Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

23 
 
genişləndirilməsində  xammal-material  ehtiyatına  ehtiyacın  art-
dığını əks etdirərək, istehsal müəssisəsinin ərazi üzrə təşkilində 
bu və digər mühüm amillərin zəruriliyini əsaslandırırdı. Belə ki, 
müəssisənin ərazi üzrə təşkilində bu amillər artıq nəqliyyat xərc-
lərinin, əmək, vaxt itkisinin azaldılması, əmək məhsuldarlığının, 
istehsal intensivliyinin artırılması ilə əsaslı şəkildə bağlı olduğu 
göstərilirdi. Veberin yanaşmasına görə dəyişkən əmək məsrəflə-
rindən  əlavə,  real  satış  bazarlarına  daha  yaxın  olmaq,  kifayət-
edici işçi qüvvəsinin mövcudluğu kimi stimullaşdırıcı amillərin 
mövcudluğu da istehsal müəssisələrinin ərazi üzrə təşkilində və 
fəaliyyətinin  genişləndirilməsində  önəmli  rol  oynayır    (11,  s. 
162-163).  
Ümumilikdə,  Veberin  istehsal  müəssisələrinin  ərazi  üzrə 
təşkili  fikirləri  ilə  bağlı  onu  iqtisadçı  kimi  deyil,  daha  çox  mü-
həndis,  texnoloq,  mühasib  və  fizik  kimi  qəbul  etmişlər.  Lakin, 
bir çox iqtisadçılar, onun ardıcılları və tələbələri konkret olaraq 
Veberi iqtisadçı-alim kimi tanımış, demək olar ki, XX əsrin bi-
rinci  yarısında  alman  sənaye  müəssisələrinin  ərazi  üzrə  təş-
kilində  və  mövcud  müəssisələrin  fəaliyyətinin  təkmilləşdiril-
məsində bu şəxsin fikir və ideyalarından istifadə olunmuşdur.  
Torsteyn  Bunde  Veblenin  “İşgüzar  müəssisə  nəzəriyyəsi” 
(The  Theory  of  Business  Enterprise,  1904)  daha  çox  standart 
elmi-tədqiqat  işi  olub,  digər  məqalə  və  əsərlərinin  yazılış-üslub 
tərzindən əsaslı şəkildə fərqlənir. Veblenin məqalə və əsərlərinə 
diqqət yetirsək, burada sənayecə inkişaf etmiş cəmiyyətdə möv-
cud  olan  ziddiyyətləri,  onların  yaranma  səbəblərini  görmək 
mümkündür.  Müvafiq  ziddiyyətlər  onun  tərəfindən  bu  şəkildə 
verilir:    “pul,  gəlir”  və  “iqtisadiyyatda,  sənayedə  məşğulluq”, 
“fəaliyyətdə olan müəssisə” və “yeni avadanlıq, texnologiyaların 
tətbiqi  prosesi”,  “məhsulu  satmaq  qabiliyyəti”  və  “xidmət  gös-
tərmək qabiliyyəti” (12, s. 88). Onun fikrincə ziddiyyətlərin ək-
səriyyəti “gəlir əldə etməklə” “məhsul istehsalı, xidmətlərin gös-
tərilməsi”  arasında  yaranan  uyğunsuzluqlardan  və  çox  vaxt  isə 
düzgün  qiymətləndirmələr  aparılmamasından  irəli  gəlir.  Kapi-


24 
 
talizm cəmiyyəti mövcud olduqca sinfi mübarizənin getməsi la-
büddür, lakin Veblen bu mübarizənin əhatə dairəsini yalnız bur-
juaziya ilə proletariat arasında baş verən mübarizə ilə tamamla-
mır, buraya eyni zamanda, iş adamları ilə, sahibkarlarla onların 
rəqibləri,  mühəndislər,  menecerlər    arasında  gedən  münaqişəli 
mübarizəni də əlavə edir. Onun əsərlərində irəli sürdüyü fikir və 
müddəaların əsasında ikili yanaşma nəzərə çarpır(12,s.95). Veb-
lenin əsərlərinə diqqət  yetirdikdə, onun bazar mexanizmini fun-
damental  tənqid  etdiyi  görünür  və  texnokratik  inqilabın  həyata 
keçirilməsinə çağırış hiss olunur. Veblen eyni zamanda mühən-
dis və ali texniki heyətin hakimiyyəti ələ alıb, dövlət quruluşunu 
idarə  etmək  qabiliyyətinə  müəyyən  mənada  inamsız  yanaşır. 
Məhz  belə  ziddiyyətli  fikirlərinin  mövcudluğuna  görə  iqtisad-
çılar  müəllifin  konkret  olaraq  hansı  fikri  irəli  sürdüyünü  anla-
maqda bəzən çətinlik çəkirlər.  
Con Hobson ömrü boyu böyük dönük kimi təqib edilmiş, o, 
“izafi yığım” nəzəriyyəsinin səhv olmasını açıq şəkildə müdafiə 
edib, “ortodoksal bölgü” nəzəriyyəsinin müəyyən baxımdan tən-
qidçisi,  “imperializm”  nəzəriyyəsinin  əsas  yaradıcılarından  biri 
olmuşdur.  Keyns  tərəfindən  xüsusilə  Hobsonun  bu  fikri  diqqə-
təlayiq hesab edilmişdir ki, insanlar müəyyən şəraitdə əldə etdiyi 
gəlirlərin  çox  hissəsini  qənaət  edib,  yığıma  yönəldə  bilərlər,  bu 
amil  isə  iqtisadi  inkişafda  müsbət  deyil,  mənfi  meyl  kimi  qiy-
mətləndirilməlidir.  Hobsonun  ilk  əsəri  olub,  iş  adamı-sahibkar 
A.F.Mammerlə  birgə  yazdığı  “Sənayenin  fiziologiyası:  iqtisadi 
nəzəriyyədə  olan  müəyyən  yanlışlıqların  ifşası”na  (She 
Dhusiology of Industry: Being an Exposure of Certain Fallacies 
in Existing Theories of Economics, 1889) xüsusi diqqət yetirilir. 
Adam Smitin “yığımın xərclərə bərabər olması” üzrə nəzəri ya-
naşmasına,  teoreminə  əsaslanaraq,  Hobson  və  Mammer  müəy-
yən  etmişdir  ki,  yığım  öz-özlüyündə  investisiyadır(13,s.77-78). 
Maltusun yetmiş il əvvəl irəli sürdüyü fikirlərə əsaslanaraq, on-
lar özünəməxsus “natamam istehlak  nəzəriyyəsi”ni müəyyən et-
mişlər. Mövcud nəzəriyyəyə əsasən göstərilirdi ki, yığımın həd-


25 
 
dən artıq olduğu bir şəraitdə kifayət qədər çox alıcılıq və isteh-
lak qabiliyyətinin itirilməsi amili yaranır. Belə bir vaxtda forma-
laşan  irihəcmli  yığımların  əsasında  investisiya  təyinatlı  yönəl-
mələrin  həcmi  də  artmalı  və  bu  investisiyalar  istehsal  təyinatlı 
istifadəyə istiqamətlənməlidir ki, bu da maddi nemətlər istehsa-
lına kapital qoyuluşlarının səviyyəsini artırıb, insanların alıcılıq 
qabiliyyətini  və  istehlak  tələblərini  tam  şəkildə  təmin  etsin    
(13,с.81).  İrəli  sürülən  bu  fikirlər  “natamam  istehlak    nəzəriy-
yəsi”nin əsasını təşkil edib, yığımın artıqlığı ilə investisiya artıq-
lığı  arasında  tarazlığın  mövcudluğunu  əks  etdirir  və  onlardan 
daha səmərəli istifadə istiqamətlərini göstərir.  
      Alfred Marşalın iqtisadi inkişaf və istehsal fəaliyyəti ilə bağ-
lı  yanaşmasında  insanın  istehlak  tələbinin  ödənilməsi  problemi 
əsas diqqət mərkəzində saxlanılırdı. O, bu məqsədlə tədqiqatla-
rında özündən əvvəlki iqtisadçıların bir çox konsepsiyalarından, 
o cümlədən, faydalılıq, tələb və təklif, istehsal xərcləri nəzəriy-
yələrindən  istifadə etmişdir.  Marşal bu əsasda qrafiklər, cədvəl-
lər  hazırlayaraq,  iqtisadi  təhlil  metodlarından  istifadə  etməklə 
qiymətin  yaranma  mexanizmini  formalaşdırmışdır  (14,s.167). 
Marşalın  tədqiqatlarının  tədqiqi  göstərir  ki,  o  istehsal  fəaliyyə-
tinin  və  istehsal  münasibətlərinin  inkişafını  iqtisadi  qanunauy-
ğunluqlarla,  özünün “təklif qanunu” ilə əlaqələndirirdi.      
       İqtisadi nəzəriyyənin inkişaf mərhələlərindən biri də müasir 
iqtisadi nəzəriyyələrdir. Bu nəzəriyyələr XIX  əsrin sonu və XX 
əsrdə  meydana  çıxmış  və  müxtəlif  dövrlərin  iqtisadi  həyatının 
tələbatı  və  mənafeyinə  müvafiq  olaraq  formalaşmışlar.  İqtisadi 
ədəbiyyatda bu nəzəriyyələr əsasən - keynsçilik, neoklassik (ye-
ni klassik) və institusional-sosioloji baxımdan nəzərdən keçirilir. 
Müvafiq istiqamətlərin hər birinin tədqiqat obyekti müxtəlif ol-
maqla  biri  digəri  üçün  alternativdir,  müxtəlif  ideyalar,  baxışlar 
sistemidir. Onu da qeyd etmək lazımdır ki, bu istiqamətlər müa-
sir iqtisadiyyatın vəziyyətini çox da dərindən əks etdirmir. Müa-
sir  iqtisadiyyatın  mürəkkəb  problemlərini  az-çox  səviyyədə 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə