BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

________________Milli Kitabxana______________ 
274 
 
Birdən qapı döyüldü... 
Bizə kim gələ bilər səhərin bu çağında? 
Aynanın qabağında 
Gördüm, əsir bədənim. 
Qapını açmağa da heç taqətim yox mənim. 
"Yəqin, o satmış məni, 
elə dünən gecədən. 
Aparmağa gəlirlər hara qaçım indi mən?" 
Qapı bir də döyüldü. 
Bir də, bir də döyüldü. 
Gələn kimsə, görünür, məqsədinə çatmamış 
Burdan gedən deyildi... 
- Kimsən? 
- Mənəm, a qardaş. 
Bu Qəmbərin səsiydi. 
Bu da mənə bəs idi. 
Yəqin şahidtək gəlib üzümə durmaq üçün. 
Məni susdurmaq üçün. 
Əsə-əsə əllərim, mən qapını açınca 
O, üstümə atıldı boynumu qucaqladı, 
Hönkür-hönkür ağladı. 
Boylandı məlul-məlul 
O bir sola, bır sağa. 
Dünənki söhbətini başladı tez-tələsik 
Ayrı səmtə yozmağa: 
-Zarafatla demişdim dünən mən o sözləri; 
Əslində, çox sevirəm, mən o dahi rəhbəri. 
O, bizim bu dünyada tək güman yerimizdir, 
Düşünən beynimizdir, görən gözlərimizdir. 
Başa düşdüm mən onu. 
Susdum... Bu yozumların ağ yalan olduğunu 
Anlayırkən, qanırkən. 
Bir gün sonra o və mən sözümüzü danırkən 
Riyakara döndərdi vaxt həm onu, həm məni, - 
O da yata bilməyib, demə, bütün gecəni. 
 
Avqust, 1988 
  


________________Milli Kitabxana______________ 
275 
 
 
 
 
 
 
 
PROLOQ 
 
Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar,  
Haqsızlığın üstündən haqqa körpü saldılar.  
Vətəni sevmək üstdə günahkar sayıldılar,  
Vətəni sevmək niyə günah olmuş, ay Allah? 
 
Özüm qaldım çıraqsız, min çırağa yağ ikən,  
Təpələrə əl açdım, özüm uca dağ ikən.  
Əlacım öz-özümdən köməyi ummaq ikən,  
Neçin bizə özgəsi "pənah" olmuş, ay Allah? 
 
Ona ümid, mənə zor, amma demir kimə haqq?  
Əl-ayaq zəncirdədir, baş qapazlı, sinə dağ.  
Yüz yetmiş il bu saziş, bu birlik, bu ittifaq  
Bir tərəfli, talaqsız nikah olmuş, ay Allah. 
 
Çəliyə möhtac ikən, mən özgəyə çəliyəm,  
Min gülləyə tuş olan bir ceyranam, əliyəm.  
Özgə nə əmr eyləsə mən boyun əyməliyəm,  
Neçin mənə özgəsi "allah" olmuş, ay Allah? 
 
Bu gün qula dönmüşəm, dünən mən bir şah ikən,  
Yoxmuş məni bir doğan, yoxmuş məni bir əkən.  
Bu torpağa düşmüşəm haradansa mən dimən,  
Min-minillik tarixim unudulmuş, ay Allah! 
 
Özgənin əlindədir xeyirimiz, şərimiz,  
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.  
Gözümüz üfüqdədir, açılmır səhərimiz,  
Bizə düşən səmada gün tutulmuş, ay Allah! 
  
 
ŞƏHİDLƏR 


________________Milli Kitabxana______________ 
276 
 
İllərlə məhkumluğun keşiyində dayandıq,  
Özümüzə biz bunu, yoxsa, şərəfmi sandıq?  
Xoşbəxt olduğumuza inandıq, çox inandıq,  
Düz yalana, haqq zora, demə, qulmuş, ay Allah! 
 
Gözümüzdə qalsa da muradımız, kamımız,  
Görünənə deyil, yox, bir nəfər tək hamımız  
Deyilənə inandıq... Bizim bu inamımız,  
Demə, qul olmamıza kəsə yolmuş, ay Allah! 
 
Bir qırıq işıq görüb zülməti yamanladıq,  
Sübhün açıldığını zənn edib gümanladıq.  
Biz də dönüb Sabirə bircə ağız banladıq,  
Bizim banlamağımız günah olmuş, ay Allah!  
Neçin mənə özgəsi "allah" olmuş, ay Allah? 
 
NƏ İSTƏYİR BU MİLLƏT? 
 
İstəkləri gözündə, tələbləri dilində,  
Millət dənizə döndü dənizin sahilində.  
Dalğalandı bu millət  
Alışıb öz oduna, yandı, yandı bu millət  
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi,  
Başlandı bu ölkənin meydan mübarizəsi.  
Nə istəyir camaat?  
Bəlkə bezib canından?  
Şikayətə çıxıbdır bəlkə güzəranından?  
Bəlkə boş dükanları dolu görmək istəyir?  
Bəlkə qazandığından çox götürmək istəyir?  
Bəlkə maaş davası?  
Bəlkə mənzil davası?  
Nədir bu xalq davası, nədir bu el davası – 
Bir soruşan oldumu? 
Amma yeri istilər 
Bu xalq burulğanının qabağını kəsdilər.  
Ekranlara çıxdılar. 
  


________________Milli Kitabxana______________ 
277 
 
"Ekstremist" - deyə ona qara yaxdılar. 
Xalqa öyüd verdilər. 
Yenə də məhkumluğu 
Yeganə bir yol kimi bu xalqa göstərdilər. 
Bir soruşan olmadı nədir sənin bu davan? 
Bəlkə çatışmır suyun, bəlkə çatışmır havan? 
Yaşasa da bu millət lap dilənçi kökündə, 
Yoxsul güzəranından danışmadı bu gün də. 
Daxmalarda yaşadı, özünü sındırmadı, 
Meydanda "mənzil" - deyə bir dəfə qışqırmadı. 
Qara qızıl çıxartdı yerin yeddi qatından. 
"Nədir bunun qiyməti?" sormadılar heç ondan. 
Onun qızıl neftini qızıla da satdılar, 
Qızılm sahibini söz ilə aldatdılar. 
Bu millətin sərvəti özünə düşmən oldu, 
Becərdiyi pambığı əyninə kəfən oldu. 
O, yenə də dinmədi, 
Dözdü, heç deyinmədi. 
Nə istəyir bəs bu xalq? 
O istəyir sərvəti manat olub özgənin 
Xəznəsinə dolsa da, 
Dərisi soyulsa da 
Onun ləyaqətinə, 
Namus və qeyrətinə 
Bir daha qıymasınlar, 
Minillik torpağını hərraca qoymasınlar. 
Qəzet sütünlarından millətə öyüd vergin
Söz ilə yol göstərən, 
İndi özün de görək, 
Qəbahətmi bu istək? 
 
* * * 
O zaman ki özümüz olduq öz dustağımız,  
Qəlbimizə sığındı üç rəngli bayrağımız.  
O vaxt ki, azadlığın işartısı göründü,  
Qəlbimizi bir anda dəlib keçdi o bayraq, 
 
  
 
 


________________Milli Kitabxana______________ 
278 
 
Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. 
Bir məqsədə calandı, 
Əllərdə dalğalandı. 
Qatil bunu görüncə pozdu cəlalımızı, 
Qanımıza boyadı bizim hilalımızı. 
 
TƏZADLAR İÇİNDƏ 
 
Yalana, riyaya nə qədər uyduq,  
Biz Qızıl Orduya abidə qoyduq,  
Ona ad da verdik: "Xilaskar ordu".  
Adını "doğrultdu": El "xilas oldu"  
Yenicə tapdığı azadlığından,  
"Ölüyə azadlıq, diriyə zindan". 
 
Yaxşı tanıyırıq çoxdan biz onu  
Adı bir olsa da, min bir üzü var.  
Kasıb gizlətməkçün yoxsulluğunu,  
İtinin adını "Gümüş" çağırar. 
 
Həmin abidənin həndəvərində,  
Həmin Qızıl Ordu günün birində  
Bizim qanımızı tökdü... 
ya xuda!  
Ölənlər kim idi? 
həmin orduda 
Dünən əsgər olan bizim cavanlar,  
Ağıl dərk etməyən bu bədxahlığın,  
Əsl mənasını xalq indi anlar... 
 
Yetmiş il "irəli!" - deyib yüyürdük,  
Hamıdan geridə qalan bizmişik.  
Döydük döşümüzə... 
ayılıb gördük 
Dünya aslan imiş, amma biz pişik!  
Xalqa neçə dəfə tələ qurdular 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə