Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   56   57   58   59   60   61   62   63   64

   
190  
 
A       a 
rast gəlinmir. Məsələn, M.Q.Yaroşevskinin müəllifi olduğu “Psixo-
logiya tarixi” adlı 575 səhifəlik kitabda dahi Nizaminin adı çəkilmir 
(136). Yaxud, A.N.İdanın antik dövrdən bizim günlərədək psixoloji 
fikrin inkişafı tarixinə həsr olunmuş kitabında N.Gəncəvinin adı bir 
psixoloq  kimi  deyil,  orta  əsrlərin  şair  və  yazıçılrı  sırasında  çəkilir 
(137). 
1945-ci  ildə  M.Abbasovun  “Nizaminin  psixoloji  görüşləri” 
mövzusunda dissertasiyasını  (137) nəzərə almasaq, XX  əsrin 90-cı 
illərinədək  dahi  şairin  zəngin  irsinin  psixoloji  cəhətlərinin  əsaslı 
tədqiqi  istiqamətində  demək  olar  ki,  heç  bir  iş  görülməmişdir.  Bu 
fikri  öz  tədqiqatında  təsdiqləyən  Z.Şirinova  yazır:  “1948-1989-cu 
illər  ərzində  Nizaminin  psixoloji  görüşləri  mahiyyətcə  öyrənilmə-
mişdir”  (138).  Respublikamız  öz  müstəqilliyini  bərpa  etdikdən 
sonrakı ilk illərdə çağdaş Azərbaycanın görkəmli psixoloq alimləri: 
Ə.S.Bayramov  və  Ə.Ə.Əlizadə  gənc  tədqiqatçıların  diqqətini  dahi 
şairin  psixoloji  görüşlərinin  öyrənilməsinə  cəlb  etdilər.  Məhz 
onların rəhbərliyi altında həyata keçirilən tədqiqat işlərinin nəticəsi 
kimi  dahi  şairin psixoloji  görüşlərinin öyrənilməsinə həsr olunmuş 
dəyərli  monoqrafiyalar,  tədris  vəsaiti  və  elmi  məqalələr  işıq  üzü 
gördü. (138;139;140;141) 
Bütün bunlar müstəqillik ilərində Azərbaycan alimləri tərəfin-
dən psixologiya fənni üzrə yazılan dərslik və dərs vəsaitlərində dahi 
şairin  psixoloji  görüşlərinə  geniş  yer  verilməsi  üçün  elmi  zəmin 
yaratmışdır.  Təəssüf  ki,  həmin  dərslik  və  dərs  vəsaitlərində  dahi 
Nizaminin psixoloji görüşləri layiq olduğu səviyyədə (bu səviyyə isə 
çox  yüksəkdir)  öz  əksini  tapmamışdır.  Məsələn,  prof.R.Əliyevin 
“Psixologiya tarixi” adlı irihəcmli (384 səhifə) dərs vəsaitində dahi 
şair haqqında  yazılanlara diqqət  yetirək :  “Nizami şeyxdir, islamın 
tədqiqatçısıdır.  Əsərlərini  fars  dilində  yazıb.  Amma  mənşəcə, 
xaraktercə  türkdür.  O,  əsərlərində  350-dən  artıq  türk  adı  işlədib, 
türkə xas olan keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilmə-
yib.  O,  türkçülüyün  əsl  təbliğatçısı  olub,  bütün  yaxşı  keyfiyyətləri 
onun adı ilə bağlayıb. Lakin özü də etiraf edir ki, bir çox hallarda nə 
qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik çəkib: 


   
191  
 
A       a 
 
Nə qədər oraya at çapsam da mən
Bir xəbər gətirmək gəlməz əlimdən – deyir” (142, 352) 
 
Əlbəttə,  burada  müəllifin,  dahi  şairin  mənşəcə  və  xaraktrcə 
“türk oğlu  türk” olması  fikrini aşılamağa çalışması  təqdirəlayiqdir. 
Lakin Azərbaycanda psixoloji fikrin inkişafında N.Gəncəvinin rolu 
(xatırladaq ki, qeyd etdiyimiz iqtibas tədris vəsaitinin “Azərbaycan-
da psixoloji fikrin təşəkkülü və inkişafı”adlı paraqrafdan götürülüb) 
və onun psixoloji  görüşlərinin  qısa mahiyyəti haqqında burada heç 
bir  fikrin  yazılmaması,  əvəzində  fəlsəfi  baxışlarında  ziddiyyətlə 
bağlı misraların nümunə göstərilməsi nə dərəcədə düzgündür? 
Fikrimizcə, bu dərs vəsaitinin “Orta əsrlərdə Şərqdə psixoloji 
fikrin  inkişafı”  paraqrafında  Əl  Fərabi,  İbn  Sina,  İbn  Rüşd  və  s. 
mütəfəkkirlərlə yanaşı, dahi Nizaminin də psixoloji görüşlərinə, hə-
min görüşlərin Şərqdə və dünyada psixoloji fikrin inkişafındakı ro-
luna müəyyən yer ayırmaq daha məqsədəuyğun və əhəmiyyətli olar-
dı.  Çünki  N.Gəncəvi  “nəinki  Azərbaycan,  həm  də  dünya  psixoloji 
fikir tarixində mühüm bir mərhələ kimi xüsusi yer tutur” (138; 4). 
Ali  pedaqoji  məktəblərin  bakalavr  pilləsi  üçün  dərslik  kimi 
təsdiq  olunmuş  “Psixologiya”  kitabında  “Azərbaycanda  psixoloji 
fikrin və elmi psixologiyanın yaranması, inkişafı” adlı paraqrafında 
N.Gəncəvi  haqqıda  yazılanlar  yuxarıda  haqqında  danışdığımız 
“Psixologiya tarixi”ndəki məlumatla tam eyniyyət təşkil edir  (bax: 
143,  səh.30).  Dərsliyin  qalan  bölmə  və  paraqraflarının  heç  birində 
dahi  şairin  psixoloji  görüşlərinə  istinad  edilməmiş,  ümumiyyətlə, 
onun adı çəkilməmişdir. 
Digər dərslik və dərs vəsaitləri ilə müqayisədə prof. Ə.Bayra-
movun  “Etnik  psixologiyası”nda  N.Gəncəvinin  psixoloji  görüşləri 
haqqında  daha  geniş  məlumat  verilmişdir:  “Dövrünün  elmi  bilik-
lərini  öz  bədii  yaradıcılığında  sintez  edən  dahi  Nizami  əsərlərində 
çox zəngin, orijinal psixoloji ideyalar öz əksini tapmışdır. Nizami 
ruhla bədənin vəhdətini qeyd etmiş, insanın daxili aləminə dərindən 
nüfuz  edərək  əsərlərində  dəqiq  psixoloji  təsvirlər  vermiş,  mühitin 


   
192  
 
A       a 
təsiri ilə şəxsiyyətdə baş verən psixoloji dəyərləri, onun yeniləşməsi, 
ehtirasın,  dərin  məhəbbət  hissinin  insanı  özgələşdirməsi,  müma-
risələr  vasitəsilə  öz  qabiliyyətlərini  inkişaf  etdirməsi  və  s.kimi 
psixoloji problemlərə toxunmuşdur. Nizami öz əsərlərində təlqin və 
hipnoz haqqında fikir söyləyir, gözdəymə haqqında xalq etiqadı ilə 
razılaşır. Onun etnopsixologiya və hərbi psixologiyaya dair fikirləri 
də  maraqlıdır”  (144,  45  –  46).  “Azərbaycanda  etnik  psixologiyaya 
aid ideyaların və araşdırmaların təşəkkülü barədə” adlı paraqrafdan 
götürdüyümüz bu iqtibasdan sonra müəllif, dahi şairin “etnopsixolo-
giyaya...  dair  fikirləri”nin  nədən  ibarət  olmasına  toxunmadan  onun 
sosial psixologiyaya aid bəzi fikirlərinin (sosial norma və stereotip-
lərin,  adət-ənənələrin  şəxsiyyətlərin,  şəxsiyyətlərarası  və  qruplara-
rası  münasibətlərin  formalaşmasında  mühüm  rolu  və  s.)  də  möv-
cudluğunu  qeyd  edir  (yenə  orada,  səh.46).  Təəssüf  ki,  müəllif, 
dərsliyin  heç  biri  yerində  (proqram  materiallarının  şərhi  zamanı) 
yüksək  qiymətləndirdiyi  dahi  mütəfəkkirin  “orijinal  psixoloji 
ideyalar”ına istinad etməmişdir. 
Dahi şairin pedaqoji psixologiya, xüsusilə, özünüdərk, özünü-
qiymətləndirmə,  özünütərbiyə,  ünsiyyət,  müəllim-şagird  münasi-
bətləri  haqqında  da  dəyərli  fikirləri  mövcud  olduğu  halda,  yeni 
“Pedaqoji  psixologiya”  dərsliyində  onun  adı  çəkilmir  (bax:  145). 
Doğrudur, “Yaş və pedaqoji psixlogiyanın müasir problemləri” adlı 
dərs  vəsaitində  dahi  Nizaminin  adı  çəkilir,  lakin  burada  fars  şairi 
Sədi Şirazinin poeziyasına dörd dəfə müraciət oluduğu halda, Azər-
baycanın  böyük  mütəfəkkirinə  bircə  dəfə  istinad  edilmişdir  (bax: 
146, səh.369; 373; 374; 388). Müəllif, “İnsan, onun mənəvi dünyası, 
özünüdərk,  özünütərbiyə,  milli  adət-ənənələrimiz  haqqında”  adlı 
bölmədə “hərislik”, “tamahkarlıq”, “mənəm-mənəmlik” və s. anla-
yışların mahiyyətini şərh edərkən Sədi Şirazinin müvafiq beytlərinə 
dönə-dönə  müraciət  edir.  Halbuki  dahi  Nizaminin  poeziyasında 
bütün qeyd olunan məsələlərlə bağlı dərin mənaya və yüksək poetik 
ifadə tərzinə, güclü psixoloji təsir qüvvəsinə malik misralar kifayət 
qədərdir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə