında  beynəlxalq 

ixtisaslaşmanın  və  kooperativləşdirmənin  yeni  tipi  formalaşmış,  İEOÖ-lərin  dünya 

təsərrüfatına inteqrasiyası güclənmişdir. 

 

3.3. İstehsalın beynəlxalq ixtisaslaşması: mahiyyəti və formaları 

 

Son  onilliklərdə  dünyada  baş  verən  genişhəcmli  iqtisadi,  siyasi,  sosial  və  digər 

xarakterli  proseslər  dünya  təsərrüfatına,  BƏB-ə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir. 

BƏB-in  inkişafının  əsas  istiqaməti  kimi  istehsalın  beynəlxalq  ixtisaslaşmasının 

genişlənməsini  göstərmək  olar.  Qeyd  edək  ki,  beynəlxalq  ixtisaslaşma  BƏB-in  məxsusi 

forması olmaqla onun mahiyyətini əks etdirir. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə