Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Diaqnostikanın növləri. 

Avtomobilin  texniki  vəziyyətinin  təyin  edilməsi  üçün  diaqnostikanın  müxtəlif 

növlərindən istifadə edilir.Diaqnostikanın növü onun təyinatından , aparılma rejimindən 

,  dövriliyindən  və    iş  həcmindən  ,  texniki  qulluq  və  cari  təmirin  texnoloji  prosesində 

tutduğu mövqedən , avadanlıqlardan və s. əlamətlərdən asılı olaraq təsnif olunur. 

Diaqnostikanın aşağıdakı növləri vardır: 

- ümumi diaqnostika ( D-1); 

-xüsusi (elementlər üzrə D-2) diaqnostika. 

Ümumi  diaqnostika  avtomobilin  bütövlükdə  texniki  vəziyyətini  müəyyən  etmək  üçün 

yerinə  yetirilir.  Avtomobil  yüksək  təhlükəli  istismar  şəraitində  işlədikdə  ümumi 

diaqnostikanın aparılma periodikliyi 3-4 dəfə qısa götürülür və tələbata görə nizamlama 

işləri  ilə  yerinə  yetirilr.  Diaqnostikanın  bu  variantına  ekspress  diaqnostika  deyilir  bu 

zaman  tormoz  sisteminin,  sükan  idarəsinin  ,  şinlərin  işıq  –səs  siqnallarının  və 

cihazlarının texniki vəziyyəti təyin edilir. 

Xüsusi  diaqnostika  zamanı  avtomoblin  gizli  nasazlıqları  təyin  edilir.  Bu 

diaqnostikanəqsədi nasaz aqreqat yaxud mexanizmin qısa müddətdə müəyyən etməkdir. 

Aparılma üsuluna görə stasionar və səyyar dianostikalarda mövcuddur. 

Stasionar  diaqnostika    tərpənməz  bərkidilmiş  diaqnostik  avadanlıqlarla    aparılır.  Belə 

dianostika  əsasən böyük avtomobil təsərrüfatlarında və ya ixtisaslaşdırılmış  avtomobil 

təmiri    müəssisələrində    aparılır.  Adətən  bu  zaman  avtomobilin  ümumi  diaqnostikası 

aparılır.  Stasionar    diaqnostika  avadanlıqları  şəhər  daxili  sərnişin  nəqliyyatı 

müəssisələrində  də  istifadə  olunur,  lakin  bu  zaman  avtobusların  idarəetmə 

mexanizmlərinin diaqnostikası həyata keçirilir. 



 

32 


Səyyar diaqnostika isə müəyyən gəzdirilə bilən diaqnostik cihazların vasitəsilə aparılır. 

Bu cihazların köməyi ilə elementlər üzrə diaqnostika yerinə yetirilir. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə