Kamil Vəli NERİMANOĞLU
65
Türk Dünyası 34. Sayı
vaxt anlamaq gücündə olmayıb. Bu prosesləri möhürləmək deyil, etnik, psixoloji,
tarixi səbəbləri araşdırmaq, diqqətə almaq, hesablamaq Demoklis qılıncı kimi
Qərbin başının üstündə durduğu gerçəyini də nəzərə almamaq olmaz.
Bunları deməkdə məqsədim Mirzə Fətəlidən din düşməni obrazı yaratmaq
deyil, məsələnin mürəkkəbliyini vurğulamaq, Şərq-Qərb kontekstində bəzi
gəzişmələrlə bugündən dünənə, dünəndən də bugünə işıq salmaqdır. Bunu da
bilək ki, qaranlıq işığın içində deyil, işıq qaranlığın içindədir.
Doğrusu mən Hangdinqtonun mədəniyyətlərin savaşına deyil, dialoquna
ümid bəsləyənlərdənəm. Dünyanın ən mükəmməl sistemi kimi də liberal
demokratik baxışı görmürəm. Daha çox mühafizəkar-demokratik baxışın
tərəfdarıyam. Amma onu da ehkam saymıram.Qərbin sonunun gəldiyinə,
hüquqlu cəmiyyəti və hüquq diktaturasının diktatura hüququna qalib gələcəyinə
inananlardanam. Hətta ürəyimin bir yerində demokratiyadan üstün və kamil bir
baxışın nə vaxtsa doğacağına da “dəli bir ümid”im var.
Və bu baxışlardakı bizim söykənəcəyimiz, hər zaman araşdıracağımız
baxışların, düşüncələrin baş ucunda dayananların birinin bəlkə birincisinin
Mirzə Fətəli Axundzadə olacağına inanıram. Hər daşın içində mükəmməl bir
heykəlin, rənglərin içində ən gözəl şəklin, sözlərin içində möcüzəli bir şeirin
olduğuna inam bəsləyənlərdən biri də mənəm, əziz oxucum.
Allah bəzən susur və yaratdıqlarını izləyir. Onların əməllərini sadəcə
müşahidə edir. Cəza vermədən yaratdıqlarının pislik və yaxşılıq hüdudlarını,
gözəllik və çirkinlik, ədalət, insaf, səbr və zülm, sitəm, dözümsüzlük sərhədlərini
bəlirləməyə çalışır.
Allahın belə heyrətdən donub qaldığı, inanmadığı anlar az olmur. İnsanın
hüdudsuz gözəlliyi Allahı sevindirdiyi, razı saldığı kimi, yenə insanın hüdudsuz
eybəcərliyi, vəhşiliyi Allahı ümidsizləşdirir, küsdürür.
Qiyamətə doğru atılan addımlar Allahın deyil, insanın seçimidir.
Təəssüf ki, Mirzə Fətəli və Mirzə Fətəli kimi seçkinlər hər şeyi təbiətə, maddəyə
bağladıqları üçün ilahi olanı unudur, hər şeyi yerə, yer qanunlarına bağlamağa
çalışırdılar. Hər şeyin kökünün yerə deyil, göyə bağlı olduğu düşüncəsində,
şüurunda deyil, hissiyyatında, duyğularında tapanlardan biri də Mirzə Fətəli
idi. Onun ədəbi-bədii yaradıcılığı deyilənlərin təsdiqidir. Gördüyümüz, hətta
tanıdığımız insanlardan təbii gerçək xarakterləri, münasibətləri Allaha da xoş
gəlir, bəndəyə də. Çünki göylərə bağlı olan hər insan, hər davranış, hər addım,
hər kəlmə yerdə də diri və canlıdır, təbii və doğrudur. Diri, canlı, təbii və doğru
olanlarla, yenidən göylərə ucalmaq mümkündür.
Mirzə Fətəli ədəbi yaradıcılığı bu mümkünlüyün təsdiqidir.
...İdealı üçün hər cür vasitəni məqbul görənlərdəndir Mirzə Fətəli. Mirzə
Fətəli fikirlərin, ehkamların fanatiki deyil, öz idealının fanatikidir.
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
66
Ağıl hər şeydən üstündür. Dekart kartezianlığının öyrətdiyi bu idi.
Təəssüf ki, Mirzə Fətəli Quranın ağıl və elm ölçüsünü heç görmədi, sadəcə
görmək istəmədi.
Mürtətlik (Məşədi İbadın məclisdə “mürtəd oğlu, mürtəd” deməsini
yadınıza salın) adlı bir anlayış var. Mən bunu Mirzə Fətəliyə aid etməzdim. Bu
bir az din pərdəsi arxasında cahilin arifə sataşması, təhqir etməsidir. Mirzəyə
babı, zındıq, məlun... demək də vicdana sığmaz.
Heç unutmayaq ki, Allahlı Allahsızı nə qədər sevmirsə, Allahsız da
Allahlını ən az o qədər sevmir.
Yanlış xatırlamıramsa Volterin bir sözü var: “Allah yox isə də onu yaratmaq
lazımdır”. Bu fəlsəfə naqisdir və gerçək, səmimi başlanğıcdan məhrumdur.
Mən Quranın “Yalançılar bizdən deyildirlər” hökmünü qəbul etdiyim üçün
bədii yalan dışında heç bir yalanı qəbul etmirəm. Mən Allahı vardan əvvəl
var olan sayıram. Yəni teistəm, Allahlıyam. Digər teistlərdən fərqli olaraq
mənim kosmosumda hakimi-mütləq, hər şeyin səbəbi olmaqla bərabər,
dostdur, qardaşdır, həmdərddir, əzizdən əzizdir, xilaskardır. İbadət Allahla
söhbətdir, ucalmaq və təmizlənməkdir. Göylərə baxıb bir kəlmə söyləmədən
ürəyindəkiləri Allahla bölüşmək dünyanın ən böyük xoşbəxtliyidir.
Mirzə Fətəli namuslu bir ateistdir. Onun könül dostu vicdanıdır, kitablarıdır,
təbiət və cəmiyyət qanunlarıdır. Dindarla dinsizin fərqi başlanğıcı nə şəkildə
qəbul etməkdədir. Həyat fəlsəfəsi bu başlanğıcdan doğanlardır.
Əslində bir namuslu teistlə namus, vicdan sahibi ateistin dostluğu daha
səmimidir, neki namussuz “dindarla” namussuz, vicdansız dinsizin.
Mirzə Fətəlinin faciəsi dinsizlikdə deyil, dinsizliyi ideologiyaya
çevirməkdədir, cəmiyyətin bütün naqisliklərini dində axtarmaqdır, din ilə
cəhaləti bir-birindən ayırmamaqdadır.
Mən əgər Allaha inanmayan ayrı-ayrı məsələlərdə Mirzə Fətəliyə
inanıramsa bu mənim Mirzənin qəbul etmədiyi və ya qəbul etmək istəmədiyi
Allahına olan inamından irəli gəlir.
Bir düşüncəmi də söyləməyə ehtiyac duyuram. Məncə, şeytan elmi
yaradıcılıqdan daha çox bədii yaradıcılıq dünyasında olur. İnsanlığın ən böyük
əsərləri Allah-şeytan-insan üçbucağında cərəyan edir. Və bu mürəkkəbliyi
ədəbiyyat sanal (xəyali, virtual) şəkildə mətnləşdirir (və ya ifadə edir).
Şeytanın əməlləri sənətdə, ədəbiyyatda daha çox öz təcəssümünü tapır.
Elm daha çoxtəcrübəyə müşahidəyə, isbata söykənir, daha çox maddidir və
şeytanın fəaliyyət sahəsinin məhdud olduğu fəzadır.
Mirzə Fətəlidə müəyyən mənada şərti olan bu bölgü tərsinədir. Onun bədii
əsərləri Allahın nəfəsi ilə yazılmış sənət əsərləridir, onun elmi və ya elmi-
publisistik yaradıcılığı şeytanın daha çox əl qatdığı müstəvidədir. Bu yazının