Kamil Vəli NERİMANOĞLU
51
Türk Dünyası 34. Sayı
kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fıkir və rəylərin
toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyyat
zühur edəcəkdir”.
Haqqın yerini bütün ömrü boyu axtaran böyük maarifçi-filosof söz
sənətinin ictimai funksiyasını yüksək qiymətləndirir, mübarizə üçün həlledici
vasitələrdən biri hesab edir. Realist sənət Mirzə Fətəlinin uğrunda çarpışdığı
böyük və sarsılmaz bir həqiqət idi.
Bütün xalqların ədəbiyyat və sənət tarixində realizm uğrunda mübarizəsi
çox ağır keçmişdir. Tarixin bu haqq körpüsündən keçmək nə qədər qurbanlar,
çarpışmalar bahasına başa gəlmişdir.
Təfəkkür tərzini dəyişdirmək, zövqləri tərbiyə edib istiqamətləndirmək,
sənəti həyata qovuşdurmaq, real həyatın problemlərini sənətin ecazkar dili ilə
ifadə etmək kimi çox ciddi məsələlər Mirzə Fətəlini daim düşündurürdü.
Realist-demokratik xarakterli sənətin qarşısında dayanan maneələr isə çox
idi: din, ictimai-siyasi təzyiq və s.
“Nəğəmat çalma, haramdır, nəğəmata qulaq asma, haramdır, teatr, yəni
tamaşaxana qayırma, haramdır; teatra getmə, məkruhdur; rəqsə tamaşa
etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc
oynama, haramdır; nərd oynama haramdır; rəsm çəkmə, haramdır; evdə
heykəl saxlama, haramdır. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür
isə də, amma xəbərdar deyilsiniz ki, etidal üzrə olduqda, zehnə cila verir və
əqli çövhərləndirir; çünki insanın təbiəti fərəh və hüsn ilə məxluqdur və hər
bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki,
qolu bir il tərpətməyəsən, quruyur”
.
İnqilabi-demokratik xarakterli rus və Avropa tənqidinin təcrübəsi
Mirzə Fətəlini “Gözəl - həyatdır”, “Sənət həyat üçündür” qənaətinə gətirib
çıxarmışdı. Sənətə bu aydın baxış materialist dünyagörüşünün nəticəsi idi.
Materiyaya müxtəlif şeylərin məcmusu kimi baxan filosof onu yeganə və
həqiqi substansiya hesab edir, onun mütləqliyini, zaman və məkan daxilində
obyektiv mövcudluğunu göstərir, təbiəti öz-özünün səbəbi kimi təqdim edirdi.
Və bu baxışların davamı kimi sənətdə hər cür uydurmanı, qafiyəpərdazlığı,
mücərrədliyi rədd edir, insanın real hisslərinin qəbul etdiyi həyat həqiqətini,
real varlığı əks edən sənəti uca tutur və onun uğrunda mübarizə edirdi.
Ədəbiyyat və sənət məsələlərinə biganə, soyuq yanaşmağı bacarmayan
Mirzə Fətəli ədaləti; obyektivliyi, ədəbiyyatın sabahı üçün gərəkli olan realizm
prinsiplərini təbliğ edən sənət nümunəsini, elmi fıkri müdafıə edir, konkret
əsərlər üzərində dayanaraq öz işıqlı fikirlərini yayırdı. Onun “Fehristi-kitab”,
“Nəzm və nəsr haqqında”, “Mollayi-Ruminin və onun təsnifinin babında”,
“Kritika”, “Mirzə Ağanın pyesləri haqqında kritika”, “Tənqid risaləsi”,
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
52
“Hekayət”, “Con Stüart milli azadlıq haqqında” və s. məqalələri ədəbi tənqidin
klassik nümunələri kimi sənətin çox mühüm estetik problemlərinə, ədəbiyyat
və incəsənətin ictimai qayəsinə, sənətkarlıq və bədiilik məsələlərinə həsr
olunmuşdur.
Mollayi-Ruminin “Məsnəvi”sindən bəhs edərkən Mirzə Fətəli panteist
dünyagörüşünü ətraflı təhlil etməklə bərabər onun materialist platformadan
aydın görünən ziddiyyətlərirıi də göstərir.
İdealist dünyagöruşün sənəti çıxmaza aparan və xüsusən Şərq, o cumlədən
Azərbaycan ədəbiyyatında yeni realist istiqamətin yaranmasına mane olan
nəzəri-estetik əsasları Mirzə Fətəli çox aydın və dəqiq bilirdi. O, Mollayi-
Ruminin əfsanəçiliyə, irreallığa aparan sənət prinsipini tənqid edərək yazır:
“Əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayi-baməzə köhnə və mündəris və
biləzzət mətalibdir: bəlkə əqvali-bimənadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə
götürübdür”.
M.F.Axundzadə Ruminin dünyaya, təbiətə bağlılığını xüsusən alleqorik
hekayətlərindəki sənətkarlığı qiymətləndirir.
Şərq ədəbiyyatının aparıcı janrı olan şeir haqqında, klassik Şərq poeziyası,
eləcə də rus və Avropa poeziyası barədə söhbət açan müəllif şeirin bədii
gözəlliyi ilə yanaşı, ideyalılıq, mənalılıq prinsipini də irəli sürür və bu baxımdan
təhlil aparır. O, “Nəzm və nəsr haqqında” adlı məqaləsində yazır: “Şeir gərək
laməhalə ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa
sadə nəzmdir”.
“Əksər qəzəliyyatın” insanda “şövq və zövq” əmələ gətirmədiyini göstərən
tənqidçi nəzmlə şeiri ayırır, Şərqdə şeir ustadlarını göstərir və yeri gəldikcə
onlara da tənqid prizmasından yanaşır: “Belə maddə sahibləri çox nadir vücudə
gələrlər. Əhli-fürsətdən ancaq Firdovsi və Nizami və Cami və Sədi və Mollayi-
Rumi və Hafız şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-
fəzl üçün xilafi-təbiəti adət göftgü ediblər. Belə məqamlarda onların xəyallarına
da şer demək caiz deyil, ancaq mənzumati-məqbul və pəsəndifdemək olar”
.
Bəzən Mirzə Fətəli tənqidin rəngini daha da tündləşdirir və ciddi səhvə də
yol verirdi. Yuxarıda vurğuladığımız kimi, xüsusən onun Məhəmməd Füzuliyə
münasibətı düzgün deyil. Azərbaycan dilini möcüzə yaratmaq səviyyəsinə
qaldıran qüdrətli könül şairinə “Füzuli şair deyil və xəyalatında əsla təsir
yoxdur: ancaq nazimi-ustaddır” - deməsi böyük şairə subyektiv münasibətdir.
Bu sözləri oxuduqca yada L.Tolstoyun V.Şekspirə, N.Çernışevskinin A.Puşkinə
ziddiyyətli, subyektiv baxışları yada düşür. Heç bir rus bu fikri ciddi qəbul etmir
və onları bir dahinin subyektiv şıltaqlığı sayır.
Mirzə Fətəli bu mübahisəsiz şairimübahisə meydanına gətirəndə, güman ki,
düşüncə tərzini dəyişmək, ehkamı qırmaq müasir fikri ağla yeritmək üçün hədəf