Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə66/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

 Bütün türklərin tərcümanı



 

205



 ~ 

 

yurdu»nu gözəl anlayırlar. Bunu işləyən türk ruhu ilə türk həyatıdır. 



Zaman  bu  həqiqəti  hər  kəsə  təsdiq  etdirəcəkdir  («Məsələlər  – 

qəzetlər»). 

  Ərəb  xətti  sair  əlifbalara  nisbətən  ağırdır,  bu  cəhət  inkar 



edilməzdir. Lakin, islahı, yəni yüngülləşdirilməsi mümkündür, həm 

də lazımdır («İmla fonetikası»). 

  Dil  və  ədəbiyyatımızın  tərəqqisi  və  intişarı  yazımızın 



sadəliyinə,  rahatlığına  və  tamamlığına  bağlıdır.  Əgər  belədirsə,  bu 

yolda çalışılmalıdır («İmla fonetikası»). 

 Hər yeni başlanan işlərdə köhnə adətlərin təsirindən insan 



nöqsanlara yol verə bilər… («İmla fonetikası»). 

  Bitməz,  tükənməz  müşavirələrlə,  «olarmı,  olmazmı»larla 



iş  olmaz.  İşə  başlamalı,  tədriclə  olsun,  lakin  əməli  olsun  («İmla 

fonetikası»). 

  «Tərcüman»ın  mühafizəkar  olmamaqla  bərabər,  su 



görmədən  pabuç  çıxarmaq  adəti  də  yoxdur.  Fəqət  su,  yəni  ehtiyac 

hiss  etdimi,  yalnız  pabuçunu  deyil,  köynəyini  belə  çıxarıb  dərhal 

suya  atırlar.  «Tərcüman»  bu  suya  («ortaq  dil  yaratmaq»  problemi 

nəzərdə tutulur – T.A.) atılmışdır, hər kəsin fikri, qələmi ilə duasını 

təmənnə edir («Bir iş daha»). 

  Bizdə  «ixtiyarlar,  qocalar  keçmişləri  ilə  əylənər  və 



yaşarlar»  -  kimi  bir  söz  vardır  və  həm  də,  doğru  sözdür.  Lakin 

«Tərcüman» gələcəklə də ovunan, təsəlli tapan bir ixtiyardır («Türk 

yurdu»na). 

 Bəlkə mənə səbirsizlik güc gəlir. Xeyir! Səbirsizlik məndə 



deyil, milli yazı, milli maarif, milli istiqlal tələsir («Türk yurdu»na). 

 Əli bəylərlə Vəli bəylər arasında davam edən münaqişələrə 



(dil, əlifba ilə bağlı qəzetlərdə gedən mübahisələr nəzərdə tutulur – 


 Abid  Tahirli



 

206



 ~ 

 

T.A.)  vallahi  artıq  bezdik,  usandıq.  Söz,  saz  gözəldir:  amma  əsl 



lazım olan «nəhayət» və «nəticə»dir… Zaman su kimi axır. Dil və 

imla mübahisələrini artıq bir kağıza, yerə bağlamaq lazımdır («Türk 

yurdu»na). 

  Bu  aralıq  Bakıda  «Bəsirət»,  Daşkənddə  «Sədayi-



Türkistan»  və  Hokantda  «Sədayi-Fərqanə»  qəzetlərinin  zühuru 

qəzetimizdə  xəbər  verilmişdi.  Mətbuat,  düşüncə  mübadiləsi 

meydanına  birdən  üç  dostun  təşrifləri  xoşbəxtlikdir.  Yeni  zühur 

etmiş  həmkarlarımızın  zaman  və  tələbata  uyğun  qələm 

işlədəcəklərinə  ümid  edirik.  Şübhə  etmirik  ki,  onlar  ilk  növbədə 

gözlərimizi  açmaq  –  bizi  gələcəyə  hazırlanmaq  lazım  olduğunu 

bilirlər.  «Bəsirət»  mühərrirləri  arasında  çox  çalışqan,  qeyrətli 

Məhəmməd  Əmin  bəy  Rəsulzadənin  olması  bu  qəzetin  ruhlu 

olacağına zəmanət verir. Özlərini dəfələrlə təbrik, işlərinin davamını 

ciddi şəkildə təmənnə edirik («Xoşbəxt əkizlər»).  

  Avropa  ədəbiyyatının  qədrini  bilmədiyimizi,  ona  qarşı 



olduğumuzu  zənn  etməyin.  Xeyr!  Söyləyəcəyimiz  ancaq  budur  ki, 

iki  fransız  romanından  bir  milli  hekayə  mənfəətlidir  («Osmanlı 

ədəbiyyatı və məişəti»). 

  Teatr  və  roman  əleyhdarı  deyilik,  lakin  Şekspir,  Höte, 



Şatobrian, Volter, Skott, Şpilhagen, Molyer və bunlara bənzər kimi 

məşhur  yazıçıları  bir  tərəfə  qoyub…  bir  məhəlləyə  və  bir  əsrə 

məxsus ikinci, bəlkə də üçüncü dərəcə ədiblərlə gün keçirməyi caiz 

görmürük («Osmanlı ədəbiyyatı və məişəti»). 

  Zənn  edirəm  ki,  vaxt  gələcək  İstanbul  qəzetləri  də  beş 



sətirlik  əsərə  on  sətir  məhdiyə  yazmağı  tərgidəcək  və  layiqli  bir 

şəkildə  «bu  əsər  yaxşıdır,  bu  əsər  isə  şor  və  laxdır»  -  deməyə 

özündə cəsarət tapacaqdır («Osmanlı ədəbiyyatı və məişəti»). 



 Bütün türklərin tərcümanı



 

207



 ~ 

 



  Yeni  üsulla  yazılan  şeirlərin  ən  məqbul  cəhəti  açıq  türk 

dilində yazılmağındadır («Osmanlı ədəbiyyatı və məişəti»). 

 

Lazımınca 



basmaxanalar 

açılıb, 


qəzetlər 

nəşr 


olunmasından yarım əsr keçməmiş Osmanlı dövlətində mətbuat və 

nəşriyyatın  tərəqqisi  diqqətəşayan  dərəcəyə  gəlmişdir.  Hazırda 

Osmanlıda 140-a qədər müxtəlif qəzet çıxır… («Osmanlı ədəbiyyatı 

və məişəti»). 

 Hazırda qələm çəkmədə olan Osmanlı ədiblərindən faydalı 



əsərləri  ilə  yad  olunacaq  üç  nəfər  özünü  göstərməkdədir:  bunlar 

Şəmsəddin  Sami,  Kamalbəylər  və  Əhməd  Midhat  Əfəndidir 

(«Osmanlı ədəbiyyatı və məişəti»). 

 Sami bəy çox yazmır və lakin hər nə  yazmışdırsa, faydalı 



və məlumatlıdır: dili sadə və axıcıdır. Kamal bəy doğma şairdir, hər 

nə  yazmışsa,  dilbər  yazmışdır,  tayı-bərabəri  yoxdur.  Kamal  bəy 

osmanlıların  ən  sevgili  yazıçısıdır.  Kamal  hüsn,  dil  və  lətafətdir. 

Əhməd Midhat əfəndi başlı-ayaqlı kitabxanadır və çərkəz qeyrətinin 

simvoludur («Osmanlı ədəbiyyatı və məişəti»). 

  Kamal  bəy…  teatr  risaləsimi,  romanmı,  məktubmu  –  hər 



nə  yazmış  isə  özünə  və  kamalına  məxsus,  dilbər,  yaraşan  və  atəşli 

bir  dil  ilə  yazmışdır.  Kamalın  qələmi  ən  tənbəl,  ən  qaba  ürəyi 

oynadır,  ən  qalın  dərini  deşib  keçir,  ibarəsi  dadlı,  nazikdirsə  də, 

dəmir toxmaq kimi təsirlidir. 

  Əhməd  Midhat  əfəndi…  osmanlıların  ən  güclü 



publisistlərindən  olub.  «Tərcümanı  həqiqət»  və  «Osmanlı» 

qəzetlərinin  baş  dirəyidir.  Köhnə  və  yeni  Osmanlının  Əhməd 

Midhat  kimi  qələmi,  bərəkətli  ədibi  olmamışdır  («Osmanlı 

ədəbiyyatı və məişəti»). 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə