Baki biznes universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: İXTİsas: kafedra: kurs


İnsan resurslarının idarə edilməsinin mahiyyəti



Yüklə 397,91 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü397,91 Kb.
#82282
1   2   3   4
Insan resursları

1.1 İnsan resurslarının idarə edilməsinin mahiyyəti

İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin) malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Onun tərkibində ən mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zeyni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar və onların istedadı ölkənin ən qiymətli resursudur. Buna görə də hər bir ölkədə və regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir; üçüncüsü, insanların peşəkar olmsı üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu kapital sərfini tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə əldə edilir. İnsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici ölkələrin müəssisələrinin təcrübəsinin ümimiləşdirilməsi insan resurslarının idarə edilməısinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin (müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu əmək resurslarının daha səmərəli formalaşmasına, inkişafına və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki, ölkənin (müəssisənin, idarə və təşkilatların və s.) hər bir əmək qabiliyyətli adamının iş qabiliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində bütünlükdə ölkənin (müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu iş qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına müsbət təsir göstərəcəkdir. İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin bütün aspektlərini əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir. Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi, dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin (müəssisənin, idarə və təşkilatların və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və xarakterindən asılıdır. İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası ilə əlaqələndirir. Buna görə də, innovasiya xarakteri daşıyır və son məqsəd kimi ölkənin ( müəssisənin, idarənin, təşkilatın, şirkətin və s.) iqtisadi nəticələrinin yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. Buna görə də hər hansı idarəetmə məsələsi həll edilərkən insan aspekti, yəni adamların imkanı və kadrlara təsir nəaərə alınmalıdır.

1.2 İnsan resurslarının idarə edilməsinin məzmunu



İqtisadi ədəbiyyatlarda “İnsan resursları” termini, müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etməli olduğu resurslardan biri kimi insanı əhatə edir. İnsan istehsal və xidmət proseslərinin ayrılmaz bir hissəsidir. İnsan resursları termini təşkilatın daxilindən və ya xaricindən potensial cəlb oluna biləcək bütün işçi heyətini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir. İnsan resurslarının idarə edilməsi işçi-işəgötürən arasındakı sosialiqtisadi münasibətləri, təşkilati-texniki, psixo-fizioloji, sosial hadisələri sistemli, kompleks şəkildə öyrənmək üçün digər elmlərin nailiyyətlərinə istinad edir. Həmin hadisələr bu və ya digər formada əmək situasiyasına və ondan asılı olaraq əmək davranışlarına təsir göstərir. Biznesdə иnsan resurslarının idarə edilməsi birinci növbədə əməyin iqtisadiyyatı ilə üzvi şəkildə bağlıdır. Məsələn, əməyin iqtisadiyyatı, əhalinin həyat səviyyəsi, maddi stimullaşdırma, işçi qüvvəsi axını, işçilərin peşə-ixtisas hazırlığı, əmək bölgüsü və əmək kooperasiyası və digər məsələləri tədqiq edir. Göründüyü kimi, əsas problemlər istər əməyin iqtisadiyyatı və istərsə də insan resurslarının idarə edilməsi üçün eynidir, fərq əsasən bu problemlərin ayrı-ayrı aspektlər baxımından öyrənilməsidir. Məsələn, əməyin iqtisadiyyatı əhalinin həyat səviyyəsini makro səviyyədə öyrəndiyi halda, biznesdə insan resurslarının idarə edilməsi fərqli biznes subyektlərinə işə qəbul ediləcək şəxslərin spesifik xüsusiyyələrini analitik metodlarla təhlil edərək onların kollektivə uygunlaşdırılması, düzgün yerləşdirilməsi və yüksək səriştə nümayiş etdirə bilmələri üçün xüsusi meyarları öyrənir. Biznesdə insan resurslarının idarə edilməsi əməyin elmi təşkili ilə bağlıdır. İnsan resurslarının idarə edilməsi əməyin elmi təşkili üzrə tədbirlərin biznes subyektinin xarakterik xüsusiyyətlərinə uygunlaşdırılmasında mühüm rol oynayır. İnsan resurslarının idarə edilməsi əməyin psixologiyası ilə birbaşa bağlıdır. Məlumdur ki, psixologiya beyinin funksiyası olub, obyektiv gerçəkliyin beyində təzahüründən ibarət olmaqla, idrak hadisələrindən bəhs edən bir elmdir. İstehsal və xidmət zamanı əmək prosesləri özünün psixoloji əsaslarına da malik olur. Bu psixoloji proseslər eyni zamanda əmək kollektivlərində psixoloji iqlimin formalaşmasında əhəmiyyətli rola malikdir. İnsan resurslarının idarə edilməsi əməyin normalaşdırılması ilə də əlaqədardır. Məlumdur ki, əmək normalarının keyfiyyət və gərginlik səviyyəsi əməyin intensivliyi, əməkhaqqının təşkili ilə bilavasitə bağlıdır. Ona görə də ayrıayrı proseslər və işlər üçün lazım olan əmək normalarının biznesin strateji baxışına uyğun olaraq hazırlanması vacibdir. İnsan resurslarının idarə edilməsi əmək hüququ ilə üzvi olaraq bağlıdır. Çünki əmək münasibətləri, bu sferada olan kənarlaşma halları əmək hüququ aktları və normativləri vasitəsi ilə tənzim olunur. Burada qeyd etmək lazımdır ki, insan resurslarının səciyyəvi təşkilati strukturunda belə kadrların uçotu və sənədləşdirilməsi ayrıca sahə olaraq yer alır. Biznesdə insan resurslarının idarə edilməsi də əməyin sosiologiyası ilə üzvi olaraq bağlıdır. Çünki, əməyin sosiologiyası sosial proseslər, əmək münasibətləri, əmək situasiyası problemləri və əməyin elmi təşkili üzrə tədbirlərin sosial baxımdan əsaslandırılması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, insan resurslarının idarə edilməsində nəzəri və empirik tədqiqat metodları sistemləşdirilir, məqsədyönlü müşahidələr, sosioloji eksperimentlər xüsusi statistik proqramlar vasitəsi ilə reallaşdırılaraq təhlil edilir və rəhbərliyə təqdim edilir. Bu cür informasiyaların təhlili biznes subyektlərinin ümumi strateji baxış əsasında idarə edilməsinə şərait yaradır.


Yüklə 397,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə