Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
32
Abstract:
The 19th century of the Oriental literature is the age of modernization. It was
Mirza Fathali Ahundzade who laid the foundations of Azerbaijanmodern literature in
this period. His six works of drama type, literary critical reviews, and philosophical
articles which he wrote in the middle of the 19th century are the first examples of
modernization.
Mirza Fathali’s view of religion is contradictory. Following the denying and
uncompromising attitude toward the religion of Islam, he laid the foundations of
atheist viewpoints and the national Azerbaijan ideology found this viewpoint odd.
Despite contradictions, he created Fundamentals of a new idea and literaty way
by laying the foundations of the new literature, literary criticism and modern thinking
and moreover, Turkish alphabet reform projects are related to the name of M. F.
Ahundzade as well.
Key words: Modernization, philosophy, drama, religion, view of life, realism,
democracy
Bu yazını ziddiyyətli dahi haqqında ziddiyyətli bir adamın yazısı kimi
də oxuya bilərsiniz, sevgi və nifrət elegiyası kimi də. Fərq etməz. Söhbət
yalnız dəyərləndirməkdən və təhlil, tənqid etməkdən deyil, 200 il əvvəl
baş verənlərdən və 200 il sonra baş verəcəklərdən, düşüncə burulğanının
sonsuzluğundan, tarixin seçim yollarından, insanın, millətin və dünyanın
taleyindən gedir. Görsək də, görməsək də, inansaq da, inanmasaq da.
80-ci illərin əvvəllində M.F.Axundzadə haqqında iki məqalə yazmışam. O
illərdə ən yeni ədəbiyyat uğrunda mücadilədə Mirzə Fətəli məktəbini (Mirzə
Cəlil, M.Ə.Sabir, H.Üzeyir bəy, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə...)
maarifçiliyin, demokratizmin, yeni ədəbiyyatın təməli olaraq aldığımız
üçün ayrı-ayrı yazılarda, Mirzə Fətəliyə isnad etmiş, onun elmi və bədii
düşüncələrindən çox bəhrələnmişəm.
Bu yazı bir növ o qeydlərin davamı və bəlkə də sonudur. Əlbəttə, Mirzə
Fətəli yaradıcılığı bir yazıya sığacaq və ya tükənəcək qədər hüdudlu deyil.
Həmin mənada Mirzə Fətəlihaqqında düşüncələr nisbi mənada bitə bilər.
Çünki Mirzə Fətəli həmişəyaşardır. O, hər zamankı kimi bugün də öyrədir,
öyrənir, düşünür və düşündürür.
Həyatım boyu çox dinsiz tanıdım, inanan qatil də gördüm, imansız
molla ilə, əliəyri, vicdansız namaz qılan da. Allahsızları oxudum, söhbətlər
etdim. Keçirdiyim ilk hiss onlara qəzəblənmək, nifrət oldu. Bir az keçdi
Allahsızlığı və yalançı “Allahlılığı” dərk etməyə çalışdım. Səmimi Allahsızla,
səmimi olmayan dindarı ayırd etməyə cəhd etdim. İmanı, məzhəbi, şəriəti,
təriqəti, mərifəti, həqiqəti öyrənməyə, özüm üçün aydınlaşdırmağa çalışdım.
Qəzalini, Əl-Ərəbini, Mövlananı, Füzulini oxudum. Renessansı və Avropa
Kamil Vəli NERİMANOĞLU
33
Türk Dünyası 34. Sayı
maarifçilərini anlamağa cəhd etdim və çox şey də anladım. Tövratı, İncili,
Quranı həm inanan və həm də inanmayanların önyarqısı ilə oxudum, haqqın
yolunu tapmağa çalışdım. İdrak yolunda o Allahsızlara və yalançı Allahlılara
yazığım gəldi.
Deyə bilərsiniz ki, Allahsızların da Allahlılara yazığı gəlir. Haqlısınız. Sən
avama nə qədər nifrət edirsənsə, avam onun on qatı sənə nifrət edir. Kimi
isə mühakimə etmək istəmirəm. Özünütəsdiq, axına qarşı üzmək, fərqlilik
duyğularını da anlayıram. Səmimi dinsizləri də dərk etməyə çalışıram. Allah
və insan araşdırmasını elmi və bədii müstəvidə gerçəkləşdirən dahilərin elmi
və bədii araşdırmalarından çox şey öyrəndiyimi söyləməyə borcluyam. Bu
mənada özəlliklə, Qəzalidən, Füzulidən, Dostoyevskidən çox şey öyrəndim.
Bütün bu təcrübə mənim Mirzə Fətəliyə yenidən üz tutmağıma rəvac
verdi. Dinlinin dininə, dinsizin dinsizliyinə sayqı ilə düşüncələrimi qələmə
almaq yeni nəslin inanc araşdırmalarına işıq tutmaq, dinsizliklə dini, fanatizm
və cəhalətlə din fəlsəfəsinin nə qədər uzaq olduğunun üzərində dayanmaq
istədim. Yeni nəslin arayışlarına, axtarışlarına, Mirzə Fətəli mövqeyindən
aydınlıq gətirilməsini faydalı bildim. Vicdan və din azadlığı kontekstində
tarixlə, tarixi şəxsiyyətlərlə söhbəti üz tutduğum gənclər üçün vacib bildim.
Bu yazını həm də gedənlərlə gələnlərin, əbədi dəyərlərlə zamanı bağlı
keçici dəyərlərin dialoqu kimi də oxuya bilərsiniz. Hər kəs istədiyi hər şeyi
qəbul və əlbəttə ki, qəbul etməməkdə azaddır, oxucum.
...Göydə ulduz olmayanda ürəyim nəhayətsiz dərəcədə sıxılır. Göydə
ulduz olmayanda özümü hədsiz bir tənhalıq, yalqızlıq içində hiss edirəm.
Göydə ulduz olmayanda elə bilirəm ki, Allah məni görmür, eşitmir, dinləmir.
...Bir millət, bir Vətən ikiyə ayrıldıqdan sonra dünyanın xəritəsi də, insanı
da büsbütün dəyişdi. Modern adlanan yeni çağ dünyaya başqa bir baxış, fərqli
bir düşüncə gətirmişdi. Dünya başqa bir dünya olmağa başladığı bu vaxtda yer
üzünə gələnlərdən biri də Mirzə Fətəli idi - Mirzə Fətəli Axundzadə.
Bəzən həyata elə təsadüflər olur ki, (təsadüfmü?!), o təsadüf insanın
taleyini dəyişir, ona tamam başqa yön, istiqamət vermiş olur.
Balaca Fətəlinin Güney Azərbaycanın Xamnə bölgəsindən, atasından
ayrılıb, anası ilə Quzeyə - Şəkiyə gəlməsi qəzavü-qədərin cilvəsi idi.
Mən İran üçün Şərq istibdadı, dini-fanatizm ölkəsi kəlmələrini işlətmək
istəmirəm. Traferetləşmiş bu basmaqəlib kəlmələr bir az siyasət, bir az da
önyarqı qoxuduğu üçün bukəlmələri işlətməyəcəyəm və ya çox az işlətməyə
çalışacağam.
Kəlmələr də uşaq kimidir. Hansı mühitə, zamana düşürsə, onun valideyni
də o mühit, zaman olur.