"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

16 


 

Effektiv  faiz  dərəcəsi  metodu,  maliyyə  öhdəliyinin  amortizasiya  olunmuş  maya  dəyərinin 

hesablanılması  və  faiz  xərci  məbləğinin  müvafiq  dövrlər  üzrə  paylaşdırılmasını  nəzərdə  tutur.  

Bu  metod  maliyyə  öhdəliyinin  nəzərdə  tutulan  istifadə  müddəti  üzrə  təxmin  edilən  gələcək 

ödəniləcək  vəsaitləri  və  ya  müvafiq  olduqda,  daha  qısa  müddət  üzrə  maliyyə  öhdəliyinin  qalıq 

dəyərini dəqiq diskontlaşdıran dərəcədir. 

 

Banklara dövlətə və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər 

 

Banklara  ödəniləcək  vəsaitlər,  qarşı  tərəflərin  pul  və  ya  digər  bənzər  aktivlərin  Banka  ötürülməsi 

zamanı tanınır. Qeyri-törəmə öhdəliklər amortizasiya olunmuş maya dəyəri ilə ölçülür. Əgər Bank öz 

borcunu satın alırsa, bu öhdəlik maliyyə vəziyyəti hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin 

qalıq dəyəri arasında olan fərq  mənfəət və zərər hesablarında müvafiq olaraq öhdəliklərin  vaxtından 

tez icra edilməsinin nəticəsi kimi təqdim edilir. 

 

Müştəri hesabları 

 

Müştəri  hesabları  fərdi  müştərilərin,  dövlət  və  özəl  müəssisələrinin  vəsaitlərini  təmsil  edir  və  bu 

hesablar maliyyə vəziyyəti hesabatında amortizasiya olunmuş ilkin dəyər ilə tanınır. 

 

Maliyyə zəmanəti müqavilələri  

 

Təqdim edən tərəfin, əvvəlcədən razılaşdırılmış  kreditorun müvafiq kredit sazişinin şərtlərinə  uyğun 



olaraq borcunu ödəyə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərləri qarşılamaq məqsədi 

ilə qarşı tərəfə edəcəyi ödənişləri nəzərdə tutan müqaviləyə maliyyə zəmanəti müqaviləsi deyilir. 

 

Bank tərəfindən təqdim edilən maliyyə zəmanəti müqavilələri ilkin olarq ədalətli dəyərində tanınır və 



növbəti  dövrlərdə,  əgər  əvvəlcədən  xüsusilə  MZHƏD  şəklində  planlaşdırılmayıbsa,  aşağıda 

göstərilənlərdən hansı daha yüksək olarsa o məbləğdə ölçülür: 

 

• 

BMUS 37 “Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər” standartının tələblərinə uyğun  olaraq 



müqavilə öhdəliyinin məbləği; və ya  

• 

Gəlirlərin tanınması siyasətinə  müvafiq  şəkildə ilkin olaraq tanınmış  məbləğ çıxılsın  hər  hansı 



məcmu amortizasiya məbləği.  

 

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi 



 

Maliyyə  öhdəliyinə  yalnız  bu  öhdəliyin  silinməsi,  ləğv  edilməsi  və  ya  müddətinin  başa  çatması 

hallarında  xitam  verilir.  Tanınmasına  xitam  verilmiş  maliyyə  öhdəliyinin  qalıq  dəyəri  ilə  ödənilmiş 

və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi  

 

Maliyyə aktivləri və öhdəlikləri  yalnız  aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün  müəyyən  edilmiş 

hüquq  olduqda  və  ya  eləcə  də  müqavilə  üzrə  əvəzləşdirməni  aparmaq  və  ya  eyni  zamanda  aktivi 

realizasiya  edərək  öhdəliyi  ödəmək  niyyəti  mövcud  olduğu  hallarda  həyata  keçirilə  bilər.  Maliyyə 

aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin 

öhdəliyi ilə əvəzləşdirilmir. 

 

 

 




“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

17 


 

Maliyyə lizinqləri 

 

Maliyyə  lizinqləri,  aktivin  mülkiyyət  hüququna  xas  olan  bütün  mühüm  risklərin  və  mükafatların 



köçürüldüyü  lizinqlərdir.  Mülkiyyət  hüququ  tədricən  köçürülə  və  ya  köçürülməyə  bilər.  Lizinqin 

əməliyyat  və  ya  maliyyə  lizinqi  olması  müqavilənin  formasından  daha  çox  əməliyyatın 

mahiyyətindən asılıdır. Lizinqlər aşağıdakı hallarda maliyyə lizinqi kimi təsnif edilir: 

 

 



İcarə müddətinin sonunda lizinq üzrə aktivin mülkiyyət hüququ icarədara verildikdə; 

 

Aktivin  mülkiyyət  hüququnun  köçürülməməsinə  baxmayaraq  icarə  müddəti  aktivin  istismar 



müddətinin əksər hissəsini əhatə etdikdə; 

 

İcarənin  ilkin  mərhələsində  minimal  icarə  ödənişlərinin  cari  dəyəri  ən  azı  bütün  icarəyə 



götürülən aktivlərin ədalətli dəyərinə bərabər olduqda; və 

 

İcarəyə  götürülən  aktivlər  xüsusi  tipli  aktivlər  olduqda,  belə  ki,  yalnız  icarədar  mühüm 



təkmilləşdirmələr aparılmadan onlardan istifadə edə bilər. 

 

Əməliyyat lizinqləri 



 

Əməliyyat  lizinqi  üzrə  icarə  ödənişləri  icarə  müddəti  ərzində  düz  xətt  üsulu  ilə  xərc  kimi  tanınır. 

Əgər hər hansı digər sistematik üsul istifadəçinin aktivdən əldə etdiyi səmərənin zaman sxemini daha 

aydın şəkildə təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır. Əməliyyat 

icarələri zamanı yaranan şərti icarə ödənişləri öhdəlik daşıdığı dövrdə xərc kimi tanınır.  

 

İcarə stimulları əməliyyat icarələrinə daxil olmaq üçün alındığı təqdirdə, belə stimullar öhdəlik kimi 



tanınır.  Stimulların  məcmu  səmərəsi  düz  xətt  üsulu  ilə  icarə  ödənişinin  azalması  kimi  tanınır.  Əgər 

hər  hansı  digər  sistematik  üsul  istifadəçinin  aktivdən  əldə  etdiyi  səmərənin  zaman  sxemini  daha 

aydın şəkildə təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır.  

 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 



 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər,  yığılmış amortizasiya  və  ehtimal edilən dəyər azalmaları 

üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır.  

 

Tikilməkdə olan və xidmətə verilməmiş aktivlər üzrə köhnəlmə və amortizasiyanın hesablanması bu 



tip aktivlərin xidmət üçün yararlı olduğu tarixdən etibarən hesablanmağa başlayır.  

 

Köhnəlmə,  əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərin  qalıq  dəyərinə  onların  faydalı  iqtisadi  ömrü 



nəzərə  alınmaqla  hesablanmış  dərəcələrdən  istifadə  etməklə  tətbiq  edilir.  Faydalı  iqtisadi  ömür 

təxminləri,  qalıq  dəyərləri  və  köhnəlmə/amortizasiya  metodları  hər  bir  hesabat  tarixində  yenidən 

təhlil  edilir  və  təxminlərdə  olan  dəyişikliklərin  təsiri  prospektiv  olaraq  aşağıdakı  dərəcələrdə  tətbiq 

edilir: 


 

Binalar 


5% 

Mebel və qurğular 

20% 

Kompüter və avadanlıqlar 



20% 

Nəqliyyat vasitələri 

25% 

Digər əsas aktivlər 



20% 

Qeyri-maddi aktivlər 

10% 

 

 



Təmir və saxlama  xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya  kriteriyalarına uyğun  gəlməsi 

halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır.  

 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə