Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

olduğunu  və  həmin  təşkilatın  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  etiraz  etmədiyini 

təsdiqləyən arayış;  

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:  

22.4.2.1.  Soyadını,  adını,  atasının  adını  və  vətəndaşlığını,  şəxsiyyət  vəsiqəsinin  və 

şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və 

sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, 

tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair 

ərizə;  


22.4.2.2.  fiziki  şəxs  əcnəbi  olduqda,  yuxarıda  göstərilən  məlumat  və  sənədlərdən  başqa 

rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə 

cəlb olunub-olunmadığı barədə verilmiş arayış və bir və ya bir neçə maliyyə təşkilatının müsbət 

tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;  

22.4.3.  həmin  şəxsin  bankların  və  ya  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;  

22.4.4.  bankların  və  başqa  hüquqi  şəxslərin  həmin  şəxsin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;  

22.4.5.  bu  Qanunun  22.4.3-cü  və  22.4.4-cü  maddələrində  göstərilmiş  hüquqi  şəxslərin 

fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.  

22.5. Mərkəzi Bank bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 90 təqvim 

günü müddətində baxır. Həmin müddət ərzində  Mərkəzi Bank ərizəyə dair münasibətini banka 

yazılı  surətdə  bildirməzsə,  ərizəyə  müsbət  baxılmış  hesab  edilir.  Mərkəzi  Bank  icazənin 

verilməsindən aşağıdakı hallarda imtina edir:  

22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;  

22.5.2.  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi  keyfiyyətlərə  malik 

olmadıqda;  

22.5.3. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;  

22.5.4. mühüm iştirak payını əldə edəcək hüquqi  şəxsin  maliyyə vəziyyəti qeyri-qənaətbəxş 

olduqda;  

22.5.5.  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bank,  bank  və  ya  bank  holdinq  şirkəti 

olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;  

22.5.6.  xarici  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  xarici  banka  və  ya  xarici  bank 

holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; 

22.5.7. iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici 

bank  holdinq  şirkətinə  onların  yerləşdiyi  ölkədə  lazımınca  nəzarət  edilmədiyinə  və  ya  həmin 

ölkənin  nəzarət  orqanları  qarşılıqlı  əməkdaşlıqdan  imtina  etdiyinə  görə,  Mərkəzi  Bankın  öz 

nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.  

22.6.  Mərkəzi  Bankın  verdiyi  icazədə  iştirak  payının  əldə  edilməsinin  başa  çatmalı  olduğu 

maksimum müddət göstərilir.  

22.7.  Qabaqcadan  icazəsi  olmadan  hər  hansı  bir  şəxs  belə  iştirak  payı  əldə  edərsə,  Mərkəzi 

Bank həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv 

etməsi barədə yazılı göstəriş verir.  

Mühüm  iştirak  payının  əldə  edilməsi  üçün  müəyyən  edilmiş  maksimum  müddətlərə  riayət 

edilməzsə,  Mərkəzi  Bank  həmin  şəxsə  müddət  bitdikdən  sonra  aldığı  hissəsini  müəyyən  etdiyi 

tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.  

Həmin  şəxslərin  ləğv  olunmalı  hissədə  səsvermə  hüququ  səhmdarların  ümumi  yığıncağının 

iclaslarında nəzərə alınmır.  

22.8. Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs 

hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı 

səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.  

22.9.  Banklar  onların  kapitalında  payların  bu  Qanunun  22.1-ci  və  ya  22.8-ci  maddələrində 

göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və 

ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə Mərkəzi Banka məlumat verməlidirlər. Banklar 




həmçinin  mühüm  iştirak  paylarına  malik  olan  səhmdarlar,  onların  ünvanları,  həmin  payların 

miqdarı  haqqında  məlumatları  ildə  iki  dəfədən  az  olmayaraq,  Mərkəzi  Banka  yazılı  şəkildə 

bildirməlidirlər.  

22.10.  Mərkəzi  Bank  aşağıdakı  halları  aşkar  etdikdə  bankın  kapitalında  mühüm  iştirak  payı 

olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması barədə məhkəməyə 

ərizə ilə müraciət edir:  

22.10.1. hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər-hansı biri və ya fiziki şəxs məqbul 

və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;  

22.10.2.  bankın  maliyyə  sağlamlığına  və  ya  onun  etibarlı  idarə  olunmasına  təhlükə  törədə 

bilən dərəcədə banka təsir göstərildikdə;  

22.10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;  

22.10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank 

tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya 

onlar bu sahədə Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.  

22.11.  Bu  Qanunun  22.10-cu  maddəsinə  müvafiq  Mərkəzi  Bankın  verdiyi  ərizəyə  məhkəmə 

ən geci 30 təqvim günü müddətində baxır.  

 

Maddə 23. Bankların idarəetmə strukturu  

Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına 

və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit 

Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.  



 

Maddə 24. Səhmdarların ümumi yığıncağı  

24.1. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:  

24.1.1. bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;  

24.1.2. bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək;  

24.1.3. bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, 

habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;  

24.1.4. digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın 

filiallarını  və  nümayəndəliklərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam  vermək,  onların 

əsasnamələrini təsdiq etmək;  

24.1.5.  növbəti  və  tələb  olunduğu  hallarda  növbədənkənar  auditin  keçirilməsi  barədə  qərar 

qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;  

24.1.6. bankın büdcəsini qəbul və təsdiq etmək;  

24.1.7.  bankın  İdarə  Heyətinin  üzvlərini  təyin  və  azad  etmək,  İdarə  Heyətinin  əsasnaməsini 

təsdiq etmək;  

24.1.8.  bankın  Müşahidə  Şurasının  və  Audit  Komitəsinin  üzvlərini  təyin  və  azad  etmək, 

həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək, bankın inzibatçılarının işə götürülməsi 

müddətlərini və şərtlərini müəyyənləşdirmək;  

24.1.9. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, bankın inzibatçılarının bank 

adından  və  bank  hesabına  öhdəliklər  qəbul  etmək  səlahiyyətlərini  və  həmin  səlahiyyətlərin 

bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;  

24.1.10.  bu  Qanunun  28-ci  maddəsinə  əsasən  bank  inzibatçılarının  kommersiya  maraqlarını 

açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;  

24.1.11.  bankın  törəmə  təsərrüfat  cəmiyyətlərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam  vermək, 

başqa bankın satın alınması barədə qərarlar qəbul etmək;  

24.1.12. nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank 

səhmlərinin  buraxılması  müddətlərini  və  şərtlərini  müəyyənləşdirmək,  habelə  bankda  mühüm 

iştirak payının əldə edilməsinə razılıq vermək;  

24.1.13.  bankın  kənar  auditor  tərəfindən  təsdiqlənmiş  və  Audit  Komitəsi  tərəfindən  tövsiyə 

edilmiş  illik  maliyyə  hesabatlarını  təsdiq  etmək,  habelə  xalis  mənfəət  hesabına  ehtiyatların 

yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək;  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə