"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

10 


 

2. 

ƏSAS MÜHASİBAT PRİNSİPLƏRİ 

 

Hesabatların uyğunluğunun bəyanı 

 

Bankın hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dərc edilmiş 



Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarına  (“BMHS”)  və  Beynəlxalq  Maliyyə  Standartlarına 

Şərhlər Komitəsi (“BMHSŞK”) tərəfindən dərc edilən şərhlər əsasında hazırlanmışdır. 

 

Daimilik prinsipi 

 

Bu  maliyyə  hesabatları Bankın daimilik prinsipi əsasında  fəaliyyət göstərməsini və  yaxın  gələcəkdə 



işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.  

 

Təqdimatın digər əsasları 

 

Bu  maliyyə  hesabatları  əksi  göstərilmədiyi  hallarda  Azərbaycan  manatı  (“AZN”)  ilə  təqdim 



edilmişdir. Bu maliyyə hesabatları, tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.  

 

Bank  mühasibat  sistemini  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  şəkildə  təşkil  edir. 



Bu maliyyə hesabatlarını hazırlayarkən  yerli mühasibat prinsiplərinə uyğun tərtib edilmiş mühasibat 

sistemindən  istifadə  edilmiş  və  BMHS-na  uyğunlaşdırılmaq  məqsədilə  hesabatlara  düzəlişlər 

edilmişdir.  Bu  düzəlişlərə  əməliyyatların  iqtisadi  mahiyyətini  əks  etdirmək  üçün  müəyyən 

təsnifləşdirilmələr,  həmçinin  müəyyən  aktiv  və  öhdəliklərin,  eləcə  də  gəlir  və  xərclərin  maliyyə 

hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir. 

 

Əsas mühasibat prinsipləri üzrə xülasə aşağıda təqdim edilir: 



 

Faiz gəlir və xərclərinin tanınması 

 

Faiz  gəlir  və  xərcləri  effektiv  faiz  metodundan  istifadə  etməklə  hesablama  üsuluna  əsasən  qeydə 



alınır. Effektiv faiz metodu, maliyyə aktiv və öhdəliklərinin (eləcə də maliyyə aktivləri və öhdəlikləri 

qrupunun)  amortizasiya  edilmiş  maya  dəyərinin  hesablanmasını  faiz  gəlir  və  xərclərinin  müvafiq 

dövrlər üzrə tanınmasını nəzərdə tutur. 

 

Effektiv  faiz  dərəcəsi  maliyyə  alətinin  təxmin  edilmiş  istifadə  müddəti  üzrə  təxmin  edilən  gələcək 



ödəniləcək  və  ya  alınacaq  vəsaitləri  (o  cümlədən,  effektiv  faiz  dərəcəsinin  tərkib  hissəsi  sayılan 

müvafiq  ödənilən  və  alınan  haqq  və  komissiyalar,  əməliyyat  xərcləri,  eləcə  də  digər  diskont  və 

mükafatlar)  və  ya  müvafiq  olduqda,  daha  qısa  müddət  üzrə  maliyyə  aktivlərinin  və  ya  maliyyə 

öhdəliklərinin qalıq dəyərini dəqiq diskontlaşdıran dərəcədir. 

 

Dəyərsizləşmə nəticəsində maliyyə aktivi hesabdan silinirsə (qismən silinirsə), belə aktivlər üzrə faiz 



gəliri  sonradan  mümkün  zərərlərin  qiymətləndirilməsi  üçün  istifadə  edilmiş  effektiv  faiz  dərəcəsi 

nəzərə  alınmaqla  gələcək  pul  vəsaitləri  hərəkətinin  diskontlaşdırılması  üzrə  istifadə  edilən  faiz 

dərəcəsinin tətbiq edilməsi ilə tanınır.  

 

Aktivlərin ədalətli dəyəri üzrə qazanılmış faizlər, faiz gəlirləri kimi təsnifatlaşdırılır. 



 

Maliyyə alətləri 

 

Bank müqaviləyə əsasən maliyyə  aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyə aktivini 

və ya öhdəliyini tanıyır. Maliyyə aktivlərinin və öhdəliklərinin adi yolla alınması və satılması zamanı 

hesablaşma tarixində əməliyyat tanınır. 

 

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

11 


 

Maliyyə aktivləri və öhdəlikləri ilkin  olaraq  ədalətli dəyərlə ölçülür. İlkin tanınma zamanı,  maliyyə 

aktivləri  və  öhdəliklərinin  satın  alınması  və  ya  yerləşdirilməsi  ilə  bağlı  bütün  birbaşa  əməliyyat 

xərcləri  (mənfəət  və  zərər  hesabına  tanınan  maliyyə  aktiv  və  öhdəlikləri  istisna  olmaqla)  müvafiq 

olaraq  maliyyə  aktivinin  ədalətli  dəyərindən  azaldılır  və  ya  maliyyə  öhdəliyinin  ədalətli  dəyərinə 

əlavə  edilir. Mənfəət  və zərər  hesabına tanınan  maliyyə aktiv və öhdəliklərinin satın alınması və  ya 

yerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır.  

 

Maliyyə aktivləri 

 

Maliyyə  aktivləri  aşağıdakı  xüsusi  kateqoriyalara  ayrılırlar:  “mənfəət  və  zərər  hesabına  ədalətli 



dəyərlə  tanınan”  maliyyə  aktivləri  (MZHƏDT),  “ödəniş  tarixinədək  saxlanılan”  investisiyalar, 

“verilmiş  kreditlər  və  debitor  borclar”  və  satılabilən  maliyyə  aktivləri  (SMA).  Təsnifləşdirmə 

maliyyə aktivinin növündən və saxlama məqsədindən asılıdır və ilkin tanınma zamanı təyin edilir. 

 

MZHƏDT maliyyə aktivləri  



 

Ticarət  məqsədləri  ilə  saxlanılan  maliyyə  aktivləri,  “mənfəət  və  zərər  hesabına  ədalətli  dəyərlə 

tanınan maliyyə aktivləri” kateqoriyasına aid edilirlər. Yaxın gələcəkdə satılması nəzərdə tutulduqda, 

əldə  edilən  maliyyə  aktivləri  satış  məqsədləri  ilə  saxlanılan  aktivlər  kateqoriyasında  təsnifləşdirilir. 

Törəmə  maliyyə  alətləri  də  xüsusilə  nəzərdə  tutulmuş  alətlər  və  effektiv  hecinq  alətləri  istisna 

olmaqla,  satış  məqsədləri  ilə  saxlanılan  aktivlər  kateqoriyasında  təsnifləşdirilir.  Satış  məqsədləri  ilə 

saxlanılan  aktivlər  üzrə  yaranan  mənfəət  və  zərərlər  müvafiq  olaraq  mənfəət  və  zərər  hesablarında 

tanınır. 

 

Ödəniş tarixinədək saxlanılan investisiyalar 



 

Bu kateqoriyaya Bankın ödəniş tarixinədək saxlamaq  niyyəti və imkanı olduğu təsbit edilmiş  və  ya 

müəyyən  edilə bilən tarixlərdə qaytarılacaq və müəyyən edilmiş ödəmə müddəti olan sərbəst surətdə 

alınıb satılabilən qeyri-törəmə maliyyə aktivləri daxildir. 

 

Verilmiş kreditlər və debitor borcları 



 

Verilmiş  kreditlər  və  debitor  borcları,  maliyyə  hesabatlarının  digər  kateqoriyaları  üzrə 

təsnifləşdirilən  aktivlərdən  fərqli  olaraq  sabit  və  ya  müəyyən  edilən  ödənişli  və  fəal  bazara 

çıxarılmayan  qeyri-törəmə  aktivlərdir.  Bu  aktivlərə  vəsait  qoyularkən  məqsəd  dərhal  və  ya  qısa 

müddət  ərzində  onların  satılması  deyil  və  bu  aktivlər  nə  ticarət  məqsədləri  ilə  saxlanılan  maliyyə 

aktivlərinə,  nə  də  satılabilən  maliyyə  aktivləri  kateqoriyalarına  aid  edilmir.  Bu  tip  aktivlər  effektiv 

faiz metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. 

 

Kreditlərin  və  debitor  borcların  tanınmasına  xitam  verilməsi,  onların  dəyərində  ehtimal  edilən 



azalmalar  yaranması,  eləcə  də  onların  köhnəlməsi  nəticəsində  yaranan  mənfəət  və  zərərlər  müvafiq 

olaraq mənfəət və zərər hesablarında tanınır. 

 

Satılabilən investisiya qiymətli kağızları 



 

Satılabilən  investisiya  qiymətli  kağızları,  əvvəlcədən  bu  kateqoriyaya  aid  olunması  nəzərdə  tutulan 

və  ya  bundan  əvvəlki  kateqoriyaların  heç  birinə  aid  edilə  bilməyən  qeyri-törəmə  aktivlərdir.  İlkin 

tanınmadan sonra satılabilən investisiya qiymətli kağızları ədalətli dəyər əsasında ölçülür və yaranan 

mənfəət  və  zərərlər  digər  məcmu  gəlir  hesablarında  qeydə  alınır.  İnvestisiyanın  tanınmasına  xitam 

verildikdə  və  ya  onun  dəyərində  ehtimal  edilən  azalmalar  baş  verdikdə  əvvəllər  məcmu  gəlir 

hesablarında qeydə alınan mənfəət və gəlirlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. 

 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə