Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə31/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

94
əsas rol oynayır. Çünki insan varlığı ruhun məhsulu olan ağılın və 
bədənin məhsulu olan hissiyyatın məkanı olduğu üçün tale yüklü 
bir rol oynayır. 
Bədən  duyğu  orqanlarından  ibarət  bir  cihazdır,  o,  hissiyyata 
xidmət edir. Ruhun mayası isə hər şeyə nüfuz etmə halını yaşa-
yan bölünməyən mütləq varlıqdır, ağıla xidmət edir. Bunların insan 
varlığında hansının daha üstün mövqe tutması əsas şərtdir. Bədən 
duyğu orqanlarından ibarət olan bir cihaz olduğu üçün, o, yalnız 
hər hansı orqanın imkanları daxilində öz tələbatının ödənilməsi is-
tiqamətində səy edir. Ruh daha ali varlıqlara malik bir mövcudluq 
olduğu üçün daim ədalətə tərəfdar olur və öz tələbatının ödənilmə-
sinə xidmət edir. Belə bir ciddi mübarizə insan həyatını təlatümlü 
və qaynar edir. Çox maraqlıdır ki, məhz belə bir həyat sevilir. Gö-
rünür, sınağa çəkilən insanın dözümü, iradəsi məhz belə bir həyat-
da mətinləşir, təkmilləşir. 
Məsələnin üçüncü tərəfinə gəlincə, yəni bəzən ola bilər ki, bə-
dəni tərk edən ruh elə çox da vaxt keçməmiş təkrarən insan həyatı 
yaşasın. Bəli, olar. Bu o zaman baş verir ki, öz həyatını bitirmiş 
insanın yaxşı əməlləri ilə bəd əməlləri təxminən tarazlıq təşkil edir. 
Yəni onun ruhunu halə kimi əhatə edən parlaq nurla, qatı zülmlər 
təxminən eyni gücə malik olur. Bu zaman həmin ruh təkrarən elə 
o zaman başqa bir insanın həyatında dünyaya gəlir və çox maraq-
lıdır ki, bu zaman həmin ruhun yaddaşında keçmiş həyatı çox ay-
dın şəkildə qalır və o öz yeni həyatında bütün keçmişini çox gözəl 
xatırlayır. Belə hallar çox az-az baş verir. Təkrar insan həyatında 
sınaq  meydanına  düşən  ruh  ağılla  hissiyyatın  mübarizəsində  bir 
daha yoxlanılır. 
Ekstrasens adını üstünə götürən şəxs də, xüsusilə istədiyi vaxt-
da ağılla hissiyyatını üstələyə bilməlidir. Həyatda hər kəsin mövqe-
yi ağılla bağlıdır. Ekstrasens həmişə çalışmalıdır ki, ona müraciət 
edənlərdə ağılla hərəkət etmək fikri yaratsın. Ağıl bəşəriyyətin tə-
kamülə  gedən  yolda  təntənəli  himnidir.  Hər  hansı  bir  ekstrasens 
ona müraciət edənləri ağılın gücü ilə silahlandırmasa və ya ruhunu 
qaranlıqdan təmizləməsə, ən ali varlıq qarşısında öz xidməti və-


95
zifəsini yerinə yetirmiş olmur. Belə ekstrasenslər ən ali varlıq tərə-
findən doğrulmayan etimad üçün bəlalara düçar olurlar. Bir halda 
ki, sənə etimad göstərilib, deməli sənin dərk qabiliyyətin yüksək-
dir. Əgər düşünülmüş tərzdə yanlışlıqlar edirsənsə, daha böyük bə-
lalara məruz qalacaqsan. Ən ali varlıq bir çox günahlardan keçir, 
ancaq bilərəkdən edilən günahların sahiblərini daha böyük günah-
kar hesab edir. Ey insan, ən ali varlığın ədalət qanunlarına əməl et, 
yalnız o zaman öz əbədi xoşbəxtliyini tapmış olarsan. Duyduğun 
ən ali varlıq şüurlu surətdə inkar edilməməlidir, əks təqdirdə bü-
tün həyatın məhv olar. Sənin düşüncələrin və düşüncələrə müqabil 
əməllərin daxilini əks etdirən bir güzgüdür. Əgər sən ən ali varlığın 
mövcudluğunu  dərk  edib  duymusansa,  lakin  hissiyyatın  tələblə-
rini ödəmək xatirinə bu duyğulara qarşı laqeyd münasibət bəslə-
yirsənsə, ömrün iztirab içərisində keçəcəkdir. Çünki daim nəfsin 
ayağına verdiyin daxilindəki haqq mövcud varlığın bir hissəsi kimi 
səni sıxıntı içərisində yaşadacaqdır. Belə bir hal insanın özü-özünə 
qarşı etdiyi ədalətsizlikdən başlanır. Hər hansı bir kəs öz daxilində 
ədaləti pozursa öz iztirablarının başlanğıcını özü qoyur və həmin 
şəxs özü-özünü yeri gələndə təhrik edə bilmədiyi üçün, başqalarına 
heç vaxt nüfuz edə bilməz, əksinə, daha çox başqalarının təsirinə 
məruz qalar. Öz hissiyyatının qulu olanlar başqalarının da quluna 
çevrilərlər. Bu dünyanın maddiliyinə tamah salanlar ən ali varlığın 
mövcudluğunu bu dünyada yaşayan, lakin özündən üstün sandığı 
kəslərlə qarşı-qarşıya qoyarlar. Ən ali varlıq isə kainatın nizamında 
və təkamülə doğru inkişafında özünün şərikinin olduğunu sevməz. 
Çünki ən ali varlığa şərik ola biləcək başqa bir qüvvə yoxdur. 
Onsuz da həyata gələn hər bir şəxs nə vaxtsa bu dünyanı tərk 
edib gedəcəkdir. Lakin ölümdən sonrakı həyat üçün əldə edəcəklə-
rin bu bir yaşamlıq insan ömrü daxilindədir. Düzdür, insanın həyat-
dakı əməllərini, əsasən, onun ölümdən sonrakı həyatını təyin edən 
bir proses kimi qiymətləndirirlər. Lakin bir çox hallarda sənin hə-
yatının başlanğıcdan sonrakı müəyyən qismində olan əməllərinin 
nəticəsi,  elə  həmin  həyatının  son  mərhələlərində  bir  nəticə  kimi 
meydana çıxır. Əgər yaxşı əməl sahibisənsə, ömrünün son dolay-


96
larını müdrik bir insan kimi, hamının hörmət edəcəyi bir şəxs və-
ziyyətində, maddi təminatla yaşayacaqsan. Əgər bəd əməl sahibi 
olmusansa,  ömrünün  son  illəri  xəstəlik  və  zillət  içində,  hamının 
gözündən düşən bir şəxs vəziyyətində yaşayacaqsan. Ona görə də 
hər bir insan çalışmalıdır ki, öz ölümündən sonrakı həyatını və bu 
həyatını  daha  dolğun,  yaxşı  yaşamaq  üçün  ən  ali  varlığın  ədalət 
qanunlarına  riayət  etsin. Yəni  hər  vaxt  ağılı  ilə  hissiyyatın  üzə-
rində nəzarət etməyi bacarsın. Ey insan, həqiqətdən uzaqlaşanları 
düzgün yola qaytarmağa çalış, bir şərtlə ki, o zaman bu işin daha 
yaxşı nəticələri olar ki, özün də həqiqətin daimi yolçusu olasan. 
Ən ali varlığın nəzarəti həmişə həqiqətin daimi yolçusu olanların 
üzərindədir. Ən ali varlığın daha çox nəzarəti isə həqiqətin daimi 
yolçusu olmaqla bərabər, həm də həqiqət yolunu azmışları doğru 
yola qaytarmağa çalışanların üzərindədir. Bir haqq yolunu azmışı 
düzgün yola qaytarmaq, yüz il ən ali varlığa sədaqətlə ibadət et-
məyə bərabərdir. Hər kəs bir öz yolunu azmışı düz yola qaytarsa, 
həyatda natəmiz işlərlə məşğul olan adam tapılmaz. Belə bir halın 
yaranması üçün isə hökmən ağılın hökmranlığı lazımdır. Ağıl hök-
mranlıq edən yerdə şər işlər ayaq açıb meydana girə bilməz. Öz 
qəlbinin təmizliyini həmişə qoru, çünki yalnız təmiz qəlb sahibləri 
ən ali varlığın ədalət qanunlarına düzgün əməl edə bilər. 
Qəlbində hissiyyatla bağlı bir istək varsa, o istəkdən qorx. His-
siyyatla bağlı hər hansı bir istək son nəticədə şərə xidmət edir. İn-
san qəlbi elə bir evdir ki, onun iki qapısı var, biri ruha, biri bə-
dənə açılır. Çalış ruhun üçün açılan qapı daim açıq olsun. Bədənin 
tələbləri üçün heç də həmişə qəlb evinin qapısını açma. Yalnız belə 
olan təqdirdə öz qəlbinin təmizliyini və saflığını qoruya bilərsən. 
Ləkələnmiş qəlb sahibləri öz qəlblərinə düşən ləkəni silmək üçün, 
bu  ləkənin  düşməməsinə  göstərdikləri  əzmkarlıqdan  daha  artıq, 
ikiqat əzmkarlıq göstərməlidirlər. Deməli, ən yaxşı hal daim ağılla 
hissiyyatının üzərində nəzarət etməkdir ki, qəlbin təmizliyini itir-
məsin. Qəlbin təmizliyinin itməsi şəxsiyyətin korroziyaya uğrama-
sı deməkdir və bu da ən acınacaqlı və cəmiyyət üçün ən qorxu-
lu haldır. Çünki korroziyaya uğramış şəxsiyyət bir bataqlıq kimi 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə