76
Ölkədə özəlləşdirilən və ya dövlət mülkiyyətində olan əksər
təsərrüfat subyektlərinin fəaliyyətindəki problemləri aşağıdakı
kimi təsnifləşdirmək məqsədəuyğundur:
İdarəetmə sisteminin formalaşmasında olan nöqsanlar.
İdarəetmənin idarəetmə orqanının rəhbərliyinin əlində cəmlən-
məsi və idarəetmə üzrə korporativ məsuliyyət yükünün qeyri-
düzgün bölgüsü;
Təsərrüfat subyektlərində müasir bazar münasibətlərinin
tələblərinə cavab verəcək, yüksək ixtisaslı, peşəkar mütəxəssis-
lərin çatışmaması, olanların axınının mövcudluğu;
Peşəkar struktur fəaliyyət bölmələrinin yaradılmaması,
yaradılan müvafiq bölmələrin formal fəaliyyəti;
Təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qeyri-
qənaətbəxşliyi;
Təsərrüfat subyektlərinin əsas fəaliyyətinin bazarın tə-
ləb və təklifinə uyğun olub - olmamasını (qısa və perspektiv
dövr üzrə) lazımi qədər qiymətləndirmədən, son məhsulunun
həcminin genişləndirilməsində maraqlı olması.
Təsərrüfat subyektlərində strateji planlaşdırma sisteminin və
strukturunun yaradılmasına qeyri-ciddi baxılması onların müasir
bazar şəraitində səmərəli, çevik və məqsədəuyğun fəaliyyətində
mühüm problemlər yaradır. Xüsusilə, bu strukturun fəaliyyəti
üçün zəruri olan əsas şərtlərdən biri burada çalışacaq mütəxəs-
sislərin yüksək peşə-ixtisas səviyyəsinə malik olub, təsərrüfat
subyektinin fəaliyyəti ilə bağlı tam və dolğun informasiya baza-
sını formalaşdırmaq iqtidarında olmasıdır. Lakin, ölkədə fəaliy-
yət göstərən əksər təsərrüfat subyektlərində, xüsusən də yerli
müəssisələrdə müvafiq struktur bölmənin yaradılmasına ciddi
səy göstərilmir, bəzən isə yaradılan belə bölmələr keçmiş plan-
maliyyə bölmələrində çalışmış mütəxəssislərdən, iqtisadçılar-
dan, texniki biliklərə malik şəxslərdən ibarət olmaqla formalaş-
dırılır. Tədqiqatlar göstərir ki, belə yönümlü heyət fəaliyyətin
təşkili və inkişafı ilə bağlı ən yaxşı halda cari və yaxın perspek-
tivi qiymətləndirə bilir. Ölkədə innovasiya fəaliyyətinə yönələn
77
qoyuluşların həcmi çox yüksək səviyyədə deyildir. Bəzi təsər-
rüfat subyektlərinin, əsasən də xarici və müştərək kapitallı sub-
yektlərin bu yönümlü fəaliyyətə meylliliyi artsa da, yerli təsər-
rüfat subyektlərinin əksəriyyətinin bu sahədə yüksək nəticələr
əldə etməməsi ciddi problem kimi gündəmdə durmaqdadır. Və-
ziyyətin gərginliyi eyni zamanda strateji planlaşdırma sisteminin
zəif və qeyri-səmərəli təşkili ilə daha çox bağlıdır.
Keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin əksəriyyətində so-
na yetən bir prosesin - özəlləşdirmənin Azərbaycan reallıqları ilə
həyata keçirilən birinci mərhələsindən ikinciyə keçid fasiləsi
davam etməkdədir. Əbədi özəlləşdirmə sükutu təhlükəsi müm-
kün deyildir və ən müxtəlif amillərin təsiri altında təxirə salınan
belə fasiləsiz, zəruri proses gec-tez davam etməlidir. Hələliksə,
müəyyən fasilədən səmərəli istifadə etmək daha məqsədəuyğun
olardı. Özəlləşdirmə prosesinin II mərhələsində mövcud olan ça-
tışmazlıqları aradan qaldırmaq, məsafəni “rahat” başa vurmaq
üçün keçilən yolu - I mərhələni ətraflı araşdırmaq xüsusi zəru-
rətdən irəli gəlməkdədir. Bütün bu proseslərdə özəlləşdirmənin
əsas məqsədlərindən biri olan - səmərəli təsərrüfat sisteminin
yaradılması, istifadə olunmayan və ya zəif istifadə olunan re-
sursların effektiv istismara cəlb edilməsi kimi problemlər kifayət
qədər öz həllini tapmamışdır.
Şərqi Avropa ölkələrində xarici və daxili investisiyalar özəl-
ləşdirmə prosesi ilə sıx əlaqələndirilib, belə ki, Polşa, Macarıs-
tan, Çexiyada 1993 - 2000-ci illərdə bu sahəyə yönəldilən məc-
mu investisiyaların 40-50 % -nin müasir texnika və avadanlıq-
ların alınmasına sərf olunması bu amili sübut edir. Yəni bu ölkə-
lərdə mülkiyyətin vaxtında sahibkarını tapması texniki-texnoloji
cəhətdən yeniləşməyə geniş imkanlar yaratmışdır (39, s. 78).
Azərbaycanda isə son illər ümumi investisiya və kapital qo-
yuluşlarının 60-70 %-i əsasən dövlət və sosial əhəmiyyətli tikin-
ti-quraşdırma işlərinə yönəldilib ki, bu da özəlləşdirilən və yeni
yaradılan yerli təsərrüfat subyektlərinin inkişafı üçün zəruri əl-
verişli mühiti yaratmamışdır. Nəticədə Şərqi Avropa ölkələrinin
78
1990-cı il istehsal səviyyəsini bərpa etməsi kimi meyllər Azər-
baycanda müşahidə olunmayıb. Çexiya, Macarıstan 1997-ci ilin
əvvəlinə 1989-cu ilin 85-90 %-i səviyyəsində ÜDM istehsalına
nail ola bilmişlər. Polşada isə tam irəliləyiş baş vermiş və bu öl-
kə 1989-cu il istehsal səviyyəsindən yuxarı qalxan ilk postsosi-
alist dövləti olmuşdur (39, s. 123).
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf səviy-
yəsini, təsərrüfat subyektlərinin perspektiv imkanlarını və digər
bu yönümlü məsələləri qiymətləndirmək üçün nüfuzlu beynəl-
xalq qurumlar, məşhur xarici reytinq təşkilatları və yerli qeyri -
hökumət təşkilatları tərəfindən keçirilən sorğu və araşdırmalar,
aparılan tədqiqatlar bu sahədə hələ də bir çox ciddi problemlərin
qaldığını göstərir. Müvafiq təşkilatların sorğu və tədqiqatları
nəticəsində qarşıya çıxan problemləri aşağıdakı kimi təsnifləş-
dirmək mümkündür: bir çox məmurların vəzifə səlahiyyətlərinin
öhdəsindən layiqincə gəlməməsi və özbaşınalığı; maliyyə-kredit
və vergi sistemində təsərrüfat fəaliyyətinin inkişafı üçün kifayət
qədər stimulların olmaması; maliyyə-kredit resurslarının çatış-
maması və bu sahədə vəziyyətin mürəkkəb olaraq qalması; son
dövrdə dövlət orqanlarının inzibatı-nəzarət sisteminin güclənmə-
si; hüquqi-normativ bazanın qeyri-mükəmməlliyi (bir çox qa-
nunlarda olan ziddiyyətlər, qanunların icra mexanizminin mü-
kəmməl səviyyədə olmaması, bir çox zəruri bazar yönümlü qa-
nunların qəbul olunmaması və ya qəbulunun ləngiməsi və s.);
dövlətin qeyri-neft sektoru və özəl sahələr üzrə məqsədli hima-
yədarlıq siyasətinin, təkmil strategiyasının olmaması; istehlak
tələbinin aşağı olması; ÜTT-yə daxilolma ərəfəsində rəqabət
mühitinin zəifliyi; investisiyaların cəlbi və innovasiya tədbir-
lərinin həyata keçirilməsi sahəsində gecikmələrin mövcudluğu;
infrastruktur, kommunikasiya, nəqliyyat, məsləhət-konsaltinq və
servis xidmətlərinin lazımi səviyyədə inkişaf etməməsi;
təsərrüfat və sahibkarlıq subyektlərinin maddi-texniki bazasının
və təminatının müasir tələblərlə müqayisədə zəifliyi, onların
təşkili və idarəetmə sisteminin, peşəkar mütəxəssis və kadr he-
Dostları ilə paylaş: |