Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   18   19   20   21   22   23   24   25   ...   132

 

80

R sml r



B.Kəngərli. “Qocanın başı”. 1914.


81

   


        

R sml r


B.Kəngərli. “Qadın portreti”. 1915.


 

82

R sml r



B.Kəngərli. “Antik heykəl”. 1913.


83

   


        

R sml r


B.Kəngərli. “Laokoon”. 1914.


 

84

R sml r



B.Kəngərli. “Qadın portreti”. 1913-1914.


85

   


        

R sml r


B.Kəngərli. “Kişi portreti”. 1913.


 

86

R sml r



Bəhruz bəy Kəngərlinin karikaturaları. 1910-1915.


87

   


        

R sml r


tanışlığı,  üstəlik satirik nəşrin baş rəssamının 

onun oxuduğu məktəbin direktoru olması onun 

karikaturaya marağına təsir göstərə bilərdi. Elə 

rəssamın bizim günlərə gəlib çatmış karikatura 

nümunələrinin  bilavasitə  tələbəlik  illərində 

işlənməsi  də  dediklərimizi  təsdiqləyir.  Onlar 

içərisində  300-dən  çox  müxtəlif  janrlı 

rəsm  toplanmış  “Azərbaycan  tipləri”  adlı 

albomundadırlar. Bu karikaturalar əsasən qara 

tuşla işlənmişdir. Bəzi hallarda isə Bəhruz bəy 

onların təsir qüvvəsini artırmaq üçün rənglərdən 

də  istifadə  etmişdir.  Rəssamın  karikaturaları 

obrazlarının  zənginliyi  ilə  diqqət  çəkir. 

Hiss  olunur  ki,  onlar  bilavasitə  gənc 

fırça  ustasının  müşahidələri  əsasında 

çəkilmişlər.  Boş  vaxtlarında  göz 

yaddaşını zənginləşdirmək, əsərləri üçün 

yeni-yeni motiv və süjetlər tapmaq üçün 

Tilisi  gəzib-dolaşmaqdan  usanmayan 

Bəhruz  bəyin  onlarla  qarşılaşması  təbii 

idi. Rəssamın gülüş hədəinə çevrilənlər 

sırasında  qorodovoy,  məzlum  kəndli, 

mövhumatçı  molla,  artist,  həddi-buluğa 

çatmayan  qızını  ərə  verməyə  razı  olan 

ana,  italiyalı  gənc  və  s.  obrazlarına 

rast  gəlmək  mümkündür.  Onların 

hər  birində  obrazlara  xas  jestləri  və 

səciyyəvi  cizgilərin  ifadəsini  görmək 

mümkündür.  Yeri  gəlmişkən  deyək 

ki,  insanın  xarakterik  cizgilərini  duymaq 

və    qabartmaqla  onu  satirik  ruha  bələmək 

hər  bir  yaradıcıdan xüsusi  bacarıq tələb edir. 

Etiraf  edək  ki,  bu  məsələdə  yaxşı  rəsmetmə 

qabiliyyətinə malik olmaq hələ hər şey demək 

deyildir. Görünənlərə nəzərən demək lazımdır 

ki, Bəhruz bəydə bu yaradıcı keyiyyət vardı 

və o, bunu çəkdiyi çoxsaylı karikaturalarında 

təsdiqləmişdir. Odur ki, bu yerdə gənc rəssamın 

karikatura yaradarkən obrazın inandırıcılığını 

səciyyələndirən  cizgilər  tapması,  ona 

bütün  yaradıcılığı  boyu  çəkdiyi  portretlərin 

uğurlu  alınmasında  da  yardımçı  olmuşdur, 

desək,  yanılmarıq.  Ona  görə  də  Bəhruz  bəy 

Kəngərlinin zəngin  bədii irsində karikaturalar 

qabarıq görünməsələr də, onların onun portret 

yaradıcılığına müsbət təsir etməsi danılmazdır. 

Bəhruz  bəy  Kəngərli  və  karikatura 

mövzusuna  toxunarkən  və  gənc  rəssamın  bu 

sahədə kifayət qədər yaradıcı potensiala malik 

olduğunu  etiraf  edəndə  haqlı  bir  sual  ortaya 

çıxır: Elə isə nə üçün ona yaxınlığı ilə seçilən 

rəssamdan  Cəlil  Məmmədquluzadə  “Molla 

Nəsrəddin”də istifadə etməmişdir? Bu barədə 

müxtəlif  ikirlər  mövcuddur  və  hər  birində  

də  subyektivlik  duyulur.  Odur  ki,  məsələyə 

münasibəti  dərinləşdirmədən  deyək  ki,  hər 

halda  burada  “nəyinsə”  mövcudluğu  istisna 

deyil... 




 

88

Portretl r



B.Kəngərli. “Qadın portreti”. 1921.


89

   


        

Portretl r

P

ortret  janrının  Azərbaycan 



təsviri  sənətində  yer  almasının  

tarixi    az  deyil.  Həyatı  əsasən 

doğulduğu Naxçıvanda və təhsil aldığı Tilisdə 

keçən  Bəhruz  bəyi  realist-gerçəkçi  tutumlu 

portret  yaradıcılığına  həvəsləndirə  biləcək 

qaynaqlar  haqqında  qəti  ikir  söyləmək  bir 

qədər  çətin  olduğundan,  bu  məsələdə 

bir  qədər  ehtimallara  əsaslanmalı 

olacağıq.  Əgər  onun  uşaqlıq  illərinə 

qayıtmalı olsaq, onda ilk növbədə onun 

atasının evə gətirdiyi rus jurnallarını və 

orada  məşhur  rəssamların  əsərlərinin 

reproduksiyalarının  çap  olunduğunu 

yada  salmalıyıq.  Rəssam  olmaq  arzusu 

ilə  yaşayan  məktəb  yaşlı  Bəhruz  bəyin 

Naxçıvanda  səhifələri  miniatürlərlə 

bəzədilmiş  əlyazmalarını  və  daşbasma 

üsulu ilə nəşr olunmuş kitabları görməsi 

də istisna deyil. Bu qaynaqlarda o, həm 

klassik  realizm  nümunələrini,  həm  də 

miniatür  üslublu  rəsmləri  görə  bilərdi. 

Onun yaradıcılıqlarında Şərq rəssamlığı 

ənənələrinə tapınan Mirzə Qədim İrəvani, 

Mir  Möhsün  Nəvvab,  Xurşud  banu 

Natəvan  və  Usta  Qənbər  Qarabağinin  bədii 

irsi ilə tanış olub-olmaması isə bir qədər sual 

altındadır.    Bu  yerdə  deyək  ki,  artıq  əsrlərin 

qovşağında Tilisdə gimnaziya təhsili görməklə 

içindəki  rəssamlığa  olan  həvəsini  yağlı  boya 

ilə  çəkdiyi  əsərlərdə  ifadə  etməyə  imkan 

tapan Əli bəy Hüseynzadənin  çəkdiyi portret 

və  mənzərələr  də  gerçəkçi-realist  üslubda 

işlənmişdi.  Qənaətimizcə,  onun  Tilisə  qədər 

ki, marağının reallaşması və primitiv formada 

özünü  ifadə  mərhələsində  gələcək  rəssamın 

miniatür  üslubunun  çoxqatlı,  fəlsəfə  tutumlu 

bədii-texniki ənənələrinə bələdçiliyi və ondan 

faydalanması da sadəcə mümkünsüzdü. Onun 

əvvəlcə müxtəlif jurnallarda gördüyü məşhur 

əsərlərin  reproduksiyalarının  da  əsasən  rus 

realist ənənələrinə bağlı rəssamların yaradıcılıq 

nümunəsi  olduğunu  da  etiraf  etsək,  onda 

Bəhruzun  ərsəyə  gətirdiyi  bədii  nümunələrin 

əsasən  gerçəkçi-realist  ruhlu  olmasının 

səbəbini başa düşmək olar. Rusiya Rəssamlıq 

Akademiyasının  himayəsində  olan  Tilis 

məktəbində isə məşhur rus rəssamlarından dərs 

Portretl¬r 

B.Kəngərli. “Kişi portreti”. 1915.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə