Beş günlük rezident ol



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.09.2017
ölçüsü258,71 Kb.
#611
növüMühazirə
1   2   3   4   5   6   7

15 aprel  2014-ъц ил

http://www.amu.edu.az

7

Doğru nəfəs alıb verməyin əhəmiyyətini daha 

yaxşı  anlamaq  üçün  ilk  əvvəl  qeyri-kafi  və  ni-

zamsız nəfəs alıb verməyin zərərlərinə bir nəzər 

salmaq  lazımdır.  Orqanlarımıza  oksigen  da-

şınmasına  kömək  edən  ürəyimiz  bu  kimi  bir 

vəziyyətdə  çətinliyə  düşən  ilk  orqanımız  ola 

bilər; yəni, infarkt keçirmə ehtimalımız artacaq. 

Qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, 

sətəlcəm,  astma,  danışma  problemləri,  stresslə 

mübarizə  nizamsız  nəfəs  alıb  verməklə  yaranan  

problemlərdir.

Digər  tərəfdən,  doğru  və  idarəli  nəfəs  alıb 

verməyimizin  bir  çox  faydası  vardır.  Məsələn, 

ürəyin  ritminin  düzəlməsi  ilə  qan  təzyiqinin 

düşməsi,  qan  dövranının  sürətlənməsi,  həzmin 

asanlaşması,  stresslə  daha  asan  mübarizə,  anti-

depressiya dərmanlarından asılılığı və yuxu poz-

ğunluğunu məhv etmək bunlardan bir neçəsidir.

Bu  faydaları  düşünərkən    gündəlik  yaşama-

mızda  «Necə  doğru  nəfəs  alıb  verməliyik?» 

sualını  cavablandırmalıyıq.  Dünya  Sağlamlıq 

Təşkilatının standartlarına görə doğru nəfəs alma 

dedikdə aşağıdakılar nəzərdə tutulur:



1. Ciyərləri dəqiqədə 4 və ya 6 litr hava ilə 

doldurmaq;

 

2.  Nəfəs  alıb  verərkən  sinə  yerinə 

diafraqmanı  hərəkət  etdirmək:  Çünki 

diafraqmanın  istifadə  edilməsi  daha  ağır  və 

hər  dəfə  daha  çox  hava  tənəffüs  etməyimizi 

təmin  edir.  Diafraqmanın  hərəkət  etməsi 

qarın  bölgəsindəki  orqanları  masaj  edərək 

sinə və qarın boşluğundakı təzyiq fərqliliyini 

aradan qaldırır. Mədə və öd kisəsinin yuxarı 

hərəkətinə  maneə  törədərək    reflyuks  (mədə 

suyunun  yemək  borusuna  və  daha  yuxarıya 

qalxması) və müxtəlif öd kisəsi xəstəliklərinə 

qarşı faydalıdır.

 

3.  Tənəffüsü  ağız  əvəzinə  burundan  etmək 

(  Ağızdan  nəfəs  almaq  nazal  bölgədə  və 

bronxlarda arzuolunmaz mukozal ifraza yol 

aça bilər).

Doğru  nəfəs  alıb  verə  bilməyən  insanlar 

karbondioksidə daha həssasdırlar; karbondioksid-

li mühitlərdə daha tez və qısa nəfəs alıb verirlər. 

Daima  doğru  tənəffüs  edən  insanlar  karbondi-

oksidli  mühitlərdə,  həyəcan  və  stress  əsnasında 

daha  normal  reaksiyalar  verir  və  qırmızı  qan 

hüceyrələri oksigeni orqanlara daha asanlıqla da-

şıyır.

Vaxtaşırı edilən tənəffüs məşqi də doğru nəfəs 



alıb verməyimizə köməkçi olacaqdır. Sadə, lakin 

faydalı bir nəfəs idmanı:



1.  Burnunuzdan  yavaş  bir  şəkildə,  amma 

bacardığınız qədər çox nəfəs alın.

2. Sonra yenə yavaş bir şəkildə ağzınızdan 

verin.

3. 1 və 2-ni  bir daha təkrarlayın.

4.  İndi  də  burnunuzdan  nəfəs  almağa 

başlayarkən ağır-ağır dördə qədər sayın.

5.  Nəfəs  verməyə  başlayarkən  də  altıya 

qədər sayın.

6.  Nəfəs  verməyi,  nəfəs  almaqdan  daha 

yavaş etdiyinizdən əmin olun.

7. 

 

Nəfəs 

verərkən 

əzələlərinizin 

rahatladığını və boşaldığını hiss edin.

8. Bu nəfəs məşqini sıxıldığınız  hər hansı 

bir yerdə və zamanda edə bilərsiniz.

9. Gündə ən az 40 dəfə dərindən nəfəs alıb 

verin.

Şübhəsiz ki, nəfəs alıb vermək sağlam insanlar üçün çox asan bir işdir. Çox vaxt «Necə nəfəs alıb verməliyik?» 

mövzusunda danışmırıq, çünki nəfəs alıb vermək hər zaman etdiyimiz bir fəaliyyətdir. Bizim həyatda qalmağımızı 

təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik

amma  nəfəs almadan bir neçə dəqiqə belə həyatda qala bilmərik. Buna görə də danışılması zəruri olan ən əhəmiyyətli 

mövzulardan biri doğru nəfəs alıb verməyi öyrənməkdir.

NƏFƏSİ DÜZGÜN ALMAQ LAZIMDIR

u  Azərbaycan  Milli  elmlər 



Akademiyasının 

(AMeA) 



alimi  adlı  mükafatlara  layiq 

görülmüşdür.

AzərTAc xəbər verir ki, bu barə-

də  qərar  aprelin  9-da  AMeA-nın 

Rəyasət Heyətinin iclasında qəbul 

olunmuşdur.

Tədbirdə 

AMEA-nın 

prezi-


denti,  akademik  Akif  Əlizadə 

çıxış  edərək  mükafatların  əhə-

miyyətindən  danışmış  və  bildir-

mişdir ki, onların təsis olunmasın-

da məqsəd elmin inkişafında mü-

hüm nailiyyətlər qazanan alimləri 

daha yüksək səviyyəli tədqiqatlar 

aparmağa 

həvəsləndirmək, 

həm  çinin  Azərbaycanın  gör-

kəm li 

alimlərinin 



xatirəsini 

əbədiləşdirməkdir.

Akademik  Cəlal  Əliyev  və 

AMEA-nın  müxbir  üzvü  İradə 

Hüseynova 

kənd 


təsərrüfatı 

sahəsində fundamental təd qiqat-

ları və nailiyyətlərinə gö rə Həsən 

bəy  Zərdabi  adına  mükafatla 

təltif  olunmuşlar.  Akademik  Çin-

giz  Qacar  fizika  elmi  sahəsində 

fundamental 

tədqiqatları 

və 

nailiyyətlərinə  görə  Nəsirəddin 



Tusi adına mükafata layiq görül-

müşdür.  Akademik  Ömər  Elda-

rov  Azərbaycan  mədəniyyətinin 

və  monumental  heykəltəraşlıq 

sənətinin  inkişafındakı  xid mət-

lərinə  görə  akademik  Üzeyir 

Hacı bəyli  adına,  akademik  Bö-

yükkişi  Ağayev  səhiyyənin  və 

tibb elminin fundamental, tətbiqi 

sahələrinin  inkişafındakı  çoxillik 

xidmətlərinə və nailiyyətlərə görə 

akademik  Mirəsədulla  Mirqası-

mov adına, akademik Məhərrəm 

Məmmədyarov  xüsusi  texnika 

üçün vacib olan sintetik yağların 

yaradılması və kimya sahəsində 

əldə  etdiyi  nailiyyətlərə  görə 

akademik  Yusif  Məmmədəliyev 

adına, 

geologiya-mineralogo-



ya  elmləri  doktoru  Fərid  Dada-

şov  isə  geologiya  sahəsində 

fundamental 

tədqiqatları 

və 

nailiyyətlərinə  görə  akademik 



Musa  Əliyev  adına  mükafatlara 

layiq görülmüşlər.

u  1950-ci  ildən  bəri  hər  il  aprel  ayının  7-də  ümumdünya  Sağlamlıq 

Günü qeyd edilir.

 

Hər  il  Ümumdünya  Sağlamlıq 

Gününün  mövzusu  ÜST  üçün  pri-

oritet  sayılan  bir  problemi  diqqət 

mərkəzinə 

gətirir. 

Ümumdünya 

Sağlamlıq  Günü  diqqəti  səhiyyə 

sahəsində  beynəlxalq  ictimaiyyətə 

təsir  göstərən  başlıca  problemlərə 

yönəltmək üçün dünya səviyyəsində 

bir  imkandır.  Ümumdünya  Sağ-

lamlıq  Günü  7  apreldən  sonra  belə 

davam  edən  uzunmüddətli  ictimai 

maarifləndirmə  proqramlarının  baş-

lanması ilə səciyyələnir.

Ümumdünya  Səhiyyə Təşkilatı (ÜST) bu il Ümumdünya Sağlam-

lıq Gününü   “kiçik sancma, böyük təhlükə” devizi altında keçirir. 

Dünya  əhalisinin  yarıdan  çox  hissəsi    ağcaqanadlar,  milçəklər, 

gənələr, su ilbizləri və digər keçiricilərlə ötürülən xəstəliklərlə riskə 

məruz qalır. Hər il bir milyarddan çox insan transmissiv xəstəliyə 

yoluxur və bir milyondan artıq şəxs bu xəstəliklərdən həyatını itirir.

ÜST  qeyd edir ki, bu xəstəliklərdən qurtulmağın və yoluxmaların 

qarşısının alınması mümkündür.

  Bu  “xəstəlik  keçiricilərinə  qarşı  nəzarətə  üstünlük  verən  qlobal 

sağlamlıq planı” ilə həyata keçirilə bilər.

ÜST-ün Baş direktoru  Dr.Marqarit  qeyd edir ki, “XXI əsrdə heç 

kəs milçəyin, ağcaqanadın, gənənin sancması  nəticəsində vəfat 

etməməlidir”

2014-cü il Dünya Sağlamliq Günündə ÜST xəstəlik keçiricilərinə 

diqqəti artırmağa, təhlükəsiz su, sanitariya və gigiyena təchizatını 

yaxşılaşdırmağa çağırır.

ÜST-ün  Azərbaycandakı  Nümayəndəliyi  öz  tərəfdaşları  ilə  birgə 

2014-cü il Ümumdünya Səhiyyə Günü ilə əlaqədar silsilə görüşlər 

və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbirlər təşkil edir.

Beynəlxalq elmi Araşdırmalar nəticəsində Avropanın ən gənc ensik-



lopediyaçısı  məlum  olmuşdur.  Bu  siyahıya  Azərbaycanın  ilk  ensiklopedik 

saytı olan Azens.az-ın yaradıcısı və rəhbəri 23 yaşlı Jalə Orucova başçılıq 

edir. 

 

Azens.az-dan  AzərTAc-a  bildirmişlər  ki,  2012-ci  ildə  YAP  Gənclər 

Təşkilatı tərəfindən yaradılmış bu internet resursunun oxucuları dünya-

nın 29 ölkəsini əhatə edir.

Jalə  Orucova  2015-ci  ildə  “Dünyanın  ən  gənc  ensiklopediyaçısı”  adı 

uğrunda mübarizə aparacaqdır.



Azərbaycan Milli Elmlər 

Akademiyasının 7 alimi adlı 

mükafatlara layiq görülmüşdür

7 aprel – Ümumdünya Sağlamlıq 

Günüdür

Avropanın ən gənc ensiklopediyaçısı 

23 yaşlı azərbaycanlıdır

u

Aprelin  12-də  paytax-



tın  Binəqədi  rayonunda-

kı  Heydər  Əliyev  adına 

mədəniyyət  və  istirahət 

parkında  6  aprel  –Dünya 

Fiziki  Aktivlik  Günü  ilə 

bağlı  “Sağlamlığını  qoru” 

mədəni-kütləvi aksiya ke-

çirilib.

Azərbaycan  da  daxil  olmaqla, 

dünyanın  bir  sıra  ölkələrində 

insanlar  daha  çox  oturaq  həyat 

tərzi  keçirir  ki,  bu  da  nəticədə 

qeyri-infeksion  xəstəliklərin  in-

kişafına  və  ümumilikdə  dünya 

əhalisinin  sağlamlığına  təsir 

edir.

Gənclər  və  İdman  Nazirliyinin 



mətbuat xidmətindən AzərTAc-a 

bildirmişlər ki, Azərbaycan Res-

publikası  Prezidentinin  2011-

ci  il  7  iyul  tarixli  Sərəncamı  ilə 

təsdiq  edilmiş  “Azərbaycan 

gəncliyi  2011-2015-ci  illərdə” 

Dövlət  Proqramı”nın  həyata 

keçirilməsi  üzrə  Tədbirlər  Pla-

nına  uyğun  olaraq  Gənclər  və 

İdman  Nazirliyinin, 

Binəqədi 

Rayon 


İcra Hakimiyyətinin, 

Səhiyyə 


Nazir-

liyinin 


İctimai 

Səhiyyə  və  İsla-

hatlar  Mərkəzinin, 

Binəqədi 

Rayon 

Gənclər  və  İdman 



İdarəsinin  və  “İnkişaf  naminə 

idman”  İctimai  Birliyinin  birgə 

təşkilatçılığı 

ilə 


keçiriləcək 

mədəni-kütləvi 

aksiyanın 

məqsədi  məhz  əhali,  xüsusilə 

də  məktəblilər  arasında  fiziki 

aktivliyi və sağlam həyat tərzini 

təbliğ etməkdir.

Fləşmobla başlayacaq tədbirin 

rəsmi  açılışından  sonra  estafet 

(kisələrlə  tarazlıq,  vitamin,  fut-

bol, xokkey, tennis və basketbol) 

və ailəvi (ata, ana və uşaq) ya-

rışlar keçirilib.

Eləcə  də  fiziki  aktivliklə  bağlı 

bir  sıra  müsabiqələr  keçirilib. 

Müsabiqələrdə  orta  məktəb 

şagirdləri ilə bərabər, sağlamlıq 

imkanları məhdud olan uşaqlar, 

gənc ailələr də iştirak edib.

Bədii 


musiqili 

hissədə 


müğənnilərin, 

akrobatların 

nümunəvi  çıxışları  və  s.  təşkil 

olunub.


Sonda  iştirak  edən  bütün 

məktəb  şagirdləri  sertifikat  və 

medallarla təltif olunub.

Birinci, ikinci və üçüncü yerləri 

tutan məktəblər isə diplom, ku-

bok və digər hədiyyələrlə müka-

fatlandırıldı.

Festival çərçivəsində, həmçinin 

əhalinin  fiziki  aktivliklə  bağlı 

maarifləndirilməsi 

məqsədilə 

təşkilatçılar  tərəfindən  hazır-

lanmış  və  çap  edilmiş  stolüstü 

təqvim, dəftərçə paylanıldı.



“Sağlamlığını qoru” mədəni-

kütləvi aksiya təşkil olunmuşdur


Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə