113
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2013
UOT:101.1
HÜQUQİ ŞÜURUN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI:
SOSİAL-FƏLSƏFİ TƏHLİL
H.Q.MƏMMƏDOV
*
, A.M.MƏMMƏDOVA
**
Bakı Dövlət Universiteti
ho2039@mail.ru
*
aygun.memmedova.1976@mail.ru
**
Məqalədə qədim çağlardan başlayaraq hüquqi şüurun təşəkkülü və inkişafı sosial-
fəlsəfi aspektdən tədqiq olunmuşdur. Cəmiyyət həyatında hüquqi şüurun rolu, bununla
əlaqədar olaraq bir sıra müəlliflərin fikir və mülahizələri sadalanır. Məqalədə hüquqi şüurun
mənəviyyatla bağlı xüsusiyyətlərinə də diqqət yetirilir, hüquqi şüurun formalaşmasına təsir
göstərən amillər araşdırılır.
Açar sözlər: hüquqi şüur, əxlaqi şüur, ictimai şüur, demokratiya, cəmiyyət
İctimai şüurun formalarından biri kimi hüquqi şüur qədim dövrlərdə
yaranmış və inkişaf etmişdir. Dövlətin yaranması, cəmiyyət həyatında hüququn
tənzimedici rolunun artması, onun müstəqil təsisat kimi ayrılmasına səbəb
olmuş və bu da hüquqi şüuru müstəqil fenomen kimi meydana gətirmişdir.
Bəzi tədqiqatçılar hüquqi şüurun qədim cəmiyyətlərdə yarandığını inkar
edirlər. Tədqiqatçı Q.S.Men göstərir ki, “ ... qədim vaxtlarda həqiqət və yalan
haqqında yeganə təsəvvür məhkəmə qərarları çıxarılan andan yaranırdı” (5, 7).
Müəllifin fikirincə, insanlar praktiki həyatda öz hərəkətlərinə qanunla deyil,
hökmdarların gündəlik həyat hadisələrinə görə tətbiq etdikləri tədbirlərə görə
nəzarət edirdilər.
Digər bir tədqiqatçı L.Levi-Bryul qeyd edir ki, antik cəmiyyətlərdə
adətlərə və dini ehkamlara əsaslanan sadə hüquq normaları mövcud olmuşdur
(3, 11). Qədimdə şah hakimiyyəti tərəfindən verilən əmrlər və sərəncamlar,
eləcə də məhkəmə qərarları bir qayda olaraq yazılmamış normalara, dini qay-
dalara, yaxud da adətlərə söykənirdi. Bununla da cəmiyyət üzvlərinə itaətkarlıq
təlqin edilirdi.
Qədim şərqdə hüquqi şüur xeyli dərəcədə dini təsəvvürlərlə, adətlərlə
bağlı olsa da, bütövlükdə o dövrün adamlarının hüquqi təfəkkürünün məhsulu
olmuşdur.
114
Tədqiqatçı P.Sorokun qeyd edirdi ki, yazılı hüquqi qanunlar tarix
səhnəsində geniş nəsillərin “donmuş” hüquqi şüurudur (11, 42).
Qədim Antik dövrdə huquqi şüurun inkişafında qədim yunan fəlsəfəsinin
böyük rolu olmuşdur. Qədim Yunanıstanda hüquq xüsusi bilik sahəsi kimi
öyrənilməsə də, etik və siyasi nəzəriyyələr və təbiət fəlsəfəsi mövqeyindən
təbii hüquq fəlsəfəsinin özülü qoyulmuşdur.
Yunan filosofu Platon təklif edirdi ki, qanunverici orqan qanunları elə
tərtib etməlidir ki, cinayətkara cevirə biləcəyi adamlarda belə əməllərə qarşı
nifrət hissi yaratsın, adamları bu əməllərdən cəkindirə bilsin (13, 57). Bu tələb
cinayət əməlinin əhalinin gözündə qəti pislənən əməl olmasını nəzərdə tutur.
Başqa sözlə, kriminal əməl obrazının əhalinin şüuruna həkk olunmuş və ona
qəti mənfi münasibət bəslənməsi zəruri şərt kimi irəli sürülür.
Antik dövrdə sosial tənzimetmə vasitəsi kimi meydana gələn hüquqi şüur
özündən öncə yaranan hüquqi şüurla bağlı olmuşdur. Lakin bu dövrdə hüquqa
insan təfəkkürünün fenomeni kimi deyil, təbii “zəkanın” dəyəri kimi baxırdılar.
Buna görə də dini və etik şüur hüquqi şüurla müqayisədə axırıncı mövqeyə
malik olmuşdur.
Afinada cinayətlərə görə təyin edilən cəzaların ağırlığı cinayətin hansı
mərhələdə olmasından, habelə iştirakçılıqla törədilən cinayətlərdə isə şəxsin
iştirak dərəcəsindən asılı idi. Cinayətlərə görə tətbiq edilən cəzalar əzab və
işgəncə məqsədi güdmürdü. Qeyd edilənlər qədim Afinada hüquqi şüurun
inkişaf etdiyini və mühüm tənzimedici amilə çevrildiyini göstərir. Afinanın
demokratik həyatı, bu dövrdə maarifçilik ideyalarının, fəlsəfi təfəkkürün
inkişafı hüquqi qanunların cəmiyyətin həyatındakı rolu haqqında təsəvvürləri
dərinləşdirmiş, hüquqi şüurun inkişafına böyük təkan vermişdir.
İki sistem – Romanın hüquq sistemi ilə yeni yaranmaqda olan hüquq
sistemi qaynayıb qarışırdı. İdraka, hüquqi şüura söykənən hüquq yaradıcılığı
ön plana çıxır, başqa sözlə-əgər köhnə qanunvericilik əsasən dini təfəkkürə,
adətlərə əsaslanırdısa, yeni qanunlar daha çox rasional dünyagörüşünə, təbii
hüquqi təlimə söykənirdi. Qanunların icrası dini sanksiyalarla deyil, dövlətin
məcburi tədbirləri ilə təmin edilirdi. Ancaq Roma vətəndaşlarının hüquqlarının
qorunmasını təmin edən və dini təfəkkürlə məhdudlaşan köhnə hüquq öz yerini
getdikcə bütün imperiya ərazisində vahid qanuna çevrilən hüquq sisteminə
verir və bu hüquq sistemi şüurlara hakim kəsilir, tədricən peşəkar hüquq-
şünaslar dəstəsi yaranırdı. Əhalinin təfəkküründə pozitiv hüquqi şüur daha da
dərinləşirdi. Göründüyü kimi, zərərli əməllərlə mübarizədə daxili stimullar-
düşüncənin və zəkanın roluna əhəmiyyət verilmirdi.
Təsadüfi deyil ki, Qədim Romada qanunlar təbliğ edilmiş və vətəndaşlar
məlumatlandırılmışdır. Hələ vaxtilə M.T.Siseronun verdiyi məlumata görə
Qədim Romada hər bir vətəndaş lap uşaqlıq illərindən qanunları əzbər öyrən-
məli idilər (9, 295). Beləliklə, qeyd etmək olar ki, ölkə vətəndaşlarının hüquqi
düşüncəsi Romada qanunlara riayət edilməsinin vacib təminatlarından
olmuşdur.
115
Yeni hüquq yaradıcılığında obyektivizm özünün köhnə mənasını itirir və
yeni fəlsəfi məna kəsb edirdi. Fəlsəfi mənada təbii hüquq zamanın tələbinə
uyğun fenomen kimi təbii zəkaya istinad edir. Maraqlıdır ki, Roma
hüquqşünasları yeni hüquqi yaradıcılıqda induktiv metodlardan istifadə edərək
həyatı, insanların məişətini öyrənməklə bu əsasda, praktiki məqsədəuyğunluğu
nəzərə alırdılar. Əslində ədalət prinsipi – faktiki dəyişən sosial şəraitin inikası
və buna uygun əqli fəaliyyətə əsaslanan hüquq yaradıcılığından başqa bir şey
deyildi. Bu səbəbdən də ədalətlilik prinsipinə hüquq yaradıcılığının təbii
mənbəyi kimi baxılırdı (7, 44).
Yuxarıda qeyd olunanlar Romada respublika dövründə və sonralar
imperiyanın ilk dövrlərində hüquqi şüurun kifayət qədər formalaşdığı haqqında
fikir söyləməyə əsas verir.
Bütün şübhələrdən azad olan demokratik cəmiyyətdə dini təfəkkür güclü
olduğundan hüquqi şüur heç bir tənqid və müzakirəni qəbul etmirdi.
Qədim çağlarda mövcud olan hüquqi şüur özündən öncə gələn hüquqi
praktikanın təsiri altında formalaşmışdır. Bu qanunların yaranmasına qədər
cəmiyyətdə əmlak bərabərsizliyi bərqərar olmuş və insanlarının şüuruna hakim
kəsilmişdir.
Zaman keçdikcə hüquq və hüquqi şüur tədricən mistik hisslərdən və
ideyalardan azad olumuş, hüququn sosial tənzimləmə kimi oynadığı rol dərk
edilmişdir. Qədim Afinadakı respublika quruluşu, onun demokratik həyat
şəraiti vətəndaşlarin hüquq yaradıcılığında və dövlət idarəciliyində bilavasitə
iştirakını təmin etmişdir ki, bu da respublika dövründə Afinada hüquqi şüurun
inkişafına təkan vermişdir.
Orta əsrlərdən hüquqi şüur dini təlimlərin güclü təsiri altında inkişaf
etmişdir. Bu dövrdə ilahi, əbədi və bəşəri qanunlar hökm sürürdü. Bəşəri
qanunlar pozitiv hüquq hesab edilirdi. Pozitiv hüquq insani və vətəndaş
hüquqlarına ayrılırdı. Orta əsrlərdə yeni dövrə keçid teoloji dünyagörüşün
hüquqi dünyagörüşlə əvəz olunmasına səbəb oldu. Bu dünyagörüşlər arasında
tarixi varislik olsa da onlar bir-birinin əksini təşkil edirdi. Yeni dövrdə teoloji
dünyagörüşü dünyəvi xarakter olmağa, ilahi hüququ insan hüquqları əvəz
etməyə, cəmiyyətdə hüquq və hüquqi şüur mühüm yer tutmağa başladı.
XVI-XVII əsrlərdə nəzəri-siyasi və hüquqi nəzəriyyələr əsasında forma-
laşan erkən burjua hüquqi şüuru formalaşdı. Bu şüur İslahatlar dövründə Ro-
ma-katolik kilsəsilə teoloji mübahisələr fonunda yaranmağa başladı. Erkən bur-
jua hüquqi şüurunda teoloji və fəlsəfi-hüquqi cəhətlər vəhdət təşkil edirdi. Yeni
dövrün tədqiqatçıları Spinoza, Hobbs və Lokkun əsərlərində teoloji dünya-
görüşü inkar edilirdisə, ancaq ateizm deyil, antiavtoritar azad fikirlilik ideyaları
irəli sürülürdü. Hüququn və hüquqi şüurun yeni Avropa anlamı orta əsrlərin
hüquqi təsəvvürlərindən köklü surətdə fərqlənirdi. “Birinci halda hüquq və
hüquqi şüurun anlayışlarının əsas cəhətləri hüququn mücərrəd rasionalist, yəni
onun ən ümumiliyi (hər bir fərdə, şəxsiyyətə və vətəndaşa bərabər və eyni şə-
kildə aid olması), eləcə də imperativliyi (məcburiliyi) haqqında təsəvvürlərdir.
116
Burada XVII-XVIII əsrlərdə hakimiyyətin əsaslarının və hüququn normativ-
liyinin sonrakı anlamları aparıcı mövqe qazanırdı. Nəzəri axtarışların mənbəyi-
suveren hökmdarın iradəsi, suveren xalq və mənəviyyatca müstəqil şəxsiy-
yətdir” (12, 227-228).
Bu dövrdə hüquqi şüur dini-teoloji mahiyyətdən uzaqlaşır hüquqi
dövlətdə, intellektual və mənəvi avtonom şəxsiyyətin sosial yönümündə və
şüurunda əsas yer tutur.
XVII əsrdə Hobbs təbii hüquq, təbii azadlıqlar və təbii vəziyyətlər ideya-
larını irəli sürdü. O, hüquqi tələbatın dərk olumması kimi anlaşılan hüquqi
şüuru həqiqi zəka hesab edir. Hüquqi şüuru Hobbs insanın öz maraqlarının ba-
şa düşülməsi kimi səciyyələndirir. C.Lokk hüququn normativliyini funksional
məqsədli təhlil edərək hüquqi şüuru vətəndaş cəmiyyətinin əsas əlaməti kimi
təqdim edir.
Monteskyönün sosial- hüquqi modernləşmə nəzəriyyəsi liberal-islahatçı
istiqaməti ilə fərqlənirdi. Ş.Monteskyö qanunvericiliyin xalqın ruhuna uyğun
gəlməsi tələbini irəli sürürdü. O qeyd edirdi ki, qanun hazırlanarkən və ve-
rilərkən xalqın idrak səviyyəsi onu qəbul etməyə hazır olmalıdır. Başqa sözlə,
Monteskyö qanununun hazırlanmasında və qəbulunda xalqın şüur səviyyəsinin
(hüquqi düşüncəsinin) nəzərə alınmasını tövsiyə edirdi (6, 150).
Ş.Russo hakimiyyətin inkar olunmasını “təbii hüquq” kimi qəbul edirdi.
O, vətəndaş cəmiyyətinin qaydalarının normativ əsasını hüquqda və hüquqi
şüurda görürdü. Hüququ despotik hakimiyyətin əksi hesab edən Russo onu
insanın ideal normativliyi kimi təqdim edirdi. Maarifçi mütəfəkkir göstərirdi
ki, “qul olmaq” öz azadlığından imtina etmək deməkdir və o təbii hüquqa
ziddir. Russoda hüquq, hüquqi şüur, mənəvi azadlıq vəhdət təşkil edir. Klassik
alman filosofu İ.Kant təbii hüquq, anadangəlmə hüquq və hüquqi dövlət
anlayışlarının mahiyyətini açmış, onların hüquqi şüurla qarşılıqlı münasibət-
lərini təhlil etmişdir. Alman filosofu təbii hüququ özəl və vətəndaş hüquqlarına
ayıraraq onu təbii və ictimai hüquqa ayıran ənənəvi bölgüdən imtina etmişdir.
Hegel özünün hüquqi, siyasi və sosial-fəlsəfi fikir tarixində xüsusi yer
tutan məşhur “Hüququn fəlsəfəsi” əsərində göstərir ki, hüquq və hüquqi şüur
anlayışları aşağıdakı əhəmiyyətə malikdir: 1) hüquq azadlıq kimi (hüquq
ideyası); 2) hüquq azadlığın forma və müəyyən pilləsi kimi (xüsusi hüquq); 3)
hüquq qanun (pozitiv hüquq) kimi (2, 15).
Hegelin obyektiv ruh anlayışının bütün inkişafı azadlıq ideyası və azad
iradə məfhumları ilə müəyyənləşir. Xüsusi hüquq müxtəlif pillələrdə şəxsiyyət,
vicdan hissi ailə, cəmiyyət və dövlətdə özünü göstərir. Pozitiv hüquq xüsusi
hüququn təzahür formalarından biri kimi çıxış edir.
Ümumiyyətlə, hüquqi şüurun təşəkkülü və inkişafının sosial-fəlsəfi təhlili
bir sıra əsərlərdə öz əksini tapmışdır. Hüquqi şüur haqqında təlimin konkret
hüquq sahələrinin spesifik istiqamətləri üzrə yaradılması, belə biliklərin qanun
yaradıcılığı, hüququn qorunması və hüquqi tənzimləmə sahələrində tətbiqini
praktiki olaraq daha səmərəli olur. Hüquq sahələri üzrə hüquqi şüurun
117
öyrənilməsi, ilk növbədə konkret hüquq sahələrinin ayrıca fenomen kimi özünü
büruzə verməsindən, ictimai və fərdi şüurda onun müstəqil inikas edilmə-
sindən, ayrılmasından asılıdır.
Müasir dövrdə hüquqi şüurun öyrənilməsi ilə bağlı aparılan bir sıra
tədqiqatlar da belə mülahizələrin doğruluğunu təsdiq edir. Belə ki, əhali başqa
hüquq sahələri ilə müqayisədə cinayət hüququ ilə və cinayət əməlləri ilə bağlı
aydın təsəvvürə malikdir (1, 34).
Hüquqi şüur bir sıra ünsürlərdən təşkil olunmuşdur ki, bunlar əqli,
qiymətləndirici və iradəvi ünsürlərdir.
Hüquqi şüurun köməyilə insanların ictimai həyatda davranışına, hüquq-
mühafizə orqanlarının fəaliyyətinə qiymət verilir.
Hüquqi şüur mənəviyyatla sıx əlaqədə inkişaf edir. Bu da təbiidir.
İnsanların sosial fəaliyyətinə, onların davranışına, eləcə də hüquqi fəaliyyətinə
həmişə mənəviyyat nöqteyi-nəzərindən qiymət verilir. Buna görə də ictimai
həyatda insanların hüquqi ideyaları və baxışları eyni zamanda onların mənəvi
baxışlarını, təsəvvürlərini ifadə edir. Başqa sözlə, hüquqi düşüncənin istiqaməti
zəminində qanunla cinayət kimi müəyyən edilən hər bir əməl eyni zamanda
mənəvi cəhətdən də pislənilir. Mənəvi prinsiplərin cinayət hüquqi baxışlarda
ifadə olunması həm də cinayət hüquqi şüurla mənəvi şüurun birləşməsi, eyni
məna kəsb etməsi demək deyildir. Onlar həm inikas predmetinə, həm də
spesifik inikas formasına görə bir-birindən fərqlənirlər.
Mənəviyyat insanların ictimai həyatda bütün iradi davranışını dəyər-
ləndirir, hüquqi şüur isə ancaq qanunlar qorunan icitmai münasibətlər sahə-
sində insanların əməlinə qiymət verir.
Mənəviyyat cəmiyyətdə qənimətçiliyi, müftəxorluğu, şərəf və ləyaqətə
ziyan yetirən hər cür əməli pisləyir. Hüquqi şüur isə tamah və qənimətçilik
meylləri ilə törədilən, sosial təhlükəli olan, eləcə də şərəf və ya ləyaqətə qəsd
edən əməlləri kriminal əməl hesab edir.
Hüquqi şüur insanların davranışını qiymətləndirərkən “təqsir”, “qəsd”,
“ehtiyatsızlıq”, “cinayət” və b. bu kiimi kateqoriyalara istinad etdiyi halda, əx-
laqi-mənəvi şüur davranışı və digər hüquqi faktları “xeyir”, “şər”, “borc”, “şə-
rəf” və s. bu kimi kateqiriyaların köməyi ilə qiymətləndirir. Hüquqi şüur cina-
yət sayılan əməllərin dairəsini qanuna daxil edir. Hüquqi şüura əsasən təkcə
törədilməsi qadağan edilən əməllər qanunda sadalanmır, həm də hüquqi şüurun
“qanunçuluq ” kateqoriyasının tələbləri baxımından belə qadağan edilən
əməlləri nəzərdə tutan cinayət tədbirləri müəyyən edilir. Mənəviyyat isə insan
davranışının ümumi prinsiplərini formalaşdırır. Belə prinsiplərin təmin olun-
ması dövlətin məcburiyyət qüvvəsinə söykənmir. Hüquqi şüur ictimai şüurun
forması kimi, mürəkkəb struktura malikdir. Hüquqi şüur hüquqi hadisələr
haqqında insanların, kollektivin, bütövlükdə cəmiyyətin baxışları, ideyaları,
bilikləri və hisslərinin məcmusudur.
Hüquqi şüurun quruluşu ictimai qanuna uyğunluğu ilə müəyyən edilir. O,
cəmiyyətin strukturunu və ictimai praktikanın müxtəlif sahələrində hüquqi
118
hadisələrin dərk olunması xüsusiyyətlərini əks etdirir. Hüquqi şüur cəmiyyətin
məhsuludur və nə qədər insanlar yaşayır cəmiyyətin məhsulu olaraq da qala-
caqdır. Hüquqi şüur anadanğəlmə deyil, insanla bir vaxtda yaranmışdır.Həyatın
müxtəlif halları, insanın keçdiyi həyat yolunun xüsusiyyətlərinin təsiri ilə,
ictimai hüquqi düşüncənin şüurda fərdiləşdirilməsilə ictimai hüquqi şüurun
məzmunu hər hansı bir şəxsin fərdi hüquqi şüuruna çevrilir. Hər bir şəxs fərdi
həyatda ictimai münasibətlərin iştirakçısıdır. Onun hüquqi baxışları ictimai
praktikanın təsiri altında formalaşır.
Sovet dövründə hüquqi şüurla bağlı yazılan tədqiqat əsərlərinin hamı-
sında hüquqi şüurun quruluşu məsələsindən bəhs edərkən onun fərdlərin,
siniflərin, sosial qrupların, cəmiyyətin hüquqi şüurundan ibarət olduğu qeyd
edilir. Həm də qeyd edilən struktur daxilində sinfin hüquqi şüurunun aparıcı
əhəmiyyəti göstərilir (14, 25).
Əhalini hüquqi cəhətdən geniş miqyasda maarifləndirmədən, onlara
yetkin hüquqi mədəniyyəti formalaşdırmadan, cəmiyyət üzvlərini özlərinin qa-
nuni hüquq və mənafelərinin, qanunculuğun gözlənilməsinin fəal müda-
fiəçisinə çevirmək, ümumiyyətlə hüquqi dövlət qurmaq reallıqdan uzaq olardı.
İctimi-hüquqi şüur kütləvi şüur kimi real qüvvə olub, insanları fəaliyyətə
sövq edir, tarixi prosesə öz təsirini göstərir. O, insanların həyatının mənəvi -
hüquqi sahəsini yaradır.
Keçmişdə inikas edilən hüquqi hadisələrin beyində yaranan obrazları –
hüquqi şüurun təsəvvür komponentini yaradır. Hüquqi təsəvvür bilavasitə
duyğuların təsiri altında olmasa da, keçmişdə qavranılan hüquqi hadisələrin
obrazı ilə bağlı olur.
Varlığın hüquq yaradıcılığı ilə bağlı dərk olunması zamanı dəyərləndirmə
normativ xarakter daşıyır. Hüquqi şüur təfəkkürün normativ üsulunu nəzərdə
tutur. Subyektiv hüquq və vəzifələr baxımından varlığa və insanların
davranışına normatıv münasibət və qiymətləndirmə hüquqi şüurun mühüm
xüsusiyyətlərini təşkil edir. Buna görə də elmi ədəbiyyatda problemin tətqiqi
ilə məşğul olan əksər müəlliflər hüquqi şüurun normativ xarakterə malik
olmasını qeyd edirlər (8, 20).
Əgər hüquqi şüur ancaq reallığı, insanların praktiki fəaliyyətini əks
etdirmiş olardısa, onda hüquqi şüur sadəcə insanların “davranışının” bir növ
surəti olardı. Belə vəziyyətdə o, insanların davranışına təsir edə bilməzdi.
İctimai varlıqla hüquqi şüur arasında bir sıra həlqələr vardır ki, bunlardan
biri də “hüquqi həyatdır”. Məhz hüquqi həyat – hüquqi şüurda inikas olun-
maqla onun spesifikasını və məzmununu müəyyən edir. Hüquqi şüur tarixən
inkişaf edən və dəyişən “ hüquqi varlığın” dərk edilməsidir.
Hüquqi şüur öncə “hüquqi varlığın” təsiri altında yarandığından o, öz
məzmununa görə normativ xarakterlidir. Buna görə də, hüququn normativ xa-
rakteri ilə hüquqi şüurun normativ xarakterini bir - birinə qarşı qoymaq olmaz.
Hüquqi şüur elmi hüquqi şüur səviyyəsi ilə yanaşı, həm də o, adi, empirik
hüquqi şüurda öz əksini tapır.
119
Beləliklə, qədim dövrlərdə dövlətin və hüququn yaranması ilə ictimai
şüurun bütün formaları ilə sinkretik, vəhdət halında meydana gələn hüquqi şüur
zaman keçdikcə spesifik cəhətlərilə fərqlənən müstəqil bir fenomenə çev-
rilmişdir. Hüquqi şüur tarixi inkişaf mərhələlərini keçərək dini-teoloji
mahiyyətdən uzaqlaşmış, cəmiyyətdə xüsusi yer tutan bir amil kimi normativ
xarakterilə ictimai-hüquqi həyatın ayrılmaz tərkib hissəsi olan insanların
davranışlarına və şüurlarına təsir etmişdir.
ƏDƏBİYYAT
1.
Бура Н.А. Функции общественного правосознания. Киев: Наук Думка 1986, 85 с.
2.
Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990, 330 с.
3.
Карпец И.И. Уголовное право и этика. М.: Юридическая литература, 1985, 256 с.
4.
Леви-Брюль. Л. Первобытное мышление. М.: Атеист, 1930, 337 с
5.
Мэнь Г.С.Древнее право, его связь с древней историей общества и его отношение к
новейшим идеям. Санкт-Петербург: изд.во Д.Е.Кожанина,1873, 312 с.
6.
Монтескье Д. Дух законов. Санк-Петербург: изд.во Д.Е.Кожанина, 1839, 221 с
7.
Мурамцев С. Образование права по учениям немецкой юриспруденции. М., 1886,
321 с
8.
Остроумов Г.С. Правовое сознание действительности. М.: Наука, 1964, 170 с.
9.
Редкин П.Г. По истории философии права в связи с историей философии вообще.
Том 7. Санкт-Петербург: Типография М.М. Стюкевича, 1891, 570 с.
10.
Səməndərov F.Y. Hüquqi şüur və cinayət hüquq yaradıcılığı. Bakı: Qanun,1996, 280 s
11.
Сорокин П. Человек. Цивилизация. Общество. М.: Политиздат, 1992, 542 c
12.
Чанышев А.А. История политических учении. Классическая западная традиция
(античность - первая четверть XIX вв). М.: МТИМО, 2001, 470 с.
13.
Чибинский М.П. Курс уголовной политики. С-Петербург: 1912,321 c.
14.
Шегорцов В.А. Социология правосознания. М.: Мысль, 1981,174 с.
15.
Шегорцов В.А. Правосознание как объект социологического исследование. М.:
Мысль, 1976, 121 c
СТАНОВЛЕНИЕ И РАЗВИТИЕ ПРАВОВОГО СОЗНАНИЯ:
СОЦИАЛЬНО-ФИЛОСОФСКИЙ АНАЛИЗ
А.М.МАМЕДОВА
РЕЗЮМЕ
В статье, начиная с античного времени, изучены основные свойства и особен-
ности правового сознания. Была отмечена роль правового сознания в жизни общества. В
связи с этим были перечислены мнения и мысли различных авторов. Было уделено
внимание на особенности правового сознания. Анализируются факторы, которые
повлияли на формирование правового сознания.
Ключевые слова: правовое сознание, моральное сознание, общественное
сознание, демократия, общество
120
FORMATION AND DEVELOPMENT OF LEGAL CONSCIOUSNESS:
SOCIAL-PHILOSOPHICAL ANALYSIS
A.M.MAMMADOVA
SUMMARY
The article studies formation and development of legal cosciousness from socio-
philosophical aspect. The role of the legal consciousness is marked in the life of the society.
Thoughts and considerations of a few of authors regarding the issue are illustrated. Special
attention is paid to the features of legal consciousness. Factors influencing to the formation of
the legal consciousness are analysed.
Key words: legal consciousness, moral consciousness, social consciousness,
democracy, society
Dostları ilə paylaş: |