Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Mühərrikin ümumi diaqnostikası. 

        İstismar  prosesində  mühərrikin  gücünün    aşağı  düşməsi  yanacaq  sərfinin  artması, 

yağın  təzyiqinin  dəyişməsini,  səslərin,  döyüntülərin  yaranma  və  ümumiyyətlə  onun 

qeyri  müntəzəm  işləmə  səbəblərini  aydınlaşdırmaq  üçün  mühərrikin  diaqnostika 

işlərininin aparılması mühüm əhəmiyyət kəsb edir. 

Mühərrikin  diaqnostika  işləri  onun  “bioqrafiyası”  ilə  tanış  olmaqdan,  işə  düşmə  və 

işləmə  qabiliyyətini  yoxlamaqdan,  gücünün  və  yanacaq  sərfinin  təyinindən,  çarxqolu-

sürgüqolu  və  qazpaylama  mexanizmlərinin,  soyutma  və  qida  sisteminin  texniki 

vəziyyətini  təyin  edilməsindən  ibarətdir.  Yerinə  yetirilən  diaqnostika  nəticəsində 

mühərrikdə nizamlama, bərkitmə və yaxud təmir işləri görülür. 

        Mühərrikin  “bioqrafiyası”  ilə  tanışlıq  üçün  aşağıdakıları  öyrənmək  lazımdır: 

mühərrikin  və  avtomobilin  istismara  başladığı  andan  olan  yürüşləri  onun  istismarı 

dövründə məruz qaldığı təmirlər, yanacaq sərfiyyatı, sürücünün verdiyi məlumatlar və s. 

        Mühərrikin  gücü  adətən  xüsusi  diaqnostik  stendlərdə(avtomobilin  dartıcı 

keyfiyyətini  təyin  edən)  aparan  təkərlərdə  alınan  gücə  görə  hesablanır.  Bunun  üçün 

təkərlərdəki güc(N) ölçülür, avtomobilin transmissiyasında və stendəki mexaniki itgilər 

nəzərə alınmaqla mühərrikin gücü aşağıdakı ifadə ilə hesablanır. 

N

m



N

η



T  

⋅η

st



 

Burada  N- mühərrikin ümumi gücü, a.q; 




 

36 


η

T  


- transmissiyadakı mexaniki itgiləri nəzərə alan əmsal; 

η

st



- stendəki itgiləri nəzərə alan əmsal; 

N

m



- mühərrikdə alınan dartıcı gücdür, a.q. 

Mühərrikin gücünü diaqnostik stendlərdən istifadə etmədəndə təyin etmək mümkündür. 

Buna  tormozsuz  üsul  deyilir.  Tormozsuz  üsulun  mahiyyəti  odur  ki,  növbə  ilə 

mühərrikin  silindlərinin  işdən  ayırmaqla  dirsəkli  valın  yük  altında  fırlanma  sürəti 

ölçülür. Bunun üçün mühərrikin normal temperatura qədər qızdırılırmalıdır. 

 Mühərrikin  gücünü  yuxarıda  göstərilən  üsullardan  başqa  sorma  kollektorunda 

seyrəkliyin qiymətinə görə də təyin etmək olur. 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə