35
yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlanılmışdır. Bank sisteminin
nəzarət arxitekturası, əsas biznes prosesləri və sistemdə vəzifə və səlahiyyətlərin
iyerarxiyasını müəyyən edən xüsusi metodologiya hazırlanmışdır. Risk-əsaslı
nəzarətin yeni biznes prosesləri və alətlərinin yaradılmasını nəzərdə tutan
normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində fəaliyyət davam
etdirilmişdir.
Mərkəzi Bank tərəfindən «Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının
qorunması» layihəsi çərçivəsində hazırlanmış «Bank xidmətləri istehlakçılarının
hüquqlarının müdafiəsinin gücləndirilməsi Proqramı» üzrə işlər 2014-cü ildə
davam etdirilmişdir. Proqramın reallaşdırılması üzrə Dünya Bankı ilə əməkdaşlıq
edilir.
Proqram çərçivəsində «Banklarda və bank olmayan kredit təşkilatlarında
maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji
Rəhbərlik» hazırlanmışdır. Metodoloji Rəhbərlikdə kredit təşkilatlarında
istehlakçılarla iş üzrə tamamilə yeni tələblər müəyyən edilmişdir. Metodoloji
Rəhbərliyin tətbiqi faktiki olaraq məhkəmələrdən kənar arbitraj institutunun
formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcəkdir.
2014-cü ildən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən
Azərbaycanda Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (MSQP)
həyata keçirməsinə hazırlıq tədbirləri davam etdirilmişdir. Belə ki, funksional
sahələrin özünüqiymətləndirməsi və uyğunsuzluqların diaqnostikası əsasında tərtib
olunmuş Tədbirlər Planı üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər
bank nəzarəti, pul və maliyyə siyasətinin şəffaflığı, habelə ödəniş sistemini əhatə
etmişdir. İl ərzində Tədbirlər Planının icrası üzrə hesabatlıq da təmin edilmişdir.
Proqrama hazırlıq çərçivəsində digər dövlət orqanları və beynəlxalq təşkilatlarla
koordinasiya da diqqətdə saxlanılmışdır.
Mərkəzi Bankın maliyyə bazarındakı əməliyyatları milli valyuta-manatın
məzənnəsinin sabitliyinin sterilizasiyasına yönəldilmişdir. Əvvəlki illərdə buna
nail olmaq mümkün olsa da, 2015-ci ildə neftin dünya bazarında qiymətinin
dəfələrlə aşağı düşməsi manatın məzənnəsinin qorunub saxlanmasında xeyli
36
çətinliklər yaratmışdır. İlk vaxtlar Mərkəzi Bank öz ehtiyatları hesabına manatın
kursunu saxlamağa çalışsa da, bu mümkün olmadı və 2015-ci ilin fevral və dekabr
aylarında iki dəfə manatın devalvasiyası baş vermişdir. Beləliklə manat iki
dəfəyədək ucuzlaşmışdır.
Bunun təsirindən tezliklə bazarda ciddi ajiotaj yaranmış, qiymətlər
bahalaşmış, əhali arasında çaşqınlıq başlamış və bəzi regionlarda hüquq-mühafizə
orqanları əməkdaşları ilə qarşıdurmalar yaranmışdır. Ölkə Prezidenti vəziyyəti
nəzarət altına almaqla az təminatlı ailələrin yaşayış şəraitini yaxşılaşdırmaq
məqsədilə təqaüd və əmək haqlarının artırılması, müavinət və xüsusi təqaüdlərin
məbləğinin artırılması haqqında çoxsaylı sərəncamlar imzalamışdır. Vəziyyəti
sabitləşməyə doğru gedir.
Hesabat ilində Mərkəzi Bank ölkədə banklararası bazarın inkişafı və ölkənin
bank sektorunda xarici kapitalın artırılması istiqamətində də fəal iş aparmaqdadır.
Banklar tərəfindən banklararası pul bazarında əqdlər (müqavilələr) bağlanarkən,
«Blunberq» beynəlxalq informasiya-ticarət sisteminin müvafiq funksional
imkanlarından geniş istifadə edilməyə başlanılmışdır. Pul resursları bazarının
canlandırılması məqsədilə Mərkəzi Bankın bilavasitə iştirakı ilə 2010-cu ildə
yaradılmış Mütəşəkkil Banklararası Kredit bazarının seqmenti olan Təminatlı Pul
bazarında əməliyyatların həcmi xeyli artmışdır.
Xarici kapitalın Azərbaycanın bank sektorunda xüsusi çəkisinin artmasının
bir səbəbi də Mərkəzi Bankın kommersiya banklarının nizamnamə kapitalına qarşı
tələbinin artması, digər səbəbi isə bank sisteminin inkişaf sürəti ilə əlaqədardır.
Bəzi banklar tamamilə xarici kapitaldan ibarət olsa da, digərlərində bu müəyyən
hissəni təşkil edir. Həmin banklar aşağıdakılardan ibarətdir:
Cədvəlin məlumatlarından göründüyü kimi Azərbaycanda fəaliyyət göstərən
kommersiya banklarının yarısından çoxunda xarici kapital iştirak edir. İştirak payı
müxtəlif banklarda müxtəlif olsa da, vacib şərt onların iştirakında məhdudiyyətin
olmamasıdır.
Azərbaycan bank sistemində xarici kapitalın xüsusi çəkisi artmaqda davam
edir. Bunun əsas səbəblərindən biri kimi Mərkəzi Bankın nizamnamə kapitalına
37
qarşı tələbinin artması, digər səbəbi isə bank sisteminin inkişaf sürəti ilə bağlıdır.
Bəzi banklar tamamilə xarici kapitaldan ibarət olsa da, digərlərində müəyyən
hissəni təşkil edirlər. Həmin bankların siyahısını diqqətinizə çatdırırıq.
Cədvəl 2
Bankların adı
İştirakçı banklar
Kapitalda %
AccessBank
Qara Dəniz Ticarət və İnkişaf Bankı
20%
Avropa Yenidənqurma və İnkişaf Bankı
20%
Beynəlxalq Maliyyə Koopersiyası
20%
KfW – Kreditanstalt fur Wiederdufbau
20%
Access Microfinance Holding AG
16,53%
LFS Financial Systems GmbH
3,47%
AGBank
Beynəlxalq Maliyyə Korporasiyası
17,50%
Kazimir Partners
10%
Amrahbank
Beynəlxalq İnvestisiya Bankı
49%
Azər-Türk Bank
Ziraat Bank (Türkiyə)
46%
Ziraat Bank İnternational AG
(Almaniya)
4%
Bank Respublika
DEG İnvestisiya Şirkəti
16,70%
Sparkassen İnternational Development Trust
8,30%
Bank Technique
Beaufort İnvestissements
75%
Dəmir Bank
Avropa Yenidənqurma və İnkişaf Bankı
25%+1 səhm
Hollandiya İnkişaf Maliyyə Şirkəti
10%
Nikoil Bank
Nikoil QSC
42,62%
Unibank
Avropa Yenidənqurma və İnkişaf Bankı
12,15%
Almaniya İnvestisiya Şirkəti
6,68%
Bank VTB Azərbaycan
Bank VTB Rusiya
51%
Yapı Kredi Bank Azərbaycan
Yapı və Kredi Bank A.Ş.
99,80%
YK Yatırım Menkul Değerler A.Ş.
0,10%
YK Lease A.Ş.
0,10%
Mərkəzi Bank hesabat ilində də xarici əlaqələrin və beynəlxalq əməkdaşlığın
inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirmişdir. Hesabat ilində
beynəlxalq maliyyə-kredit təşkilatları və inkişaf agentlikləri ilə strateji dialoq və
əməkdaşlıq əlaqələri möhkəmləndirilmiş, ikitərəfli əlaqələr inkişaf etdirilməklə
mövcud layihələrin həyata keçirilməsi davam etdirilmiş, yeni layihələrin
reallaşdırılmasına başlanmışdır. İl ərzində Mərkəzi Bank rəhbərliyinin razılığı ilə,
xarici bankların yüksək ixtisaslı mütəxəssisləri ilə birgə seminarlar keçirilmişdir.
Dünya Bankı (DB) ilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının
müdafiəsi və əhalinin maliyyə savadlılığının artırılması, əməliyyat riskləri üzrə
Dostları ilə paylaş: |