“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan Manatı ilə)
26
BMHS 7 “Maliyyə Alətləri: Açıqlamalar” standartına düzəlişlər (2010-cu ildə dərc edilmiş
BMHS təkimilləşdirilmələr layihəsi çərçivəsində) -
Bu standarta düzəlişlər kredit riskləri və
saxlanılan girovlarla bağlı tələb olunan açıqlamaların səviyyəsini təyin edir və daha əvvəllər
prolonqasiya olunmuş kreditlərlə bağlı tələb olunan məlumatların həcmini azaldır. Bu düzəlişlərin
tətbiq edilməsi tarixi 1 yanvar 2011-ci il tarixində və bundan sonra başlayan illik dövrlərdir.
Maliyyə Aktivlərinin Transfer edilməsi əməliyyatları üzrə tələb edilən açıqlamalar bu düzəlişlər
nəticəsində artırılır. Bu düzəlşlərin məqsədi maliyyə aktivlərinin ötürülməsi zamanı bu maliyyə
aktivləri ilə bağlı müəyyən risklərə məruz qalması davam etdiyi hallarda daha şəffaf məlumatın
çatdırılmasıdır. Düzəlişlər həmçinin maliyyə aktivlərinin transferinin bir neçə dövr ərzində qeyri
bərabər paylanması hallarında da açıqlamaların təqdim olunmasını tələb edir.
BMUS 1 “Maliyyə hesabatlarının təqdimatı” standartına düzəlişlər (2010-cu ildə BMHS-da
təkmilləşdirilmələr layhəsi çərçivəsində) - BMUS 1 olan düzəlişlər, digər məcmu gəlir
maddələrinə dair təhllilərin səhmdar kapitalında dəyişiklikər hesabatında və ya maliyyə hesabatları
üzrə qeydlər bölumundə təqdim olunmasında müəssisənin seçim hüququnun olmasına aydınlıq
gətirir. Bu düzəlişlərin tətbiq edilməsi tarixi 1 yanvar 2011-ci il tarixində və bundan sonra başlayan
illik dövrlərdir.
BMHS 9 “Maliyyə Alətləri” standartı 2009-cu ilin noyabr ayında dərc edilmiş və daha sonra
2010-cu ilin oktyabr ayında maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ölçülməsi və tanınmasına
xitam verilməsi ilə bağlı ona bəzi dəyişikliklər edilmişdir.
BMHS 9 tələb edir ki, BMUS 39 “Maliyyə alətləri: Tanınma və Ölçülmə” standartı
çərçivəsində tanınan bütün maliyyə aktivləri daha sonrakı dövrlərdə amortizasiya olunmuş
maya dəyərində və ya ədalətli dəyərdə ölçülür. Növbəti dövrlərdə amortizasiya olunmuş maya
dəyərində ölçülmə tələbi xüsusi olaraq biznes modelinə müvafiq olaraq əsas məqsədi müqavilə
üzrə pul vəsaitlərinin toplanılması olan və borc sazişi üzrə əsas borcun qalıq dəyəri üzrə əsas
borc və faizlərlə əlaqədar pul vəsaitlərinin ödənilməsini nəzərdə tutan borc investisiyalarına
aiddir. Bütün digər borc və kapital investisiyalarlı növbəti mühasibat dövrlərində onların
ədalətli dəyərinə müvafiq olaraq ölçülür;
BMHS 9 tərəfindən yaradılan ən əhəmiyyətli təsir, maliyyə öhdəliyinin (mənfəət və zərər
hesabları vasitəsilə ədalətli dəyərdə tanınması nəzərdə tutulan) ədalətli dəyərində bu öhdəliklər
üzrə kredit risklərində olan dəyişikliklərin nəticəsində maliyyə öhdəliklərinin təsnifləşdirilməsi
və ölçülməsində olan dəyişiklikləri və uçotunun aparılmasını əhatə edir. Xüsusilə, BMHS 9
tələblərinə görə, mənfəət və zərər hesabı vasitəsilə ədalətli dəyərdə tanınması nəzərdə tutulan
maliyyə öhdəlikləri üzrə kredit risklərinin dəyişməsi nəticəsində maliyyə öhdəliyinin ədalətli
dəyərində baş verən dəyişikliklər məcmu gəlir hesabatında təqdim edilir, lakin əgər kredit
risklərindəki dəyişikliklərin təsirinin bu şəkildə məcmu gəlir hesabatında təqdim olunması
mənfəət və zərər hesablarıında mühasibatın paralellik prinsipini pozursa və ya olan qeyri-
paralelliyi daha da artırırsa bu qayda tətbiq edilmir. Maliyyə öhdəliyinin kredit risklərindəki
dəyişiklikərin nəticəsində onların ədalətli dəyərində yaranan dəyişikliklər daha sonrakı
dövrlərdə mənfəət və zərər hesablarına təsnifləşdirilmir. Əvvəllər, BMUS 39 tələblərinə
müvafiq olaraq mənfəət və zərər hesabı vasitəsilə ədalətli dəyərdə tanınması nəzərdə tutulan
maliyyə öhdəliyinin ədalətli dəyərində baş verən bütün dəyişikliyin məbləği, birbaşa mənfəət
və zərər hesabatında uçota alınırdı. BMHS 9, 1 yanvar 2013-cü il tarixində və ondan sonra
başlayacaq illik dövrlər üçün məcburi şəkildə tətbiq olunacaq, lakin standartın daha öncə
könüllü tətbiq olunmasına icazə verilir.
“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan Manatı ilə)
27
BMUS 24 “Əlaqəli Tərəflərin Açıqlanması” (yenidən işlənilmişdir) - 2009-cu ilin noyabr ayında
buraxılmış yenidən baxılmış BMUS 24 hökumətə aidiyyatı olan müəssisələr üçün açıqlama
tələblərini sadələşdirir və əlaqəli tərəf təyinatını aydınlaşdırır. Əvvəllər hökumət tərəfindən nəzarət
edilən və ya əhəmiyyətli təsiri olan müəssisədən həmin hökumət tərəfindən nəzarət edilən və ya
əhəmiyyətli təsiri olan digər müəssisələrlə olan bütün əməliyyatlarının açıqlanması tələb olunurdu.
Yenidən baxılmış standart bu əməliyyatlar haqqında açıqlamaları o zaman tələb edir ki, onlar fərdi
və ya qrup şəklində əhəmiyyət kəsb etsin. Yenidən işlənilmiş BMUS 24, 1 yanvar 2011-ci il
tarixində və ondan sonra başlanan illik dövrlər üçün tətbiq edilir, lakin standartın daha öncə könüllü
tətbiq olunmasına icazə verilir.
BMUS 32 “Maliyyə İnstrumentləri: Təsnifləşdirmə” standartına düzəlişlər - Gələcəkdə
səhmlərin alınmasına hüquq yaradan qiymətli kağızların təsnifləşdirilməsi başlığı altında edilən
dəyişiklik xarici valyutada yerləşdirilən bu tip qiymətli kağızların kapital və ya maliyyə öhdəliyi
kateqoriyasına aid edilməsi mövzusuna toxunur. Hal hazırda Bank bu düzəlişlərin əhatə etdiyi
səhmlərin alınmaslna hüquq yaradan qiymətli kağızların yerləşdirilməsi ilə məşğul olmur, lakin
gələcək hesabat dövrlərində bu cür hallar baş verdikdə BMUS 32 tələblərinə görə uçotun aparılması
lazım olacaq. Yenidən işlənilmiş BMUS 32, 1 fevral 2010-cu il tarixində və ondan sonra başlanan
illik dövrlər üçün tətbiq edilir, lakin standartın daha öncə könüllü tətbiq olunmasına icazə verilir.
BMHŞK 19, maliyyə öhdəliyinin icra edilməsi üçün kapital alətlərinin yerləşdirilməsi əməliyyatının
uçota alınması məsələsinə aydınlıq gətirir. Hesabat tarixinədək Bank bu tip əməliyyatlar həyata
keçirməmişdir. Buna baxmayaraq, gələcəkdə Bank belə əməliyyatlar həyata keçirərsə, uçotun
aparılmasına BMHŞK 19 öz təsirini göstərəcək. Xüsusilə də BMHŞK 19 tələblərinə görə bənzər
sazişlər çərçivəsində yerləşdirilən kapital alətləri, ədalətli dəyərdə ölçüləcək və maliyyə öhdəliyinin
qalıq dəyəri ilə yerləşdirilən kapital alətinin ədalətli dəyəri arasında olan fərq mənfəət və zərər
hesablarında tanınacaq.