Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   56   57   58   59   60   61   62   63   64

   
199  
 
A       a 
-
 
“Xəmsə”nin süjetləri əsasında çəkilmiş cizgi filmlərinə, şai-
rin  həyat  və  yaradıcılığına  həsr  olunmuş  sənədli  və  bədii  filmlər, 
yubiley  tədbirlərini  və  ədəbi-bədii  gecələri  əks  etdirən  video  - 
çarxlara birgə baxış; 
-
 
Sinifdənxaric  oxu  vasitəsilə  “Xəmsə”dən  bəzi  tərbiyəvi 
parçaların əzbərlənməsi və s. 
III. V – XI siniflərdə fənlərin tədrisi prosesində Ģairin poe-
ziyasından,  həyatı  və  Ģəxsiyyəti  haqqında  yeni  məlumatlardan, 
kəlamlardan,  söz  əyaniliyinin  səmərəli  formalarından  biri  və 
tərbiyə vasitəsi kimi istifadə olunması. 
III. 1. Humanitar fənlərin tədrisi prosesində: 
-
 
Azərbaycan dili, xarici dil, ədəbiyyat dərslərində şairin yara-
dıcılığı  və  şəxsiyyəti  haqqında  görkəmli  şəxsiyyətlərin,  dövlət  xa-
dimlərinin kəlamlarından istifadə; 
-
 
ədəbiyyat dərslərində şairin həyat və yaradıcılığının öyrədil-
məsi prosesində əsərlərinin tərbiyəvi cəhətlərinin, “Xəmsə”də türk-
çülüyə  bağlılığın  aşkar  edilməsi  məqsədilə  müqayisə,  mübahisə, 
müsahibə,  müzakirə,  disput  və  debatların  təşkili;  əqli  hücum,  qrup 
məşğələsi, klasster və s. interaktiv metodların tətbiqi; 
-
 
tarix  dərslərində  dahi  şairin  yaşadığı  dövrün  Şərqdə  intiba-
hın  Azərbaycandan  başlaması  dövrü  kimi  səciyyələndirilməsi, 
“Xəmsə”də tarixi hadisələrin tarixçi alim kimi təsvir edilməsinə aid 
faktların müvafiq mövzuların tədrisi prosesində fənlərarası əlaqənin 
yaradılması  yolu  ilə  şagirdlərə  çatdırılması;  Azərbaycan  mədəniy-
yəti tarixində dahi Nizaminin yeri və rolunun müəyyənləşdirilməsi
-
 
iqtisadi  coğrafiya  dərslərində  şairin  böyük  mütəfəkkir  kimi 
bütün dünyada tanındığını sübut edən faktların (Romada, Meksika-
da, S.Peterburqda, Moskvada, Daşkənddə heykəllərinin ucaldılması, 
adını daşıyan bağların salınması və s.) müvafiq mövzuların tədrisi 
prosesinə daxil edilməsi; 
-
 
musiqi  dərslərində  şairin  özünə  həsr  olunmuş  əsərlərin  və 
sözlərinə  bəstələnmiş  romans-qəzəllərin  təhlili  prosesində  N.Gən-
cəvi  şəxsiyyətinə  və  ecazkar  poeziyasına  məhəbbət  hisslərinin 
aşılanması. 


   
200  
 
A       a 
III. 2. Təbiət-riyaziyyat fənlərinin öyrədilməsi prosesində: 
-
 
fizika,  astronomiya,  riyaziyyat  dərslərində  müvafiq  mövzu-
ların  tədrisi  zamanı  həmin  fənlərə  aid  elmi  anlayışların,  qanun  və 
qanunauyğunluqların  şərhi  gedişində  dahi  şairin  öz  dövrünü  neçə 
yüz  illər  qabaqlayan  ideyalarının  görkəmli  alimlərin  (Ptolomey, 
İ.Nyuton,  X.Hüggens,  Eynşteyn,  Faradey,  İ.Torriçelli,  R.Mayor, 
C.Coul,  Lavuazye,  A.A.Bekkerel,  A.Stoletov,  və  s)  analoji  fikirləri, 
kəşf və nəzəriyyələri ilə müqayisə edilməsi: 
-
 
biologiya və fiziki coğrafiya dərslərində şairin təbiəti müha-
fizə  konsepsiyasının  mahiyyətini  açıqlayan  poetik  ifadələrdən, 
müdrik kəlamlarından ekoloji tərbiyə vasitəsi kimi istifadə olunması. 
IV. Dərsdənkənar tərbiyə iĢlərinin təĢkili prosesində Ģairin 
həyat  və  yaradıcılığının  daha  dərindən  öyrədilməsi,  müdrik 
kəlamlarının  “hikmət və  nəsihət” lərinin tərbiyəvi  təsir vasitəsi 
kimi dəyərləndirilməsi
-
 
ədəbiyyyat, tarix, coğrafiya, fizika, riyaziyyat üzrə fənn dər-
nəklərində şairin “Xəmsə” sinə daxil olan poemaların daha dərindən 
öyrədilməsinə, təhlilinə, təbii-elmi görüşlərinin tədqiqinə həsr olun-
muş məruzələrin, müzakirə və diskussiyaların, debatların təşkili; 
-
 
sinifdənxaric  oxu  vasitəsilə  “Xəmsə”  dən  tərbiyəvi  əhəmiy-
yət kəsb edən bədii parçaların əzbərlənməsi; 
-
 
şairin  həyat  və  yaradıcılığına  həs  olunmuş  elmi-praktik 
konfransların müntəzəm və sistemli xarakter daşıması; 
-
 
“Xəmsə” nin öyrənilməsinə və təbliğinə yönələn bədii qiraət 
müsabiqələrinin keçirilməsi
-
 
Şairin  xatirəsinə  və  yubileyinə  həsr  olunmuş  ədəbi-bədii 
gecələrin,  “Nizami  poeziyası  günləri”nin,  inşa  yazıları  müsabiqə-
sinin təşkili; 
-
 
Şairin özünü və “Xəmsə” nin  süjetlərini tərənnüm  edən şa-
girdlərin  yaradıcılıq  nümunələrindən  (şairin  portretləri,  “Xəmsə” 
nin  süjetləri  əsasında  çəkilmiş  şəkillər,  xalq  tətbiqi  sənət  nümu-
nələri və s.) ibarət sərgilər


   
201  
 
A       a 
-
 
Şagirdlərin  bədii  yaradıcılıq  festivallarında  şairin  sözlərinə 
bəstələnmiş  mahnıların  ifası,  “Xəmsə”nin  süjetləri  əsasında  kiçik 
səhnəciklərin hazırlanması; 
-
 
Şairin  dövrü,  həyatı  və  sənətinə,  doğma  şəhəri  Gəncəyə, 
yubiley  tədbirlərinə  həsr  olunmuş  sənədli  və  bədii  filmlərə,  video- 
çarxlara kütləvi baxışın təşkili və onların müzakirə olunması; 
-
 
N.Gəncəvi  məqbərəsi  və  onun  adı  ilə  bağlı  digər  əlamətdar 
yerlərin  (park,  bağ,  muzey,  kitabxana,  poeziya  teatrı  və  s.)  ziyarət 
edilməsi. 
V.  Ali  pedaqoji  məktəblərdə  şairin  fəlsəfi,  psixoloji  və  peda-
qoji  görüşlərindən  təlim-tərbiyə  məqsədilə  istifadə  olunmasının 
imkan və yolları: 
- fəlsəfə, psixologiya və pedaqogika fənləri üzrə mühazirələr-
də insan, onun psixikası, şəxsiyyət, onun formalaşmasına təsir edən 
amillər,  təhsil,  təlim  və  tərbiyə  ilə  bağı  anlayışların  şərhi  zamanı 
şairin  müdrik  kəlamlarından,  poetik  ifadələrindən  əyanilik  vasitəsi 
kimi istifadə etmək
-  seminar  məşğələlərində  şairin  fəlsəfi,  pxisoloji  və  pedaqoji 
görüşlərinin öyrənilməsinə həsr olunmuş əsərlərə elmi mənbə kimi 
müraciət  etmək,  seminar  məşğələsinin  mövzusuna  uyğu  fikir  və 
ideyaları müəyyənləşdirmək
- şairin fəlsəfi, psixoloji və pedaqoji görüşlərinin öyrənilməsi-
nə  həsr  olunmuş  sərbəst  iş  və  magistr  dissertasiyası  mövzularını 
müəyyənləşdirmək və təklif etmək və s. 
Beləliklə,  dahi  şairin  təhsil,  təlim  və  tərbiyəyə  dair  fikir  və 
ideyalarından pedaqoji prosesdə istifadə yolları rəngarəngdir. Başlı-
cası, bu sistemdən təlim və tərbiyənin keyfiyyətini yüksəltmək vasi-
təsi kimi səmərəli istifadə etməkdir. Bu iş eyni zamanda, “xalqımı-
zın  mənəviyyat,  mədəniyyət  dünyasının  tacı...,  onun  ilham  mən-
bəyi...,  nəhəng,  əzəmətli  və  qüdrətli  xan  çinarı”  (Y.Talıbov)  olan 
ölməz  Nizamiyə  məhəbbət  və  ehtiram  hisslərinin  aşılanmasına 
xidmət edir. 
Əlbəttə,  dahi  şairin  fəlsəfi-psixoloji  və  pedaqoji  görüşlərinin 
öyrənilməsi  və  öyrədilməsi  işini  heç  zaman  qaneedici  və  bitmiş 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə