Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə68/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   65   66   67   68   69   70   71   72   73

 Bütün türklərin tərcümanı



 

211



 ~ 

 

qələm  əhlinin  borcudur,  millətin  və  qövmün  rəngi  ədəbiyyatın 



şərəfidir («Tənqid»). 

  Bir  halvaçı  halvasını,  bir  bozacı  bozasını  və  küfəçi 



bamyasını  çığırıb-bağırıb  tərifləyirsə,  bir  dərəcəyə  qədər  başa 

düşülər,  çünki  əvvələn,  malına  diqqət  çəkilməsi  üçün  başqa  bir 

çarəsi yoxdur, digər tərəfdənsə, halvaçı, ya da bozaçı ədəb müəllimi 

deyildir.  Lakin  bir  ədib,  ya  bir  qəzetçi  öz  yazdığını  halvaçı  kimi 

çığırıb-bağırıb özü mədh edərsə, bu çox çirkin şey olmazmı? Şübhə 

yox ki, çox böyük ədəbsizlik olar («Tənqid»). 

  …gələcək  zamanlar  üçün  yazmağın  çox  böyük  şərəf-şan 



olduğu  hər  kəsə  məlumdur.  Doğruya  doğru,  əyriyə  əyri,  pisə  pis, 

gözələ  gözəl  demək  bu  şərəf-şanın  əsasıdır.  Belə  olmadıqda, 

qələmdə şan və şərəf tapmaq bəlkə də mümkün deyil («Tənqid»). 

  Çernyayevski  həzrətlərinin  Tiflisdə  nəşr  elədiyi  «Vətən 



dili»  adlı  yeni  üsullu  əlifba  diqqətə  şayan  və  dəqiq  bir  kitabdır. 

Oxumaq  və  yazmaq  üçün  bu  maarifpərvər  kişi  fonetik  metoda 

əsasən  tərtib  etdiyi  «Vətən  dili»  kitabı  ilk  dərslik  olub  yumruqsuz 

və  kötəksiz,  qısa  vaxtda  oxumaq  və  yazmaq  mərifətini  bildirən  bir 

kitabdır («Ədəbiyyat»). 

 Dörd ildən bəri (1879-cu il nəzərdə tutulur – T.A.) Tiflisdə 



Səid Əfəndi Ünsizadə  «Ziya» qəzetini nəşr etməkdədir. İl başından 

bəri 


Cəlal 

Əfəndi  «Kəşkül»  məcmuasını  nəşrə  başladı 

(«Ədəbiyyat»). 

  Bəli,  Avropa  şairləri  ilə  Asiya  şairlərinin  düşüncəsində 



fərq  çoxdur,  fəqət  bu  fərq  məkandan  daha  çox  zaman  fərqindədir 

(«Ədəbiyyat»). 

  Fikir  və  etiqad  birliyi  əməl  birliyinə  səbəbdir  («Ədə-



biyyat»). 


 Abid  Tahirli



 

212



 ~ 

 



  Əgər  təəssüfdən  fayda  çıxsaydı,  nə  qədər  çox  təəssüf 

edilsə,  yenə  rəva  görərdik.  Çünki  Tiflisdə  nəşr  olunan  mötəbər 

rəfiqimiz  «Kəşkül»ün  artıq  çıxmayacağı  xəbəri  ən  böyük  təəssüfə 

əsasdır, lakin təəssüflənməkdən nə fayda? Bu, qəzetin çıxmamasına 

kar  edərmi?  Bizcə,  təəssüfdən  daha  çox  hirsə,  əsəbə  ehtiyac  var. 

Bizi  Zaqafqaziyanın  imkanlı  və  ziyalı  islamları  əsəbiləşdirir.  Niyə 

qəzetlər bağlanmalıdır? Onlara müavinət ediləcək qədər mal, sərvət, 

onları  ruhlandıracaq  qədər  məhəbbət  və  hissiyat  tapılmadımı? 

(«Tənqid»). 

 Bu iki qəzeti («Ziya» və «Kəşkül» nəzərdə tutulur – T.A.) 



iki günəş, iki şəms  kimi görməli idilər… idilər, idilər, idilər, lakin 

öncə  «Ziya», sonra  «Kəşkül» uçan ulduzlar kimi  sönməyə məcbur 

oldular… Utanc, ayıb, min bir təəssüf, amma nə fayda?! Çox böyük 

və  dəyərli  imtiyazları  itirdik  ki,  iki  maarif  günəşinin  qədrini 

bilmədik, söndürdük, ayıb… («Tənqid»). 

 «Çocuqlara məxsus qəzet»... adından da anlaşıldığına görə 



bu  qəzetin  məsləyi  ən  sevimli  və  faydalı  məslək  olmaq  ilə  bərabər 

ən  çətin  bir  məsləkdir.  Böyüklər  üçün  qəzet  buraxmaq  çətindirsə, 

çocuqlar  üçün  daha  müşküldür.  Çocuqlar  hər  nə  gəldi  oxumazlar, 

hər  oxuduqlarını  anlamazlar,  hər  oxuduqlarından  istifadə  edə 

bilməzlər.  Bu  halda  çocuqlar  üçün  yazılan  məqalələr  onların 

istəyərək  oxuyacaqları,  oxuduqları  halda  lazımınca  anlayıb  istifadə 

edəcəkləri mövzulardan olmalıdır. Belə ki, ilk öncə, dil və ifadə çox 

sadə, ikinci, mövzu çocuq dünyasına və idrakına uyğun və üçüncü, 

əsər  çocuğun  həm  ağlına,  həm  qəlbinə  təsir,  nüfuz  etməlidir  («Bir 

baxış»). 




 Bütün türklərin tərcümanı



 

213



 ~ 

 



  Avropanın  yalnız  parlaq  cəhətlərini  deyil,  çürük  hallarını 

da  bilmək  zəruridir,  zamanımızın  rəhbəri,  xocası  deyilmi,  ya? 

(«Ədəbiyyat çirkabları»). 

 Ədəbiyyat ağıl, fikir, fəhm, bilik və ibrət xəzinəsidir. Belə 



bir  xəzinəyə  malik  olmaq  üçün  çalışmaq  və  qeyrət  lazımdır. 

Ədəbiyyatsız bir qövm çılpaq adama bənzəyər, çılpaqlıq isə xoş hal 

deyildir («Ədəbi bəsirət»). 

  Ara-sıra  kitab  nəşr  olunan  şəhərlərdən  biri  Bakıdır.  Bu 



şəhərin  mühərrirlərindən  Sultan  Məcid  bəy  Qənizadə  ilə  Nəriman 

Nərimanovun  milli  ədəbiyyatın  inkişafı  naminə  çox  çalışdıqları 

şükranlıqla görülməkdədir («Ədəbi bəsirət»). 

  «Dağılan  tifaq»  Qafqaz  türk  şivəsində  yazılmış  bir 



komediyadır.  Əbdurrahim  bəy  Haqverdiyevin  əsəri  olan  bu  risalə 

çox ibrətlidir. Qafqazda  bir neçə  dəfə teatrda oynanılıb,  çox təsirli 

olmuşdur («Ədəbi bəsirət»). 

  Hər  bir  kitab  və  risalə  milli  xəzinəyə  maldır:  həm  də 



qızıldan  daha  qiymətli,  daha  mühüm  maldır  («Rəşid  Əfəndinin 

«Mirat»ı»). 

  …kitab  bazarında,  ədəbiyyat  və  maarif  meydanında  hər 



necə  bir  əsər  görünsə,  nəzər  yetirib,  diqqət  edib  mühərririnə  və 

naşirinə  təşəkkür  etmək  insanlığın  borcudur  («Rəşid  Əfəndinin 

«Mirat»ı»). 

  …ortaq  dilə  sahib  olsaydıq…  bağrı  yanıq,  gözü  yaşlı, 



sözləri  atəşli  Tukay  (böyük  tatar  şairi  Abdulla  Tukay  nəzərdə 

tutulur  –  T.A.)  hər  yerdə  tanınardı  (məqalə  1913-cü  ildə  qələmə 

alınmışdır), çünki şair Tukayev həqiqətən milli şair, tam mənası ilə 

türk  oğlu  idi…  yazıları,  şeirləri  söz  yığını  və  qafiyə  uydurması 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə