Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə48/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin aktivlik funksiyası v ə yuxu zamanı ürək-damar sistemi üçün dinclik dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis təsir göstərə bilər. Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis təsir göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası vəziyyətində olması ilə izah edilir. Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə qorxu yaradır. Səs yuxunun davamiyyətini və dərinliyini azaldır. Səsin xronoloji konfiqurasiyası, müxtəlif intensivlikli səslərin əvəzlənməsinin mühüm rol oynadığı aşkar edilmişdir. Belə ki, nəqliyyatın qeyri-bərabər hərəkəti intensiv və eyni qaydada hərəkətindən yuxunu daha çox pozur. Müxtəlif adamlar yuxu vaxtı səsə eyni cür reaksiya vermir. Səs təsirinə reaksiya insanın yaşı, cinsi və sağlamlığından asılıdır. Belə ki, 70 yaşlı adamların eyni intensivlikdə olan səsdən 72%-i, 7-8 yaşlı uşaqların isə cəmi 1%-i oyanır. Uşaqların oyanması üçün intensiv səsin hüdudu 50 dBA, yaşlılar üçün 30 dBA hesab olunur, ahıl yaşlılar səsin daha aşağı intensivliyində oyanır.

Səsdən mühafizənin əsas istiqamətləri. Ətraf mühitin akustika çirklənməsini aşağı salmaq məqsədilə aşağıdakılardan istifadə edilir:


• Çoxsəsli mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır;
• Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi;
• Mənbəyindən başlayaraq mühafizə olunduğu yerə q ədər səsin yayıldığı yolda intensivliyinin azaldılması;
• Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması üçün kompleks tədbirlərin görülməsi;
• Yaşayış tikintilərində arxitektur-planlaşdırma işləri;
Təşkilati tədbirlər;
• Qəbul edilən səsin keyfiyyətinin yaxşılaşdırılması;
• Yeni akustik texnologiyanın tətbiqi;



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə