Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   ...   23

təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş 

stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir.  

10.3.4. bank şöbəsinin inzibatçısı üçün — ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti 

sahəsində 6 aylıq iş stajının olması.  

10.4.  Bank  və  ya  yerli  filialı  olan  xarici  bank,  bankın  və  ya  xarici  bankın  yerli  filialının 

inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka 

yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci 

maddələrində nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Mərkəzi Bank bildirişə dair 

öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməli, 

bu  maddədə  nəzərdə  tutulan  hallarda  isə  inzibatçıların  attestasiya  vaxtını  təyin  etməlidir.  Bu 

müddətdə  müraciətçiyə  bildiriş  göndərilməzsə,  inzibatçının  namizədliyinə  müsbət  baxılmış 

hesab olunur.  

İnzibatçı  vəzifəsinə  nəzərdə  tutulan  təyinatlar  qanunla  müəyyən  edilmiş  tələblərə  cavab 

vermədikdə, Mərkəzi Bank onların dəyişdirilməsini tələb edə bilər.  

Bankın  İdarə  Heyətinin  üzvləri,  daxili  audit  bölməsinin  rəhbəri,  bankın  baş  mühasibi 

(mühasibat  xidmətinin  rəhbəri)  və  onun  imza  hüququ  olan  müavinləri,  habelə  yerli  və  xarici 

bankların  yerli  filiallarının  rəhbərləri  və  baş  mühasibləri  (mühasibat  xidmətinin  rəhbəri)  və 

onların  imza  hüququ  olan  müavinləri  Mərkəzi  Bankda  attestasiyadan  keçirlər.  Bu  təyinatlara 

Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlaya 

bilərlər.  

Attestasiyanın keçirilməsi qaydalarını Mərkəzi Bank müəyyən edir.  

10.5.  Bu  maddədə  nəzərdə  tutulan  tələblər  bankların  və  xarici  bankların  yerli  filiallarının 

bütün fəaliyyət dövrünə şamil edilir.  

 

Maddə  11.  Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin  açılmasına 

icazələrin alınması  

11.1. Mərkəzi Bankın icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz.  

11.2. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və 

icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər Mərkəzi 

Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.  

11.3.  Yerli  bank  yerli  və  ya  xarici  filialını  və  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün 

Mərkəzi Banka yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:  

11.3.1.  bankın  filial  və  ya  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  idarəetmə  orqanı 

tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;  

11.3.2.  filialın  və  ya  xarici  nümayəndəliyin  əsasnaməsi.  Əsasnamədə  digər  məlumatlarla 

yanaşı  filial  və  xarici  nümayəndəliyin  ünvanı,  bank  fəaliyyəti  növləri  (yalnız  filiallar  üçün), 

inzibatçıların  səlahiyyətləri,  bank  tərəfindən  nəzarətin  həyata  keçirilməsi,  filial  və 

nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;  

11.3.3.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilat 

strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-

plan;  


11.3.4. filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında 

bankın səlahiyyətli orqanının qərarının surəti;  

11.3.5. filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi 

şəxslərdə  mühüm  iştirak  payları  göstərilməklə  siyahısı,  peşə  ixtisası  və  təcrübəsi  haqqında 

məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında 

təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış 

və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

11.4.  Mərkəzi  Bank  müraciətdə  və  ya  müraciətə  əlavə  edilən  sənədlərdə  səhvlər  və  ya 

çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü 

müddətində  ərizəçiyə  yazılı  bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları  aradan 

qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və 



ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 

təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət 

edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

11.5.  Yerli  bankın  filialının  və  ya  xarici  nümayəndəliyinin  açılmasına  icazə  alınması  üçün 

ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində 

Mərkəzi  Bank  müraciətə  bu  Qanunda  müəyyən  edilmiş  əsaslara  görə  baxır  və  müvafiq  qərar 

qəbul  edir.  Hər  bir  halda  Mərkəzi  Bank  qəbul  etdiyi  qərarı  banka  göndərir.  Mərkəzi  Bank 

müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici nümayəndəliyin 

məşğul  ola  biləcəyi  fəaliyyətin  xarakteri  və  miqyası  haqqında  məlumat,  habelə  icazəyə  daxil 

edilən  bütün  məhdudiyyətlərin  siyahısı  göstərilməlidir.  İcazə  alınması  üçün  müraciətin  rədd 

edilməsi  və  ya  icazəyə  məhdudiyyətlər  daxil  edilməsi  haqqında  Mərkəzi  Bankın  qərarında 

onların əsasları göstərilməlidir.  

11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə, 

onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş 

qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində 

nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.  

11.7. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq 

icazə  aldıqdan  sonra  bu  barədə  Mərkəzi  Banka  5  təqvim  günü  müddətində  yazılı  bildiriş 

göndərməlidir.  

 

Maddə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin alınması  

12.1.  Mərkəzi  Bankın  icazəsi  olmadan  xarici  bank  Azərbaycan  Respublikasında 

nümayəndəliyini aça bilməz.  

12.2.  Xarici  bank  yerli  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün  Mərkəzi  Banka  ərizə  ilə 

müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilməlidir:  

12.2.1.  bankın  nizamnaməsinin  və  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  orqanının 

qərarının surəti;  

12.2.2. nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli 

idarəetmə  orqanı  göstərilməklə,  bank,  onun  təşkilati  strukturu  və  idarəetmə  orqanları  haqqında 

məlumat;  

12.2.3.  bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli  səhmlər  payı 

göstərilməklə siyahısı;  

12.2.4.  bankın  son  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə  hesabatı  və 

auditor rəyi;  

12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;  

12.2.6.  nümayəndəliyin  inzibatçılarının  peşəkar  keyfiyyətləri  və  təcrübəsi,  habelə 

məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;  

12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.  

12.3.  Mərkəzi  Bank  müraciətdə  və  ya  ona  qoşulan  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar 

müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş göndərir və 

bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya 

ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka 

onun  müraciətinin  qəbul  edildiyi  barədə  10  təqvim  günü  müddətində  yazılı  bildiriş 

göndərməlidir.  Həmin  müddətdə  Mərkəzi  Bank  müraciət  edənlərə  yazılı  bildiriş  göndərməzsə, 

sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

12.4.  Xarici  bankın  nümayəndəliyin  açılmasına  icazə  alınması  üçün  təqdim  edilmiş 

müraciətin  qəbul  edilməsi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  60  təqvim  günü 

müddətində Mərkəzi Bank bu Qanuna müvafiq olaraq, müraciətə baxır və müvafiq qərar qəbul 

edir. Hər bir halda Mərkəzi Bank öz qərarının surətini müvafiq xarici banka göndərir.  

12.5.  Xarici  bankın  nümayəndəliyi  dövlət  qeydiyyatına  alındıqdan  sonra  dövlət  qeydiyyatı 

haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin 

olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra Mərkəzi Bank ona icazə verir.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə