Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə12/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

35 
 
bul edilə bilər. Məhz dövlət səviyyəsində iqtisadiyyatın tənzim-
lənməsində, iqtisadi inkişafın planlaşdırılmasında mikro iqtisadi 
səviyyədə mövcud vəziyyət və bu sahədə inkişaf planları, proq-
nozları  nəzərə  alınmalı,  onların  uzlaşdırılması  təmin  edilməli, 
burada sağlam rəqabət  mühitinin nəzəri və praktik əsasları tək-
milləşdirilməli, müəssisə və təsərrüfat subyektlərinin inkişafının 
məqsədəuyğunluğuna  dəstək  artırılmalıdır.  Belə  əlaqələndirmə 
müasir nəzəriyyədə artıq qəbul edilərək, mikro və makro iqtisadi  
inkişaf  arasında  sıx  və  ciddi  bağlılığın  təminini  ön  plana  çək-
məkdədir.  Xüsusilə, belə yanaşma artıq iqtisadiyyatda, müəssi-
sə və təsərrüfat subyektlərində perspektivə yönəlmiş, geniş tələ-
batı olan, ekoloji,  texniki  standartlara və  geniş  istehlakçı  tələb-
lərinə cavab verən müasir və modern məhsul istehsalının müəy-
yən  edilməsini  dəqiqləşdirir.  Təbii  ki,  artıq  inkişaf  etmiş  ölkə-
lərdə (ABŞ, Yaponiya, Almaniya və s.) dövlətin,  makro səviy-
yədə qəbul edilən plan və proqnozları mikro, müəssisə səviyyə-
sində  hazırlanan  biznes  və  inkişaf  planları  ilə  əlaqələndirməsi 
vacib bir şərt kimi götürülür. Məhz bununla bağlı, bazar müna-
sibətləri  bərqərar  olan  ölkələrdə  hər  iki  səviyyədə  elmi-texniki 
nailiyyətlərin  nəticələrindən  geniş  istifadəyə,  innovasiya  tədbir-
lərinin artırılmasına diqqət gücləndirilməlidir. 
Hər bir müəssisə, təsərrüfat subyekti ictimai vahid olduğu 
üçün  onun  idarə  edilməsi  zəruridir.  Çünki  idarəetmə  vasitəsilə 
müəssisədə  çalışan  işçilərin  fəaliyyəti  əsas  məqsədə,  daha  çox 
gəlir  əldə  etməyə  yönəldilir.  Əvvəllər  müəssisənin  idarə  olun-
ması sahibkar tərəfindən topladığı təcrübəyə əsasən həyata keçi-
rilirdisə, XIX  əsrin sonu  XX  əsrin  əvvəllərində  məhsuldar qüv-
vələrin  inkişafı  ilə  əlaqədar  istehsalın  miqyası  xeyli  genişlən-
mişdi. Bu isə idarəetmənin yeni şəkildə qurulmasını tələb edirdi. 
Müəssisəni  idarə  etmək  üçün  sahibkarın  bilik  və  bacarığı  artıq 
kifayət  etmirdi.  İdarəetmə  vəzifəsini  yerinə  yetirən  peşəkar 
işçilərin – menecerlərin və idarəetmə haqqında nəzəri elm olan 
menecmentin  meydana  gəlməsi  tələb  olunurdu.  Menecment  is-
tehsalın  səmərəliliyini  yüksəltməklə  əldə  edilən  gəliri  artırmaq 


36 
 
məqsədilə istehsalın idarə olunmasının prinsip, forma və metod-
ları haqqında nəzəri və təcrübi biliklər sistemini ifadə edir. Me-
necmentin  mahiyyəti  müəssisənin  malik  olduğu  resurslardan 
səmərəli istifadə etməklə daha yüksək gəlir əldə etməkdir. 
Menecment nəzəriyyəsinin əsasını qoyanlardan biri də ame-
rikan  mühəndisi  F.Teylor  əməyin  elmi  təşkilinin  nəzəriyyəsini 
yaratmışdır.  Onun  əsərlərində  idarəetmə  prinsipləri,  istehsal  və 
əmək  fəaliyyətinin  səmərəli  təşkili  formaları  irəli  sürülmüşdür. 
Əsərdə  bu  prinsiplər  dörd  qrupa  bölünür:  məqsədin  seçilməsi; 
məqsədə  çatmaq  vasitələrinin  seçilməsi;  məqsədə  çatmaq  vasi-
tələrinin hazırlanması; nəticələrə nəzarət edilməsi (20,s.143). 
Ç.Ford, Q.Qant, Q.Emerson və digərləri də menecment nə-
zəriyyəsinin və təcrübəsinin inkişafına bir çox önəmli yeniliklər 
etmişdir.  Menecmentin  nəzəri  inkişafında  A.Fayolun  rolu  daha 
çox olmuş, o, menecmentə sistem kimi baxaraq, onu funksional 
əlamətlərinə,  operativ  planlaşdırmaya,  idarəetmə  koordinasiya-
sına  görə  tədqiq  etmişdir.  Xüsusilə,  o,  menecmentin  aşağıdakı 
prinsiplərinin  ətraflı  tədqiqinə  diqqəti  artırmışdır:  istehsalın  ix-
tisaslaşması  və  kooperasiyalaşması;  hakimiyyətin  məsuliyyətlə 
birləşməsi;  istehsalın  ümumi  məqsədlərinə  tabe  edilən  intizam; 
rəhbərlik  edən  mərkəzin  vahidliyi;  fərdi  mənafelərin  ümumi 
məqsədlərə  tabeçiliyi;  işçilərin  istehsal  və  əmək  fəaliyyətinin 
nəticələrinə görə həvəsləndirilməsi; idarəolunanlarla idarə edən-
lər  arasında  səmərəli  və  vahid  məqsədə  xidmət  edən  koordi-
nasiya və idarəetmə sisteminin yaradılması (21, s. 43). 
Müasir  dövrdə  menecmentdə  yeni  istiqamət  “İnsan  re-
sursları menecmenti” insana münasibəti dəyişdirməyi tələb edir. 
“İnsan  resursları  menecmenti”  psixologiya  və  sosiologiyanın 
nailiyyətlərindən  istifadə  edərək,  işçi  heyətinin  geniş  surətdə 
müəssisənin  idarə  olunmasına  cəlb  edilməsi,  onların  potensia-
lından  ümumi  mənafe  üçün  daha  səmərəli  istifadə  olunması  və 
digər  məsələlər  üzrə  qiymətli  təkliflər  işləyib  hazırlamışdır. 
Məhz  bütün  bu  amillər  isə  sahibkarlarla,  idarəetmə  orqanı  ilə  


37 
 
işçi heyəti arasındakı ixtilaflar, ciddi fikir ayrılıqlarının tədricən 
aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. 
 
1.2.   Təsərrüfat subyektlərinin fəaliyyətində 
təĢkilati - idarəetmə sisteminin formalaĢmasının 
elmi  əsasları və onun funksiyaları 
 
Müasir  şəraitdə  təsərrüfat  subyektlərində  təşkilati-idarə-
etmənin ən mühüm dayaqlarını onun elmi-praktik cəhətdən əsas-
landırılmış sistemi və yarımsistemi təşkil edir. Təşkilati-idarəet-
mə sisteminin səviyyəsi müəssisə və təsərrüfat subyektlərinin rə-
qabət  qabiliyyətinin  və  səmərəli  fəaliyyətinin  nəticələrinə  görə 
müəyyən  edilir.  Aparılan  tədqiqatlar  göstərir  ki,  bazar  münasi-
bətlərinə keçid iqtisadiyyatlı ölkələrdə idarəetmə sisteminin elmi 
cəhətdən  əsaslandırılmasına  və  bu  sistemin  formalaşdırılmasına 
istiqamətlənmiş tədbirlər təxmi-nən müəssisədə ümumi fəaliyyət 
həcminin 10 % - dən azını təşkil edir. Eyni zamanda, bu ölkələr-
də  resurslardan  istifadənin  səmərəliliyi  inkişaf  etmiş  ölkələrlə 
müqayisədə təxminən 2-3 dəfəyə qədər aşağıdır. Təbii ki, bu za-
man ilk növbədə istehlakçılara çatdırılmış son məhsul vahidinə 
düşən resurs məsrəfləri  nəzərdə tutulur. Qeyd olunan göstərici-
nin səviyyəsinə görə müvafiq ölkələr, o cümlədən, MDB-yə da-
xil  olan  dövlətlər  Qərbi  Avropa,  Yaponiya  və  ABŞ-dan  təxmi-
nən üç dəfəyə qədər geri qalmaqdadır (22, s. 130-131) .  
Təşkilatı  idarəetmə  sisteminin  elmi-praktik  cəhətdən  sə-
viyyəsinin yüksəldilməsi fikri, ilk növbədə yüksək ixtisaslı mü-
təxəssislər,  alimlər  və  menecerlər  tərəfindən  sərf  edilən  əməyin 
səmərəliliyi ilə sıx bağlıdır. Qeyd etmək lazımdır ki, belə yüksək 
intellektual səviyyəli və peşəkar mütəxəssislərin, kadr heyətinin 
əməyi  fiziki  əməyin  səmərəliliyi  ilə  müqayisədə  çox  yüksək 
olub, xüsusi yaradıcılıq imkanları ilə fərqlənir. Məhz bu baxım-
dan  məhsulun  istehsalı  və  emalı  mərhələsinə  çəkilən  xərclərlə 
yanaşı,  peşəkar  idarəetmə,  strateji  marketinq  və  planlaşdırma 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə