Bakı 2011 Fənn: Beynəlxalq İqtisadi Münasibətlər



Yüklə 17,63 Kb.
səhifə2/6
tarix23.12.2023
ölçüsü17,63 Kb.
#154452
növüYazı
1   2   3   4   5   6
ch16-valyuta-kursu-sistemleri

Giriş

  • Bu hissədə valyuta kursu sistemlərinin araşdırılması ilə valyuta kursu dəyişmələrini izah etməyə çalışan nəzəriyyələrə diqqət yetirməkdir.
  • Valyuta kursu sistemlərinin bir ucunda sabit kurs sistemi, digər ucunda sərbəst dalğalı kurs sistemi dayanır.
  • Ən qədim sabit kurs sistemi qızıl standartıdır.
  • II Dünya müharibəsindən 1973-cü ilə qədər beynəlxalq valyuta sistemi kimi tətbiq edilən Bretton-Woods Sistemi də sabit kurs sistemi olmuşdur.
  • Praktikada qatı sabit kurs sistemlərilə ən sərbəst dalğalı kurs sistemləri arasında çox müxtəlif qarışıq kurs sistemləri formalaşmışdır ki, bunlar da hər iki sistemin xüsusiyyətlərini daşıyır.

Sabit kurs sistemi

  • Əsas xüsusiyyəti valyuta kurslarının müəyyən bir səviyyədə saxlanmasıdır.
  • Ən qədim sabit kurs sistemi qızıl standartıdır.
  • Müasir iqtisadiyyatlarda kağız pul sistemlərində də sabit kurs sistemləri tətbiq edilir. Məsələn, Bretton-Woods Sistemi.

Sabit kurs sistemi: Qızıl Valyuta Sistemi

  • Dünyada qızıl pul standartı XIX əsrin ikinci yarısından I Dünya Müharibəsinə qədər fasiləsiz tətbiq edilmişdir.
  • Müharibədən sonra ölkələr yenidən bu sistemə dönsələr də bu uzun müddətli olmamışdır.
  • Bu sistemdə ölkələrin valyutasının dəyəri müəyyən ağırlıqda saf qızıl formasında müəyyənləşdirilir. Bu qiymətə qızıl pariteti deyilir.
  • Bu sistemdə Mərkəzi Banklar və ya xəzinə də bu paritetdən hər kəsə qızıl satmağı və almağı öz üzərinə öhdəlik kimi götürür ki, bu da paritetin sabitliyini təmin edir.
  • Nəticədə, bütün ölkələrin valyutalarının bir-birilə mübadilə nisbəti də sabit qızıl paritetilə müəyyən edilir. Yəni, A ölkəsinin valyutası=1 q saf qızıl, B ölkəsinin valyutası=2 qr saf qızıl, onda A ölkəsi valyutası =1/2 B ölkəsi valyutası
  • Milli valyutalar arasındakı sabit kursun saxlanılması qızıl idxal və ixracatının sabit olması şərtinə bağlıdır.

Sabit kurs sistemi: Mövcud sabit kurs sistemləri

  • Bretton Woods Sistemi:
    • Ölkə valyutaları - ABŞ dolları – Qızıl
  • Avropa Birliyinin Avrodan öncə öz valyutalarını sabit kurslardan ECU adlanan bir hesab vahidinə bağlamaları;
  • Bəzi kiçik ölkələrin öz valyutalarının dəyərini BVF-nun CDR adlı hesab vahidinə bağlamaları;
  • Bəzi ölkələr isə valyutalarının dəyərini əsas ticarət partnyorlarının valyutalarından təşkil olunan xüsusi valyuta səbətinə bağlamaları;
  • Müasir sabit kurs sistemlərində kursun dəyişməsi bəlli hədd çərçivəsində baş verə bilir. Məsələn, Bretton-Woods sistemində bu 1% həddində idi.
  • Kursun göstərilən həddi aşmamasını isə Mərkəzi Bankın valyuta bazarındakı sərbəst alqı-satqı əməliyyatları təmin edir.

Yüklə 17,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə