16
Hacı Qaraman əvvəlcə Cəbrayıl qəzasının Hareylan,
Mən sümlü, Piravardı, Quradərə tərəflərində məskunlaşmış,
nəhayət Çələbilər kəndinin əsasını qoymuşdur. Rəvayətə
görə, bir çox kəramət göstərən Hacı Qaraman bölgə əhalisinin
böyük hörmətini qazanmışdır. Hacı Qaramandan bu nəslin
bölgə camaatı içərisində ən çox nüfuza sahib olan nümayəndəsi
Hacı Qasım Çələbiyə qədərki silsilə belədir:
Hacı Qaraman (Əhməd Əfəndi)
Məhəmməd Çələbi
Maqsud Çələbi
Vəli Çələbi
Hüseyn Çələbi
Böyük Alı Çələbi
Hacı Qasım Çələbi
Hacı Qasım Çələbinin Yasin Çələbi, Alı Çələbi, İdris Çələbi
və Osman Çələbi adlı oğlanları, Hafizə Çələbi və Həcər Çələbi
adlı qızları olmuşdur.
1
Bu silsilədə Nigari məktəbi baxımından iki şeyxin xüsusi
əhəmiyyəti vardır. Bunlar Böyük Alı Çələbi
2
və Hacı Qasım
Çələbidir. Ocağın nümayəndələrinin, xüsusən də Müs tə qim
Zamanovun verdiyi məlumata görə, Böyük Alı Çələbi Seyid
Həmzə Nigari ilə dost olmuş və onun görüşlərini mə nim-
1
Abuzər Abuzərov, Qaramanlı Əli Çələbi, s. 6.
2
Böyük Alı Çələbiyə “böyük” ləqəbi daha sonra nəvəsi Alı Çələbidən fərq-
ləndirmək üçün verilmişdir. Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın
işığı, Bakı, 2002, s. 69.
17
Azərbaycanda tolerantlıq ənənəsi
səmişdir. Onlar tez-tez görüşərək fikir mübadiləsi aparmış-
lar. Məhz Böyük Alı Çələbi vasitəsilə Nigari düşüncəsi bu
ocaqda hakim olmuşdur. Hacı Qaraman ocağının mənsubları
Seyid Nigarini “Şıx Əfəndi” adı ilə yad edirlər. Seyid Nigari-
nin Azərbaycanı tərk edərək Türkiyəyə gedərkən bölgədəki
təriqət şeyxliyini Böyük Alı Çələbiyə həvalə etdiyi söylənilir.
1
Qeyd etmək lazımdır ki, həm bir şeyx kimi təsiri baxımın-
dan, həm də Qarabağda müxtəlif İslam məzhəbləri arasında
müsbət əlaqələrin yaradılması nöqteyi-nəzərindən Çələbi
nəs li içərisində ən mühüm şəxsiyyət Hacı Qasım Çələbi ol-
muş dur. O, atasının yaxın dostu olan Həmzə Niga rinin dü-
şün cələrindən faydalanaraq Əhli-beyt sevgisini bölgədəki iki
məzhəb mənsublarını birləşdirən bir dəyər kimi önə çəkmiş
və məzhəbçiliklə ciddi mübarizə aparmışdır. Sirik kənd sa-
kini Zamanov Müstəqim Həsən oğlu bu həqiqətləri Qarabağ
ləhcəsi ilə belə ifadə etmişdir:
“Bizim baba larımız deyif ki, orda-bırda soruşan olsa, sün-
nü sən, şiyə? Denən ki:
Nə sünnüyəm, nə şiyə,
Əhli-müsəlmanam mən!
Yəni, on iki imamı sevən. Deməh, elə bil ki, həm on iki
imamı mızı sevirih, həm peyğəmbərin əsabaların sevirih,
yəni heş birinə qarışacağımız yoxdu. Ən düzgün yoldu də. O
vax Çələbi baba məhər rəmlihdə qazan asdırır, imam ehsanı
verməyə. O vaxd oranın qazisi olufdu. Çələbi babanın qaynı
olufdu. Gəlif belə təpihnən qazana vuruf ki, ay Çələbi, indi biz
dönüf şiyə olajıyıx? Bı nədi? Bı da deyif, ay bədbax nə şiyə, nə
sünnü? Bəs biz on iki imamın nəsliyih də. Yəni, bütün seyitdər,
bütün övliyalar, ojaxlar hamısı imamların nəslidi da. Ayrı nəsil
yoxdu ha. Yəni, on iki imamın soyudu”.
2
1
Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 69.
2
Qarabağ: Folklor da bir tarixdir- VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayon-
larından toplanmış folklor örnəkləri), s. 69.
18
Qeyd edək ki, Müstəqim Zamanov Hacı Qaraman oca-
ğının məşhur simalarından olan Alı Çələbinin mənəvi irsi-
nin varisidir. Hazırda Müstəqim Zamanov və Çələbi ocağı na
mənsub Sirik kəndinin sakinləri Yasamal və Biləsuvar ra yon-
larında kompakt halda məskunlaşıblar. Yasamalda yaşayan
siriklilər, xüsusən Müstəqim Çələbinin oğlu Malik Zamanov
və Mübariz Məhəmmədəli oğlu Camalovla, eləcə də Bilə su-
varda məskunlaşan Camalov Məhəmmədəli Rəhim oğlu ilə
söhbətimizdə də Müstəqim Zamanovun fikirlərinə bənzər
görüşlər dilə gətirmişlər. Onlar da Hacı Qaraman ocağının Qa-
rabağın həm sünni, həm də şiə bölgələrində yaşayan insanlar
tərəfindən ziyarət olunduğunu və bu ocağın nümayəndələrinin
hər iki məzhəbin mənsublarına qarşı eyni mövqeni nüma-
yiş etdirdiyini bildirmişlər. Əslində Hacı Qaraman ocağının
əsaslandığı əsas prinsipin “Əhli-beytə və Raşidi xəlifələrə ehti-
ram” olduğunu görürük. Bu ocağın nümayəndələrində Əhli-
beyt məhəbbəti və Əhli-beytə qarşı çıxanlardan uzaq durma
anlayışı çox yüksəkdir. Məhz bunun nəticəsində ənənəvi sünni
anlayışdan fərqli olaraq onlarda Əhli-beyt nümayəndələrinə
qarşı çıxdığı üçün Müaviyə ibn Əbu Süfyana mənfi münasibət
mövcuddur.
1
Sirik kəndinin sakinləri ilə görüşümüzdə ocaq
mənsublarında Müaviyəyə nifrətin güclü olduğunu müşahidə
etdik. Həmsöhbətlərimizin bir qismi ocaq nümayəndələri ara-
sında indi də mövcud olan “Müaviyəyə lənət oxuma” ənə-
nə sinin əsasını Hacı Qasım Çələbinin qoyduğunu söyləsə
də, Çələbi irsinin tədqiqatçısı Əlisahib Əroğul bu adətin Bö-
yük Alı Çələbi ilə başladığını bildirir. Hətta bu səbəbdən bəzi
din xadimləri Böyük Alı Çələbiyə qarşı çıxaraq ondan Şuşa
şəhərində yerləşən divana şikayət etmişlər. Lakin buna baxma-
yaraq Böyük Alı Çələbini bu fikrindən daşındıra bilməmişlər.
2
1
Bax: Xasay Şıxlar Mehdizadə, Daş beşiyin laylası, Bakı, 2005, s. 57.
2
Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 70-71.
19
Azərbaycanda tolerantlıq ənənəsi
Ocağın mənsubları bəzi radikal şiələrin Raşidi xəlifələri
barəsində xoşagəlməz ifadələrdən istifadə etmələrinə qarşı çı-
xaraq məzhəblərin bir-birlərinin müqəddəsatına və şüarlarına
hörmətlə yanaşmalı olduğunu bildirmişlər. Sirik kənd sakini
Mübariz Camalovla söhbətdə ocaq mənsublarının bu fikirlərini
belə ifadə etdiklərini söyləmişdir: “Nə Ömərə səbb edən (söyən)
şiələrdən, nə də Əlini vəli bilməyən sünnilərdən deyilik. Biz
əsl müsəlmanıq”. Əslində bu fikir Seyid Nigari düşüncəsinin
bir təzahürüdür. Yuxarıda da qeyd olunduğu kimi, Nigari-
nin şeirlərində Əhli-beytin tərənnümü və onlara müxalif olan
Əməvilərə qarşı mənfi münasibət öz əksini tapmışdır. Məzhəb
ayrı-seçkiliyinə qarşı nigarilikdəki sərt münasibət hazırda da
bu ənənənin daşıyıcıları olan Çələbi ocağının nümayəndələri
tərəfindən davam etdirilir. Fiqhdə hənəfi məzhəbində olması-
na baxmayaraq onlar şiə-sünni qütbləşməsini qəbul etmirlər
və ona qarşı çox mənfi münasibət bəsləyirlər. Xasay Şıxlar
Mehdizadə bu münasibəti belə ifadə edir: “Bizim camaatların
nümayəndələrindən bu gün də yeri düşəndə soruşurlar:
- Siz hansı məzhəbdənsiniz? Şiə, ya sünnü?
Belə sorğulara cavabımız birdir və dəyişilməzdir?:
- Biz əsl müsəlmanıq! Nə şiəyik, nə sünnü!”
1
Ocaq mənsublarının verdikləri məlumata görə, Hacı Qasım
Çələbi Zəngəzur mahalında tanınmış şiə nümayəndələrindən
olan Qubadlının Həmzəli kənd sakini Hacı Həsən Hacı Mehdi
oğlu ilə birlikdə həccə gedir. Çələbi Kəbənin qapısının yanından
keçərkən Hacı Həsəndən soruşur: “Hacı Həsən Kəbənin neçə
qapısı var?” Hacı Həsən: “Əlbəttə, bir”, - deyə cavab verir. Bu
cavabdan sonra Hacı Qasım Çələbi belə deyir: Onda biz nə üçün
sünni-şiəyə bölünməliyik? İslamda təfriqə salmaq, tirələrə ayaq
vermək, ziddiyyətlər aramaq-axtarmaq, məzhəb ayrı-seçkilikləri
salmaq vallah, ağlımızın darlığındandır. Kəbə birlik evimiz, Qu-
ran ürfan tacımızdır. Bunlardan qeyri nə var?! Sünni-şiəlik mal-
1
Xasay Şıxlar Mehdizadə, Daş beşiyin laylası, Bakı, 2005, s. 56.
Dostları ilə paylaş: |