Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə8/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   4   5   6   7   8   9   10   11   ...   179

Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

19 


 

ӘDӘBİYYAT 

 

1.



 

Azərbaycan ədəbiyyatı tarixi. 4 cilddə, II cild. Bakı, Elm, 2007 

2.

 

Bünyadov  Z.  Azərbaycan  VII-IX  əsrlərdə.  Bakı,  Azərbaycan  Dövlət 



Nəşriyyatı, 1989 

3.  Әhmədov  R.  Sami  və  türk  dillərində  bəzi  leksik  paralellər.  -  Azərbaycan 

filologiyası məsələləri. Bakı, Elm nəşriyyatı, 1983  

4. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, , Elm,  2012 

5.  Kaşğari  Mahmud.  Divanü  lüğat-it-Türk.  4  cilddə,  I  cild.  Tərcümə  edən  və 

nəşrə hazırlayan Ramiz Әskər. Bakı, Ozan, 2006 

6. Mahmudov M. VI əsr ərəb şeirində işlənmiş bir Azərbaycan sözü haqqında. - 

Azərbaycan filologiyası məsələləri. Bakı, Elm nəşriyyatı, 1983  

7.  Məmmədəliyev  V.  Quranda  ümumtürk  mənşəli  sözlər.  –  Azərbaycan 

filologiyası məsələləri. Bakı, Elm nəşriyyatı, 1983  

8. Məmmədəliyev V. Әrəb dilçiliyi. Bakı, Maarif nəşriyyatı, 1985 

9.  Məmmədliyev  V.  Ön  söz.  Qurani-Kərim.  Әrəb  dilindən  tərcümə  edənlər: 

Ziya Bünyadov və Vasim Məmmədəliyev. Bakı, Azərnəşr, 1991 

 10.  Nağıyev  M.  Quranın  qədim  tərcümələri  haqqında.  “Elmvə  həyat”  jurnalı, 

1992. ¹1-3.  

11. Халидов А. Б. Арабский язык. – Очерки истории арабской культуры V-

XV вв. Москва, Наука, 1982 

 

 



 


Salman Süleymanov 

20 


 

XÜLASӘ 

 

Məqalədə  göstərilir  ki,  ərəblər  xilafət  ərazisində  digər  xalqlarla  ədəbi-mədəni-

elmi-dini  əlaqələr  qurduqları  kimi,  türk  xalqları,  o  cümlədən,  Azərbaycan  xalqı  ilə 

də  əlaqələr  qurmuşlar.  Azərbaycanlı  alimlər  də  ərəb  mədəniyyətinin  inkişafında 

yaxından  iştirak  etmiş,  bu  mədəniyyətin  zənginləşməsində  xüsusi  xidmətlər 

göstərmişlər.  Lakin,  bu  əlaqələr  birtərəfli  olmamış,  Azərbaycan,  o  cümlədən,  türk 

dilləri də bu əlaqələrin nəticəsində ərəb dilinə təsir etmiş və hətta türkmənşəli sözlər 

müqəddəs Qurani-Kərimdə də öz əksini tapmışdır.  

 

SUMMARY 

 

The article shows that arabs established literary, cultural, scientific and religious 



relations  also  with  Azerbaijan  nation  like  the  other  nations  in  the  territory  of 

caliphate. Azerbaijani scientists took an active part in the development of the arabic 

culture  too  and  served  this  culture  to  become  richer.  But  these  relations  were  not 

unilateral. The Azerbaijani and turkish languages influenced the arabic language and 

even in Sacred Koran one can find the words of turkish origin now.  

 

РЕЗЮМЕ 

 

В  статье  автор  попытался  дать  полное  представление  о  литературно-



культурно-научно-религиозных  отношениях  арабов  с  различными  народами, 

проживающими  на  территории  халифата,  в  том  числе  и  с  азербайджанским 

народом.  Однако  эти  связи  не  были  односторонними.  В  приведенных  фактах 

видно,  что  азербайджанские  ученые  принимали  активное  участие  в  развитие 

арабской  культуры  и  ее  обогощению.  Азербайджанский  язык,  в  том  числе 

тюркские языки в результате этих отношений имели определенное влияние на 

арабский  язык,  так  в  языке  священного  Корана  встречаются  туркменские 

слова.  


 

 



Türk təsəvvüf ədəbiyyatının əsas xüsusiyyətləri 

21 


 

 

TÜRK TӘSӘVVÜF ӘDӘBİYYATININ ӘSAS XÜSUSİYYӘTLӘRİ 



 

Nigar İsmayılzadə 

Bakı Dövlət Universiteti, dosent 

 

 

Açar sözlər: təsəvvüf, təsəvvüf ədəbiyyatı, təsəvvüf şeiri 

Key words: sufism, sufi literature, sufi poetry 

Ключевые слова: суфизм, суфийская литература, суфийская поэзия  

 

Təsəvvüf  ilahi  sirr,  təcəlla  və  iradənin  hikmətlərini  bilməkdir,  ariflikdir. 



Təsəvvüf İslam dininin meydana gəlməsindən çox sonra meydana gəlmiş, təriqət və 

təkkələr vasitəsilə yayılmış, İslam dünyasında təsəvvüf düşüncəsini daha da inkişaf 

etdirmişdir.  Təsəvvüfə  görə  varlığın  əsli  tək  yaradan  olan  Allahdır  və  digər  bütün 

varlıqlar Onun əksidir (3, 13).  

Təsəvvüf  vasitəsilə  insan  kainat,  Quran  və  sünnədəki  ilahi  sirləri  anlaya  bilir. 

Eyni  zamanda  təsəvvüf  uca  Allaha  yönəlməkdir,  insanın  öz  varlığını  Haqqın 

varlığında  yox  etməkdir.  Təsəvvüfün  mövzusu  bir  dərya  kimi  geniş  və  dərindir. 

Çünki o, insanın nəfsi və ruhu ilə bağlı olan bütün məsələlərlə bağlıdır.  

Təsəvvüf mənəvi hiss, fikir və həyəcanları müəyyən bir üslub və ədəb daxilində 

sətirlərə, misralara, yəni sözə də çevirmişdir, ədəbiyyatı daha da zənginləşdirmişdir. 

Təsəvvüfi dərinlik və məzmun ədəbiyyata kamillik bəxş etmişdir.  

Türk təsəvvüf ədəbiyyatının əsas qaynağı təsəvvüfi düşüncədir. İnsanın nəfsini 

tərbiyə etməsi, ilahi eşqdən nəsibini alması və vüsala çatması, eyni zamanda dünya-

nın faniliyi, gözəl əxlaq kimi düşüncələr təsəvvüf ədəbiyyatının əsas mövzusudur.  

Türk təsəvvüf düşüncəsinin qayəsi təsəvvüflə bağlı düşüncələri xalqa yaymaq, 

yaşadığı  mənəvi  zövqü  insanlara  izah  etmək,  xalqı  doğru  yola  yönəltməkdir. 

Mütəsəvvüf  şairlər  təsəvvüfdə  böyük  əhəmiyyətə  malik  olan  vəhdət-i  vücud 

anlayışına əsaslanaraq əsərlərini yaratmışlar. Bu, mütəsəvvüflərin yaşadıqları hissin 

ədəbiyyatda  təcəssümüdür.  Mütəsəvvüf  şairlər  ədəbiyyatı  İlahinin  təcəllisi  olaraq 

qəbul edərək özünəməxsus tərz inkişaf etdirmişlər.  

Təsəvvüfi düşüncə kainatın və Allahın həqiqətini qəlbən kəşf edib ruhən idrak 

etməyə  əsaslanır.  Bunun  üçün  də  insanlar  nəfslərini  tərbiyə  etməlidirlər.  Kamil 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə