Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   10   ...   25

Kamil Vəli NERİMANOĞLU

45

Türk Dünyası 34. Sayı

Mirzəyə dostu Manukçi Sahib məktublarının birində yazır: “Dünəniniz, 

bu gününüz və sabahınız mübarək olsun!” Dünən, bu gün və sabah dünyanın 

bütün zamanları sonsuzluğun insan ağlına sığan ölçüsü deməkdir!

Dünyanın Azərbaycan adlı bucağında bir insan yaşadı. O uzaq və qədim 

diyarın bir adamı başını özünə söykəyib özünü dərk etmək, dunyaya, kainata 

baxıb onu dərk etmək, insanın özünü dərk etmək üçün uzun illər fıkrə daldı. 

Min illərin fıkrini bir ömürdə çəkdi. Böyük ziddiyyətlər yaşadı. Və nəhayət, 

nə istəyirdisə, onu da tapdı. Bir qismini öz gözü ilə gördü, bir qismini gün 

kimi  aydın  gördüyü  gələçəkdə  tapdı.  “Gələcək  nəsillər  heç  olmasa  bunu 



anlayacaqlar ki, biz insanlıq vəzifəmizi yerinə yetirmişik, qoy indi bizə lənət 

oxusunlar.  Bir  zaman  qəbrimizin  ziyarətinə  gələcəklər”  (Melkum  xan).  Və 

o bütün həyatını bu dünya üçün, bu dünyanın insan adlı övladı üçün verdi. 

Yer üzünü bürüyən zülmətin bir parçasına da o, işıq saldı və insanı bir parça 

qaranlıqdan o xilas etdi. Dünən, bu gün və sabah sənindir, Mirzə. Dünəniniz, 

bugününüz və sabahınız mübarək olsun!

...Mirzə Fətəlinin təxəllüsü Səbuhidir. Səbuhi – səhərin məstlik, xumarlıq 

şərabının adamı anlamındadır. 

Səhər, sabah – yeni gün, yeni başlanğıc, şərab məstlik, xumarlıqla bərabər 

zindəlik,  ayıqlıq  rəmzidir.  Klassik  mənada  şərabla  çağdaş  dünyadakı  şərab 

(həqiqi və məcazi) Mirzə Fətəliyə xas metaforadır. 

Mirzə Fətəli ədəbi əsərlərində modernist (məncə, həm də postmodernist) 

dünya ədəbiyyatının sərhədlərinə yetişmiş, hətta zaman-zaman onu keçmişdir. 

Şərq mistisizmi ilə, mif dünyasının əsrarəngizliyi ilə Qərb praqmatizmi, sərt 

realizmi birləşdirən yazarın “Aldanmış kəvakib”dəki poetik məntiq və real 

həyat  mozaikası,  “Müsyö  Jordan...”dakı  Parisin  dağıdılması  qurğusu,  və 

Dərviş Məstəlişah mistikası, “Hacı Qara”dakı gülüş əl-kimyası bugün üçün 

də  doğma  olan  özünəgülüş  rəngliliyi  “Mürafiə  vəkilləri...”ndəki  Hamurabi 

qanunlarından XIX əsrə uzanan hüquq yolunun ədəbi-bədii transformasiyasını 

o  qədər  ustalıqla  verir  ki,  yazıçı-dramaturqun  qələminə  heyran  olmaya 

bilmirsən.  Bu  mənada  XX-XXI  əsr Azərbaycan  ədəbiyyatı  Mirzə  Fətəlinin 

“şinelindən çıxıb”.

İndi  dünya  ədəbiyyatında  boy  göstərən  fantasmaqoriya,  psixologizm, 

mifoloji realizm, şüur axını (T.Vulf, V,Vulf, U.Folkner, X.Borhes, Q.Markes, 

K.Kastaneda, U.Eko, Y.Kavabata, O.Pamuk...) kimi üslub-poetika qurğuları, 

təsvir üsulları birdən-birə ortaya çıxmayıb. Ədəbiyyatın havasının haradan, 

necə,  nə  zaman  gəldiyini  müəyyənləşdirmək  çox  çətindir.  Təsirlərin, 

intibahların xəritəsini də cızmaq imkansızdır. Metafora sənəti kimya olduğu 

qədər də əl-kimyadır. Həm birbaşadır, həm də dolaylı. Bu mənada da sənət 

bəşəridir, universaldır.



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

46

Hər halda biz Mirzə Fətəlinin ədəbi yaradıcılığını, xüsusilə komediyalarının 



sirlərini  açmaqmışıq,  dünya  səviyyəsində  dəyərini  verməmişik,-  desəm, 

Axundovşünasların qəlbinə toxunmasın. Buna böyük ehtiyac və tələb olmasa 

deməzdim. 

Eşq aləmində qul olmaqla zülm və zalimə qul olmaq eyni deyil. Eşqdə qul 

olmaq iradəsini, varlığını haqqa təslim edib Tanrı ilə qovuşma yoluna girmək 

deməkdir. Zülm və zalim qarşısında diz çökmək zülmü görə-görə, bilə-bilə 

susmaq təslimçilikdən başqa bir şey deyil. Qul anlayışının bu iki qütbü bir-

birindən o qədər uzaq və yaddır ki... Gül-bülbül poeziyasının, eşq əzablarının 

ifadəsi  olan  şeirin  əksinə  olan,  ictimai  ədəbiyyat  tərəfdarı,  mübarizi  Mirzə 

Fətəlinin praqmatik estetik baxışları eşqdə də qul olma əxlaqını qəbul etmir. 

Sosial  həyatın  elə  məqamları  var  ki,  o  ədəbiyyat  tarixinin  özünə  lazım 

olan  şəxsiyyətlərini,  örnəklərini  tapır,  ona  istinad  edir.  Qalanlarını  haqlı-

haqsız inkar edir. 

Bu gerçəyi gözəl bilənlərdən biri də Mirzə Fətəlidir. Günümüzdə “ərəb 

baharı”  başlayanda  nədənsə  Mirzə  Fətəlini  tez-tez  xatırladım  və  onun  bir 

sözündəki sarkazma heyrətləndim: “Dünyada əfsanə uydurmaqda ərəblərin, 

əfsanəyə uymaqda farsların misli-bərabəri yoxdu”. Ürəyimdə ustada dedim 

ki, bəs türklər?

Hər  halda  Şərq  dünyası  dəyişdikcə  Mirzə  Fətəlinin  xatırlanacağı 

şübhəsizdir (fərqi yoxdur, ya elə, ya belə...). 

Mirzə  Fətəlinin  missiyası  dini  inkar,  islamı  yorum,  Füzulini  rəddetmə 

deyldi.  Onun  missiyası  xalqı  xalqa  göstərmək,  gündəlik  danışma  dilini, 

Avropadan  geri  qalmayan  ədəbi  dilə  çevirmək,  teatr,  mətbuat  üçün  zəmin 

yaratmaq  idi.  Və  o,  bu  missiyanı  şərəflə  yerinə  yetirirdi.  Bu  qədər  böyük 

tarixi xidməti olan insanı arayış və axtarışlarına, ifratlarına görə damğalamaq 

haqsızlıqdan başqa bir şey sayılmaz. 

Yalan  da  həqiqətə  gəlməyin  və  ya  həqiqəti  almağın  yollarından  biridir. 

Avropa  mənşəli  maarifçiliyin  yaranması,  yayılması,  uğurlar  qazanması 

həm  də  yalandan  keçir.  Şərq  özünü  unudub  irtica  girdabına  düşdükcə  bu 

yalanlar da təsirli olmuşdur. Mirzə Fətəlinin həyatı və fəaliyyəti bu sürəcin 

bir  növ  aynasıdır.  Avropa  Birliyinə  getdiyimiz  bu  mürəkkəb  zamanda 

M.F.Axundzadəni  anlamaq,  dərk  etmək  tənqidi  şəkildə  idrak  etmək  bizim 

üçün hava, su qədər zəruridir. 

Bu mənada Axundovun 170-180 il öncə başlatdığı təcrübə, ictimai həyat, 

ədəbi yaşam, fəlsəfi arayışlar baxımından olduqca önəmlidir. Ancaq ehkam 

deyildir.

Ehkamların Şərqdə vurduğu yaralar hələ sağalmayıb. Bunu unutmayaq. 

Həmin  kontekstdə  Mirzə  Fətəlinin  böyük  ədəbi,  elmi  kəşflərini  də,  yanlış 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə