Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə6/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   2   3   4   5   6   7   8   9   ...   132

 

20

K ng rlil r



adamlardırlar. 

Dö yüş gən, 

qonaqpərvər, 

xeyirxah,  qürurlu  ol maqla,    ədalətsizliyə  və 

incidilməyə heç vaxt dözmürlər.”

Əgər  tarixin  səhifələrini  vərəqləməli 

olsaq,  onda  1747-ci  ildən  1920-ci  ilə  kimi 

bütün Naxçıvan xanlarının Kəngərli nəslindən 

olduğunu  görə  bilərik.  Bunun  başlanğıcı 

qeyd  etdiyimiz  kimi  məhz  1747-ci  ilə 

təsadüf  edir.  Tədqiqatçı  T.Kəngərlinskayanın 

yazdığına görə məhz həmin ildə – Nadir şah 

Əfşarın  ölümündən  sonra  şah  naibini  qovan 

Heydərqulu  xan    Kəngərli  özünü 

Naxçıvan  xanı  elan  etmişdi.  O,  qeyd 

edir  ki,  ikinci  Rus-İran  müharibəsi 

qurtardıqdan 

sonra 


(1826-1828) 

Kərim xan Kəngərlinin hakimiyyətinin 

son  illərində  (1826-1828)  Naxçıvan 

xanlığı Rusiya imperiyasının tərkibinə 

daxil  oldu.    O  vaxtdan  Eh san  xan  və 

onun  nəsli  Naxçıvanski  fami li yasını 

daşımağa başladılar. 

Bizim  günümüzə  Naxçıvanski-

lərin gerbi də gəlib çatmışdır. Bu ger-

bin  ümumi  görünüşünü  mərkəzində 

kiçik  qalxanın  yerləşdirildiyi  dörd 

hissəli  qalxandan  ibarətdir.  Birinci 

hissədə  nizəyə  keçirilmiş  kəsilmiş 

baş,  ikincidə  tərələrini  altıguşəli 

ulduzun  tamamladığı    qala,  üçün cüdə 

at,    dördüncü  hissədə  isə    düzənlik 

və onun daxilində yarımqövs və qurd  təsvir 

olunmuşdur.  Qalxanı iki aslan saxlayır. Gerb 

beşguşəli  ulduzun  müşayiət  etdiyi  yuxarı 

istiqamətlənmiş buynuzla bəzədilmiş vurulmuş 

sincab mantiyası ilə bəzədilmişdir. 

Kəngərli  nəslinin  ona  şöhrət  gətirən 

hərbi ənənələri onların rus ordusu sıralarında 

xidmətləri  zamanı  da  özünü  qabarıq  gös-

tər mişdir.  Bu  barədə,  bir  çox  tarixçilərin,  o 

cüm lədən Ş. Nəzirlinin və İ.Bağırovun Azər-

bay canın  hərb  tarixinə  həsr  olunmuş  təd-

qiqatlarında  Kəngərli  nəslindən  olan  və  şü-

caətləri ilə ad-san qazanmış altı generalın adı 

çəkilir. Onların arasında general-mayor Ehsan 

xanla yanaşı, onun iki oğlu – general-leytenant 

İsmayıl xan və general-mayor Kalbalı xan da 

vardır.  Onların  adlarının  Moskva  Kremlinin 

Georgi  zalında  Müqəddəs  Georgi  adlı 

ordeninin daşıyıcıları ilə yanaşı həkk olunması 

da  azərbaycanlı  hərbçilərin  şücaətlərinin 

yüksək dəyərləndirilməsinin göstəricisidir. 

General-mayor  Kalbalı  xan  Naxçıvan-

skinin  oğlu  Hüseyn  xan  Naxçıvanski  (1863-

1919) süvari qoşunların təmsilçisi kimi general 

rütbəsinə layiq görülməklə, Rusiyanın bir çox 

ordenlərinin, o cümlədən  I dərəcəli Müqəddəs 

Anna,    III  dərəcəli  Müqəddəs  Georgi,  Ağ  

Qartal,  eləcə  də  Avstriya,  Bolqarıstan, 

Per siya  və  Rumıniya  kimi  ölkələrin 

Naxçıvan xanlarının nəsil gerbi.



21

   


        

K ng rlil r

müxtəlif  ordenlərinin  daşıyıcısı  olmuşdur. 

Kəngərlilər Rusiya tarixini həm də fərdi 

nəsil  hərbi  birləşmələrinin  mövcudluğu  ilə  

şərələndirmişlər. Bizim dövrə Kəngərli süvari 

alayının bayrağı gəlib çatmışdır və hazırda onu 

Azərbaycan  Milli  Tarix  Muzeyində  görmək 

mümkündür. 

Kəngərli nəslinin hərbi ənənələrini son-

rakı dövrdə Hüseyn xanın qohumu Cəmşid xan 

Naxçıvanski  (1895-1938)  davam  etdirmişdir. 

O,  1918-ci  ilin  sentyabrında  türk  qoşunları 

və Azərbaycan Əlahiddə Birləşməsi ilə birgə 

Bakını  daşnaklardan  təmizlənməsində  iştirak 

etmişdir. 

C.Naxçıvanski  1921-1931-ci  illərdə 

Azər  baycan  ilk  milli  atıcı  diviziyasının  ko-

man diri olmuşdur. Moskvada M.Frunze adına 

Hərbi  Akademiyanı  fərqlənmə  diplomu  ilə 

1933-cü  ildə  bitirmiş  və  orada  üç  il  taktika 

kafedrasına rəhbərlik etmişdir. Lakin otuzuncu 

illərin  repressiya  dalğası  Moskvada  pedaqoji 

fəaliyyət  göstərən  azərbaycanlı  generaldan 

da yan ötməyib. Belə ki, qondarma ittihamla 

onu həbs etmiş və güllələmişlər. Ancaq hərbi 

tədqiqatçı Şəmistan Nəzirlinin təbirincə desək, 

“Günahsız  dostlarını  satmayıb.  Nə  xalqının, 

nə  də  nüfuzlu  nəslinin  adını  ləkələməyib.”  

Bakıdakı  ixtisaslaşmış  hərbi  məktəb  hazırda 

şöhrətli generalın adını daşıyır. 

Cəmşid  xanın  qardaşı  Kalbalı  xan  isə 

1919-cu  ildə  daşnaklarla  müharibə  zamanı 

Naxçıvanın  müdaiəsinə  rəhbərlik  etmişdir. 

1920-ci ildə İrana köçən general 1934-cü ildə 

Rza şah Pəhləvinin əmri ilə öldürülmüşdür. 



Hüseyn xan Naxçıvanski

(1863-1919)

Cəmşid Naxçıvanski

(1895-1938)



Bəhruz Kəngərli adına Rəssamlar Parkı


K ng rlil r

 

24





K ng rlil r

 

26



B.Kəngərli. “Əshabi-kəhf dağı”. 1921.

B.Kəngərli. “Dağ mənzərəsi”. 1917.


K ng rlil r

27

   



        

Bu  yerdə  deyək  ki,  Kəngərlilər  nəsli 

təkcə hərbçilər yetişdirməyib. 

Elə  Azərbaycan  tarixinin  hər  birimizə 

qürur  bəxş  edən  müxtəlif  səhifələri  özündə  

Kəngərli familiyasını da şıyan neçə-neçə digər 

peşə  sahiblərinin  adını  yaşadır.  Xronoloji 

ardıcıllığa əməl etməli olsaq, onda ilk növbədə 

Kəngərli  nəslini  şərələndirən  şairə  Heyran 

xanımın  adını  çəkməliyik.  XVIII  əsrin 

sonlarında  dünyaya  göz  açan  Heyran  xanım 

Azərbaycan  klassik  poeziyasını  yeni  məna-

məzmunla zənginləşdirən  yaradıcılardan 

olmuşdur. Onun duyğuları riqqətə gətirən 

qəzəlləri və vətənpərvərlik duyğuları ilə 

bələnmiş  lirikası  milli  poeziyamızın  ən 

parlaq  səhifələrindən  birini  təşkil  edir, 

desək, yanılmarıq. 

Kəngərli  nəslinin  nümayəndəsi 

Qön çəbəyim  də  öz  dövrünün  məşhur 

şairələrindən olub. XIX əsrdə yaşayıb-yaradan, 

gözəlliyi və zəkası ilə ad çı xa ran Qönçəbəyimin 

romantik    rüba iləri  müxtəlif  mövzuları  əhatə 

etmiş,  ifa də  özünəməxsusluğuna  görə  diqqət 

çəkmişdir. 

XIX  əsrin  sonlarında  dünyaya  gələn 

və  cəmisi  30  il  ömür  sürməsinə  baxmayaraq 

yadigar  qoyub  getdiyi  zəngin  bədii  irsi  ilə 

Azərbaycan  təsviri  sənətinə  yeni  nəfəs  bəxş 

edən    Bəhruz  bəy  Kəngərli  (1892-1922)  heç 

şübhəsiz Kəngərli nəslinin şöhrətini Naxçıvan 

çərçivəsindən  uzaqlara  yayan  sənətkarlardan 

olmuşdur. 

Adı  XX  əsrdə  ixtisas  təhsili  alan  ilk 

azərbaycanlılar  sırasında  çəkilən  Bəhruz  bəy 

Kəngərlinin  doğrudan da milli rəssamlığımızda 

müxtəlif janrların yer almasında və yeni bədii 

ifadə  vasitələri  ilə  zənginləşməsində  mühüm 

xidmətləri olmuşdur. 

B.Kəngərli. “Naxçıvan mənzərəsi”. 1920.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə