Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə14/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   10   11   12   13   14   15   16   17   ...   132

53

   


        

T

hsil ill ri



maddi dəstək göstərmək məqsədilə 1871-ci ildə 

yaradılmış yerli Musiqi cəmiyyəti ilə birləşərək 

artıq  Qafqaz  Zərif  Sənətləri  Təşviq  Cəmiyyəti 

kimi  fəaliyyətini  davam  etdirmişdir.  Onun  baş-

lıca məqsədlərindən biri də rəssamlıq təhsilinin 

yayılmasına, bu sahədə istedadı olanlara və  əsər-

lərini onun inkişafına həsr edənlərə   köməklik 

göstərmək olmuşdur. Elə bu məqsədlə də 1874-

cü ildə cəmiyyətin nəzdində Rəsm məktəbi açıl-

mışdır.  Gürcüstan  Milli  Arxivindəki  sənədlərə 

rəğmən  bu  rəsm  məktəbinin  1922-ci  ilə  kimi 

fəaliyyət  göstərdiyini  söyləmək  olar.  Bu  yerdə 

əlavə edək ki, cəmiyyət bu məktəbin saxla-

nılması üçün Peterburq Rəssamlıq Akade-

miyasından  1907-ci  ildən  başlayaraq  ildə 

2000 rubl subsidiya da ayrılmışdır. Gürcü 

incəsənətinin  nüfuzlu  tədqiqatçılarından 

sayılan Ş.Amiranaşvilinin həmin illərə sal-

dığı  işıq  bizə  göz  önündə  əski  mənzərəni 

canlandırmağa imkan verir... 

1963-cü  ildə  nəşr  olunmuş  “Gürcü 

incəsənəti  tarixi”  kitabında  o,  belə  yazır: 

“Qafqaz Zərif Sənətləri Təşviq Cəmiyyəti-

nin rəssamlıq məktəbi Tbilisidə 1902-ci ilə 

kimi mövcud olmuşdur. 1886-cı və 1894-

cü illərdə bu məktəbin Peterburq Rəssam-

lıq  Akademiyasının  himayəsinə  verilməsi 

barəsində  zəmanət  qaldırılmış,  amma  hər 

iki halda buna razılıq verilməmişdir. Yalnız 

1902-ci  ildə  Peterburq  Rəssamlıq Akademiyası 

Tilisdə  rəngkarlıq  və  heykəltəraşlıq  üzrə  orta 

təhsil ocağı yaratmışdır. 

Peterburq  Akademiyasının  tabeçiliyində 

olan rəssamlıq məktəbinin yaradılması, öz-özlü-

yündə  məktəbin  nüfuzunu  yüksəltməklə,  gürcü 

incəsənətinin  inkişafına  müsbət  təsir  göstərdi. 

Görkəmli Gürcüstan rəssamlarının yaşlı nəslə aid 

olunanları  məhz  bu  məktəbdə  ilk  ixtisas  təhsili 

almışlar.

Böyük Oktyabr sosialist inqilabından sonra 

“Rəsm, rəngkarlıq və heykəltəraşlıq üzrə rəssam-

lıq  məktəbi” kimi tanınan bu təhsil ocağı 1922-

ci ildə Tilis Rəssamlıq Akademiyasına çevrildi 

və gürcü sovet incəsənətinin təşəkkülündə böyük 

rol oynadı”. 

Bu  yerdə  əlavə  edək  ki,  yeni Akademiya 

üçün təbii olaraq yeni bina ayrılmış, onun köhnə 

ünvanında isə məşhur gürcü sənətkarı M.Toidze-

nin (1871-1951)  adını daşıyan  rəssamlıq məktə-

bi fəaliyyət göstərmişdir. 

Əgər Ş.Amiranaşvilinin yuxarıdakı qeydlə-

rinə tapınmaqla yanaşı, Gürcüstan rəssamlarının 

həmin yaşlı nəslini Lado Qudiaşvili, Mixail Çi-

aureli, Ketevan Maqalaşvili və s. təşkil etdiyini 

nəzərə alsaq və Bəhruz bəy Kəngərlinin də ad-

larını çəkdiyimiz sənətkarlarla birlikdə oxuduğu-

nun danılmaz olduğunu da bura əlavə etsək, onda 

qətiyyətlə onun məhz 1902-ci ildən Qafqaz Zərif 

Sənətləri Təşviq Cəmiyyəti nəzdində fəaliyyətə 

başlayan  rəssamlıq məktəbində oxuduğunu  söy-

ləmək olar. 

Lakin Tilisin XIX əsrin sonu XX əsrin əv-

vəllərində baş verən ictimai-siyasi və mədəni-iq-

tisadi mənzərəsini əks etdirən xronologiyada bu 

şəhərdə iki məktəbin, özü də eyni vaxtda – 1901-

ci ildə yaradıldığı göstərilir.  

 Beləliklə, əvvəlcə Tilisdə 10 aprel 1901-ci 

ildə ilk rəngkarlıq və heykəltəraşlıq məktəbinin 

açıldığı qeyd olunub. Sonra isə 1901-ci ildə (gün 

və ay göstərilməyib) Qafqaz Zərif Sənətləri Təş-

viq Cəmiyyətinin “Rəngkarlıq və heykəltəraşlıq 

məktəbi”nin  yaradıldığı  qeyd olunub. 

Yuxarıda da qeyd olunduğu kimi, Tilisdə 

rəssamlıq  məktəbinin  mövcudluğu  çoxlarının 

arzusu idi. Ş.Amiranaşvilinin tədqiqatlarında hə-

min dövrə də işıq salınır. O, yazır ki,  1873-cü 

ildə burada “Bədaye cəmiyyəti”nin yaradılması 

da bu məqsədə xidmət edirdi. Odur ki, bir il son-

ra onun nəzdində rəsm məktəbi açılır. Təəssüf ki, 

vəsaitin çatışmamazlığı üzündən bu məktəb gür-




 

54

T



hsil ill ri

Bəhruz bəy Kəngərlinin təhsil aldığı rəssamlıq məktəbinin görünüşü.


55

   


        

T

hsil ill ri



Bəhruz bəy Kəngərlinin təhsil aldığı rəssamlıq məktəbinin görünüşü.


 

56

T



hsil ill ri

cü gənclərinin rəssamlıq sahəsində professional 

təhsil almaq tələbatını tam ödəyə bilmirdi. 1876-

cı ildə (bəzi mənbələrdə bu həm 1877-ci il kimi 

göstərilmişdir)  “Bədaye  cəmiyyəti”nin  “Musiqi 

cəmiyyəti” ilə birləşməsi ilə tərkibində rəssam-

lıq məktəbinin də olduğu “Qafqaz Zərif Sənətlər 

Cəmiyyəti”  yaradılmışdır.  O  vaxtlar  məktəbin 

müəllimləri sırasında L.O.Prematsi, P.D.Şişkov, 

N.A.Kyui və L.K.Lonqo olmuşdur. 

Ancaq bu məktəb rəssamlıq sahəsində təh-

sil almaq istəyən çoxsaylı adamların heç yarısının 

da tələbatını ödəyə bilmirdi. Odur ki, bir 

çox  rəssamlar  Tilisdə  fərdi  rəsm,  rəng-

karlıq və heykəltəraşlıq sinilərini açılma-

sı üçün icazə də almışdılar. Bu cür icazə-

ni  A.İ.Şamşinov  (1885-1889),  P.İ.Kolçin 

(1889-1894), O.Şmerlinq (1893-cü ildən), 

heykəltəraş  Yatsunski  (1896-cı  ildən)  və 

Q.İ.Qabaşvili (1897-ci ildən) almışdı. 

Bir maraqlı faktı qeyd etmək yerinə 

düşər ki, müəllim və tələbələr məşğələlər-

dən kənar boş vaxtlarda bir yerə toplaşa-

raq  birlikdə  naturadan  rəsm  çəkərdilər. 

Bu  “Naturadan  rəsm  çəkmə  axşamları” 

iki  illik  fasilədən  sonra  professor  K.Y.

Makovskinin təşəbbüsü ilə yenidən bərpa 

olunmuşdu. 

“Qafqaz Zərif Sənətləri Təşviq Cə-

miyyəti”nin  rəssamlıq  məktəbi  Tilisdə 

1902-ci  ilə  kimi  mövcud  olmuşdur.  Elə 

bu  və  digər  səbəblərdən  XIX  əsrin  sonlarında 

Tilisdən  dəfələrlə      çara  edilən  müraciətlərdə 

Tilisdə rəssamlıqla bağlı təhsil ocağının açılma-

sı xahiş olunmuşdu. Uzun müddət cavabsız qalan 

bu xahişə əsrin lap axırında münasibət bildirilir. 

Əslində məşhur rus rəssamı İ.Y.Repinin 1896-cı 

ildə Tilisə gəlişi də dolayısı bunun özünəməx-

sus bir ifadəsi idi. Rusiyalı fırça ustası Tilisdə 

olduğu  günlərdə  buradakı  rəssamlarla  görüşür, 

onların yaradıcılığı ilə yaxından tanış olur. O, bu 

səfərindən aldığı xoş təəssüratı o vaxtlar Tilis-

də nəşr olunan “Kaspi” qəzetinin iki sayında (9 

və 10 yanvar 1897-ci il) “Tilisə incəsənət mək-

təbi  lazımdırmı?”  adlı  məqaləsində  ifadə  edir 

və  Qafqazdakı  rəssamların  uğurlu  gələcəyinə 

inandığını bildirir. Tilisdəki rəssamlıq mühitini 

ətralı  şərh  edən  İ.Y.Repin  burada  gecikmədən           

rəngkarlıq, heykəltəraşlıq və memarlıq məktəbi-

nin açılmasının vacibliyini vurğulayır. Görkəmli 

rus rəssamının Tilisə gəlişinin nəticəsiz qalmadı-

ğını isə sonra baş verən hadisələr də təsdiqləyir...

Kitab  üzərində  çalışdığımız  günlərdə  – 

2014-cü  ildə  Tilisdə  olduğumuz  zaman  Rəs-

samlıq Akademiyasının rektorunun və Azərbay-

can-Gürcüstan  mədəni  əlaqələr  cəmiyyətinin 

prezidenti T.Lamparadzenin vasitəçiliyi ilə  biz 

Bəhruz bəyin vaxtilə təhsil aldığı məktəbdə ol-

duq.  İkimərtəbəli  bu  bina  da  indiki  Rəssamlıq 

Akademiyası  yerləşən  Tatsminda  rayonunda 

(Çonkadze  küçəsi,  21)  yerləşir.  Hazırda  qəza 

vəziyyətində olan bu tikili biz onu gördüyümüz 

anda özünün çox güman ki,  son günlərini yaşa-

yırdı. İndi bəlkə də artıq sökülmüşdür. Məlumat 

üçün  deyək  ki,    Qafqaz  Zərif  Sənətləri  Təşviq 

Cəmiyyətinin 1922-ci ilə kimi yerləşdiyi bu bina 

vaxtilə xristianların istifadə etdikləri ibadət yeri 

olub. Onun hansı səbəblərdən fəaliyyətini dayan-

dırdığı  və  cəmiyyətə  verilməsi  barəsində  dəqiq 

məlumat  almaq  mümkün  olmadı.  Amma  dinə 

qarşı  zaman-zaman    təpkilərin  mövcudluğunu 

nəzərə alsaq, bu binanın da zamanında allahsız-

lığı təbliğ edən rejim tərəindən  dindarların əlin-

dən hansı səbəbdən alındığını ehtimal etmək olar. 

Bu bina ilə, onun daxili ilə tanışlıq çox yad-

daqalan  və  heç  vaxt  unudulmayacaq  anlar  idi, 

desək, həqiqəti söyləmiş olarıq. Vaxtilə Bəhruz 

bəyin  də  addımladığı  zalı  dolaşmaq,  pillələrlə 

qalxmaq, onun bir vaxtlar dəfələrlə tutduğu qapı 

dəstəyinə  toxunmaq  doğrudan  da  həyəcanlı  və 

duyğulandırıcı dəqiqələr idi...



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə